Baki döVLƏt universiteti



Yüklə 476,16 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix03.08.2018
ölçüsü476,16 Kb.
#60694
1   ...   6   7   8   9   10   11   12   13   14

 

hakimlərinin alayları, qorçular dövlət, qulam, topçu və tüfəngçilər isə 

şah  qoşun  növü  olduğu  göstərilmişdir.  Birinci  qoşun  növünü  dövlət 

maliyələşdirirdi.  İkincinin  bütün  xərclərini  Şah  öz  şəxsi  gəliri 

hesabına ödəyirdi.

1

 



«Təzkirət  əl-müluk»da  vilayət  hakimlərinə  tabe  olan  daimi 

Türk-Qızılbaş  qoşunu  haqqındakı  məlumatlar  üzrə  V.Minorskinin 

apardığı  hesablamalara  görə onların  ümumi  sayının  58.289  nəfər  və 

İ.P.Petruşevski isə 59.496 nəfərdən ibarət olduğunu göstərmişdir.

2

 

Ölkəni  içəridən  və  dışarıdan  qoruyan  qorçular  Səfəvi  xassə 



əsgərləri  olub  I  Şah  İsmayıl  tərəfindən  Cığatay  hərbi  təşkilatı 

nümunəsində  yaradılmışdı.  Ancaq  bu əsgəri təşkilat Azərbaycanda I 

Şah  İsmayıla  qədər  də  mövcud  olmuşdu.

3

 Qaynaqlarda  qorçuların 



sayı  haqqındakı  məlumatlar  müxtəlifdir.  Bu  da  sözsüz  ki,  ayrı-ayrı 

şahların  onların  sayını  artırması,  yaxud  da  azaltması  ilə  əlaqədardır. 

Qorçuların sayının Pyetro della Valle 12.000 nəfər, Tavernye 22.000 

nəfər, Şarden ilə 30.000 nəfər olduğunu yazmışdır.

4

 

Qulam,  topçu,  tüfəngçi  nizami  hərbi  alaylarını  I  Şah  Abbas 



yaratmış  və  onun  dövründə  bu  hərbi  hissələrin  sayı  44.000  nəfər 

olmuşdu.


5

 I  Şah  Abbasın  vəfatı  əsnasında  ordunun  ümumi  sayı 

120.000  nəfərdən  ibarət  olub,  onun  50.000  nəfərini  üç  yeni  alay 

təşkil  edirdi.  Bu  vaxt  sarayı  qoruyan  10.000  nəfər  nəzərə 

alınmadıqda vilayət qoşunlarının sayı 70.000 nəfərdən çox deyildi. 

6

 



«Dini  divan»  adlanan  ikinci  fəsildə  ali  ruhani  idarəsinin 

strukturu,  hüquq  və  səlahiyyəti,  dünyəvi  hakimiyyətlə  dini 

təsisatların  qarşılıqlı  münasibətləri  dövrün  qaynaqlarından  əldə 

edilən materialların müqayisəli təhlili əsasında araşdırılmışdır.  

                                         

1

 Səfərname-ye  Şarden,  Tərcome-ye  Eğbal  Yəğmai,  c.1-5,  Tehran: 



Çapxane-ye Heydəri, h.1372-1374, c.3, s.1191 

2

V.Minorski.  Göstərilən  əsəri,  s.53;  И.П.Петрушевски.  Очерки…, 



с.144 

3

 Səfərname-ye Sanson, s.46; F.Sümər. Göstərilən əsəri, s.240 



4

 Səfərname-ye Pyetro della Valle, s. 351; Safərname-ye 

Tavernye. Tərcome-ye Əbuturab Nuri, İsfahan: Çapxane-ye Pərvin, 

h.1336 s. 592; Səfərname-ye Şarden, c.3, s. 1191. 

5

 Bax: И.П.Петрушевски. Очерки…, с.81 



6

 Səfərname-ye Şarden, c.3, s.1197 




 

Fəsilin  birinci  bölümündə  göstərilir  ki,  Səfəvi  dövlətinin 

mərkəzi hakimiyyət orqanları arasındakı səlahiyyət bölgüsünə uyğun 

olaraq  «divan  əs-sədarə»,  yəni  ali  ruhani  idarəsi  də  təsis  edilmişdi. 

V.Minorskiyə  görə  «dini  divan»ın  başçısı  sədr  olub,  Səfəvilərin 

hakimiyyətinin  ilk  illərində  «sədr  moqufat»  adlanırdı.

1

 O.Əfəndiyev 



dövrün mənbələrinə əsaslanaraq yazır ki, ölkə torpaqlarının divan və 

xassəyə  bölünməsinə  uyğun  olaraq  ərazi  əlaməti  əsasında  sədr 

vəzifəsi  də  iki  şəxs  arasında  bölünür.  Ancaq  «Təzkirət  əl-müluk»da 

sədarət  vəzifəsinin  xassə  və  amməyə  (məmalik)  bölünməsinin  adi 

təcrübədən irəli gəldiyi bildirilir.

2

 



Minorskinin  sədr  institutu  ilə  bağlı  apardığı  təhlillərdən  aydın 

olur  ki,  Şah  Abbas  Sani  (1642-1666)  sədrin  nüfuzunu  zəiflətmək 

üçün onu özünə baş vəzir təyin etmiş və sədrin məqamı 17 ay başqa 

bir vəzifənin rəhbərliyi altında qalmışdı.  Şah Süleyman (1666-1694) 

isə sədrlik vəzifəsini yenə xassə və amməyə böldü. Sədre xassə şahın 

xalisə əmlakının, sədre ammə isə əmlake ammənin, yəni xassə istisna 

olmaqla,  dövlətin  digər  inzibati  vahidlərinin  «dini  divana»  aid  olan 

işləri  ilə  məşğul  olmalı  idilər.  Sədr  xassə  rütbəsinə  görə,  sədr 

ammədən üstün idi.

3

 



«Təzkirət  əl-müluk»da  da  sədarət  institutu  haqqında  müfəssəl 

məlumatlar  vardır.  Qaynaqda  göstərilir  ki,  şəri  hakimlərini,  təfvizi 

vəqflərin  (şahın  nəzarəti  altında  idarə  edilən  vəqflər)  mübaşirləri 

vəzifəyə  sədr  təyin  edirdi.  (Mübaşir  -  vəqf  təsərrüfatını  idarə  edən 

məmur  olub,  vəqfin  illik  gəlirini  müəyyən  edərək  onu  mouqufat 

dəftərində  qeydiyyata  alır,  bu  gəlirdən  həvalələri  hazırlayır,  vəqf 

torpaqlarının  yenidən  əkilməsi  üçün  vəsait  ayırırdı).  Seyidlərin 

ağsaqqalları,  üləmalar,  müdərrislər,  şeyx  ül-islamlar,  pişnamazlar, 

qazılar,  mütəvəllilər,  xeyriyyə  müəssisələrinin  gözətçiləri,  vəqflərin 

nazirləri,  mustoufiləri,  mirzələr,  ölüyuyanlar,  qəbirqazanların 

ağsaqqalları  və  başqa  işçilər  ona  tabe  idilər.

4

 Sədr  məscid  və  vəqf 



əmlakını  idarə  edən  və  bu  dini  müəssisələrdə  çalışan,  işçi  və 

                                         

1

 V.Minorski. Göstərilən əsəri, s.73 



2

 Təzkirət əl-müluk.s.2-3; O.Əfəndiyev. Azərbaycan..., s.223-233 

3

 V.Minorski. Göstərilən əsəri, s.74 



4

 Təzkirət əl-müluk.s.2 




 

xədəmələrin,  müdərrislərin,  tələbələrin,  vaizlər  və  başqa  din 

xadimlərinin  vəzifə dərəcələrinə görə aylıq  məvaciblərini təyin edir, 

artırır,  azaldır,  yaxud  ləğv  edirdi.

1

 Dövlətin  idarə  quruluşunda  ayrı-



ayrı  orqanlar  arasında  səlahiyyət  bölgüsünə  uyğun  olaraq  sədr 

əzəmlə  divanbəyi  arasında  qanunlara  uyğun  olan  qarşılıqlı 

münasibətlər  səyyah  gündəlikləri  ilə  müqayisədə  «Təzkirət  əl-mü-

luk»da  daha  aydın  şəkildə  əks  olunmuşdur.  Qaynaqda  göstərilir  ki, 

divanbəyi səlahiyyətinə aid olan dörd mühüm cinayət hadisəsinə sədr 

əzəmin iştirakı olmadan baxıla blməzdi. Ancaq bu cinayət hadisələri 

ilə əlaqədar olaraq başqa şəri hakimlərin, hətta sədr əl-məmalikin də 

divanbəyinin işinə qarışmağa səlahiyyətləri yoxudu.

2

 

Sədr  vəzifəsi  I  Şah  Abbasa  kimi,  onun  da  dövründə  və  ondan 



da  sonra  dövrünün  adlı-sanlı  seyidlərinə  tapşırılırdı.  Bu  barədə 

İsgəndər bəy Münşi yazır: «Bu vəzifə fazil, yüksək dərəcəli və təmiz 

seyidlərdən  başqa  digərlərinə  verilmir».

3

 Həm  də  sədr  vəzifəsinə 



təyin  edilən  seyidlər  Səfəvi  Şahlıq  sülaləsindən  qız  alır  və  qohum 

olurdular.  Göründüyü  kimi,  onlar  fars  ünsürü  deyildilər.  Engelbert 

Kempfer  yazır ki, Şah 1670-ci  ildə sədr vəzifəsini iki  nəfər arasında 

böldü ki, onlardan biri qohumu, digəri isə kürəkəni idi.

4

 

Fəslin  ikinci  bölümündə göstərilir ki, Səfəviyyə sufi-dərviş cə-



miyyətinə  pir,  yaxud  mürşid-i  kamil  ünvanı  ilə  başçılıq  edən  Səfəvi 

nəslinin  nümayəndələri  mötəbər  din  xadimləri  olduqlarına  görə 

əvvəllər şeyx titulu daşıyırdılar. Onlar 1501-ci ildən Şah titulu qəbul 

etdikdən  sonra  cəmiyyətin  mürşid-i  kamillik  ünvanını  özlərində 

saxlayırdılar.  Xəlifət  əl-xüləfa  isə  onun  naibi  vəzifəsini  icra  edirdi. 

Qaynaqlarda  sufi,  dərviş,  mürid,  qazi,  abdal  adları  ilə  yad  edilən 

xidmətçilər isə Qızılbaş döyüşçüləri, başqa sözlə desək, onun sosial-

hərbi  dayağı  idi.

5

 Səfəviyyə  cəmiyyətini  möhkəmləndirmək  və  onun 



                                         

1

 Engelbert Kempfer. Dər dərbare...s.122 



2

 Təzkirət əl-müluk.s.2 

3

 İsgəndər bəy Münşi. Tarix-i aləm aray-i Abbasi, s.144 



4

 Engelbert Kempfer. Dər dərbare...s.122 

5

 Əliyarov  S.  Azərbaycanda  bidətçilik  hərəkatına  dair  ədəbi  mənbələrin 



araşdırma  təcrübəsindən:  Azərbaycan  filologiyası  məsələləri,  I  buraxılış, 

Bakı, 1983, s.179-204  




Yüklə 476,16 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə