«Bank işi» kafedrası


 Kafedra üzrə professor elmi adı



Yüklə 253,27 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix08.04.2018
ölçüsü253,27 Kb.
#36798
1   2   3   4   5   6   7   8   9   10

30 

 

3.1. Kafedra üzrə professor elmi adı 

Kafedra üzrə professor elmi adı aşağıdakılara verilir: 

Müsabiqə və ya təyinat üzrə kafedra müdiri və ya profes-

sor vəzifəsini tutan və ya rektor, prorektor (elmi və tədris işləri üz-

rə) təyin olunmuş və bu vəzifələrdə bir il müvəffəqiyyətlə işləyən, 

beş il ali pedaqoji iş stajı olan, yüksək metodiki və elmi səviyyədə 

mühazirələr oxumuş, müdafiədən sonra dərc olunmuş tədris-meto-

diki və elmi işləri olan dosent elmi adı almış elmlər doktorlarına. 

3.2. Kafedra üzrə dosent elmi adı 

Kafedra üzrə dosent elmi adı aşağıdakılara verilir: 

kafedra müdiri və ya dosent vəzifəsinə seçilən və ya təyin 

edilən,  yaxud  rektor,  prorektor  (elmi  və  tədris  işləri  üzrə),  dekan 

vəzifəsini  tutan  və  həmin  vəzifədə  bir  il  müvəffəqiyyətlə  işləyən, 

üç il ali pedaqoji iş stajı, müdafiədən sonra dərc edilmiş tədris-me-

todiki və elmi işləri olan fəlsəfədoktorlarına və ya elmlər doktorla-

rına. 


 

3.3. Elmi adlar verilməsinə dair attestasiya işinə daxil 

olan və 

AAK-a göndərilməli sənədlərin 

S İ Y A H I S I 

1.  Təşkilatın  blankında  yazılan  və  onun  rəhbəri  tərəfindən 

imzalanan qoşma məktub; 

2.  Kafedra  və  ya  ixtisas  üzrə  professor  (Əlavə  2.2),  yaxud  dosent 

(Əlavə 2.3) elmi adı verilməsinə dair arayış – 2 nüsxə; 

3. İş yerində təsdiq edilmiş, üzərində fotoşəkil olan kadrların şəxsi 

uçot  vərəqi  -  1  nüsxə  və  iddiaçının  şəxsiyyət  vəsiqəsinin  surəti  -1 

nüsxə; 


4. Elmi və pedaqoji vəzifələrdə işləməsi barədə əmək kitabçasından 

iş yerində təsdiq edilmiş çıxarış - 1nüsxə; 

5.  Ali  təhsil  müəssisələrində  əvəzçilik  qaydasında  pedaqoji  vəzifə 

tutmaq haqqında əmrdən çıxarış və ya saat hesabı ödəmə şərtilə pe-




31 

 

daqoji  fəaliyyət  haqqında  (hər  ay  üçün  tədris  yükü  göstərilməklə) 



arayış – 1 nüsxə; 

6. İxtisas üzrə professor elmi adının iddiaçıları üçün onun elmi rəh-

bəri  və  ya  elmi  məsləhətçisi  olduğu  müvafiq  elmi  dərəcə  almış 

şə

xslərin  (dissertasiyanın  adı,  ixtisası  və  elmi  dərəcə  verildiyi  il 



göstərilməklə)  elmi  şuranın  elmi  katibi  tərəfindən  imzalanmış  və 

möhürlə təsdiq olunmuş siyahısı – 1 nüsxə; 

7. İddiaçının elmi-pedaqoji, istehsalat fəaliyyətinə dair onun iş ye-

rindən  verilmiş,  təşkilatın  rəhbəri  tərəfindən  imzalanmış,  tarix  qo-

yulub, gerbli möhürlə təsdiq olunmuş xasiyyətnamə – 1 nüsxə; İd-

diaçı elmi ad almağa əsas iş yerindən təqdim edilmədikdə, onu elmi 

ad almağa təqdim edən təşkilatdan verilmiş xasiyyətnamə ilə yana-

ş

ı, əsas iş yerindən verilmiş xasiyyətnamə də təqdim olunmalıdır; 



8. Elmlər doktoru (professor və dosent elmi adının iddiaçıları üçün) 

və ya fəlsəfə doktoru (dosent elmi adının iddiaçıları üçün) diplomu-

nun təsdiq olunmuş surəti - 1 nüsxə; Elmi dərəcə başqa ölkədə ve-

rildiyi halda müvafiq qaydada təsdiq olunmuş ekvivalentlik haqqın-

da sənədin surəti; 

9. Müstəsna hal kimi verilən elmi adların iddiaçıları əlavə təsdiqlə-

yici sənədləri təqdim etməlidirlər; 

10. İddiaçının dərc olunmuş elmi və tədris - metodiki işlərinin onun 

iş yerində təsdiq olunmuş siyahısı, onların surəti və elektron surət-

ləri,  monoqrafiya  və  tədris-metodiki  işlərin  əsli  təqdim  edilir.–  1 

nüsxə;  Dərslik,  dərs  vəsaiti  və  digər  tədris-metodiki  vəsaitin  çap 

olunması üçün qrif verilməsinə dair bu sahədə müvafiq səlahiyyətli 

təşkilatın müvafiq əmrinin təsdiq olunmuş surəti. 

11. Qeydiyyat-uçot vərəqi– 1 nüsxə; 

12.  Attestasiya  işində  olan  sənədlərin  siyahısı–  1  nüsxə.  Elmi  ad 

verilməsinə dair bütün sənədlər AAK-a kağız tikiləndə göndərilmə-

lidir. İddiaçının attestasiya işinin təşkilatda saxlanılan ikinci nüsxə-

sinə yuxarıda qeyd edilən sənədlərin surətindən başqa səsvermə za-

manı istifadə olunan bülletenlər və hesablayıcı komissiyanın müva-

fiq formada tərtib olunmuş protokolu əlavə olunur. 



 

 


32 

 

IV. Tədris vəsaitlərinə nəşr hüququ (qrif)  



verilməsi Qaydaları 

 

Ölkədə elmin vəziyyətinin ən önəmli göstəricilərindən biri də 

keyfiyyətli elmi nəşrlərin yayımıdır. Qloballaşma mühitində huma-

nitar  və  ictimai  elmlər  sahəsində  yeni  vəzifələr  müəyyənləşdirilir. 

Yeni  elmi  istiqamətlərin  sayının  artımına  paralel  elmi-periodik 

nəşrlərin sayında da  yüksəliş müşahidə olunur və bu yüksəlişə ca-

vab olaraq müəllif, resenzent və jurnal redaktorları qarşısında ciddi 

tələb və məsuliyyət qoyulur. 

Bu  məqsədlə  bizim  təşəbbüşümüzlə  ilk  dəfə  3  dekabr  2009-

cu  il  tarixindəAzərbaycan  Respublikası  Prezidenti  yanında  Dövlət 

İ

darəçilik  Akademiyasında  –  XXI  əsrdə  elmi-periodik  nəşrlərdə 



məqalə  yayımlanması  prosesi,  resenzent  və  redaksiya  mövqeyini 

müzakirə  etmək,  xarici  təcrübədə  əldə  edilən  bilik  və  məlumatları 

paylaşmaq,  xüsusilə  də  gənc  alimlərin  elmi  fəaliyyətini  stimullaş-

dırmaq və onların fundamental elmi tədqiqatlarının daxildə və xa-

ricdə  nüfuzlu  jurnallarda,  nəşriyyatlarda  çap  edilməsi  üçün  nə  et-

məli suallarına cavab olaraq «Elmi nəşrlərin ekspert qiymətləndiril-

mə  modeli:  müəllif,  resenzent  və  jurnal  redaksiyasının  mövqeyi» 

mövzusunda dəyirmi masa keçirilmiş və bu sahədə görülməsi gərək 

olan  çox  geniş  təkliflər  paketi  hazırlanmışdır.  Elmi  məqalənin 

IMRAD (İntroduction – giriş, methods – metod,Results – nəticələr 

və discussion – müzakirə) sistemində hazırlanması gərəkdir (Bu ba-

rədə geniş bax: Z.F.Məmmədov. Elmi nəşrlərin ekspert qiymətlən-

dirilmə modeli // 3 dekabr 2009-cu il tarixdə Azərbaycan Respubli-

kası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən 

dəyirmi masanın moderatoru və  məruzəçı).

 

Azərbaycanda  nəşr  olunan  elmi  jurnallar  qərb  jurnallarının 



nəşr siyasətinin əsası qəbul edilən IMRAD modelini yayım siyasə-

tində  tətbiq  etməlidir.  IMRAD  modeli    qoyulan  suallara  verilən 

doğru cavabdır. Yəni birinci sualda hansı problem araşdırılır? Ca-

vab: introduction – giriş; ikinci sual: problem necə araşdırıldı? Ca-

vab: elmi metod və üsullarla; ücüncü sual: araşdırma prosesində nə 



33 

 

tapıldı? Cavab: results – nəticə; dördüncü sual: bunlar nə məna ve-



rir? Cavab: discussion – müzakirə. Beləliklə, jurnalın əsas məqsədi 

yeni biliyə əsaslanan bilikləri istehsal etmək olmalıdır.  

Lakin  elmi  nəşrlərin  qiymətləndirmə  sistemi  və  müvafiq 

meyarlar dünya elmi tərəfindən, xüsusilə də ISO (ABŞ-da İnstitute 

for Scientific  Information), Rusiyada Ali Attestasiya Komissiyası-

nın  elmi  nəticələrinin  dərc  olunması  qəbul  etdiyi  elm,  nəşrlər  və 

Rusiya İstinad İndeks İnstitutu. Azərbaycan Respublikasında  Təd-

ris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi QaydalarınıAzərbaycan 

Respublikasının Təhsil Nazirliyi təsbit edir. 

 

Azərbaycan Respublikasının təhsil nazirinin 17 dekabr ta-



rixli, 927 nömrəli əmri ilətəsdiq edilmişdir. Tədris vəsaitləri (dərs-

lik, dərs vəsaitləri, metodiki rəhbərlik vəgöstərişlərə)  fənn kuriku-

lumları (proqramları) əsasında hazırlanır. 

Ali vəorta ixtisas təhsili müəssisələrinin kurikulumları isə 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il 

tarixli 75 nömrəli qərarıilətəsdiq edilmiş“Ali təhsil pilləsinin dövlət 

standartı və proqramı” əsasında hazırlanır. 

Tədris vəsaitləri dövlət standartlarıəsasında yaradılır. Fənn 

kurikulumları (fənn proqramları) Təhsil Nazirliyi tərəfindən təsdiq 

olunan tədris vəsaitlərinəaid edilir. 



 

 

Nəşr hüququ (qrif) verilməsi qaydası 

Tədris  vəsaitlərinəqrif  verilməsi  üçün  aşağıdakısənədlər 

Təhsil Nazirliyinətəqdim olunmalıdır: 

1. tədris vəsaitinin əlyazması; 

2.  birbaşa  müəllif  (müəllif  kollektivi)  tərəfindən  təqdim  edilmiş 

hallar  istisnaolmaqla  əlyazmasının  müzakirəolunduğu  fənn  birləş-

mə komissiyası, kafedra vəfakültə elmi şuralarının qərarları; 

3. əlyazmasına verilmiş 2 müsbət mütəxəssis rəyi (müəssisə daxili 

və kənar); 



34 

 

4. əlyazması təhsil müəssisəsi tərəfindən təqdim olunursa, müvafiq 



müşayiət məktubu, fərdi qaydada təqdim olunursa, müəllifin (müəl-

lif  kollektivinin) ərizəsi; 

5. əlyazmasında başqa əsərlərdən və mənbələrdən qeyri-qanuni isti-

fadə hallarına yol verilməməsi barədə müəllifin (müəllif kollektivi-

nin) notarial qaydada təsdiq olunmuş ərizəsi. 

Təhsil müəssisəsindən daxil olan tədris vəsaitinin fənn kuri-

kulumuna  (proqramına)  uyğunluğu,  tədris  saatlarına  nisbəti,  elmi-

metodik səviyyəsi və s. məsələlərinin yoxlanılması üçün Nazirliyin 

aidiyyəti  şöbəsi  onu  EMŞ-nın  uyğun  bölməsinin  ekspertizasına 

göndərəbilər. 

Birbaşa müəllif (müəllif kollektivi) tərəfindən təqdim edil-

miş  və  ya  bu  Qaydaların  2.3-cü  bəndində  göstərilən  əlyazmaların 

EMŞ-nın  uyğun  bölməsində  ekspertizası  tərəflər  arasında  bağlan-

mış  müqavilə  əsasında  aparılır.  EMŞ-nın  müvafiq  bölməsi  əlyaz-

manı müsbət qiymətləndirməzsə, yaxud yenidən işlənilməyə qayta-

rarsa,  bu  barədə  qərarını  yazılı  şəkildə  əsaslandırıb  Nazirliyin 

aidiyyəti şöbəsinə qaytarır. 

 Mənfi rəyləgeri qaytarılmış əlyazma müəllif tərəfindən iş-

lənilərək  nəşr  hüququ  (qrif)  alınması  üçün  yenidən  təqdim  oluna 

bilər. 


EMŞ-nın müzakirələrində bölmə üzvləri ilə müəllif arasın-

da  fikir  müxtəlifliyi  yarandıqda  əlyazma  gizli  rəyə  göndəriləbilər. 

Tədris  vəsaitinə  qrif  verildikdən  sonra  onun  müəllif  hüquqlarının 

pozulması yolu ilə hazırlandığını təsdiq edən hallar müəyyən edil-

diyi təqdirdə, Təhsil Nazirliyi qrifi ləğv edir və həmin qriflə əlaqə-

dar əldə edilən üstünlüklərinin ləğvi barədə müvafiq orqanlar qarşı-

sında məsələ qaldırır. 

 

 

 



35 

 

Mündəriciat 



I.

 

Doktoranturaların yaradılması və doktoranturaya 

qəbul qaydaları 

Ümumi müddəalar 

1.1.Doktoranturaya qəbul ................................................... 7 

1.2 Dissertasiya mövzuları və elmi  

rəhbərlər haqqında qərar ................................................................... 9 

1.3 Doktorant təhsil müddətində hansı işləri görməli ........ 9 

1.4. Doktorantların attestasiyası ....................................... 10 

1.5. Doktorantların mükafatlandırıl- 

ması və elmi-pedaqoji işlərə cəlb olunması ................................... 10  

1.6. Elmlər doktoru hazırlığı üzrə doktorantura ............... 11 

1.7. Doktoranturada elmi və  

elmi-pedaqoji kadrların məqsədli hazırlığı..................................... 12 

1.7. Dissertantlıq yolu ilə yüksək  

ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması .................. 13 



II. Elmi dərəcələrin verilməsi qaydaları ...................... 15 

2.1. Elmlər doktoru elmi dərəcəsi 

almaq üçün təqdim edilmiş elmlər doktoru  

dissertasiya işlərinə  qoyulan tələblər ............................................. 15 

2.2. Fəlsəfə doktoru elmi dərəcəsi 

almaq üçün təqdim edilmiş dissertasiya  

işlərinə  qoyulan tələblər ................................................................ 16 

2.3. Dissertasiyaların əsas elmi nəticələrinin nəşri .......... 16 

2.4. Dissertasiya işinin ilkin müzakirəsi .......................... 17 

2.5. Dissertasiya işinə  rəy................................................ 18 

2.6. Dissertasiyalarin tərtibi qaydalari ............................. 19 

2.7. Dissertasiyasının avtoreferatı .................................... 19 

2.8. Dissertasiya şuralarının tərkibi .................................. 20 

2.9. Elmi dərəcə iddiaçısının disser- 

tasiya şurasına təqdim etməli olduğu  

sənədlərin siyahısı .......................................................................... 20 

2.10.  Elmi  dərəcələr  verilməsinə  dair  attestasiya  işinin 

birinci  nüsxəsində  Ali  Attestasiya  Komissiyasına  təqdim  edilməli 

olan  sənədlərin  (Azərbaycan  Respublikasının  Prezidenti  yanında 



36 

 

AAK rəyasət heyətinin 2011-ci il 04 mart tarixli (protokol № 05-R) 



və 2012-ci il 04 may tarixli (protokol № 07-R ) qərarları ilə edilmiş 

ə

lavə və dəyişikliklərlə) siyahısı .................................................... 22 



2.11. Elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının 

müdafiəsinin  təşkil  edilməsi  üçün  Ali  Attestasiya  Komissiyasına 

təqdim edilən sənədlərin siyahısı ................................................... 25 

2.12.  Azərbaycan  Respublikasinda  dissertasiyalarinəsas 

nəticələrinin  dərc  olunmasi  tövsiyə  ediləndövri  elmi  nəşrlərin 

siyahısı (İqtisad elmləri üzrə) ......................................................... 26 

2.13.  Azərbaycan  Respublikasinda  elmi  və  elmi-pedaqoji 

işçilərə elmi dərəcələrin verilməsi üzrə ixtisaslarin Nomenklaturası 

(53- (İqtisad elmləri üzrə)............................................................... 28 

  

III. ELMI ADLARIN VERİLMƏSİ QAYDALARI ................. 29 

3.1. Kafedra üzrə professor elmi adı ................................ 30 

3.2. Kafedra üzrə dosent elmi adı..................................... 30 

              3.3. Elmi adlar verilməsinə dair attestasiya 

işinə daxil olan və AAK-a göndərilməli  

sənədlərin siyahısı .......................................................................... 30 

 

IV. Tədris vəsaitlərinə nəşr hüququ (qrif)  



verilməsi Qaydaları ...................................................................... 32 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


37 

 

 



 

 

 

 

 

 

Ə

dəbiyyat 

 

1.

          Azərbaycan Respublikasının Prezidenti yanın-



da Ali Attestasiya  Komissiyasının Bülleteni, Bakı: 

“Elm”, 2013, 176 səh. 

2.

          Elmi  dərəcələrin  və  elmi  adların  verilməsi 



qaydaları  haqqında  Əsasnamə  //  Azərbaycan  Res-

publikası  Prezidentinin  2003-cü  il  21fevral  tarixli 

857  №-li  Fərmanı  ilə  təsdiq  edilmiş,  2008-ci  il  5 

iyun tarixli 769 №-li və 2011-ci il 15 fevral tarixli 

381  №-li  Fərmanları  ilə  əlavələr  və  dəyişikliklər 

edilmişdir. 

3.

          Dissertasiya  Şuralari  Haqqında  Əsasnamə 



//Azərbaycan  Respublikasının  Prezidenti  yanında 

Ali  Attestasiya  Komissiyası  rəyasət  heyətinin 

2003-cü il  02 may tarixli (protokol № 05-R) qərarı 

ilə təsdiq edilmiş, 2009-cu il 06 fevral tarixli (pro-

tokol №02-R), 2011-ci il 04 mart tarixli (protokol 

05-R)  və  2012-ci  il  04  may  tarixli  (protokol 



07-R) qərarları ilə əlavə və dəyişikliklər edilmiş-

dir. 

4.

           Doktoranturaların yaradılması və doktorantu-



raya  qəbul  qaydaları(Azərbaycan    Respublikası 

Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli 129 

nömrəli qərarı ilə təsdiq edilmişdir) 

5.

           Azərbaycan  Respublikasının  təhsil  nazirinin 



17 dekabr tarixli, 927 nömrəli əmri ilə təsdiq edil-


38 

 

mişdir. Tədris vəsaitlərinə nəşr hüququ (qrif) veril-



məsi Qaydaları 

6.

           Abbasbəyli  M.A.  Ali  təhsil  müəssisələrinin 



hüquqi bazası // Qanun, 2011, 01 (201).-  s. 3-17 

7.

         Zahid Fərrux Məmmədov. Modern ali məktəb: 



məqsədlər, vəzifələr, problemlər və perspektivlər //  

Azərbaycan Dövlət  İqtisad Universitetinin Elmi Xə-

bərləri Yanvar-Mart 2014. 

 

 



 

Yüklə 253,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə