Baki döVLƏt universiteti



Yüklə 476,16 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix03.08.2018
ölçüsü476,16 Kb.
#60694
1   ...   6   7   8   9   10   11   12   13   14

 

müridlərinin  sayını  artırmaq,  onlara  rəhbərlik  etmək  üçün  inanılmış 

sufilərdən  vəkil,  yaxud  xəlifələr  də  təyin  olunurdu.  Faruk  Sümərin 

yazdığı  kimi,  xəlifələr  Ərdəbildə  cəmiyyətin  ideologiyasını 

öyrəndikdən  sonra  öz  yerlərinə  qayıdıb  tayfaları  içərisində  təbliğat 

apararaq  mürid  toplayan,  Qızılbaş  ellərinin  yuxarı  zümrəsinin 

başında  dayanan  təmsilçilərdir.  Onların  başçılarına  xəlifət  əl-xüləfa 

deyilirdi.

1

 Qızılbaş  süfilər  türk  tayfalarından  olub,  vilayətlərə  gön-



dərilən  xəlifələr  və  Şahın  naibi  xəlifət  əl-xüləfa  da  onlardan  olurdu. 

Minorski  tərəfindən  yerində  deyildiyi  kimi,  xəlifət  əl-xüləfa  «Sufi 

işləri  üçün  xüsusi  bir  katiblik»  idi.  Şah  xəlifət  əl-xüləfanın  işinə  və 

bütünlüklə  süfilərə,  onları  hakimiyyətə  gətirmiş  qüvvələrə,  «xanə-

danın»  Kiçik  Asiyada  olan  tərəfdarlarına  da  özü  nəzarət  edirdi.

2

 



Xəlifət  əl-xüləfanın  yerlərdə  təbliğat  aparan  nümayəndələri  olan 

xəlifələr də öz növbələrində pir qarşısında məsuliyyət daşıyırdılar. 

H.945  (1538-39)-cu  ildə  Şah  Təhmasibin  xəlifət  əl-xüləfa 

qoyulması  ilə  bağlı  fərmanında  göstərilir  ki,  xəlifət  əl-xüləfa  dini 

yığıncaqları  keçirməli,  əhalini  pis  işlərdən  çəkindirməli,  məscid 

binalarını,  mədrəsələri,  təkiyyələri,  müqəddəs  məzarları  təmir 

etdirməli  və  müsəlmanları  dini  vəzifələri  yerinə  yetirməyə 

yönəltməlidir...  Fərmanın  sonunda  göstərilirdi  ki,  hörmətli  seyidlər, 

qazılar,  hakimlər,  vəzirlər,  kələntərlər,  digər  şəxslər  ondan  başqa 

hökm  tələb  etməsinlər.

3

 Bu  fərmandan  aydın  olur  ki,  dövlət 



aparatında çox geniş hüquqları olan xəlifət əl-xüləfa ilə Şah arasında 

körpü salan başqa bir məmura heç bir vaxt ehtiyac olmamışdır. 

Səfəvilər dövlətinin  mahiyyəti  ilə bağlı olaraq  yaranmış xəlifət 

əl-xüləfa institutu XVI-XVII yüzilliklər boyu müəyyən dəyişikliklərə 

uğramaqda  idi.  Bu  Şah  hakimiyyətinin  özünün  dəyişməsi  ilə  paralel 

davam  edirdi.  Belə  ki,  Şah  hakimiyyəti  getdikcə  güclənib  daha  çox 

dünyəvi  mahiyyət  aldıqca,  Şahın  «pir»,  «mürşid-i  kamil»  kimi  çıxış 

etməsi  halları  azalırdı.  Bu  proses  həm  də  xəlifət  əl-xüləfanın 

səlahiyyət və hökmünün getdikcə azalması ilə müşayət olunurdu.  

                                         

1

 F.Sümər. Göstərilən əsəri, s.82 



2

 V.Minorski. Göstərilən əsəri, s.103-105 

3

 Hüseyn  Mir  Cəfəri.  Fərmane  Şah  Təhmasib  Səfəvi:  Məcəlle-yi 



bərrəsiha-ye tarixi, Tehran, 1353 №2, s.99 


 

Üçüncü  fəsil  «İnzibati  idarə  sistemi»  adlanır.  Bu  fəsildə 

Azərbaycan  Səfəvi  dövlətinin  inzibati  quruluşu,  inzibati  idarəetmə 

sistemində,  yəni  yerlərdə  hakimiyyətin  həyata  keçirilməsində 

Qızılbaş  Türk  əyanlarının  rolu,  yerli  hakimlərin  hüquq  və 

səlahiyyətləri araşdırılmışdır. 

Fəslin  birinci  bölümündə  dövrün  unikal  qaynaqlarından  əldə 

edilmiş materialların müqayisəli təhlili aparılaraq Azərbaycan Səfəvi 

imperatorluğunun  Ərəbistan,  Luristan,  Kürdüstan,  Gürcüstandan 

ibarət  dörd  valiliyə  və  on  üç  bəylərbəyiliyə  bölündüyü 

əsaslandırmışdır.  Bəylərbəyiliklərdən  isə  birinci  Qəndəhar,  ikinci 

Şirvan, üçüncü Herat, dördüncü Azərbaycan (Təbriz), beşinci Çuxur-

Səd,  altıncı  Qarabağ  və  Gəncə,  yeddinci  Astrabad,  səkkizinci 

Kuhgiluyə (Fars), doqquzuncu Kirman, onuncu Mərvi-Şahicahan, on 

birinci  Qələmrov-i  Əlişəkər  ölkəsi  (Həmədan),  on  ikinci  Məşhəd-i 

müqəddəs-i müəlla, on üçüncü Darüssəltəney-i (paytaxt) Qəzvindir.

1

 

Müəllifin  Qəzvinin  həm paytaxt və  həm də on üçüncü  bəylərbəyilik 



olduğunu qeyd etməsi  bu  inzibati  bölgünün I Şah Abbasdan  əvvəlki 

dövrə  aid  olduğunu  göstərir.  Ona  görə  ki,  XVII  yüzillikdə  Təbriz, 

Qəzvin  və  Herat  şəhəri  də  «darüssəltənə»  ünvanına  malik  idi. 

Sultanın 

iqamətgahının 

yerləşdiyi 

şəhər,  yəni  İsfahan 

isə 


«məğərərüssəltənə» adlanırdı.

2

 Digər tərəfdən isə XVII yüzilliyin 80-



ci  illərində Qəzvin  xassə olduğuna görə, birbaşa  mərkəzə tabe olub, 

Sansonun  yazdığı  kimi,  darğa  tərəfindən  idarə  edilirdi

3

,  yəni 


buradakı darğa əslində hakim statusuna malik idi.  

Azərbaycan  bəylərbəyiliyi  əsasən  indiki  Güney  Azərbaycanın 

ərazisini  əhatə  etməklə  Zəncan,  Sultaniyyə,  Muğan,  Talış  və  Qapan 

mahalı  da  ona  tabe  idi.  Mahmud  Nətənzi  Azərbaycan  vilayətinin 

ərazisi  haqqında  yazır  ki,  Şah  Sultan  Məhəmməd  (1578-1587) 

dövründə  Əmir  xan  Əbhər  və  Sultaniyyə  sərhədindən  tutmuş  Aran 

vilayətinin  sərhədinə  qədər  bütün  Azərbaycanın  hakimi  idi.

4

 1683-



1685-ci  illərdə  İran  və  Azərbaycanda  olmuş  Engelbert  Kempfer  isə 

                                         

1

 Təzkirət əl-müluk.s.4,5 



2

V.Minorski. Göstərilən əsəri, s.184 

3

 Səfərname-ye Sanson, s.6 



4

 Mahmud bin Hidayətulla Nətənzi. Nəqavat əl-asar..., s.158. 




 

yazırdı:  «Azərbaycan  Səfəvi  imperiyasının  şimal-qərbi,  Şimali 

Midiya və ondan şimal-qərbdə yerləşən torpaqların bir qismini əhatə 

edir.  Bu  vilayət  55  inzibati  vahidə  bölünmüşdür.  Ən  mühüm  ticarət 

mərkəzi  olan  Təbriz  onun  mərkəzi  şəhəridir.  Doqquz  digər  inzibati 

vahid də ona tabedir».

1

 

Çuxur-Səd  bəylərbəyi  və  ona  tabe  olan  mahal  və  ulkalardan 



«Təzkirət  əl-müluk»da  Naxçıvan  tüməni,  Maku,  Zəruzbil,  Sədərək, 

Bəyazid  qalası,  Şadili  eli  ulkası,  Dünbülü  eli  ulkası,  Mağazberdin 

adları göstərilmişdir.

2

 



I  Şah  İsmayılın  1505-ci  ildə  Qızılvəng  monastırı  haqqında 

verdiyi  fərmana  Çuxur-Səd  hakiminin  əməl  etməsi  haqqında 

göstərişi

3

 bu  bəylərbəyiliyin  XVI  əsrin  əvvəllərində  təşkil 



olunduğunu göstərir. Çuxur-Səd bəylərbəyliyi barədə İ.P.Petruşevski 

yazır:  «XVI  əsrdə  Çuxur-Səd  (İrəvan)  bəylərbəyiliyinə  əmirlər 

həmişə  Qızılbaş  Ustaclı  tayfasından  təyin  olunur  və  bu  tayfanın 

obaları İrəvan vilayətində ulkalar alırdılar». 

4

 

Araz  və  Kür  çayları  arasında  yerləşən  qədim  Aran  torpağı 



mərkəzi  Gəncə şəhəri olan Qarabağ  bəylərbəyiliyi hesab olunmaqla, 

onun ərazisi bəzən Tiflisə qədər uzanırdı. 1554-cü ildən sonra Qazax 

və  Şəmsəddin,  I  Şah  Abbas  dövründən  Zəyəm,  Səfəvilərin 

hakimiyyətinin  son  illərində  isə  Kaxetiya  və  Zəngəzur  da  Qarabağ 

bəylərbəyiliyinə  tabe  olmuşdur.

5

 H.1106  (1694)-cı  ildə  Kəlbəli  xan 



Ziyad oğlu Qacarın Qarabağ bəylərbəyi ilə paralel, həm də Kaxetiya 

hakimi  təyin  edilməsi

6

,  bu  vaxt  Kaxetiyanın  da  Qarabağa  tabe 



olduğunu göstərir. 

XVI-XVII  yüzilliklərdə  Qarabağda  Qacar,  Qaramanlı,  Baharlı 

tayfaları,  Zülqədər  elinin  Şəmsəddinli  obası,  onlarla  qaynayıb 

qarışmış  Qazaxlar,  Otuziki  və  İyirmidörd  oymaqları  əkinçiliklə, 

                                         

1

 Engelbert Kempfer. Dər dərbare...s.158 



2

 Təzkirət əl-müluk.s.75-76 

3

 Персидские  документы  Матенадарана  (XV-XVII  вв).  Указы,  т.1, 



вып.I, Составил А.Д.Папазян, Ереван, 1956, с.174, 261 

4

 И.П.Петрушевски. Очерки…, с.121 



5

 Yenə orada. s.117 

6

 Röhrbörn. Göstərilən əsəri, s.34 




Yüklə 476,16 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə