Araz qan ağlar
!
66
(İnsaf da yaxşı şeydir)
Bir milyon Türk qaçıbdır ölkəsindən
Həm dağlıq, həm də aran bölgəsindən
Yurdunun işqal olmuş tikəsindən
Yüz yirmi min Erməni “başdan sovub”
Bir milyon Türkü Türk yurdundan qovub!
67
*- Şəhid M. T. Zehtabı unutulmazdır
Əskərim qur sən də milli ordunu
Qurtar işqalçı əlindən yurdunu
Ödə Azərbaycanına borcunu
Yediyin çörək sənə halal olsun
Qalan Babək qalası təkin dolsun*
68
Sinf təyin edər hər şeyə qədər
Hər siyası bir sinfi təmsil edər
Təmsil etdiyinin yolunu gedər
Tacir höküm sürdürsə güllər solar
Vəziri şahı Heydər təkin olar (
Əliyev)
69
Tacirin satqınlıq istedadı var
Tacirsevər siyası satıb-sovar
“Əl əli, əldə dönər üzü yuyar”
Satqın Türk Arazı sərhəd tanıyır
Çarın vurduğu yaramız qanıyır
22
Araz qan ağlar
!
70
Azərbaycanın bugünkü dövləti
Təmsil etməyir yurdsevər milləti
Yoxsa məhv etməz qırx milyon qeyrəti
Silahlandırar qırx milyon qoçağı
Qurtarar Tərbiz ilə Qarabağı
71
Azərbaycanda
bu gün höküm sürən
Verdiyi sözün üstünə tüpürən
Qeyrət öldürən xətti-məşy götürən
Rusqulu Heydər Əliyevdir bala
Yuxladır ki, qasib yurdumda qala
72
Erməni Rus “güc”ü ilə bəy durur
Azərbaycanda köçmənistan qurur
Çünkü Türk milli qeyrətini burur
Erməni Türk öldürür torpaq alır
Fələkin çərxini heyrətə salır
73
Haqq verilməz, alınar.
Savaş işqalçının burnunu ovar
İşqalçını yurdumdan geri qovar
Savaş qurtarar, barış satar sovar
İşqalçıya satılan barış istər
Atəşkəsi qoruyan yarış istər
(əbədi atəşkəs)
23
Araz qan ağlar
!
74
Neçə min Erməninin var daşnağı
Bir milyon qaçqının yoxmu qoçağı?
Qova işqalçı Erməni alçağı
Qurtara qəsb olunmuş Qarabağı
Qarabağda göstər sarsılmaz əzmin
Ki güvənə bilə … Ekbatan, Qəzvin
75
Çarın əkdiklərini Lenin dərdi
Stalin Türkü sibiriyə göndərdi
Otayın dörddə birini pay verdi
Geri qalan bölümün dörddə biri
Bu gün işqal olunub, nədir sirri?
76
Dövlətdə
qurtuluşa yoxdur meyil
Çünkü oluşduranı milli deyil
Düşmənə qarşı savaş başlatsa el
Elə məğlubiyyət istər, bunu bil
İnanma düşmənqulu soydaşına
Günəş də dolanmaz yerin başına
77
Rusyanın silahı susdurdu bizi
Otayı aldı böldü ölkəmizi
Sonra basdırdı qəhrəman Tərbizi
Ki bağımsız Azərbaycan olmaya
Bütövləşdirməyə imkan bulmaya
24