BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Humanitar elmlər seriyası
2015
UOT 930.2
ERMƏNİÇİLİYİN TƏŞKİLATLANDIRILMASINDA
D
İASPORA İCTİMAİ-SİYASİ ALƏT KİMİ
T.V.
CƏFƏROV*, Ş.Ş.CƏFƏROVA**
*ADPU, **Bakı Dövlət Universiteti
taleh.ceferov.83@mail.ru
Erməniçilik bilik və inancların milli-dini sistemi, təkallahlığı qəbul edən və milli tarixi
və ata-baba torpaqlarının müqəddəsliyini qoruyan ideoloji təlimdir. XVIII əsrdən etibarən din
pərdəsi altında məskunlaşmış etnokorporasiya şəklində formalaşmış erməniçilik ideolo-
giyasının əsaslarını mifologemlər, yəni sonradan hazırlanmış saxta mif və rəvayətlər təşkil
etmişdir. Erməniçiliyin əsas üsul və metodları sırasında assimilyasiya xüsusi yer tutur.
Erməniçilik təkcə Türkiyə və Azərbaycana deyil, Cənubi Qafqaz, Yaxın Şərq regionu
dövlətlərinə, eləcə də Rusiyaya qarşı yönəldilmişdir.
Açar sözlər: diaspora, təşkilat, erməniçilik
Azərbaycan tarixşünaslığında bir çox müəlliflər erməniçilik və ya
ermənilik (armenizm) anlayışı, onun sosial-fəlsəfi mahiyyəti barədə müəyyən
işlər görmüşlər. Xüsusilə, bu problem ətrafinda çox sanballı iş aparmış Əmralı
İsmayılovun “Erməniçiliyin möcüzələri və sirləri” adlı monoqrafiyası tamamilə
bu problemə həsr edilmişdir. Müəllif çoxillik araşdırmaları nəticəsində belə
qənaətə gəlmişdir ki, uydurulmuş faktları, evdə hazırlanan erməni nağıllarını
yenidən və bir daha yenidən bəşəriyyət qarşısında irəli sürməklə faşistlik edən
ideoloqlar bununla da dünya ictimaiyyətinin diqqətini bütün bəla və faciələrin
əsas mənbəyi olan-əsrlər boyu formalaşmış, millətin çox böyük bir hissəsinin
düşüncə və iradəsini zədələyən, türk dünyasının məhv edilməsini, dünya icti-
mai fikrinin aldadılması və onlara yanlış məlumat verilməsini, digər xalqların,
xüsusən də xristianların inamının və mənəvi hisslərinin həyasızcasına istismar
edilməsini, bir məqsəd və məsələ olaraq qarşısına qoyan ideoloji-psixoloji
hadisə olan erməniçilikdən yayındırır. Müəllif haqlı olaraq erməniçiliyi
ideoloji-
psixoloji hadisə olaraq qeyd edir və faşizm, terrorizm, ekstremizmi,
digər xalqlara qarşı, xüsusilə də türk və azərbaycanlılara qarşı törədilən sonsuz
soyqırımı aktlarını erməniçilik adlanan çirkin hadisənin tərkib hissəsi kimi
174
qeyd edir (1, 11-12).
Tədqiqatçı Qafar Çaxmaqlı erməni elmi-fəlsəfi ədəbiyyatına istinad edə-
rək yazır: “Erməniçilik-bilik və inancların milli-dini sistemi, təkallahlığı qəbul
edən və milli tarixi və ata baba torpaqlarının müqəddəsliyini qoruyan ideoloji
təlimdir (2, 9). Həmçinin müəllif erməniçilik ideologiyasının əsaslarının onil-
liklər ərzində işlənib hazırlandığını və bu işdə daha çox kilsənin xidmətlərinin
olduğunu qeyd edir. Müəllifin qeyd etdiyi kimi, “bu ideoloji nəzəriyyə on illər
boyu bir çox er
məni alimləri tərəfindən müstəqil şəkildə, bir-birindən xəbərsiz
işlənib hazırlanmışdır. "Erməni çox erkən zamanlardan xristianlığı "erməni-
ləşdirmişdi". “Erməninin əsil dini elə erməniçilikdir". Erməni millətinin tanın-
mış ideoloqlarından hesab olunan Garegin Njdenin bu təsbiti bütün ermənilər
üçün əsas olaraq götürülmüşdür. Çünki Njde də digər erməni filosoflar kimi
erməni xalqının xristianlıqdan öncə də ali bir irqə məxsus olduğunu iddia
edənlərdəndir. Onlar xəyallarında təkəbbürlü bir erməni obrazı canlandırır və
bu fikri başqalarına da sırımağa çalışırlar ki, ermənilər başqa xalqlardan daha
üstün və daha ağıllıdır (2, 9-11).
Osmanlı Türkiyəsinə qarşı lokal əməliyyatların icrası məqsədilə XIX
əsrdə fövqəldövlətlər tərəfindən yaradılmış bu etnokorporasiya mahiyyəti
etibarı ilə xristianlığın ilk ali toplantısı olan Xalkidon məclisinin lənətlədiyi
xırda əsirətlər-hayların, koptların, nəsturilərin, Hindistandan köç etmiş xaçpə-
rəst qaraçıların və digər batil təriqətlərin süni toplumu olduğu alimlər tərə-
findən sübuta yetirilmişdir (11, 60). Etnokorporasiya mənəvi kasadlığı üzündən
öz qınına çəkilən, cəmiyyətin rədd etdiyi icmaları insanlığa nifrət bayrağı
altında birləşdirdi (11, 60-61).
Qeyd etmək lazımdır ki, erməniçilik bəşəriyyət üçün bir qlobal bəlaya
çevrilməkdədir. Xüsusilə, Türkiyənin, Azərbaycanın, Gürcüstanın, Rusiya və
İsrailin, bəzi Balkan dövlətlərinin tarixən üzləşdiyi “erməniçilik” anlayışı və bu
anlayışdan yaranan arzuolunmaz proseslər təəssüf ki, bir çox hallarda hələ də
dar, etnik çərçivədə yozulmaqdadır. Məsələyə belə qüsurlu münasibət və
erməniçilik ideologiyasının düzgün dəyərləndirilməməsi bu mürəkkəb sistemlə
qarşıdurmaya, qeyri-real proqnozların verilməsi ilə nəticələnir. Bu baxımdan
“erməniçilik” anlayışına yalnız etnomədəni mövqedən deyil, ilk növbədə,
politoloji müstəvidən yanaşılmalıdır (9, 148).
Qeyd edək ki, XVIII əsrdən etibarən din pərdəsi altında məskunlaşmış
etnokorporasiya şəklində formalaşmış erməniçilik ideologiyasının əsaslarını
mifologemlər, yəni, sonradan hazırlanmış saxta mif və rəvayətlər təşkil et-
mişdir. Bu baxımdan “qədim erməni dövlətçiliyi”, “erməni sivlizasiyası”, “Bö-
yük Ermənistan”, “armenoid irqi”, “erməni soyqırımı” və bu kimi elmi əsas-
lara, tarixi ger
çəkliklərə söykənməyən miflər işlənib hazırlanmış, beynəlxalq
aləmdə dövriyəyə buraxılmışdır. İnformasiya texnologiyalarından istifadə
edərək, uzaqgörən siyasət erməni etnokorporasiyası tərəfindən həyata keçiri-
lirdi (9, 148).
Kütləvi şüurun mifolojiləşdirilməsi prosesi müəyyən mənada bəşəriy-
175
yətin bütün tarixini müşaiyət etsə də müasir dövrdə xüsusi əhəmiyyət kəsb edir.
Təssüf ki, bu proses tarix kimi ciddi elmdən də yan keçməyib və yalançı er-
məni alimlərinin “Böyük Ermənistan”, “əzabkeş Ermənistan” haqqında “ermə-
nilərin birinci xristian millət” olması barədə və digər bir sıra miflərin kütləvi
şüura yeridilməsi cəhdlərində çox gülünc formada təzahür edib (12, 46).
XIX əsrdən etibarən etnik korporasiyaya çevrilməkdə olan erməniçilik
dün
ya ilə coxcəhətli münasibətlərdə geniş şəbəkəyə malikdir. Erməni uşaq
yazıçısı Serqey Vardanyanın növbəti “təxmini hesablama”larına görə, erməni-
çiliyin Yerevan
dan savayı Qars, Armavir şəhərləri də daxil olmaqla 22 paytaxtı
vardır (10, 114).
Erməniçiliyin yaranma səbəbləri, inkişaf dinamikası barədə qeyd edən
Rövşən Mustafayev erməniçililiyin biososioloji təzahür olaraq, nestorian,
aysor, qaraçı, assuriyalı, kopt, yezidi kürdləri və Osmanlı Türkiyəsinin digər
qeyri-
müsəlman icmalarından ibarət aqlomeratın-qriqoryan kilsəsi ətrafındakı
yığnağın “vahid qədim etnos”un subyekti kimi qələmə verilməsinə imkan
verən konkret eksperiment nəticəsində yaradıldığını qeyd edir (10, 114).
Qeyd etmək lazımdır ki, erməniçilikdə qaraçıların etnik psixologiyasının
ən iyrənc elementləri, faşizmin insansevməz ideologiyası, digər xoşagəlməz
hallar birləşir və bir yerdə cəm olur. Ermənilər yüzilliklər ərzində günahsız gö-
rünməyə çalışaraq, dünya ictimaiyyətindən onlara rəhm edilməsini tələb edir-
dilər. Erməniçiliyin sosial-psixoloji mahiyyətini dərindən öyrənməyə çalışan
Əmralı İsmayılov yazır: “Erməniçilik dini, mənəvi, ideoloji və psixoloji hadisə
olaraq, özünün sosial-
tarixi əsaslarına, köklü surətdə formalaşan ənənələrə
malikdir, bütün həyatı boyunca dünya ictimaiyyətini aldatmağa çalışaraq,
doğru və həqiqəti qəti olaraq rədd edir. Erməniçiliyin əsas ideoloji və praktiki
məsələlərindən biri dünya ictimai fikrinə təsirin icazə verilən və verilməyən
bütün vasitələrindən istifadə edilməsidir. Özünün bütün tarixi cinayətləri və
caniliklərinə baxmayaraq, ermənilər özlərini elə aparırlar ki, onların üzərindəki
maskanı çıxarmaq olduqca çətin bir məsələdir (1, 12). Göründüyü kimi, ermə-
nilər bu cür iyrənc, heç bir məntiqə sığmayan, heç bir əsası olmayan hadisələri
ortalığa ataraq onları dünya ictimaiyyətinə sistemli şəkildə “sırımağa” çalışır-
lar. Bu işdə diaspor təşkilatlarının xüsusi xidmətlərini qeyd etmək lazımdır.
Bir qədər əvvəldə qeyd etdik ki, etnokorporasiyaların əsasında siyasi-
ləşmiş miflər mühüm yer tutur. Məhz bu baxımdan miflərin ictimai rəydə
dövriyyəsinə söykənən erməniçilik etnokorporasiyası bu gün geniş şəbəkəyə
malikdir. Təəccüblüsü ondan ibarətdir ki, onlar regionun tarixini açıq-aşkar
sax
talaşdıraraq, tamamilə qeyri-müəyyən, normal məntiqə sığmayan yeni mif-
lərin yaradılması və “erməni reallıqları” kimi dünyaya təqdim olunması
istiqamətində yeni-yeni addımlar atırlar. Belə yalanlardan biri ondan ibarətdir
ki, guya tarixən ermənilərin 22 paytaxtının olmasdır. Onların arasına isə 1918-
ci ildə paytaxt qismində Azərbaycan tərəfindən Ermənistana verilmiş İrəvan
şəhərindən başqa Qars, Armavir, Tbilisi, Bakı, Diyarbəkr, Odessa, Kiyev,
Qüds,
Soçi, hətta Macarıstanın və Almaniyanın bəzi şəhərləri də daxil
176
edilmişdir. Bu sərsəm, gülünc doğuran fikrlərin müəllifi Serqey Vardanyanın
“Ermənistan paytaxtları” adlı kitabı bu gün Vatikan kitabxanasında xüsusi
güşədə saxlanılmaqdadır. Təbii ki, region tarixini bilməyən oxucu bu kitabla
tanış olduqda onda tamamilə yanlış təsəvvür yaranacaqdır (9, 149).
Qeyd edək ki, erməniçiliyin əsas üsul və metodları sırasında assimil-
yasiya xüsusi yer tutur. Vaxtilə, erkən orta əsrlər dövründə Dağlıq Qarabağın
yerli
alban əhalisi yaranmış şəraitə və qan-qardaşlarının öyüd-nəsihətlərinə
baxmayaraq bu prosesə cəlb edilməyə başlandı. Lakin istənilən halda bütün
təhlükəli vəziyyətləri ram etməklə öz genetik koduna yad elementlərin daxil
edilməsinə yol verməyən, əzəldən Dağlıq Qarabağ ərazisində yaşayan albanlar
mənəvi dəyərlərinə və alban katolikosluğunun etno-mədəni irsinə aşkar iddialı
olan tərkidünya səciyyəli qriqoriyan kilsəsini də qəbul etmədilər. Bu barədə
siyasi elmlər doktoru, professor Rövşən Mustafayevin fikirləri olduqca maraq-
lıdır. Onun fikrincə, “yalnız öz “ermənioid mənşəyini” etiraf etməkdən və “er-
məni sivilizasiyasının genetik davamçıları” sayılmaqdan boyun qaçıran Os-
manlı Türkiyəsi yəhudiləri erməniçiliyin assimilyasiya təhdidlərindən qoruya
bildilər (10, 119)”. İcmaların imkanları bu işə səfərbər edilməklə qərblə çox
mühüm əlaqələr qurulmağa başladılar. Müəllif fikirlərinə davam edərək qeyd
edir ki, beləliklə, erməniçilik çox tez bir zamanda Osmanlı Türkiyəsinin qeyri-
müsəlman əhalisi ilə Rusiya da daxil olmaqla Qərb sivilizasiyası arasında
vasitəçi rolunu oynamağa başladı. Gürcü tədqiqtçılarının fikrincə, erməniçilik
yuxarıda göstərilən üsulla Gürcüstan ərazisində də etnik gürcülərin bir hissəsini
assimilyasiya etmiş oldu. Sonrakı dövrdə assimilyasiyanın gedişi prosesində
tədrici enmələr müşahidə olunmağa başladı. Bu haqda məşhur qafqazşünas
alim V.L.Veriçko yazırdı: “Məlum olduğu kimi, sonralar assimilyasiya olduqca
səthi gedirdi və müvəqqəti idi. Erməniçilik ayrıseçkilik kini saxlayırdı və bu
kin
əvvəlcə hiss edilmədən, XIX əsrin ikinci yarısında isə açıq-aşkar,
başgicəlləndirici sürətlə artmışdı (7, 64)”.
Erməniçiliyin təşkilati strukturunu formalaşdıran kilsə daima bu işi gizli
saxlamağa çalışmışdır. Daxili struktur qaydaları açıqlandığı halda erməniçiliyin
“düşmənləri” bu gizli sistemin mahiyyətini mənimsəyəcək və onu öz silahı ilə
məhv etməyə çalışacaqdır. Təsadüfi deyildir ki, XIX yüzilliyin ortalarında
erməni komitələri qriqoriyan kilsəsinin başçısına öz moizəsində aqlomeratın
müxtəlif icmalarının dindarlarının adlarını çəkməyi qadağan etmişdi.
Erməniçiliyin ən mühüm hədəflərindən biri də iri imperiyaların, döv-
lətlərin yüksək eşalonunda təmsil olunmaqdır. Əbəs yerə deyildir ki, Osmanlı
hakimiy
yətinin strukturlarında erməniçilik yetərincə sıx təmsil olunaraq, öz
əməl və hərəkətlərində heç bir narahatlıq hiss etmirdilər. Məsələn, 1860-cı il
tarixli kodifikasiya sənədi İstanbul KİV-də “kürd”, yaxud “assuriya”, hətta
“yəhudi” konstitusiyası kimi təqdim olunmamışdı. Hətta Sultanın özünün icazə
verdiyi bu qanunvericilik aktı məhz “erməni konstitusiyası” adlanmışdı. Ona
görə də, Osmanlı imperiyasında xüsusi konstitusiya hüquqlarının ayrıldığı
ermənilik birinci dünya müharibəsi dövründə regionun bütün etnik icmalarına
177
üz verən bədbəxtliklərə görə həm hüquqi, həm də mənəvi məsuliyyət daşıyır.
Onların çoxu təkcə özərinə yaxın olan qan və din qardaşlarını itirmədi, həm də
öz tarixlərindən, mədəniyyətlərindən, erməniçiliyin oğurladığı müqəddəs ad-
larından da məhrum oldular (10, 123). Beləliklə, etnokorporasiya öz məqsəd-
lərinə nail olmaq üçün ən çirkin metodlarından istifadə etməyə qadirdir.
Erməni etnokorporasiyası işi daimi davam edir və öz nəticələrini verir.
Erməniçiliyin siyasi mahiyyəti haqqında Saleh bəy “Erməniçilik” adlı
əsərində yazır: “Erməniçilik-hadisədir. Qeyri-adi, fövqəladə, müstəsna hadi-
sədir. Onda hər şey adi dünyada olduğundan sadəcə yaxşı və ya pis deyil, ta-
ma
milə başqa cürdür – tərsinə, ziddiyyətli, anticismə bənzər olaraq adi cisimlə
toqquşarkən annigilyasiyanın (qarşılıqlı məhv etmə) baş verdiyi hadisədir. Belə
ki, erməni həqiqəti – yalan, humanizmi –insana nifrət, sülhsevərliyi – ekspan-
siya, müdafiəni – təcavüzkarlıq, qəhrəmanlığı – quldurluq, soyğunçuluq, mən-
tiqi –
mənasızlıq, məntiqsizlikdir. Ermənilərin ümidləri, arzuları da fenome-
naldır: onlar hesab edirlər ki, az qala indiki on dövlətin ərazisi onların “Ocağı”,
gələcək “Böyük Ermənistan”dır (6, 9-10). Göründüyü kimi, erməni xalqı,
dünyada ən rəzil, ən bədbəxt, ilk soyqırıma məruz qalan xalq kimi təbliğ
olunmaqdad
ır. Onlar bu iyrənc yollarla dünyanın fövqəl güclərinin diqqətini
özlərinə tərəf yönəldə bilir və öz məqsədlərinə də nail olmağı bacarırlar.
Türklərlə yanaşı digər qonşu xalqlara qarşı da irqi ayrı-seçkilik, etnik-milli tə-
mizləmə, aşağılama, deportasiya, terror kimi qeyri-insani hərəkətlər erməni-
çiliyin əsas metodlarındandır.
Erməniçilik ideologiyasında əsas meyar erməniləri dünyanın ən qədim,
ən sivil, ən ağıllı, ən istedadlı, mehriban, ən barışsevər, ən fenomenal xalqı
olmasını təqdim etməkdir. Həm də ermənilər dünya üçün çox böyük xidmətlər
vermiş, çox simalar yetişdirmiş xalq olmuşdur. Onların ideologiyası, təbliğatı
ikiüzlü deyil. Eyni zamanda onlar dünyanın ən məzlum və çox məşəqqətlər
görmüş millətidir. Hətta dünyada ilk soyqırımı da onlara tətbiq edilmişdir. Ona
görə də onlar ali irqdən olmuşlar, ali irqdən olmayanlar bu millətin onlardan
öndə olduqlarından çox narahat olmuş və onları qırmışlar. Qeyd edək ki, heç
bir erməni mütəfəkkir, siyasətçi və ideoloq bu təlimin kənarına çıxmamışdır.
Ermənilik hər şeydən üstün durumda olduğundan bütün ideoloji təlimlərin
mayasında bu durmuşdur (2, 15).
Erməniçiliyin mahiyyəti aşağıdakı kimi ümumiləşdirilmişdir. Erməniçilik
mədəni bir ideologiyadır, mahiyyəti etibarilə də sivil və demokratikdir. Ona
görə də, uzun əsrlər davam edir və qarşıya qoyulan məqsədə də gec-tez nail
olunur. Ermənilərin bundan başqa bir nəzəriyyələri yox kimidir. Bu, zərərli də
olsa,
nəzəriyyədən yapışmaq zorundadırlar. Onlar dünyanın müxtəlif ölkələrinə
yayılmış erməni diaspor təşkilatlarını birləşdirmək üçün bundan yaxşı
nəzəriyyəyə malik deyildirlər (2, 9-17).
Min bir fitnə, kələk yolu ilə qonşu xalqlara qarşı iyrənc işlərlə məşğul
olan ermənilərə ən tutarlı cavabı məşhur gürcü alimi İlya Çavçavadze özünün
“Erməni alimləri və fəryad edən daşlar” adlı sanballı əsərində vermişdir. Onun
178
fikirlərinə görə bizi yer üzündən tamamilə silib atmaq üçün onlar adımızı bia-
bır edib, bizi milli heysiyyatdan məhrum etməklə kifayətlənməyərək bütün tari-
xi
mizi də, səlnaməmizi də, tarixi qalıqlarımızı və abidələrimizi də al-qana
bulanmış bütün şeylərimizi də məhv edirlər, tarixi var-dövlətimizi, bizə məxsus
hər şeyi müxtəlif fırıldaqlar yolu ilə özlərinin adına çıxırlar. Düzdür, yalan
ayaq tutar, amma yeriməz və başqasının mənliyini əlindən almaqla, yaxud
alçaltmaqla özününkünü artıra bilməzsən (8, 4).
Bu gün erməniçiliyin təşkilatlandırımasında və möhkəmləndirilməsində
diaspor təşkilatları ilə yaşnaşı fövqəldövlətlərin də xüsusi xidmətləri vardır. Ən
əsası bu super dövlətlər öz maraqları uğrunda bu kimi iyrənc etnokorporasi-
yaları maliyyələşdirir, onların silahlandırımasında və düşmənçilik toxumlarının
səpilməsində yaxından iştirak edirlər. Bu barədə Aytən Mustafayeva yazır:
“Tarixi təcrübə göstərir ki, bu gün fövqəldövlətlər erməniçilik amilindən sivi-
lizasiya
lararası münaqişələrin kəskinləşdirilməsində alət kimi istifadə edirlər.
Mifik, məntiqdən kənar illüziyalara söykənən, özündən nasional-sosializm və
eqosentrizm ideyala
rını yaşadan bu alət təkcə Türkiyə və Azərbaycana deyil,
Cənubi Qafqaz, Yaxın Şərq regionu dövlətlərinə, eləcə də Rusiyaya qarşı yö-
nəldilmişdir. Erməni ictimai və siyasi xadimlərinin çıxışlarının təhlili göstərir
ki, onlar öz məqsədlərinə çatmaq üçün müntəzəm olaraq ayrı-ayrı xalqlar
arasında ədavət salmaqla yanaşı, onlara bütövlükdə erməniçilik ideologiyasına
əsas düşmən kimi yanaşmışlar (9, 150), Xristian dünyası yalnız Qafqazda
deyil, dünyada ermənilərin kompakt şəkildə yaşamaqlarının təşkil edildiyi
bölgələrdə də sabitlik üçün gizli təhlükə yaradan erməniçiliyin mahiyyətini heç
c
ür dərk edə bilmir. Hələ ki və nə qədər ki, vicdanın səsi, ağlın səsi erməni
təbliğat maşınının-erməniçik ideyalarının aktiv bələdçisinin azğın fəaliyyətinə
qarşı qoyulmamışdır, Qafqazda yeni millətlərarası toqquşmaların baş verməsi
təhlükəsi qalmaqdadır (1, 21). Müəllif bir qədər də irəli gedərək hətta ermə-
niçilk ideologiyasının birbaşa türklərə qarşı deyil, eyni zamanda qeyri-mü-
səlmanlara, beynəlxalq təşkilatlara qarşı yönəldildiyini də etiraf edir. O yazır:
“Ruslar və türklər, fransızlar və ərəblər, azərbaycanlılar, gürcülər, ispanlar,
ləzgilər, kürdlər, ümumilikdə bütün xristian, müsəlman və yəhudi dünyası, o
cümlədən onların fikirləri ilə razılaşmayan ermənilər də etnokorporasiyanın
hədəfinə çevrilmişdir. Kommunist və kommunizm, demokratiya, NATO,
BMT, ATƏT, ümumiyyətlə, bütün ideologiya və anlayışlar erməniçilik üçün
əbədi əsas rəqibdir (9, 150).
Erməniçiliyin formalaşdırılması və siyasiləşdirilməsində sözsüz ki, ən
böyük “əmək”, “zəhmət” diasporun üzərinə düşür. Diasporla yanaşı erməni
kilsəsinin bu işdə fəaliyyəti də xüsusi işıqlandırılmalıdır. Kilsənin bu işə
verdiyi töv
hələr barəsində türk tədqiqatçısı Sedat Laçınerin gəldiyi qənaət
olduqca maraqlıdır. O, yazır: “Kilsənin ermənilər üzərindəki təsiri digər öl-
kələrin dini qurumları ilə olan əlaqəsindən daha çox şey ifadə etməkdədir.
Kilsə demək erməniçilik deməkdir, erməniçilik isə kilsədir. Erməni kilsəsinə
bağlı olmayan bir erməninin erməniçilik düşüncəsinə daha çox şübhə ilə
179
yanaşılır. Bu tarixi bir mirasdır və kilsə ilə bağlı olmaq həqiqi dindar olmaq
deyil, erməni olmaqla əlaqələndirilir. Eyni zamanda ermənilərdən kənarda öz
fəaliyyətini sürdürməyən erməni kilsəsi də öz mövcudluğu üçün erməniçiliyə
borcludu (5, 188)”.
Erməniçilik etnokorporasiyasının ən böyük “uğur”larından biri də əzəli
Azərbaycan torpağı olan indiki Ermənistan ərazilərindən azərbaycanlıların
zorla deportasiya olunması (1918-1920, 1948-1953, 1988-ci illər) və yalnız
ermənilərdən ibarət monoetnik dövlətin yaradılmasıdır. Deportasiyanın sürətlə
həyata keçirilməsində ən mühüm səbəb kimi diaspor təşkilatlarının maliyyə
resurslarının gizli formada ötürülməsi idi. Erməni diasporunun əsas maliyyə
mənbələri olan Gülbənkyan fondu, Xara Xaç və digər cəmiyyətinin ayırdığı
külli miqdarda vəsait xaricdəki ermənilərin Ermənistanda yerləşməsinə yönəl-
dilmişdi. Nəticədə, boşaldılmış evlərdə ermənilərin məskunlaşdırılması prosesi
planlı şəkildə həyata keçirilirdi. Bu haqda türk tarixçısı Sedat Laçıner yazır:
“1970-
ci illərin sonlarında Ermənistan əhalisinin təxminən 90%-i ermənilərdən
ibarət idi və digər Sovet respublikalarına nisbətən burada vəziyyət daha dözül-
məz xarakter almışdı. Xüsusilə, Ermənistan erməniləri din və dilləri mövzu-
sunda olduqca şovinist idilər və ruslaşdırma dövründə əhalinin əsas hissəsi rus
dilini öyrənmiş olsa da onların böyük əksəriyyəti ana dili olaraq erməni
dilindən istifadə edirdilər (4, 56-57)”. Əmralı İsmayılovun bu haqda fikirləri də
Sedat Laçınerin fikirləri ilə üst-üstə düşür. O yazır: “Ermənistan-ermənilərdən
başqa digər millətlərin yaşamadığı dünyada yeganə dövlətdir. XX əsrdə
tayqulaq Andronikin həmtayfaları tərəfindən təşkil edilən genosidlər seriyası
və etnik baxımdan təmizlənmə siyasətinin ardıcıl şəkildə aparılması nəticəsində
Ermənistan monoetnik respublikaya çevrilmişdir. Ermənilər son dərəcə qeyri-
tolerant millət olaraq yalnız Ermənistanda deyil, həm də kompakt şəkildə
yaşadıqları digər ölkələrdə də başqa millətlərin nümayəndələrinə münasibətdə
yolagetməzlik, bədrəftarlıq nümayiş etdirirlər, onların rəqabət mübarizəsi isə
qeyri-
erməni millətindən olanların daha çox gəlir gətirən sahələrdən sıxışdırılıb
çıxarılması ilə nəticələnir (1, 32).
Etnokorporasiyanın dövriyyəyə buraxdığı yeni matrisalardan biri də
“Dağlıq Qarabağ”, eləcə də Naxçıvanın əzəli erməni torpaqları olması iddia-
sıdır. Düzdür, bu iddiaların hələ ötən əsrin əvvəllərindən irəli sürülməsinə bax-
mayaraq əsrin sonlarına doğru daha da alovlandırıldı. Qeyd edək ki, prosesin
kökündə saxta tarixi-siyasi mif dayanır. 1988-ci ildə Dağlıq Qarabağ ilk dəfə
olaraq, bu mifik mücərrədlikdə təzahür etmiş və sonradan reallığa çevrilmişdir.
Baş verən prosesləri çılpaqlığı ilə qələmə alan amerikalı tədqiqatçı Səmyuel
A.
Üimz bu barədə yazırdı: “1980-ci illərin axırlarında Sovet İttifaqı çatlar
verəndə ermənilər müsəlman Azərbaycanının Qarabağdakı xristianlara ayrı-
seçkilik etməsi iddiasını qaldırmağa başladılar. Bu, sadəcə olaraq doğru deyil.
Əsl səbəb o idi ki, ermənilər öz cırtdan ölkəsini böyütmək istəyirdi. Nəticədə,
Qarabağda yaşayan ermənilər öz Ermənistan ölkəsindən olan dostlarının fitvası
i
lə müsəlmanları ev-eşiklərindən bir daha qovdu və heç kim tərəfindən
180
tanınmamış de-fakto Dağlıq Qarabağ Respublikası yaratdı. Erməni liderləri bu
regionun daxilində baş vermiş qiyamın onlara qətiyyən dəxli olmadığını bəyan
etdilər. Öz etnik təmizləmə hərəkətlərinə münasibətdə dünya ictimaiyyətini
aldatmaq istəyən ermənilərin daha bir uydurma nağılı!” (3, 364).
Beləliklə, erməniçilik siyasi-ideoloji hadisə olaraq Azərbaycan və Türki-
yənin ərazi bütövlüyünə, milli-mənəvi dəyərlərinə, maddi mədəniyyət abidə-
lərinə qarşı yönəldilmişdir. Erməniçilik xüsusilə, Azərbaycana qarşı daha ciddi
mübarizə aparmaqdadır.
ƏDƏBİYYAT
1.
Исмаилов Aмрали. Тайны и явь армянства. Баку: Муаллим нешриййаты, 2006, 264 с.
2.
Çaxmaqlı Q. Armenizmdən terrorizmə. Bakı: 2013, 212 s
3.
Səmyuel A. Uimz. “Ermənistan terrorçu “xristian” ölkənin gizlinləri” Ermənilərin böyük
fırıldaq seriyaları. I cild. Bakı: Oka Ofset Azərbaycan-Türkiyə Nəşriyyat-Poliqrafiya
Şirkəti, 2004, 386 s.
4.
Sedat Laçıner. Türk-Ermeni İlişkileri. İstanbul: Kaknüs yayınları, 2004, 408 s.
5.
Sedat Laçiner. Ermeni Sorunu, Diaspora, Türk Dış Politikası. Ankara: Karınca Yayınları,
654 s.
6.
Салех бей. Армянство. Баку: Элм, 1994, 439 с.
7.
Величко В. Л. Русское дело и межплеменные волросы. Баку: 1990, 248 с. (печ. по изд,
1904 г.)
8.
Çavçavadze
İ.Q. Erməni alimləri və fəryad edən daşlar. Bakı: Azərbaycan, 1995, 79 s.
9.
Mustafayeva A. Erməni etnokorporasiyası və siyasiləşdirilmiş miflər // Dirçəliş-XXI əsr,
may-iyun, 150/151, s. 148-151
10.
Mustafayev R. Ermənilik bəşəriyyətə qarşı cinayətdir // Dirçəliş-XXI əsr, may-iyun,
150/151, s. 114-125
11.
Mustafayev R. Hay-SS-
erməniliyin kod adı və ya matrisanın ifşası // Dirçəliş-XXI əsr,
102-103/2006, Avqust-Sentyabr, 429 s.
12.
Рамиз Мехтиев. Мифотворчество армян в контексте первого в истории христианско-
го государства. Баку: Şərq-Qərb, 2014, с. 46, 80 с.
ДИАСПОРА КАК ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКИЙ РЫЧАГ
В ОРГАНИЗОВАНИИ АРМЯНСТВА
Т.В.ДЖАФАРОВ, Ш.Ш.ДЖАФАРОВА
РЕЗЮМЕ
Армянство – это идеологическое обучение, система знаний и национально-
духовных верований, которое исповедует единобожие и признает святость отечества и
национальную историю. Основу идеологии армянства, формирующуюся с XVIII века
под религиозной завесой, составляют вымышленные впоследствии мифы и легенды.
Особое место в методах и приемах армянства составляют ассимиляция. Армянство было
направлено не только против Турции и Азербайджана, а также и против стран Южного
Кавказа, Ближнего Востока, а также России.
Ключевская слова: диаспора, организация, aрмянство
181
THE DIASPORA AS A PUBLIC-POLITICAL MEANS IN THE ESTABLISHMENT
OF ARMENISM
T.V.JAFAROV, Sh.Sh.JAFAROVA
SUMMARY
Armenism is the national-religious system of information and belief, and the ideological
doctrine which receives monotheism, saves the national history and the holiness of ancestral
lands. The basis of Armenism ideology, which was formed as an ethno-corporation dwelling
under the mask of religion beginning from the XVIII century, consisted of mythology, that is,
false myths and legends created later. Assimilation takes the special place among the main
ways and methods of Armenism. Armenism was directed not only against Turkey and Azerbai-
jan, but also the states of the Southern Caucasus and the Near East, as well as Russia.
Key words: diaspora, organization, Armenism
182
Dostları ilə paylaş: |