Baki döVLƏt universiteti



Yüklə 476,16 Kb.
Pdf görüntüsü
səhifə13/14
tarix03.08.2018
ölçüsü476,16 Kb.
#60694
1   ...   6   7   8   9   10   11   12   13   14

 

Türkmanın  əsərində Çəpni əmirlərindən 1595-ci  ildə Fumənə hakim 

təyin edilən Uğurlu sultanın adı çəkilir.

1

 Özbəklər Nişapuru 1594-cü 



ildə yenidən tutduqda, buranın hakimi Dərviş Məhəmməd xan Rumlu 

Gilanda Lahicana (Biye Piş)  əmir ül-üməra təyin  edilir və o, burada 

çox böyük başarılar göstərmişdir.

2

 



«Təzkirət  əl-müluk»da  adı  qeyd  olunan  Kirman  isə  Güney-

Doğuda  olub,  sərhəd  vilayəti  deyildi,  xassə  əmlakı  tərkibinə  daxil 

olub, sərkare xassey-i şərifə tərəfindən idarə edilirdi.

3

 



«Təzkirət  əl-müluk»da  adı  çəkilən  İraq  ayrıca  vilayət  idi.

4

 



Adam  Oleari  yazır  ki,  o  birisi  İraq  iki  ölkənin  ortasında  (Yəni 

Azərbaycanla Fars arasında  – Z.B.) yerləşir  və Farsla  yaxud Persiya 

ilə  həmsərhəddir.  Birincidən  fərqli  olaraq  o,  Əcəm  İraqı  adlanır. 

Əhəmiyyətinə  görə  ən  mühüm  şəhəri  İsfahandır.  Senkan,  Kaşan, 

Savə,  Rey,  Həmədan,  Qum,  Şəhrizor,  Dərəcəzeyn,  Tehran  və 

Qülpayeqan da Əcəm İraqındadır.

5

 

«Təzkirət 



əl-müluk»da 

Qələmrov 

(tabe 

olan 


ərazi) 

bəylərbəyiliyinə  tabe  olan  mahal  və  ulkaların  Kərus,  Zərinkəmər 

ulkası  və  Tğanmin  (?),  Həştadcüft  ulkası,  Hersin,  Kəlhor,  Xar  və 

Simnan, Savə və Havə, Rey ulkasından ibarət olduğu göstərilmişdir.

6

 

İsgəndər  bəy  Münşiyə  görə  Nəhavənd  də  Həmədana  tabe  olub, 



əhalisinin çoxu türk idi.

7

 Həmədan Səfəvilər dövrünün qaynaqlarında 



Qələmrov adı ilə yazıya alınmışdır. Ancaq Qaraqoyunlular dövründə 

Həmədana Əlişəkər deyilirdi.

8

 

«Təzkirət əl-müluk»da Səfəvi dövlətinin qərb vilayətindən olan 



Kürdüstanın  Xorxor,Cavanrud  və  Urman  mahallarından  ibarət 

olduğu göstərilir. 

9

 

                                         



1

 Yenə orada. s.514-515 

2

  İsgəndər bəy Münşi.. Tarix-i aləm aray-i Abbasi, s.501 



3

 Təzkirət əl-müluk.s.83; V.Minorski. Göstərilən əsəri, s.201 

4

 Yenə orada.  



5

 Адам Олеарий. Подробное…, с.607 

6

 Təzkirət əl-müluk.s.74, 75 



7

 İsgəndər bəy Münşi. Tarix-i aləm aray-i Abbasi, s.634 

8

 V.Minorski. Göstərilən əsəri, s.202 



9

 Təzkirət əl-müluk.s.85 




 

Luristan  Feyli  (Feyli-Lur  tayfalarının  adıdır)  Kirmanşah  və 

Həmədanın  cənubunda  olub,  Bəxtiyarı  və  Bane  mahalları  ona  tabe 

idi.


1

 «Xolde-bərin»də II Şah İsmayıl tərəfindən Türk-Qızılbaş Təkəli 

elindən  Solaq  Hüseynə  xanlıq  titulu  verilməsi  və  onun  Luristan 

vilayətinə hakim təyin edilməsi qeyd olunmuşdur.

2

 

Fars-Kuhgiluyə  bəylərbəyilinə  tabe  olan  ulka  və  mahallar 



Bəhreyn,  Zeydabad,  Duruğ,  Sərvistan,  Bəndər  Abbas,  Dəştistandan 

ibarət olub, Kuhgiluyə isə əslində Fars, Xuzistan, Bəxtiyari arasıdakı 

ərazidir.  XVI-XVII  yüzilliyin  qaynaqlarında  Fars  vilayəti,  bəzən 

Kuhgiluyə adı ilə verilir. 1602-ci ildən Bəhreyn də Kuhgiluyə xanına 

tabe edilmişdi.

3

 



Səfəvilər  dövründə  Fars  vilayətinin  əhalisinin  müəyyən 

hissəsini  müxtəlif  dövrlərdə  burada  məskunlaşmış  türk  elləri  təşkil 

edirdilər.  Hələ  Səlcuqlular  dövründə  Türkmən  Əfşar  tayfasından 

xeyli  əhali  köçüb  Kuhgiluyədə  məskunlaşmışdı.

4

 1617-ci  ildə 



İspaniya  elçisi  Don  Qarsiya  de  Silva  Larla  Şiraz  arasında  dəfələrlə 

Türkman obaları ilə qarşılaşdığını qeyd etmişdir. Səfir Lar mahalında 

onları qarşılayan əsilzadələrdən Gülxanım adlı hündür boylu, donqar 

burunlu, iti və sərt baxışlı Türkman xanımı  haqqında  məlumat verir. 

O,  Larda  bir  neçə  kəndin  ömürlük  sahibi  və  həm  də  hakimi  idi.

5

 



Məlum  olduğu  kimi,  Zülqədərlərin  yurdu  əskidən  bəri  Fars  bölgəsi 

olub, onların bir çoxunun ulkası isə Əcəm İraqında idi.

6

 I Şah İsmayıl 



Farsı  fəth  etdikdən  sonra  bir  qayda  olaraq  Şiraz  valiliyi  Zülqədər 

əmirlərinə  verilir  və  onların  burada  hakimiyyəti  bu  tayfanın 

əmirlərinin xüsusi imtiyazı olaraq irsi mahiyyət kəsb edirdi. 

“Təzkirət  əl-müluk”da  Ərəbistan  valiliyi  və  Farsla  İsfahan 

arasındakı Simrumun

7

 yalnız adı çəkilir. 



                                         

1

 Yenə orada.  



2

 Məhəmməd Yusif Qəzvini. Xolde-bərin, s.557 

3

 Təzkirət əl-müluk.s.85-86; V.Minorski. Göstərilən əsəri, s.205, 206 



4

 Yenə orada.  

5

 Səfərname-ye  Don  Qarsiya  de  Silva.  Fiqeroa.  Tərcome-ye  Qulamrza 



Səmii, Tehran: Çapxane-ye Kətibe, h.1363, s.115,122, 123, 125, 398 

6

 F.Sümər. Göstərilən əsəri, s.45 



7

 Təzkirət əl-müluk. s.86

 



 

Dövrün  mənbələrini  diqqətlə  nəzərdən  keçirdikdə  tam  aydın 

olur  ki,  XVI-XVII  əsrlərdə  Səfəvilərin  demək  olar  ki,  bütün  vilayət 

və  mahallarında  Qızılbaş  türk  tayfa  əmirləri  hakimiyyətdə 

olmuşdular.  Məsələn,  Qarabağ  və  Astrabadda  Qacar,  Azərbaycanda 

Təkəli  və  Türkman,  Çuxur-Səddə  Ustaclı,  Farsda  Zülqədər, 

Kirmanda  Əfşar,  Həmədanda  Təkəli,  Heratda  Şamlı  əmirləri 

bəylərbəyi  olurdular.

1

 Nadir  hallarda  yeni  hərbi  əsilzadələrdən 



bəylərbəyi təyin edilsə də, bu təcrübə özünü doğrultmamışdır. 

Onu da qeyd etmək lazımdır ki, inzibati vahidlərin ərazisi sabit 

qalmamış,  dəfələrlə  şəhər,  hətta  bütöv  bir  mahal  bir  vilayətdən 

alınmış, digərinə verilmişdir. 

Fəslin  ikinci  bölümündə  mötəbər  mənbələrdən  əldə  edilən 

materiallar  təhlil  edilmiş  və  vilayətlərə  bir  qayda  olaraq  türk  tayfa 

əsilzadələrindən təyin edilməsi əsaslandırılmışdır. Bu hakimlərin hər 

biri  təyin  olunduqları  vilayətin  bəylərbəyi  olmaqla  yanaşı,  həm  də 

burada  sakin  olan  türk  tayfalarından  birinin  əmiri,  ağsaqqalı  və 

başçısı  idi,  onun  mülki-inzibati  hakimiyyəti  həm  də  hərbi  mahiyyət 

kəsb edirdi. 

 Vilayət  hakimi,  həm  də  buradakı  tayfa  başçısı  olan  əmir 

öldükdə  və  ya  öldürüldükdə  onun  yerinə  həmin  tayfanın  mötəbər 

şəxslərindən  başqa  biri  o  tayfaya  ağsaqqal  (əmir)  seçilir,  ona  sultan 

və ya xan titulu verilib, bəylərbəyi təyin edilirdi.  

Engelbert Kempferin yerli hakimlərin vəzifə və titullarına görə 

tərtib  etdiyi  siyahıda  xassə  əmlakı  olan  şəhər  və  vilayətə  vəzir  və 

darğanın  hakim  statusu  ilə  təyin  olunmasına  işarə  də  edilir.  O  qeyd 

edir  ki,  vaxtilə  bəylərbəyilər  tərəfindən  idarə  olunan  məntəqələrin 

çoxu  bu  gün  xassə  əmlakıdır.  Bu  əmlakı  idarə  edən  vəzirlər  birbaşa 

Şaha tabe olub, öz vəzifələrini onun nəzarəti altında yerinə yetirirlər.

2

 



Xassə əmlakına hakim statusu ilə təyin olunan vəzir, yaxud darğanın 

hüquq  və  səlahiyyəti  divan  ərazisi  tərkibindəki  vilayət  hakimlərinin 

hüquqları ilə müqayisədə daha məhdud idi.  

Hakimiyyətin həyata keçirilməsi və yerli idarəetmə qaydalarına 

uyğun  olaraq  hakimlər  əyalətdə  mülkü,  hərbi-siyasi  orqanların 

                                         

1

 И.П.Петрушевски. Очерки…, с.121 



2

 Engelbert Kempfer. Dər dərbare..., s. 157, 158. 




Yüklə 476,16 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə