Baki döVLƏt universiteti



Yüklə 476,16 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix03.08.2018
ölçüsü476,16 Kb.
#60694
1   2   3   4   5   6   7   8   9   10   ...   14

 

hadisələrini  və  dövlət  quruluşunda  Qızılbaş-Türk  əyanlarının  rolunu 

araşdırmaq  baxımından  dəyərli  bir  mənbədir.  Əsərin  h.1334-cü  il 

nəşri  müəllifi  bəlli  olmayan  «Xülasət  ət-təvarix»  adlı  mənbə  ilə 

birləşdirilmişdir. 

Mənbədə 


Şah 


Təhmasibin 

hakimiyyətə 

gəlməsindən  başlayaraq  1653-cü  ilə  qədər  geniş  bir  dövrün  siyasi 

tarixi  hadisələri  öz  əksini  tapmışdır  və  burada  dövlət  quruluşu 

haqqında da elmi əhəmiyyətli məlumatlar vardır. 

Səfəvilər 

dövrünün 

tarixçilərindən 

Məhəmməd 

Yusif 


Qəzvininin  «Xold-i  bərin»

1

,  Məhəmməd  Tahir  Vəhidin 



«Abbasnamə»

2

, Məhəmməd Xacəki İsfahaninin  «Xülasət-üs-siyər»



3

Mirzəbəy  Həsən  əl-Hüseyni  Cunabadinin  «Rövzət-üs-səfəviyyə»



4

Azərbaycan  bəylərbəyi  və  Təbriz  hakimi  Rüstəm  xana  həsr  edilmiş 



«Ketab-i  colus-i  Şah  Səfi  və  ya  tarix-i  Bicən»

5

 əsərlərindən  də 



mövzunun araşdırılmasında istifadə olunmuşdur. 

Azərbaycan Səfəvi dövlətinin idarə quruluşunu öyrənmək üçün 

Mirzə  Səmianın  1725-ci  ildə  yazdığı  «Təzkirət  əl-müluk»

6

 əsərinin 



xüsusi  əhəmiyyəti  vardır.  Əsərdə  verilən  məlumatlardan  aydın  olur 

ki,  qaynağın  müəllifi  dövlət  təşkilatı  məsələlərinə  mükəmməl  bələd 

olmuşdur.  Əsərdə  Azərbaycan  Səfəvi  dövlətinin  quruluşu,  haki-

miyyət orqanlarının statusu, məmurların səlahiyyəti, onların ləqəb və 

titulları  haqqında  ətraflı  məlumat  verilmişdir.  Qeyd  etmək  lazımdır 

                                         

 

1

 



ناﺮﮭﺗ ،ﻦﯾﺮﺑ ﺪﻠﺧ ،ﯽﻨﯾوﺰﻗ ﻒﺳﻮﯾ ﺪﻤﺤﻣ

 :

 ،ﻦﯾﺮﯿﺷ ﮫﻧﺎﺨﭘﺎﭼ



1372

.

 ﮫﺑ دﻮﺷ عﻮﺟر ﻦﯿﻨﭽﻤھ ؛



ﺎﯿﻧﺎﺘﯾﺮﺑ هزﻮﻣ ﯽﻄﺧ ﮫﺨﺴﻧ

 

 



2

 

ﻘھد ﻢﯿھاﺮﺑا ﺢﯿﺤﺼﺗ ﮫﺑ ،ﮫﻣﺎﻧ سﺎﺒﻋ ،ﺪﯿﺣو ﺮھﺎﻃ ﺪﻤﺤﻣ



 ،کارا ،نﺎ

1329


 عﻮﺟر ﻦﯿﻨﭽﻤھ ؛

قرﻮﺑﺮﺘﭘ ﯽﻄﺧ ﮫﺨﺴﻧ ﮫﺑ دﻮﺷ

.

 

 



3

 

ﺮﯿﺴﻟا ﺔﺻﻼﺧ ،ﯽﻧﺎﮭﻔﺻا ﯽﮕﺟاﻮﺧ ﻦﺑا مﻮﺼﻌﻣ ﺪﻤﺤﻣ



 .

 

 M.E.Saltıkov-Şedrin 



adına 

Sankt-Peterburq, 

Dövlət 

Kütləvi 


Kitabxanasının  əlyazmalar  şöbəsi,  B.  Dorunun  kataloqu  303;  Azərbaycan 

MEA  A.A.Bakıxanov  adına  Tarix  İnstitutunun  Elmi  Arxivi,  inv.  №  4876 

(2), Fotosurət. 

 

4



 

 ،یدﺎﺑﺎﻧﻮﺟ ﯽﻨﯿﺴﺣ ﻦﺴﺣ ﺮﺴﭘ ﮏﯿﺑ ازﺮﯿﻣ ﻒﯿﻟﺎﺗ ،ﮫﯾﻮﻔﺼﻟا ﺔﺿور

 

 Azərbaycan  MEA  A.A.Bakıxanov  adına  Tarix  İnstitutu  arxivi,  inv.  № 



2614 (4), fotosurət.  

 

5



 

ﺎﯿﻧﺎﺘﯾﺮﺑ هزﻮﻣ ﮫﺨﺴﻧ ،ﻦﺠﯿﺑ ﺦﯾرﺎﺗ

 

 

6



 

ﺗ  ،ﺎﻌﯿﻤﺳ  ازﺮﯿﻣ

،ناﺮﮭﺗ  ،ﯽﻗﺎﯿﺳ  ﺮﯿﺑ  ﺪﻤﺤﻣ  ﺪﯿﺳ  ﺮﺘﮐد  ﺶﺷﻮﮐ  ﮫﺑ  ،کﻮﻠﻤﻟا  ةﺮﮐﺬ

 تارﺎﺸﺘﻧا 

 ،ﺮﯿﺒﮐ ﺮﯿﻣا

1368


.

 



 

ki,  «Təzkirət  əl-müluk»  əsərinin  əlyazmalarından  birinin  fotoşəkli 

1943-cü  ildə  məşhur  şərqşünas  V.Minorski  tərəfindən  Kembriç 

şəhərində  nəşr  edilmişdir.  Həmin  nəşrdə  «Təzkirət  əl-müluk» 

əsərinin  əlyazmasının  fotoşəklindən  başqa,  onun  ingilis  dilinə 

tərcüməsi  və  geniş  izahı  verilmişdir.  1956-cı  ildə  İran  alimi 

Məhəmməd  Dəbir  Səyaqi  həmin  əsəri  Tehranda  yenidən  nəşr 

etdirmişdir.  Daha  sonra  İran  alimlərindən  Məsud  Rəcəbniya 

V.Minorskinin  həmin  əsəri  haqqında  izahlarını  «Səfəvi  hökumətinin 

idarə təşkilatı» adı altında 1958-ci ildə Tehranda nəşr etdirmişdir.  

Dövrün  Osmanlı  tarixçilərindən  Xoca  Sədəddin  Əfəndi, 

Mustafa  Əfəndi,  Evliyə  Çələbi,    avropalı  səyyahlardan  Vinçenso 

Alessandri,  Don  Qarsiya  de  Silva,  Pyetro  della  Valle,  Adam  Oleari, 

Jan  Battist  Tavernye,  Yan  Streys,  Engelbert  Kempfer,  Cemelli 

Kareri,  Sansonun  əsərlərində,  rəsmi  sənədlərdə  Səfəvi  dövlətinin 

quruluşu  və  idarəetmə  sistemində  Qızılbaş-Türk  əsilzadələrinin 

roluna  aid  elmi  əhəmiyyətli  məlumatlara  təsadüf  edilmiş  və  bu 

məlumatlardan tədqiqat işində yeri gəldikcə istifadə olunmuşdur. 



Tədqiqatın elmi yeniliyi: Mövzu ilk mənbələr, dövrün Avropa 

ədəbiyyatlarından  əldə  edilən  faktiki  materialların  müqayisəli  təhlili 

əsasında 

araşdırılmışdır. 

Dissertasiya 

işi 


Azərbaycan 

tarixşünaslığında  bu  sahədə  ilk  tədqiqat  işidir  və  əsərdə  bir  sıra 

əhəmiyyətli müddəalar irəli sürülmüşdür. 

- Yeni faktlar əsasında dövlətin yaranmasında, qorunub saxlan-

masında türk etnosunun önəmli və üstün mövqeyi işıqlandırılmışdır; 

-  Ali  hakimiyyət  orqanlarının  təşkili,  onların  arasında 

səlahiyyət bölgüsü, statusları tədqiq olunmuş və əsərdə bu məsələlər 

ətraflı şəkildə öz əksini tapmışdır; 

-  «Tarix-i  aləm  aray-i  Abbasi»  də  türk  və  qeyri-türk  elləri  və 

onların  idarəçilikdə,  qulluqda  olan  əmirlərinin  sayına  aid  siyahılar 

araşdırılmış  və  XVI  əsdə  olduğu  kimi,  XVII  əsrin  əvvəllərində  də 

dövlət  quruluşunda  Qızılbaş-Türk  əmirlərinin  üstün  mövqeləri 

işıqlandırılmışdır; 

- Səfəvi dövlətini qurub-yaradan Qızılbaş-Türk əmirlərinin XVI 

əsrin  sonu  -  XVII  əsrdə  ali  hakimiyyət  orqanlarında,  inzibati 

idarəetmədə üstün və aparıcı rolu yeni faktlarla əsaslandırılmış, tarixi 

gerçəkliklər üzə çıxarılmışdır; 



 

-  Dövlətin  əsgəri  təşkilatı  ətraflı  şəkildə  araşdırılmış  bir  sıra 

qaranlıq məsələlər aydınlaşdırılmışdır; 

- Dini divan da geniş səpkidə araşdırılmış və bu divanda rəhbər 

vəzifələrə  şahlıq  sülaləsi  ilə  qohum  olan  seyidlərin  təyin  olunması 

kimi maraqlı məsələlər aydınlaşdırılmışdır. 



Tədqiqatın  praktik  əhəmiyyəti:  Dissertasiya  işində  ilk 

qaynaqlardan  əldə  edilmiş  faktların  müqayisəli  təhlili  əsasında  XVI 

yüzilin  sonu  –  XVII  yüzildə  Qızılbaş-Türk  etnosunun  dövlət 

quruluşunda  üstün  mövqeyinə  aid  yeni  elmi  müddəaların  irəli 

sürülməsi,  tarixi  gerçəkliklərin  üzə  çıxarılması  nəzəri  baxımdan  çox 

böyük əhəmiyyət kəsb etmişdir. 

Dissertasiyadakı  materiallardan  Azərbaycan  tarixi  üzrə  dərslik 

və  dərs  vəsaiti  tərtib  edilməsində,  həmçinin  ali  və  orta  ixtisas 

məktəblərində  Azərbaycan  tarixi  fənninin  tədrisində,  magistraturada 

xüsusi kursların oxunmasında istifadə oluna bilər. 



İşin aprobasiyası:  Dissertasiya işi Bakı Dövlət Universitetinin 

Azərbaycan  tarixi  (təbiət  fakültələri  üzrə)  kafedrasının  12  dekabr 

2009-cu  il  tarixli  iclasında  müzakirə  edilmiş  və  müdafiəyə 

buraxılmaq  üçün  məsləhət  görülmüşdür.  Dissertasiya  işinin  əsas 

məzmununu  əhatə  edən  müddəaları  müəllifin  monoqrafiya  və  elmi 

məqalələrində, həmçinin elmi nəzəri konfranslardakı çıxışlarında əks 

olunmuşdur.  

Dissertasiyanın  quruluşu:  Dissertasiya  işi  giriş,  üç  fəsil, 

nəticə və ədəbiyyat siyahısından ibarətdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 476,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə