Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elml



Yüklə 110,52 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü110,52 Kb.
#51120


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elml

ər seriyası   

 

2014 

 

 



 

 

ƏDƏBİYYATŞÜNASLIQ 



 

 

UOT 82.0; 82.09 

 

AZƏRBAYCAN MÜHACİRƏT POEZİYASININ  

ARAŞDIRILMA VƏZİYYƏTİ  

 

N.M.CABBARLI 

AMEA Nizami adına Ədəbiyyat İnstitutu 

nikpur@live.com 

 

M

əqalədə  Azərbaycan mühacirət  poeziyasının  araşdırılma  vəziyyəti  xronoloji  ardıcıl-

lıqla  izlənilir və  belə  bir qənaət ifadə  olunur ki, 1980-ci illərin  sonlarına  qədər sovet 

Az

ərbaycanında  ideoloji-siyasi mülahizələrə  yasaq  olunduğundan  elmi  dövriyyədən kənarda 

qalmış bu bədii sərvətin ilk obyektiv qiymətini elə mühacirət ədəbi tənqidinin M.Ə.Rəsulzadə, 

M.B.M

əhəmmədzadə, Ə.Cəfəroğlu, L.Elsevər, Alptəkin, Ə.Yurdsevər, Ə.Qaraca kimi görkəmli 

v

ə tanınmış nümayəndələri vermişlər.  

1980-ci ill

ərin sonu –  1990-cı  illərin  əvvəllərindən etibarən Azərbaycan mühacirət 

ədəbiyyatının,  o  cümlədən  poeziyasının  araşdırılması  yönündə  yeni mərhələnin  başlandığını 

vurğulayan  məqalə  müəllifi B.Nəbiyevin,  N.Ələkbərlinin,  Ə.Arasın  uyğun  araşdırmalarını 

sözüged

ən mərhələnin diqqətəlayiq örnəkləri  kimi təqdim və  təhlil edir. Məqalədə  belə  bir 

yekun q

ənaət əksini tapır ki, Azərbaycan mühacirət poeziyasının hazırkı araşdırılma vəziyyəti 

q

ənaətbəxş sayıla bilməz və bu yöndə yeni araşdırmalara zərurət vardır.  

 

Açar sözl

ər: mühacirət, poeziya, ədəbi tənqid, ədəbiyyat tarixi, araşdırma 

 

1980-ci ill

ərin  sonlarına qədər sovet Azərbaycanında  mühacirət  ədəbiy-

yatının  nəşri  və  tədqiqi ideoloji-siyasi mülahizələrlə  yasaq  olunduğundan, bu 

z

əngin bədii irs uzun müddət vətəndə  elmi dövriyyədən kənarda  qalmış,  yüz 



minl

ərlə  soydaşımızın  estetik  zövqünün  formalaşmasında,  milli-mənəvi də-

y

ərlərə  sədaqət ruhunda tərbiyəsində  iştirak  edə  bilməmişdir.  Əsas  etibarilə 



mühacir az

ərbaycanlılar  arasında  yayılan  bu  bədii sərvətin ilk obyektiv qiy-

m

ətini elə mühacirət ədəbi tənqidi vermişdir.  



Mühacir

ət poeziyamızın ədəbi-elmi dəyərləndirilməsi yönündə öncüllük 

Az

ərbaycan milli hərəkatının və siyasi mühacirətinin qüdrətli şəxsiyyətlərindən 



biri, görk

əmli alim, ədib, publisist, tənqidçi və tarixçi Mirzə Bala Məhəmməd-

zad

əyə məxsusdur. Onun «Əli Usta və şeirləri» məqaləsi (1), «İstiqlal uğrun-



12 


da»  şeirlər məcmuəsinə  yazdığı  müqəddimə  (2, 3-9), həmin müqəddimənin 

b

əzi ixtisar və  əlavələrlə  Gültəkinin «Buzlu cəhənnəm»  kitabında  verilmiş 



variantı (3, 3-11) Azərbaycan mühacirət poeziyasının (və bütövlükdə ədəbiyya-

tının) təşəkkülü, inkişafı, məfkurəvi yönü, bədii-estetik dəyəri barədə ilk elmi 

q

ənaətləri əks etdirən araşdırmalar kimi əhəmiyyətlidirlər.  



Mühacir

ət ədəbi-elmi fikrinin görkəmli nümayəndəsi prof. Əhməd Cəfər-

oğlunun «Azəri ədəbiyyatında  istiqlal  mücadiləsi» əsərinin sonuncu – V fəsli 

(4, 43-44), habel

ə  İstanbuldakı  «Azərbaycan nəşriyyat  yurdu»nun  hazırladığı 

«Qurtuluş  yollarında»  şeirlər məcmuəsinin müqəddiməsi (5, 3-5) mühacirət 

poeziyamızın  təşəkkül mərhələsinin öyrənilməsi  baxımından  müəyyən elmi 

d

əyər kəsb edir.  



Az

ərbaycan siyasi mühacirətinin lideri Məhəmməd  Əmin  Rəsulzadənin 

«Çağdaş Azərbaycan ədəbiyyatı» əsərində də mühacirət poeziyamızın təqribən 

1930-cu ill

ərin ortalarına qədər keçdiyi yolun ümumi mənzərəsi canlandırılır. 

Az

ərbaycan mühacirət poeziyasının intişarında Gültəkinin roluna yüksək dəyər 



ver

ən  M.Ə.  Rəsulzadə  onun «Buzlu cəhənnəm»  şeirini  «şah  əsər»  adlandırır, 

eyni zamanda «milli mühacir

ət  şərtləri içində  bəlirən və  yurdsevərlik 

ideyalarını tərənnüm edən» şairlər sırasında Sənanın (Məhəmməd Sadıq Aranın 

gizli imzasıdır – N.C.), Kərim Yaycılının (hərçənd o, statusu etibarilə mühacir 

deyildir, İqdır azərbaycanlılarındandır – N.C.), Almas İldırımın adlarını qeyd 

ed

ərək, şeirlərindən örnəklər verir (6, 33-39). 



L

ətif Elsevərin (Azərbaycan siyasi mühacirətinin II Dünya müharibəsin-

d

ən sonrakı dalğasına mənsubdur. Bu bilgini bizə Türkiyə alimi Ömər Özcan 



vermişdir  –  N.C.) «Mücahid» dərgisinin 1959-1960-cı  il  tarixli  saylarında  5 

t

əfriqədə dərc etdirdiyi «Mühacirətdə Azərbaycan türk ədəbiyyatı» məqaləsin-



d

ə  (7)  əslində  yalnız  mühacirət  poeziyamızın  təşəkkülü və  təqribən 40 illik 

inkişaf  yolu  nəzərdən keçirilir, digər janrlardan bəhs edilmir. Mühacirət 

ədəbiyyatını «milliyyətçi, türkçü, istiqlalçı bir ədəbiyyat» kimi səciyyələndirən 

əllif ilk iki təfriqədə  onun  ideya  qaynaqlarından  bəhs edir, XIX əsrin 



ortalarından XX əsrin əvvəllərinədək ədəbiyyatımızda istiqlal məfkurəsinin in-

kişaf  yolunu  izləyir, bu prosesdə  M.F.Axundzadə, H.Zərdabi kimi görkəmli 

şəxsiyyətlərin,  «Əkinçi»,  «Füyuzat»,  «Molla  Nəsrəddin»,  «Açıq  söz»  kimi 

m

ətbuat orqanlarının rolunu xüsusi vurğulayır. Silsilənin 3-cü məqaləsi Gültə-



kinin mühacir

ət  poeziyamızın  təşəkkülündəki təkanverici rolunu əsaslandırır. 

4-cü t

əfriqə  Almas  İldırımın,  5-ci təfriqə  isə  Sənanın  (Məhəmməd  Sadıq 



Aranın) yaradıcılığına həsr edilib. Hər iki şairin tərcümeyi-halından müxtəsər 

danışan  müəllif  onların  poeziyası  barədə  səciyyəvi  şeir  parçaları  əsasında 

oxucuda t

əsəvvür yaratmağa çalışır.  

Mühacir şairlər içərisində əsərlərinin nəşri və tədqiqi baxımından az-çox 

uğurlu  tale  Almas  İldırıma  nəsib  olmuşdur.  Onun  1934-cü ildə  –mühacirət 

h

əyatının ilk aylarında Elazığda qələmə aldığı «Gölcüklə həsbi-hal» şeiri Ber-



lind

ə  «Qurtuluş»  dərgisində  (1935,  №3)  çap  olunduqdan  dərhal sonra  ədəbi 

t

ənqidin diqqətini cəlb etmiş və elə həmin dərginin 1935-ci il 5-ci sayında «Ya-



13 


zılarımız və yazanlarımız (Almas İldırım bəyin «Gölcük» şeiri münasibətilə)» 

s

ərlövhəli məqalə dərc edilmişdir. «Mustafa» imzasıyla (hələlik müəllifin şəx-



siyy

ətini  müəyyənləşdirmək  mümkün  olmayıb.  Onun  Azərbaycan siyasi mü-

hacirl

ərindən  olduğu  yazının  məzmunundan bəlli olur –  N.C.)  yayınlanmış  bu 



m

əqalə  A.İldırımın  mühacirət  dövrü  poeziyası  haqqında  mühacirət  ədəbi tən-

qidinin h

ələlik bizə məlum olan ilk mətbu rəyidir. Məqalə müəllifi etiraf edir ki, o, 

«A.İldırımın başqa yazılarını hələ ki, görməyib və əcələ hökm verməyi də bəlkə də 

doğru deyil. Fəqət, «Gölcük»ün canlı sətirləri və «dərd andıran dalğaları arasından 

çox istedadlı və imanlı bir şair» gözüküyor. Çünki «Gölcük» zövq və ləzzətlə oxu-

nan bir şeirdir. Sözlər bulaqdan su akar gibi şırıl-şırıl akıyor və bu qısa cümlələr 

içind

ə dərin fikir və incə duyğular kaynıyor» (8, 146). Yəqin elə buna görədir ki, 



«Gölcük»  şeiri  haqqında  Mustafanın  məqaləsi də  bir  şeir  təsiri  bağışlayır.  A.İl-

dırım  şeirinin  səmimiyyətindən təsirlənən müəllif  yazır:  «Görünüyor ki, Almas 

İldırım  bəy min bir məşəqqətlə  ailəsinin həyatını qazandığı Elazığda çox  şeylər 

görmüş və anlamışdır... Hiss və düşüncələri epiyi sarsılmış. İztirablar içində yanan 

ruhu d

ərdləşmək ehtiyacını duymuş. Fəqət kimlə? Kimə söyləsin dərdini? Kimə 



boşaltsın  inkisarlar  içində  çırpınan  ürəyini? Gölcüyü bulmuş  yalnız...  Elazığ  cı-

varında bir gölə getmiş və ona dərd yakmağa başlamış» (8, 147). «Gölcük» şeiri-

nin ifad

ə etdiyi vətən məhəbbəti və həsrətini, istiqlal eşqini də Mustafa düzgün 

duya bilmişdir: «Elazığ çöllərindən gələn bu fəryadı sükutla keçəmədim, çünki 

bu ruhumun f

əryadıdır. Sükutla keçəmədim. Çünki bu vətənimin fəryadıdır!» 

(8, 147).  

A.İldırım sağlığında şeirlər kitabının nəşrini görən azsaylı mühacir şair-

l

ərimizdəndir.  Ondan  başqa  Sənanın  (M.S.Aranın)  və  Alazan  Baycanın  şeir 



kitabları  bu  şairlərin  sağlığında  işıq  üzü  görüb.  1936-cı  ildə  İstanbulda  A.İl-

dırımın cəmi 24 şeirdən ibarət «Boğulmayan  bir  səs» kitabı çap olunmuşdur. 

Mühacir t

ənqidçi və  ədəbiyyatşünas  Alptəkin (Onun mühacirət mətbuatında 

şeirləri də dərc olunmuşdur. Bu imzanın İstanbul Universiteti, Ədəbiyyat fakül-

t

əsinin məzunu,  əslən Gəncədən olan doktor Səlim Rəfiq Rəfioğluna  məx-



susluğunu ehtimal edirik – N.C.) kitaba yazdığı ön sözdə şairin bir neçə şeirini 

peşəkarlıqla  təhlil  etmiş  və  belə  bir  doğru  qənaətə  gəlmişdir  ki,  «Almas 

İldırımın mövzuları nə olursa-olsun, ifadəsi nə şəkil alırsa-alsın, şeirlərində bir 

t

ək ürək və bir tək dilək vardır: Hər şeydən üstün olan yurd eşqi və yurdun is-



tiqlalı! Şair bu diləklə bu ürəyi tərənnüm etmişdir: Kəndini yurda verən yurdun 

ta k


əndisidir» (9, 12).  

Münhend


ə nəşr edilən «Kafkasya» dərgisində A.İldırımın vəfatı münasi-

b

ətilə verilmiş «Azərbaycan şairi Almas İldırım» adlı məqalədə (M.Y. imzası 



il

ə dərc edilib – N.C.) şairin poeziyasında əksini tapan yurd həsrəti qabardılır: 

«Almas h

əssas qələmini vətən konularına həsr edərək, yurd həsrətini yanıqlı bir 

ifad

ə ilə tərənnüm ediyordu. Bu vətən həsrətinin şairin lisanında nə gibi bir əda 



il

ə ifadə olunduğuna bir misal vermək üçün» məqalə müəllifi onun «Qürbətdə» 

şeirini bütünlüklə təqdim edir (10, 17). 

14 



A.İldırımın  vəfatından  bir  il  sonra  Ankaradakı  Azərbaycan Kültür 

D

ərnəyinin nəşr etdirdiyi «Seçilmiş şeirləri» kitabında Azərbaycan siyasi mü-



hacir

ətinin görkəmli  simalarından  Əbdülvahab  Yurdsevərin  «Almas  İldırımın 

ədəbi  şəxsiyyəti və  şeir  sənəti» (11, 3-12) sərlövhəli müqəddiməsi, həmçinin 

Az

ərbaycan Kültür Dərnəyinin o zamankı  fəallarından Feyzi  Ağüzümün yaz-



dığı «Almas İldırımın hal-tərcüməsi» (11, 13-18) verilmişdir ki, hər ikisi şairin 

h

əyatı, mühiti, yaradıcılığı barədə mühacirətdə qələmə alınmış dəyərli araşdır-



malardır. «Onun (Almas İldırımın – N.C.) fikir silsiləsi ilə şeir sənəti bir-biriylə 

a

yrılmayacaq  şəkildə  birləşmişdir.  O, tamamən Azərbaycan və  Türklük üçün 



yaşamış və çalışmışdır. Hər şeiri və hər sözü səmimiyyətlə doludur... İlhamını 

tamamil


ə  kəndi  ruhundan  almış  və  hər nevi təqlid və  təsənnüdən uzaq qal-

mışdır. Ta başlanğıcdan  bəri böyük və qutsal bir davanın ədəbi ələmdarlığını 

yapdığı üçün şeiri özəl bir qüdrət və gözəllik qazanmışdır» (11, 11-12) tezisi 

Ə.Yurdsevərin araşdırmasının əsas qayəsini, ruhunu təşkil edir, oxucunu şairin 

şəxsiyyəti ilə sənətini, poeziyasını  bir  bütöv halında qavramağa, dərk etməyə 

yön


əldir. F.Ağüzümün qələmə aldığı tərcümeyi-hal isə A.İldırımın kəşməkeşli 

h

əyat yolu, mühiti və  müasirləri, dövlət və  bələdiyyə  qulluğunda  fəaliyyəti 



bar

ədə  ilk mətbu  yazıdır.  İstər  Ə.Yurdsevərin, istərsə  də  F.Ağüzümün sözü-

ged

ən araşdırmalarından sonralar A.İldırım barədə yazan tədqiqatçıların hamısı 



bu v

ə  ya digər dərəcədə  faydalanmışlar.  Şairin  1990-cı  ildə  Ankarada 

«Az

ərbaycan Kültür Dərnəyi Yayınları» seriyasında işıq üzü görmüş «İgidlərə 



s

əsləniş»  kitabında  Dərnəyin Mərkəz Yönətim  Kurulu  adından  verilmiş  ön 

sözl

ə  yanaşı,  yuxarıda  sözügedən  iki  araşdırmanın  da  yenidən dərc edilməsi 



onların Almasildırımşünaslıq üçün əhəmiyyətini bir daha təsdiq edir.  

Xüsusil


ə əlamətdar haldır ki, A.İldırımın həyatı və yaradıcılığı haqqında 

ilk monoqrafiya m

əhz  onun  doğma  vətənində  –  yenidən  istiqlala  qovuşmuş 

Az

ərbaycanda  yazılmış  və  nəşr  edilmişdir.  Akademik  Bəkir Nəbiyevin «Di-



d

ərgin  şair  (Almas  İldırımın  yaradıcılıq  yolu)»  monoqrafiyasının  ilk  nəşri 

1995-ci ild

ə, yeni redaktədə  ikinci nəşri  isə  2005-ci ildə  gerçəkləşmişdir. 

Araşdırmanın  «Qürbətdə  yazdıqları»  fəsli bütövlükdə  bu görkəmli söz 

ustasının mühacirət dövrü poeziyasına həsr edilmişdir. A.İldırımın mühacirətdə 

yazdığı şeirləri «Azərbaycan poeziyasında qürbət lirikasının ən bariz, mükəm-

m

əl və zəngin nümunələrindən biri» kimi dəyərləndirən B.Nəbiyev bu şeirlərdə 



əksini tapan qəribliyin poetikasını da düzgün müəyyənləşdirir: «Şair olan kəs 

v

ətən  torpağını,  onun  təbiətini,  xalqını,  xalqının  mənəviyyatını  özünün  bütün 



duyğu  orqanları  ilə,  başqa  heç  kəsin  bacarmadığı  bir  qüvvət və  vüsətlə  elə 

qavrayır və əks edir ki, özü də bu mənəviyyatın ayrılmaz bir tərkib hissəsinə 

çevrilir. N

əhayət, bunu da nəzərə almaq  lazımdır ki, uzaqlığından-yaxınlığın-

dan asılı olmayaraq, başqa bir şəhərə, vilayətə, ölkəyə işgüzar səfərə, səyahətə, 

qohum, dost görüşünə, gəzməyə getmək, yəni vətəndən öz iradəsilə qısa müd-

d

ətə, müvəqqəti ayrılmaq bir şeydir, təqib və sürgün olunmaq, yurddan didər-



gin  salınmaq,  onu  məcburən tərk  edib,  ömürlük  ayrı  düşmək, vətənə  gedən 

yollara h

əsrətlə  baxmaq, vətən qibləsinə  dikilən gözlərini qürbətdə  əbədilik 

15 



yummağa məhkum edilmək isə tamamilə başqa şeydir» (12, 80-81) və «elə bu-

na gör


ədir ki, vətən, onun dərdi, odu, taleyi qürbətdə yazdığı şeirlərdə A.İldı-

rımın birinci dərəcəli mövzusu, «mövzular-mövzusu» olmuşdur» (12, 82). 

Sözüged

ən monoqrafiyanın «Sənətkarlıq axtarışları» fəslində A. İldırımın 



poetik us

talığını dəyərləndirərkən B. Nəbiyev şairin mühacirət dövrü şeirlərinə 

d

ə müraciət etmişdir. 



A.İldırım yaradıcılığı ilə bağlı prof. Nazif Ələkbərlinin də araşdırmaları 

diqq


əti cəlb  edir.  Onun  «Üç  budaq»  adlı  elmi-publisistik  kitabında  (13) 

Ə.Cavad və M.Müşfiqlə yanaşı, A.İldırım barədə də portret-oçerk yer almışdır. 

H

əmin oçerkin bir neçə  fəsində  («Bu qürbətin çəkilməyən  nazı  var», 



«Az

ərbaycanın aşiqi», «Azərbaycan mühacirətinin poeziya ulduzu», «Azərbay-

canın  Petefisi»,  «Poeziya  İldırımı»,  «Qəhr  olası  bu  ayrılıq  bitincə...»)  əsasən 

şairin  yaradıcılığının  mühacirət dövründən bəhs edilir. Müəllif  A.İldırımın 

poetik irsind

ən  sitat gətirdiyi səciyyəvi örnəklər  əsasında  onun  mühacirət 

poeziyamızdakı rolu barədə mülahizələrini söyləyir. «Almas İldırım haqqında 

deyil


ənlər və  yazılanlar»  fəslində  isə  Almasildırımşünaslığın  uğurları  və 

qüsurları barədə danışılır. 

1980-ci ill

ərin sonu –  1990-cı  illərin  əvvəllərində  Azərbaycan, Türkiyə 

v

ə  İranda  A.İldırımın  həyatı  və  sənəti  haqqında  bir  sıra  publisistik  və  elmi-



publisistik yazılar dərc edilmişdir ki, bunlardan, habelə «Azərbaycan mühacirət 

ədəbiyyatı» beynəlxalq elmi simpoziumunda (Bakı, 1-6 aprel 1991) şairlə bağlı 

edilmiş məruzələrdən B.Nəbiyevin «Didərgin şair (Almas İldırımın yaradıcılıq 

yolu)»  monoqrafiyasının  müvafiq  fəslində  müfəssəl  danışıldığından  üzərində 

durmuruq. F

əqət A.İldırımın 100 illik yubileyinin qeyd olunduğu 2007-ci ildə 

qardaş  Türkiyədə, özü də  məhz  Elazığda  nəşr  edilmiş  «Xəzərdən Xəzərə 

Almas İldırım» kitabı  barədə bəhs etməyi zəruri sayırıq. Fırat Universitetinin 

əllimi, yrd. Dos. Dr., əslən İqdırdan olan Ənvər Arasın çoxillik gərgin ax-



tarışlarının  məhsulu  kimi  meydana  çıxmış,  giriş,  4  bölüm,  sözlük,  biblioqra-

fiya, nadir foto v

ə  arxiv sənədlərindən ibarət bu kitab istər həcm, istərsə  də 

m

əzmun-mündəricə baxımından A.İldırım haqqında qardaş ölkədə nəşr edilmiş 



ilk sanballı araşdırmadır. 

Kitabın «Almas İldırımın həyat macərası» adlı I bölümündə şairin ömür 

yolu, mühiti, ilk q

ələm təcrübələri, ədəbi  şəxsiyyətinin  formalaşması,  sürgün 

ill

əri və s. barədə ətraflı bəhs edilir.  



«Şeirlərinin incələnməsi» sərlövhəli II bölümdə  isə  Ə.Aras  A.İldırımın 

şeirlərini mövzular üzrə bu cür qruplaşdırıb təhlil edir: 1. Şeirlərdəki vətən coğ-

rafiyası. 2. Vətən. 3. Qürbət. 4. Təbiət. 5. İstiqlal, xitab və uyarı (14, 203-242). 

A.İldırımın  sənət  əndişəsindən  daha  artıq  və  ilk növbədə  hürriyyət, 

bayraq, v

ətən, millət  əndişəsi ilə  qələmə  sarıldığını  vurğulayan  Ə.Aras  onun 

mühacir

ət  dövrü  poeziyasının  mahiyyətini belə  açıqlayır:  «Almas  İldırımın 



şeirləri  Sovet  Rusiyasının  Quzey  Azərbaycanda  yapdığı  faciələri anladan və 

ür

əkləri sızladan, insana acı və ələm verən birər mərsiyə özəlliyi daşımaqdadır. 



K

əndisini vətəni  üçün  qurban  adayan  şairin  şeirlərinin  əsas  mayası  vətəninin 

16 



istiqlalı,  millətinin hürriyyəti  uğrunda  ürəyinin dərinliklərindən  sızan  qan  və 

gözyaşıdır» (14, 203). Ə.Aras diqqəti bu şeirlərdə poetik əksini tapan türkçü, 

milliyy

ətçi  düşüncəyə  yönəldərək  yazır:  «İldırım  misralarında  türkün  həyat 



t

ərzini,  estetik  zövqünü,  inancını,  dəyərlərini,  duyğu  və  düşüncələrini tarixin 

süzg

əcindən keçirmək surətiylə  işlər... İldırımın  şeirlərində  üzərində  durduğu 



xüsuslardan birisi d

ə hər zaman, hər yerdə, həyatın hər sahəsində türk kimi ya-

şamaq  və  onun bütün tarixi dəyərlərinə  sahib  çıxmaqdır»  (14,  204).  Ə.Aras 

A.İldırım  poeziyası  haqqında  bu  və  ya digər mülahizələrini sözügedən II 

bölümd

ə  şairin  çoxsaylı  şeirlərinin təhlili ilə  əyaniləşdirir  ki,  bunların  da 



ərisində mühacirət dövrü örnəkləri mütləq əksəriyyət təşkil edir.  

Kitabın  üçüncü  bölümündə  A.İldırıma  ithaf  edilmiş  17  şeir  (6-sı 

Az

ərbaycanda, 11-i Türkiyədə dərc edilmiş) yer almışdır.  



Ə.Arasın  araşdırmasının  ən dəyərli bölümlərindən biri «Mətnlər»  adlı 

dördüncü bölümdür. Burada A.İldırımın 124 şeiri verilmişdir ki, bunlardan da 63-

nün mühacir

ətdə  (3-ü  İranda,  60-ı  Türkiyədə)  yazıldığı  təsbit  edilmişdir. 

Diqq

ətəlayiq haldır ki, Ə.Aras şairin Türkiyədə yazdığı və ilk dəfə dərc edildiyi 



m

ənbədən sonra heç bir yerdə çap olunmamış, heç bir kitabına daxil edilməmiş 15 

şeirini də bu bölümdə oxuculara yenidən təqdim edir. Bunlardan yalnız «Üstünə» 

şeiri yarımçıqdır və adını Ə.Aras özü vermişdir. Bu bölümdə həmçinin A.İldırımın 

Elazığdan topladığı 202 Azərbaycan bayatısı da yer almışdır.  

Ə.Arasın «Xəzərdən Xəzərə Almas İldırım» kitabında nəzərə çarpan bir 

sıra qüsurlar barədə zamanında N. Ələkbərli  «Üç budaq» kitabında (13, 190-

191) b


əhs etdiyindən təkrara lüzum görmürük. Həmin qüsurlara baxmayaraq, 

Ə.Arasın  mühacir  şairimizin  sənətinə  sonsuz sevgi, ruhuna dərin  sayğı  ilə 

q

ələmə aldığı bu kitabı Almasildırımşünaslığın uğuru saymaq olar.  



A.İldırım  və  M.S.Arandan  sonra  sağlığında  şeir  kitablarının  nəşri 

sevincini yaşamaq nəsib olmuş mühacir şair Alazan Baycandır. Onun «Könül 

sazından»  və  «Dağ  çiçəkləri»  kitablarına  Azərbaycan siyasi mühacirətinin 

tanınmış qələm sahiblərindən Əhməd Qaracanın yazdığı ön sözlər bu mühacir 

şairin  yaradıcılığı  haqqında  hələlik bizə  məlum olan ilk mətbu  ədəbi tənqid 

örn


əkləridir və təbii ki, ən azı bu baxımdan diqqətəlayiqdirlər. Müvafiq olaraq 

«Könül sazından» nəğmələr» (15, 7-12) və «Dağ çiçəkləri»ni oxurkən (16, 8-

16)  adlanan  bu  yazılarda  Ə.Qaraca  A.Baycan  poeziyasının  əsas motivləri 

bar


ədə  yığcam  məlumat verməklə  təsəvvür  yaratmağa  çalışır,  yeri  gəldikcə, 

fikirl


ərini  şeir  örnəkləri ilə  əsaslandırır.  Hər iki ön sözdə  A.Baycan  şeirinin 

ideya-m


əfkurəvi təhlilinə üstünlük verilmiş, şairin yaradıcılığında vətən, millət 

sevgisi, istiqlal, hürriyy

ət kimi motivlər qabardılmışdır.  

AMEA-


nın  müxbir  üzvü,  prof.  Abbas  Zamanovun  «Bir  mühacir  şairin 

taleyi» (17) m

əqaləsi isə A.Baycan haqqında doğma vətənində ilk mətbu söz-

dür. Mühacir şairi Azərbaycan ədəbi ictimaiyyətinə tanıtmaq məqsədi güdən bu 

m

əqalədə onun ömür yolu və yaradıcılığı barədə müxtəsər bilgi verilmiş, vətən 



h

əsrəti ön plana çəkilmişdir. 

17 



M

əhəmməd  Əmin  Rəsulzadənin mühacirət  dövrü  şeir  yaradıcılığından 

is

ə  Vaqif Sultanlının  «Ağır  yolun  yolçusu»  monoqrafiyasında  bəhs  edilmiş, 



onun «Mayıs duyğuları» şeiri və «Nizami» mənzum parçası təhlil olunmuşdur 

(18, 85-86). 

Müxt

əlif vaxtlarda Azərbaycan mühacirət mətbuatında, Türkiyənin bəzi 



dövri n

əşrlərində  bir  sıra  mühacir  şairimiz  haqqında  tanıtma  səciyyəli pub-

lisistik yazılar dərc edilmişdir. Bunlardan Əziz Alpoudun «Vətən şairi Zəyəm-

li» (19), Nizam

əddin Onkun «Müseyib Zəyəm» (20), Əli Volkanın «Gültəkinin 

izind


ən  (Milli  şairimiz  Teymur  Atəşlinin  doğumunun  35  ili  münasibətilə)» 

(21),  Göygöl  Qasımoğlunun  «Gəncəli  şair  Həmid Dönməz» (22), Pərvanə 

Abdu

lxalıqovanın  «Bilinməyən mühacir Azərbaycan  şairi  Həmid Dönməz» 



(23), S

əlcuq  Alkının  «Məmməd  Sadıq  Aran»  (24)  məqalələri, habelə  Feyzi 

Ağüzümün Teymur Atəşli (25) və Əli Volkanın (26), Əbdülvahab Yurdsevərin 

M

əhəmməd  Sadıq  Aran  (27)  və  Hüseyn Camal Yanarın  (28)  vəfatı  müna-



sib

ətilə  çap etdirdikləri vida sözləri, «Türk kültürü» dərgisinin M.S.Aranın 

v

əfatı  münasibətilə  verdiyi  nekroloq  (29)  bu  şairlərin ömür və  yaradıcılıq 



yolunun araşdırılması baxımından müəyyən elmi əhəmiyyətə malikdir. «Azər-

baycan  Türk Kültür D

ərgisi»nin mart-aprel 1991-ci il 278-ci  sayında  (30) 

«Az


ərbaycan mühacirət  ədəbiyyatı»  beynəlxalq  elmi  simpoziumu  (Bakı,  1-6 

aprel 1991-ci il) il

ə bağlı dərc olunmuş materiallar da (xronika, reportajlar, bəzi 

m

əruzələrin xülasələri) araşdırdığımız mövzu baxımından maraq doğururlar.  



Bu s

ətirlərin müəllifinin «Almas İldırımın mühacirət dövrü yaradıcılığı» 

(31), «Mühacir

ət poeziyasında azərbaycançılıq» (32), «Mustafa Teymur Atəş-

linin poeziya

sına dair» (33), «Məhəmmədsadıq Aranın həyat və yaradıcılığına 

dair»  (34),  «Mühacir  şair  Alazan  Baycan»  (35)  məqalələri Azərbaycan mü-

hacir


ət poeziyasının araşdırılması yönündə mövcud olan boşluğu müəyyən qə-

d

ər aradan qaldırmaq zərurətindən yaranmışdır.  



Bel

əliklə, Azərbaycan mühacirət poeziyasının araşdırılması yönündə in-

diy

ədək  görülmüş  işlərin obyektiv (gerçək) mənzərəsi  yuxarıda  bəhs etdik-



l

ərimizdən ibarətdir. Bu gerçəklik isə, təbii ki, qənaətbəxş  sayıla  bilməz və 

sözüged

ən istiqamətdə yeni-yeni araşdırmalara zərurət yaradır.  



 

ƏDƏBİYYAT 

1.

 



Me

hmetzade Mirza Bala. Ali Usta ve şiirleri. İstanbul: Azeri türk, 1928, sayı 14, s. 10-12. 

2.

 

İstiklal uğrunda. Şiirler mecmuası. İstanbul: Orhaniye Matbaası, 1928, 167 s. 



3.

 

Gültekin. Buzlu cehennem. İstanbul: Kayabal-Güresin Matbaası, 1948, 48 s. 



4.

 

Ahmet Caferoğlu. Azeri edebiyatında istiklal mücadelesi. (Azerbaycan yurt bilgisi tetkik-



leri – 

II). İstanbul: Bürhaneddin Matbaası, 1932, 44 s. 

5.

 

«Kurtuluş yollarında» (şiirler mecmuası). İstanbul: Bürhaneddin Matbaası, 1934, 30 s. 



6.

 

Mehmet Emin Resulzade. Çağdaş Azerbaycan edebiyatı. Ankara: Azerbaycan Kültür Der-



negi Yayınları, 1950, 40 s. 

7.

 



Lâtif Elsever. Muhacerette Azerbaycan Türk edebiyatı. «Mücahit» dergisi, İstanbul, 1957, 

I) sayı 11-12, s. 12-13; II) 1958, sayı 13, s. 9-11; III) sayı 14, s. 15-17; IV) 1959, sayı 15-

16, s. 19-

21; V) sayı 17-18, s.17-19. 

8.

 

Mustafa. Yazılarımız ve yazanlarımız (Elmas Yıldırım Beyin «Gölcük» şiiri münasebeti-



le). «Kurtuluş», Berlin, 1935, sayı 5, 146-148. 

18 



9.

 

Elmas Yıldırım. Boğulmayan bir ses. İstanbul: Tecelli Basımevi, 1936, 52 s. 



10.

 

M.



Y. Azerbaycan şairi Elmas Yıldırım (vefatı münasebetile). «Kafkasya», Münih, 1952, 

sayı 8, s. 17-18. 

11.

 

Elmas Yıldırım. Seçilmiş şiirleri. Ankara: Azerbaycan Kültür Dernegi Yayınları, 1953, 78 s. 



12.

 

B



əkir Nəbiyev. Didərgin şair. (Almas İldırımın yaradıcılıq yolu). (İkinci nəşr). Bakı: XXI 

YNE, 2005, 120 s. 

13.

 

Nazif Ələkbərli. Üç budaq. (İkinci nəşr). Bakı: Şirvannəşr, 2007, 224 s. 



14.

 

Enver Aras



. Hazar’dan Hazar’a Elmas Yıldırım. Elazığ: Manas yayıncılıq, 2007, 660 s. 

15.


 

Alazan Baycan. 

Gönül sazından. Ankara: Azerbaycan Kültür Dernegi Yayınları, 1983, 100 s. 

16.


 

Alazan Baycan. 

Dağ çiçekleri. Ankara: Azerbaycan Kültür Dernegi Yayınları, 1987, 170s. 

17.


 

Abbas Zamanov

. Bir mühacir şairin taleyi. «Ədəbiyyat və incəsənət» qəzeti, 4 may 1990, 

№16 (2411). 

18.

 

Vaqif Sultanlı. Ağır yolun yolçusu (Məhəmməd Əmin Rəsulzadənin həyatı və ədəbi fəa-



liyy

əti). Bakı: Azərnəşr, 1996, 192 s. 

19.

 

A.A. (Aziz Alpoud). Vatan şairi Zeğemli. «Mücahit» dergisi. İstanbul, a)1959, sayı 21-22, 



s. 20; b) 1960, sayı 25-26, s. 16; c) sayı 27-28, s. 21; d) sayı 29, s. 31; e) sayı 41- 42, s. 16. 

20.


 

Nizamettin Onk. Müseyib Zeğem. «Azerbaycan Türk Kültür Dergisi», Ankara, 1970, sayı 

191-196, s. 21-28. 

21.


 

Ali Volkan. Gültekin’in izinden. Milli şairimiz Teymur Ateşli’nin doğumunun 35 yılı mü-

nasebetiyle. «Azerbaycan T

ürk Kültür Dergisi», Ankara, 1959, sayı 2-3 (86-87), s. 38-41. 

22.

 

Gökgöl Kasımoğlu. Gence`li şair Hamid Dönməz. «Azerbaycan Türk Kültür Dergisi», An-



kara, 1979, sayı 229, s. 31-34. 

23.


 

Pervane  Abdulhalıgova.  Bilinmeyen  mühacir  Azerbaycan  şairi  Hamid  Dönmez.  «Türk 

kül

türü» dergisi, Ankara, 2000, sayı 449, s. 7-10 (519-522). 



24.

 

S



əlcuq Alkın. Məmməd Sadıq Aran. «Odlar yurdu» qəzeti. Bakı, aprel 1991, №7. 

25.


 

Feyzi Aküzüm

. Milli şair Mustafa Teymur Ateşli. «Azerbaycan Türk Kültür Dergisi», An-

ka

ra, 1977, sayı 221, s. 148-150. 



26.

 

Feyzi Aküzüm. Halk şairimiz Ali Volkan’ı (Ali Ustay’yı) kaybettik. «Azerbaycan Aylık 



Kül

tür Dergisi», Ankara, 1981, sayı 237, s. 26-28. 

27.

 

A.V.Y. (Yurtsever Abdul Vahap). Mehmet Sadık Aran (Sanan). «Azerbaycan Türk Kültür 



Dergisi», Ankara, 1972, s

ayı 205, s. 63-66. 

28.

 

A.V.Y. (Yurtsever Abdul Vahap). Hüseyn Cemal Yanar. «Azerbaycan Türk Kültür Dergi-



si», Ankara, 1974, sayı 210, s. 71-72. 

29.


 

Mehmet Sadık Aranın ardından. «Türk kültürü». Ankara, 1972, sayı 112, s. 59-62. 

30.

 

«Azerbaycan» Türk Kültür Dergisi. 



Ankara, 1991, sayı 278. 

31.


 

Nikpur Cabbarlı. Almas İldırımın mühacirət dövrü yaradıcılığı. Azərbaycan MEA-nın Xə-

b

ərləri. Humanitar və ictimai elmlər seriyası, 2002, №1-2. s. 166-175.  



32.

 

Nikpur Cabbarlı. Mühacirət poeziyasında azərbaycançılıq. Azərbaycan MEA-nın Xəbərlə-



ri. Humanitar v

ə ictimai elmlər seriyası. 2003, №1-4. s. 184-192. 

33.

 

Nikpur Cabbarlı. Mustafa Teymur Atəşlinin poeziyasına dair. Ədəbiyyat Məcmuəsi (Niza-



mi adına Ədəbiyyat İnstitutunun əsərləri), XX cild, Bakı, 2007.s. 35-47.  

34.


 

Nikpur 


Cabbarlı. Məhəmmədsadıq Aranın həyat və yaradıcılığına dair. Naxçıvan Dövlət 

Universitetinin elmi 

əsərləri (humanitar elmlər və pedaqogika seriyası). Naxçıvan, 2008, 

№4 (24), s. 80-84.  

35.

 

Nikpur Cabbarlı. Mühacir şair Alazan Baycan. Türk Dili ve Edebiyatı Araştırmaları Dergi-



si. İzmir Ege Universitesi, sayı/number: 18, Ocak, Haziran, 2010. s. 263-272. 

19 



К ПРОБЛЕМЕ ИЗУЧЕННОСТИ АЗЕРБАЙДЖАНСКОЙ  

ЭМИГРАНТСКОЙ ПОЭЗИИ  

 

Н.М.ДЖАББАРЛЫ 

 

РЕЗЮМЕ 

 

В  представленной  статье  в  хронологической  последовательности  прослеживается 

история изучения азербайджанской эмигрантской поэзии. Автор отмечает, что вплоть до 

конца  80-х  годов  ХХ  века  в  советском  Азербайджане  в  силу  идеологически –  полити-

ческих  причин  поэтическое  наследие  наших  соотечественников  было  запрещено  и 

поэтому долгое время оставалось вне научного обихода. Впервые оно получило объек-

тивную оценку со стороны выдающихся и видных представителей самой эмигрантской 

литературной  критики,  таких,  как  М.Э.Расулзаде,  М.Б.Магомедзаде,  А.Джафароглу, 

Л.Эльсевер, Алптекин, А.Юрдсевер, А.Гараджа.  

Автор подчеркивает, что начиная с конца 1980-начала1990-х гг. начинается новый 

этап в исследовании азербайджанской эмигрантской литературы, в том числе и поэзии. 

С  этой  целью  им  привлекаются  и  анализируются  труды  Б.Набиева,  Н.Алекперли, 

А.Араза, посвященные вышеуказанной теме, написанные в отмеченный период. В статье 

делается  вывод,  что  нынешний  уровень  изученности  эмигрантской  поэзии  нельзя 

считать  удовлетворительным  и  обосновывается  необходимость  в  дальнейших  ее 

исследованиях. 



 

Ключевые  слова: эмиграция, поэзия, литературная критика, история литературы, 

исследование 

 

STUDY CIRCUMSTANCE OF THE AZERBAYCAN EMIGRATION POETRY 

 

N.M.CABBARLİ 

 

SUMMARY 

 

Chronologically study circumstance of the Azerbaijan emigration poetry is pursued and 

there is a consequence expressed that, by the end of 1980s due to restricion on ideological and 

political view in the soviet Azerbaijan this literary treasure that was out of scientific circulation 

was evaluated by famous figures of emigration  literary criticism such as M.A.Rasulzadeh, 

M.B.Mahammadzadeh, A.Jafaroghlu, L.Elsevar, Alptakin, A.Yurdsevar, A.Garajah.  

The author of the paper who is emphasizing the new stage of emigration literature of 

Azerbaijan including start of a new stage in study of the poetry from the late 1980s up to early 

1990s on words, analyses the researches done by B.Nabiyev, N.Alakbarli, A.Aras as 

noteworthy ones. There is a such concluding consideration in the paper that the present study 

level of the Azerbaijan emigration literature can’t be considered satisfactory and new 

researches are required in this direction. 



 

Key words: emigration, poetry, literary, criticism, history of literature, research

 

20 

Yüklə 110,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə