Baki döVLƏt universiteti



Yüklə 476,16 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix03.08.2018
ölçüsü476,16 Kb.
#60694
1   ...   6   7   8   9   10   11   12   13   14

 

başqa  dil  bilmirdilər.

1

 Qeyd  olunan  siyahılardan  göründüyü  kimi,  I 



Şah  Abbasın  dövründə  də  Türk  Qızılbaş  əsilzadələri  dövlətin 

idarəetmə orqanlarında əvvəlki nüfuzlarını qoruyub saxlamış və yenə 

də dövlətin əsas dayağı hesab olunurdular.  

I  Şah  Abbasa  qədər,  onun  dövründə  və  ondan  sonrakı  Səfəvi 

şahları  zamanı  Azərbaycan  türkcəsi  dövlət,  saray  və  rəsmi 

diplomatiya  dili  statusuna  malik  olmuşdu.  Pyetro  della  Valle 

Azərbaycan  Səfəvi  məmləkətinin  bir  çox  vilayətlərini  gəzmiş  və 

dəfələrlə  I  Şah  Abbasın  sarayında  rəsmi  məclislərdə  iştirak  etmişdi. 

O,  özünün  şəxsi  müşahidələrinə  istinad  edərək  yazır  ki.  Səfəvi 

ölkəsində türk dili dövlət və saray dilidir.

2

 Adam Oleari və Engelbert 



Kempferin  də  Azərbaycan  türkcəsinin  gerçək  dövlət  dili  statusu 

daşıdığını qeyd etmələri

3

 Səfəvilərin hakimiyyətinin sonuna qədər bu 



dilin imperiyada işlək dil kimi üstün mövqeyə malik olmasını təsdiq 

edir. 


Fəslin  ikinci  bölümündə  dövlətin  mərkəzi  idarə  quruluşunda 

əmirlərin rolu, statusu və etnik kimlikləri araşdırılıb təhlil edilmişdir. 

Dövlətin  mərkəzi  idarə  quruluşunda  müxtəlif  yüksək  vəzifələrdə 

çalışan  əmirlər  «üməra-ye  dövlətxane-ye  mübarek»-mübarək 

dövlətxana  əmirləri  adı  ilə  məlumdurlar.  Onlardan  qorçubaşı, 

qullarağası,  eşikağasıbaşı,  tüfəngçiağasından  ibarət  dörd  nəfər 

dövlətin əsas dayaqları hesab olunurdu. Qeyd olunan bu dörd nəfərlə 

birlikdə  vəzir-i  əzəm  (baş  vəzir),  divanbəyi,  vaqiyənəvis,  yəni  cəmi 

yeddi  nəfər  əski  çağlardan  bəri  «üməra-ye  canqi»  adlanırdı.  Bir  çox 

qaynaqlarda  moğollar  və  teymurluların  dövründə  dövlətin  məşvərət, 

yəni  gənəşik  şurası  «Canqi  və  məsləhət»  şəklində  verilmişdir  ki,  bu 

da  Səfəvilər  dövrünün  qaynaqlarında  da  «canqi»  istilahının 

«gənəşiyə»  sinonim  olaraq  işlədildiyini  deməyə  əsas  verir.  Şah 

                                         

1

 Səfərname-ye Pyetro della Valle, s.81 



2

 Yenə orada, s.21, 25, 50, 229-238 

3

 Адам  Олеарий.  Подробное  описание  путешествие  Голштинского 



посольства  в  Москвию  и  Персию  в  1633,  1636  и  1639  годах.  Пер.  с 

немец. П. Барсова, Москва: Университетская типография, 1870, s.114, 

554,  813;  Engelbert  Kempfer.  Dər  dərbare  Şahənşahe  İran.  Tərcome-ye 

Keykavus Cahandari, Tehran: Entaşarate Danişqah, h.1350, s.167 




 

Sultan  Hüseynin  zamanında  nazir,  mustoufi  əl-məmalik  və  əmir-e 

şikarbaşı da canqi əmirləri tərkibinə daxil olmuşdular.

1

  



Sanson  yazır ki,  məmləkətin  bütün  işləri Dövlət şurasında  həll 

edilir  ki,  bu  şura  bərabər  sayda  məzhəbi,  hüquqi  və  hərbi 

müşavirlərdən  ibarətdir.  Onlar  ağıllı,  təcrübəli  adam  arasından 

seçilmiş,  hamısı  bacarıqlı,  düşüncəli,  çevik,  nüfuzlu  və  fəaldırlar.

2

 

Sansonun  Dövlət  şurası,  yaxud  dövlət  heyəti  adlandırdığı  bu  orqan 



«gənəşik şurası», yəni Ali məclis olub, dövlət əhəmiyyətli məsələlər 

bu  məclisdə  müzakirə  edilir  və  əcnəbi  ölkələrdən  gələn  səfirlər  də 

şuranın  üzvlərinin  iştirakı  ilə  rəsmi  qaydada  qəbul  olunurdular. 

Məclis  baş  vəzirin  çıxışı  ilə  açılır  və  burada  vəzifələrə  təyinat, 

müəyyən 

yüksək 


vəzifəli 

məmurların 

maaşının 

artırılması, 

mükafatlara təqdimata, ərizə və şikayətlərə də baxılırdı.

3

 Əslində Ali 



məclis  məşvərətli  orqan  olub,  Şahın  iradəsinə  uyğun  fəaliyyət 

göstərirdi. 

Mərkəzi  dövlət  strukturunda  ali  nəzarət  divanına  baş  vəzir 

(vəzir-i əzəm)  başçılıq edir  və o,  Şahdan sonra  yüksək vəzifə  sahibi 

olub, hüquq və səlahiyyətinə görə Şahın naibi hesab edilirdi. Mərkəzi 

dövlət  aparatında  bütün  idarələrin,  yerli  orqanların  fəaliyyətinə 

tutduğu  vəzifəyə  görə  nəzarət  edən  baş  vəzir,  həm  də  xarici  ölkə 

elçiləri  ilə  danışıqlar  aparmaq,  müqavilə  bağlamaq  səlahiyyətinə  də 

malik idi. 

4

 Qaynaqlarda baş vəzir əmire divan, sahib-i divan və hətta 



vəkil ünvanı ilə də yazıya alınmışdı. 

İsgəndər  bəy  Münşinin  əsərindən  əldə  etdiyimiz  məlumatları 

təhlil  edərkən  məlum  olmuşdur  ki,  I  Şah  Abbasın  hakimiyyəti 

dövründə  (1587-1629)  altı  nəfər  ali  divan  vəzirindən  üç  nəfər  türk 

əyanı,  iki  nəfər  seyid,  yalnız  bir  nəfəri  fars  ünsürü  olmuşdu.

5

 Bu 



                                         

1

 Təzkirət  əl-müluk,  s.5;  V.Minorski.  Göstərilən  əsəri,s.78;  Həsən  bəy 



Rumlu. Əhsən ət-təvarix, s.244 

2

 Səfərname-ye  Sanson,  Tərcome-ye  Tağı  Təfəzzüli,  Tehran.  h.1346, 



s.170 

3

 Engelbert Kempfer. Dər dərbare...s.170 



4

 Təzkirət əl-müluk.s.5-7; Səfərname-ye Sanson, s.44. 

5

 İsgəndər bəy Münşi. Tarix-i aləm aray-i Abbasi, s.381, 402, 404, 409, 



439, 807. 968, 1013, 1022, 1090, 1091 


 

faktlar  bəzi  elmi  ədəbiyyatlarda  I  Şah  Abbasdan  etibarən  dövlətin 

iranlılaşması  haqqındakı  fikirlərin  tarixi  gerçəklik  olmadığının  bəlli 

göstəricisidir.  1632-ci  ildə  isə  baş  vəzir  vəzifəsinə  Xacə  Nəsrəddin 

Tusinin  nəslindən  olan  Talıb  xan  (Mirzə  Əbutalıb)  bin  Hatəm  bəy 

Ordubadi  Nəsri  təyin  edilmiş  və  o,  1635-ci  ilə  qədər  bu  vəzifədə 

olmuşdu.

1

  



Fəslin  üçüncü  böümündə  göstərilir  ki,  Azərbaycan  Səfəvi 

dövlətində hakimiyyətin həyata keçirilməsi vasitəsi, yəni  mexanizmi 

olan  orqan  və  təsisatların  özünəməxsus  strukturu  mövcud  olmuşdu 

və bu sosial-iqtisadi, milli, qismən də coğrafi amillə bağlı idi. Dövlət 

və saray təşkilatı münşi əl-məmalik, möhürdar, davatdar, sərxətnevis, 

zabitənəvis,  sahib-i  tocih,  avaracənəvis,  dəftərdar,  paytaxt  vəziri, 

mustoufi-ye 

xassə, 


əmiraxurbaşı, 

nazir-i 


dəvvab, 

hərəm 


eşikağasıbaşı,  həkimbaşi,  münəccimbaşı,  sahib-i  cəm,  dəftərxana 

darğası adlı orqan və təsisatlardan ibarət olmuşdu. 

Dövrün mənbələrində münşi əl-məmalik «münşi-ye divane əla» 

ünvanı  ilə  də  verilmişdi.  Seyid  Hüseyn  bin  Murtəza  Hüseyni 

Astrabadinin  əsərində  1537-ci  ildə  Əmir  Zəkəriyyə  Təbrizi 

Köcəcinin  qardaşı  Məhəmməd  bəyin  münşi  əl-məmalik  vəzifəsinə 

təyin edildiyini görürük.

2

  



Möhürdarlıq  dövlət  aparatının  həm  səlahiyyətli,  həm  də  başqa 

orqanlardan  asılı  olmayan  ünsürü  idi.  Bu  vəzifə  bir  qayda  olaraq 

Təkəli,  Türkman  və  Zülqədər  əmirlərinə  verilirdi.  Mənbələrdə  nadir 

hallarda  sülalə  üzvlərindən  də  möhürdar  vəzifəsinə  təyinata  təsadüf 

edilir.

3

 II Şah İsmayılın dövründə onun əmisi oğlu İbrahim Mirzənin 



möhürdar olduğunu görürük.

4

 



Fəslin dördüncü bölümündə ordunun dövlət və şah qoşunundan 

ibarət  iki  hissəyə  bölünməsi  elmi  cəhətdən  əsaslandırılmış,  vilayət 

                                         

1

 Seyid  Hüseyn  Astrabadi.  Tarix-i  Soltani...s.249,  250;  Tarix-i  Molla 



Kamal, s.84, 89  

2

 Seyid Hüseyn Astrabadi. Tarix-i Soltani...s.66 



3

 Məhəmməd Yusif Qəzvini. Xolde-bərin, s.55, 128, 496. 536; İsgəndər 

bəy  Münşi.  Tarix-i  aləm  aray-i  Abbasi,  s.223,  381,  384,  385.  444;  Seyid 

Hüseyn Astrabadi. Tarix-i Soltani...s.245, 256 

4

 Məhəmməd Yusif Qəzvini. Xolde-bərin, s.536 




Yüklə 476,16 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə