Baki döVLƏt universiteti



Yüklə 476,16 Kb.
Pdf görüntüsü
səhifə12/14
tarix03.08.2018
ölçüsü476,16 Kb.
#60694
1   ...   6   7   8   9   10   11   12   13   14

 

heyvandarlıqla  məşğul  olurdular.  Otuziki  obadan  meydana  gəldiyi 

üçün  bu  adla  anılan  böyük  Türkman  topluluğu  Qarabağın  qədim 

sakinləri olub, Tərəkəmə deyilən türklər də yerli Türkman əhalisi idi. 

Otuzikinin Qarabağda Müqəddəm, Cavanşir, Əhmədli, Qaraqoyunlu, 

Göycəli (Göyçəli), Ozan kimi obaları məlumdur.

1

 

XVI-XVII  yüzilliklərdə  Qarabağda  Qacarların  geniş  qışlaq  və 



yaylaqları var idi. Qarabağ bəylərbəyiliyində vəzifələri əsasən Qacar 

tayfasından olan əmirlər tuturdu.  

«Təzkirət  əl-müluk»un  sonuncu  bəhsinin  ikinci  məqaləsində 

Şirvan  bəylərbəyinə  tabe  olan  mahal  və  ulkalardan  Salyan,  Quba, 

Ərəş  və  Şəki,  Dərbənd,  Alpout  eli  ulkası,  Bakı,  Cəmişkəzək  və 

Ağdaşın  adları  qeyd  olunmuşdur.

2

 Mərkəzi  Şamaxı  olan  Şirvan 



bəylərbəyiliyi  Kürdən  Dərbəndə  qədər  ərazini  əhatə  edirdi.  Pyetro 

Della  Valle  də  dövrün  digər  qərb  müəllifləri  kimi  gündəliyində 

Şirvan  əyalətini  Albaniya  adı  ilə  vermiş  və  bu  əyalətin  Xəzər 

sahilində yerləşdiyini, onun sonuncu şəhərinin dəniz sahilində Dəmir 

Qapı olduğunu yazmışdır. Müəllifə görə Dəmir Qapı Şirvanın sərhəd 

şəhəri olub, ondan quzeyə Qafqaz dağı silsiləsində ləzgilər və bir çox 

başqa  tayfalar  məskun  idi.

3

 Müəllif  Azərbaycan  Səfəvi  dövlətinin 



Şirvan  əyalətinin  quzeydən  sərhədi  haqqında  dəqiq  məlumat 

vermişdir.  XVII  əsrin  sonlarında  Masse  öz  müşahidələri  əsasında 

Şirvan  əyalətinin  ərazisi  haqqında  yazır:  «İndi  Şirvan  adlandırılan 

əyalət  qədim  Albaniyadır.  Şimaldan  Qafqaz  dağları  Şərqdən  Kaspi 

dənizi,  Cənubdan  Kür-Araz  qovşağı  və  Qərbdən  Gürcüstanla 

həmsərhəddir».

4

 A.Volınski  də  göstərir  ki,  Şirvan  vilayəti  Kaspi 



dənizi sahilində yerləşən Dərbənd şəhərindən Kürün aşağı axarlarına 

qədər geniş bir ərazini əhatə edir.

5

 

                                         



1

 F.Sümər. Göstərilən əsəri, s.119, 179, 183, 198 

2

 Təzkirət əl-müluk.s.78 



3

 Səfərname-ye Pyetro della Valle, s.59 

4

 Письма  иезуитских  миссионеров.  Перев.  С  франц.  Я.Абезгуз, 



AMEA  A.A.Bakıxanov  adına  Tarix  İnstitutunun  Elmi  Arxivi,  inv.№471, 

s.13 


5

 Путешественники 

об 

Азербайджане.т.1, 



Составил  

З.И.Ямпольский, Баку: Изд.АН Азерб. ССР, 1961, с.375, 




 

Səfəvi  dövlətinin  Şərq  əyaləti  Herat,  Məşhəd,  Qəndəhar  və 

Mərv-Sistan adlı dörd bəylərbəyiliyə bölünmüşdü. 

Herat bəylərbəyinə tabe olan mahal və ulkalar Mərucağ, Fərah, 

Xaf,  Cam,  Bala-Murğab,  Pəncdeh,  Badqeys,  Kərəc,  Rudmi,  Qur  və 

Tundan ibarət idi.

1

 

«Təzkirət  əl-müluk»  da  Məşhəd-i  müqəddəsə  tabe  olan  mahal 



və  ulkalardan  Sərəxs,  Nişapur,  Turşiz,  Abiverd,  Azadvar,  Nəsa, 

Səbzəvər,  Əsfərayin,  Horuz  və  Yesaku  (  ?),  Dərun,  Türbət, 

Bəzavendəkin adları çəkilir.

2

 



«Təzkirət əl-müluk» da Zəmindavər və Quryan, Kuşəklə yanaşı 

Kəri və Lukə, Badqeys, Teymuri, Əli Xacə, Mir Arif elləri ulkasının

3

 

da  Qəndəhar  bəylərbəyiliyinə  tabe  olduğu  qeyd  olunmuş,  ancaq 



sonuncu ellərin Bəluc aşirətləri kimi göstərilməsi aydın deyildir. Ona 

görə  ki,  Teymuri  və  Kəri  (Gəraylı)  təmiz  türk  aşirətləri  olduğunu 

inkar  etmək  mümkün  deyildir.

4

 Göstərilən  digər  ellərin  isə  Bəlucla 



əlaqəsinə dair dövrün başqa qaynaqlarında məlumat verilmir. 

Mərv  və  Sistan  bəylərbəyiliyinin  «Təzkirət  əl-müluk»da  ikinci 

məqalədə 

adı 


qeyd 

olunmuş, 

ancaq 

mahal 


və 

ulkaları 

göstərilməmişdir.

5

 



Səfəvi  dövlətinin  Şərq  əyalətinin  bütün  inzibati  vahidlərində 

Türk  Qızılbaş  elləri,  obalarından  ibarət  güclü  sosial  bazası  və  hərbi 

dayağı vardı. Herat, Məşhəd, Qəndəhar və Mərv-Sistan vilayətinə və 

onların  mahallarına  hakim  bir  qayda  olaraq  Türk  Qızılbaş 

əsilzadələri təyin edilirdi. 

Gəraylı eli ulkası, Hacılar eli ulkası, Cəlayir eli ulkası, Qaraçöp 

və  Səhra  üzü  bölüyü,  Göklən  və  Yomut  mahal  və  ulkalarının 

«Təzkirət  əl-müluk»da  Astrabad bəylərbəyiliyin tərkibində olduqları 

qeyd  edilir.

6

 Türk  Gəraylı  tirəsi  Astrabad  əyaləti  əhalisinin  əsas 



hissəsini təşkil edirdi. Gəraylı obaları Xorasan ərazisində də müxtəlif 

                                         

1

 Təzkirət əl-müluk.s.79-80 



2

 Yenə orada. s.80-82 

3

 Yenə orada. s.82 



4

 İsgəndər bəy Münşi. Tarix-i aləm aray-i Abbasi, s.1087 

5

 Təzkirət əl-müluk.s.82 



6

 Yenə orada. s.82-83 




 

bölgələrdə  məskun  idilər.

1

 Boz  Oxun  Ağcalı  oymağına  bağlı  olan 



Hacıların  bir  neçə  obası  isə  Kəbud  Məscid  mahalında  yaşayırdılar.

2

 



Türkman  Qaraçöp  obası,  Göklən  eli,  Yomut  eli  də  Astrabad 

vilayətində  məskun  olub,  Göğlən  elinin  ulkası  Qorqanda,  Yomut 

elinin ulkası isə Astrabadın şimal-şərqində idi.

3

 



«Təzkirət əl-müluk»da Darolmərz (sərhəd bölgəsi) adı ilə qeyd 

olunan  Gilan  Biye-Pas  (mərkəzi  Rərşt  şəhəri  idi)  və  Biye-Piş 

(Lahican)  adlı  iki  inzibati  bölgədən  ibarət  olub,  hər  iki  bölgəni 

Səfəvilərə tabe olan yerli sülalə idarə edirdi. 

Pyetro  dela  Vale  də  yazır  ki,  vaxtilə  Gilanın  müstəqil  hakimi 

olmuş,  ancaq  o,  Şah  Abbasa  tabe  olmayaraq  ixtişaşa  başladığına 

görə,  bu  ölkə  Şah  tərəfindən  çətin  savaşla  tutulmuşdur.  Artıq  bu 

vilayət birbaşa Şahın nəzarəti altında idarə olunur. Xanı yoxdur. Ona 

aid işləri Gilan vəziri adlanan vəzir icra edir.

4

 Sanson da bu vilayətin 



iqamətgahı  Rəşt  şəhərində  olan  vəzir  tərəfindən  idarə  olunduğunu 

yazmışdır.

5

 Hər  iki  müəllifin  qeydlərindən  aydın  olur  ki,  Gilan 



Məmaliki-məhrusə,  yəni  Şahın  hakimiyyəti  altında,  ona  tabe  və 

qorunan ölkələrdən olub, 1592-ci ildən isə xassəyə çevrildiyinə görə, 

xan  deyil,  Şahın  təyin  etdiyi  xüsusi  vəzir  tərəfindən  idarə  olunurdu. 

«Təzkirət  əl-müluk»da  XVII  yüzillikdə  Gilanın  Kəskər,  Kəhdam, 

Ranku,  Tənkabon

6

 mahallarından  ibarət  olduğu  göstərilmişdir. 



Ancaq İsəgəndər bəy Münşinin əsərində Gilana vəzirlə yanaşı, hakim 

təyin  edilməsi  faktına  təsadüf  edilir.  Mehdiqulu  xan  Şamlı  Gilana 

əmir əl-üməra təyin edilib,  Lahican da ona ulka  verilir. Xacə  Məsih 

Gilani  isə  Gilana  vəzir  təyin  olundu.  Ranqu  Vəli  sultan  sufiyə  ulka 

verildi.  Biye-Pasa  isə  Əli  xan  hakim  təyin  olundu.

7

 Bu  zaman  Oğuz 



Cəpni oymağının  bir çox obaları Gilanda  məskun  idilər. Ehtimal ki, 

onların  əmirlərinin  də  Gilanda  ulkaları  vardı.  İsgəndər  bəy 

                                         

1

 V.Minorski. Göstərilən əsəri, s.200; F.Sümər. Göstərilən əsəri, s.108 



2

 V.Minorski. Göstərilən əsəri, s.200 

3

 Yenə orada. s.201 



4

 Səfərname-ye Pyetro della Valle, s.158-159 

5

 Səfərname-ye Sanson, s.60 



6

 Təzkirət əl-müluk.s.83 

7

 İsgəndər bəy Münşi. Tarix-i aləm aray-i Abbasi, s.451



 


Yüklə 476,16 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə