Baki döVLƏt universiteti


II. DİSSERTASİYANIN ƏSAS MƏZMUNU



Yüklə 476,16 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix03.08.2018
ölçüsü476,16 Kb.
#60694
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

 

II. DİSSERTASİYANIN ƏSAS MƏZMUNU 

 

Girişdə 


mövzunun 

aktuallığı 

və 

elmi 


əhəmiyyəti 

əsaslandırılmış,  problemin  öyrənilmə  dərəcəsi  müəyyənləşdirilmiş, 

tarixşünaslığı  təhlil  edilmiş,  məqsəd  və  vəzifələri  və  elmi  yeniliyi, 

mənbəşünaslıq  bazası,  metodoloji  əsası,  praktik  əhəmiyyəti 

göstərilmişdir. 

Birinci  fəsil «Azərbaycan  Səfəvi  dövlətinin  idarə  quruluşu» 

adlanır.  Bu  fəsildə  ali  dövlət  hakimiyyəti  orqanlarının  təşkili  və  bu 

orqanlar  arasında  səlahiyyət  bölgüsü,  onların  statusu,  dövlətin 

mahiyyəti,  quruluşu  və  hakimiyyətin  həyata  keçirilməsində  Türk 

Qızılbaş əyanlarının rolu araşdırılmışdır.  

Fəslin  birinci  bölümündə  göstərilir  ki,  Azərbaycan  Səfəvi 

dövləti  monarxiya  üsul-idarəsinin,  yəni  hakimiyyətin  irsən  keçən 

idarəçilik  formasının  mövcud  olduğu  klassik  müsəlman  dövləti  idi. 

Səfəvi  dövləti  vahid  siyasi  təşkilat  olub,  hakimiyyəti  bütün 

imperiyanın  ərazisi  və  əhalisini  əhatə  etsə  də,  idarəetmə  sistemində 

özünə  qədərki  Türk  dövlətlərinə  aid  spesifik  xüsusiyyətlərə  malik 

olmuş  və  onun  üçün  səciyyəvi  olan  institutlar,  əlamətlər  dövrün 

başqa  Şərq  xalqlarının  dövlətlərində  mövcud  olmamışdır.  Səfəvi 

dövləti  ərazisində  bütün  sosial  zümrələrin  mənafeyini  ifadə  edən 

siyasi orqan kimi fəaliyyət göstərmişdir. 

O.Əfəndiyevin yazdığı kimi, Səfəvilər dövlətinin yaranmasında 

Azərbaycan  türk  etnosu  həlledici  rol  oynamış  və  bu  dövləti 

«konqlomerat imperiya» kimi şərh edən baxışlar doğru deyildir

1

. Ona 



görə  ki,  Fars,  Yəzd,  Kirman,  Xorasan,  Astrabad,  Mazandaran  və 

Gilanda  aralarında  çəkişmələr  olan  yerli  sülalələrin  hakimiyyəti 

devrilib,  inzibati  ərazi  bölgüsü  prinsipləri  əsasında  vilayətlər 

yaradılmışdı.  Səfəvi  dövlət  quruluşunun  formasına  uyğun  olaraq 

mərkəzlə yerli idarəetmə aparatı arasında qarşılıqlı münasibətlər milli 

deyil,  inzibati-ərazi  bölgüsü  prinsiplərinə  dayanırdı.  Digər  tərəfdən 

ölkə daxilində əmtəə-pul münasibətləri başlıca iqtisadi əlaqə forması 

                                         

1

 Əfəndiyev O.A. Azərbaycan Səfəvilər dövləti. Bakı: Azərbaycan 



Dövlət nəşriyyatı, 1993, s.32-33 

 



 

olub,  valilik  və  vilayətlər  vahid  iqtsadi-siyasi  mərkəz  ətrafında 

birləşmişdi. 

Bu  bölümdə  Azərbaycan  Səfəvi  dövlətinin  yaranması  zəngin 

qaynaq  materiallarının  təhlili  ilə  əsaslandırılır.  Dövrün  mötəbər 

mənbələrinin  bu  barədə  verdiyi  məlumatlar  Azərbaycan  adı  ilə 

Səfəvi  dövlətinin  yaranmasını  əsaslı  surətdə  sübut  edir.  XVI  yüzilin 

80-ci  illərində  ölkədə  baş  vermiş  separatizmin  qarşısını  almaq  və 

hakimiyyəti  möhkəmləndirmək  məqsədi  ilə  qeyri-türk  el,  oymaq 

əmirlərinə  də  dövlət  idarəetmə  orqanlarında  vəzifələr  verilsə  də,  bu 

dövlətin  milli  mahiyyətini  dəyişə  biməmişdi.  İtaliyalı  səyyah  Pyetro 

della Vallenin I Şah Abbasın dövründə ölkənin əsilzadələri və əsgəri 

təşkilatının  qızılbaşlardan  ibarət  olduğunu    qeyd  etməsi

1

   fikrimizin 



doğruluğunu təsdiq edir. 

Səfəvilər dövlətinin tarixinə həsr olunmuş bir çox tədqiqatlarda 

qaynaq  materialları  birtərəfli  təhlil  edilmiş  və  Səfəvilərin  soykökü, 

bu dövlətin yaranışı,  mahiyyəti təhrif edilmiş, «İran», «Fars» dövləti 

kimi  xarakterizə  edilərək  ciddi  səhvlərə  yol  verilmişdir.  F.  Sümərin 

yazdığı  kimi  Səfəvi  dövlətini  quran  və  yaşadan  türklər  Qızılbaş, 

yaxud  türk  adlanırdı.  Bu  təkcə  dövlətin  əsgəri  baxımdan  dayandığı 

türk ünsürü adını  ifadə etmir,  həm də onun qurub yaşatdığı dövlətin 

«Dövlət-i  Qızılbaş»  və  hakim  olduğu  yerin  isə  «Ölke-i  Qızılbaş»

2

  



adlanması mənasını da ifadə edir. 

İsgəndər  bəy  Münşi  Türkmanın  «Tarix-i  aləm  aray-i  Abbasi» 

adlı əsərində türk və qeyri-türk tayfaları  və onların  mərkəzi  və  yerli 

idarələrdə qulluqda olan əmirlərinin sayı haqqında 1576, 1628-ci illər 

üzrə iki siyahı vardır. Bu siyahılar üzrə hərtərəfli müqayisəli təhlillər 

tarixçilikdə  bu  günə  qədər  XVI  əsrin  sonu-XVII  əsrin  əvvəllərində 

Səfəvi  dövlət  quruluşunda  türk  soylu  qızılbaşların  sıxışdırılması  və 

qeyri-türk elementlərinin rolunun artması  ilə  bağlı olan  fikrin əksini 

göstərir  və  I  Şah  Abbasın  kadr  siyasətinin  sadəcə  dövlət 

hakimiyyətinin  möhkəmləndirilməsi  məqsədini  güddüyünü  isbat 

                                         

1

 



Səfərname-ye Pyetro della Valle. Tərcome-ye əz mətni əsli-ye italiyai 

doktor Şüaəddin Şəfa, Tehran: Şerkəte enteşarate elm və Fərhəngi, 

h.1348,s.50  

 

     



2

 

F.Sümər. Göstərilən əsəri, s.149, 150, 151



 


 

edir.  


İsgəndər  bəy  Münşinin  Səfəvi  dövlətinin  idarəçilik  və  dövlət 

quruluşunda önəmli rola  malik olmuş tayfalar və  onların əmirlərinin 

siyahısı  Səfəvi  dövlətinin  tarixini  araşdırmış  tədqiqatçılardan 

V.Minorski və İ.P.Petruşevskinin diqqətindən kənarda qalmamışdır. 

 İsgəndər  bəy  Münşinin  əsərindəki  1576-cı  il  siyahısı  üzrə 

apardıqları  təhlilə  əsasən  V.Minorski  türk  əmirlərinin  sayının  59 

nəfər,  İ.P.Petruşevski  isə 61  nəfər olduğunu qeyd etmişdir.

1

 Halbuki 



apardığımız  düzgün  hesablamalar  nəticəsində  aydın  olmuşdur  ki, 

siyahıda  göstərilən  114  nəfər  əmirdən  84  nəfərin  adı  qeyd 

olunmuşdur  ki,  onlardan  72  nəfəri  türk,  12  nəfəri  isə  talış,  kürd, 

lurlardan ibarət olmuşdur.

2

 

İ.P.Petruşevski  qaynaqdakı  ikinci  siyahını  (1628)  təhlil  edərək 



«ümumi  sayı  90  nəfər  olan  əmirdən,  yalnız  Qızılbaş  əmir  35  nəfər 

idi»-deməklə

3

 -  yenə də səhvə yol verir. Əvvəla, İsgəndər bəy Münşi 



sonuncu  siyahıda  əmirlərinin  sayının  90  yox,  92  nəfər  olduğunu 

yazmışdır.

4

 İkinci isə siyahıda 92 əmirdən 76 nəfərin adı yazılmışdır 



ki,  aparılan  hesablamalar əsasında  bu əmirlərdən  35  yox, 54  nəfərin 

türk  olduğu  müəyyən  edilmişdir.  Ancaq  onu  da  göstərmək  lazımdır 

ki,  birinci  siyahı  kimi  ikinci  siyahı  da  yarımçıq  olmaqla,  burada 

1628-ci  ildə  mərkəzi  və  yerli  idarələrdə  müxtəlif  vəzifələrdə  çalışan 

əmirlərin  ümumi  sayı  tam  əks  olunmamışdır.  Siyahıda  qulam  hərbi 

təşkilatının  yuxarı  zümrəsinə  daxil  olan  və  müxtəlif  vaxtlarda  yerli 

idarələrdə vəzifələrə təyin olunmuş 21 nəfər əmir haqqında məlumat 

verilmişdir. Ancaq mənbədə onlardan 3 nəfər əmire bozorq, 7 xan və 

8  sultanın,  yəni  15  nəfərin  adı  çəkilmişdi.

5

 Pyetro  della  Vallenin 



yazdığı  kimi  bu  qulamların  da  təlim  və  ünsiyyət  dili  türk  dili  olub, 

                                         

1

 V.Minorski.  Göstərilən  əsəri,  s.22;  И.П.Петрушевски.  Очерки…, 



с.109 

2

 Bax: İsgəndər bəy Münşi. Tarix-i aləm aray-i Abbasi, s. 138-



141. 

3

 И.П.Петрушевски. Очерки…, с.109 



4

 İsgəndər bəy Münşi. Tarix-i aləm aray-i Abbasi, s.1084 

5

 Yenə orada, s.1088-1089 




Yüklə 476,16 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə