Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə18/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   ...   14   15   16   17   18   19   20   21   ...   134

 
39 
iti  ağlı  olan,  cazibədar  və  intizamlı  adam  təsiri  bağıĢlamıĢdı.  O,  həm  də 
kifayət  qədər  açıq  adam  idi,  bu  ona  iki  dəfə  seçkilərdə  qalib  gəlməkdə 
köməklik  göstərmiĢdi.  Mən  onu  qonĢu  küçədəki  hansısa  avtomobil 
mağazasının sahibi kimi təsəvvür etdim, həmin adam həm də kiçik liqadakı 
uĢaq  beysbol  komandasına  məĢqçilik  edir  və  bazar  günlərində  həyətdə 
barbekyu  hazırlayır,  bir  sözlə,  nə  qədər  ki,  söhbət  idmandan  və  uĢaqlardan 
gedir,  o  tam  qaydada  xoĢ  həmsöhbət  olaraq  qalır.  Həmin  səhər  yeməyində 
bir  an  oldu  ki,  əllərimizi  bir-birimizin  çiyninə  vurduqdan,  xoĢ  sözlər 
mübadiləsi  etdikdən  sonra  biz  yerlərimizdə  oturduq,  Vitse-prezident  Çeyni 
sakitcə  bekonla  qayqanaq  yeməyə  baĢladı,  Karl  Rouv  isə  stolun  o  baĢında 
böyürtkən  deserti  yeməklə  məĢğul  idi.  Bu  vaxt  prezident  gözləmədiyim 
tərəfdən  üzünü  mənə  çevirdi.  O,  təkrar-təkrar  özünün  ikinci  prezidentlik 
müddətinin əsas problemlərindən, xüsusən Ġraqa münasibətdə həmin kursun 
saxlanması  zərurətindən,  terrorizmlə  mübarizə  haqqındakı  qanuna  yenidən 
baxılmasından,  sosial  müdafiə  sistemindəki  islahat  zərurətindən,  vergi 
qoyulması  sisteminin    kökündən  dəyiĢilməsindən,  hakimlərin  seçilməsində 
səsvermə  prosedurasından  danıĢdı  və  birdən  elə  bil  ki,  onu  elektrik 
rozetkasına  taxdılar.  Prezidentin  gözləri  bir  nöqteyə  dikildi,  səsində 
həyəcanlı,  tələsik  ahənglər  meydana  gəldi,  bu  adətən  onun  sözünün 
kəsilməsinə  adət  etməmiĢ  adamlarda  olur,  onlar  sadəcə  olaraq  buna  dözə 
bilmirlər. XoĢ danıĢıq peyğəmbərin sərt güzəĢtə getməməsi ilə əvəz olundu. 
Mən  Respublikaçı  kollelaqalarımın  onun  ağzına  necə  baxdıqlarını  gördüm, 
hakimiyyətin  bəxĢ  etdiyi  dəhĢətli  izolyasiya,  həm  də  müdrik  bani-ataların 
necə sistem yaratdıqları və burada da bu hakimiyyətin daim nəzarət altında 
olması barədə düĢündüm. 
-
 
Senator. 
Mən çevrildim, öz xatirilərimdən ayrıldım və qarĢımda Ağ evin əsasən 
qaralardan  təĢkil  edilən  ofisiantlar  Ģtatından  olan  yaĢlı  adamlardan  birini 
gördüm. 
-
 
BoĢqabı götürmək olar? 
Mən  baĢımla  razılıq  verdim,  xüsusi  reseptlə  hazırlanmıĢ  toyuq  ətini 
çeynəyib  qurtarmıĢdım  və  gördüm  ki,  artıq  Prezidentlə  salamlaĢmaq 
istəyənlərin  növbəsi  qurtarır.  Tələsik  məclis  sahiblərinə  təĢəkkürümü 
bildirib,  mən  Mavi  zala  yollandım.  Qapı  yanında  gənc  dəniz  piyadası 
nəzakətlə mənə dedi ki, Ģəkil çəkdirmə qurtarmıĢdır və Prezident indi təyin 
olunmuĢ  görüĢdə  olmalıdır.  Mən  dönüb  gedirdim  ki,  bu  vaxt  Prezident 
qapıda göründü və məni otağa dəvət etdi. 
O, mənim əlimi sıxıb dedi: 


 
40 
-
 
Obama!  Gəlin  Laura  ilə  tanıĢ  olun.  Laura  sən  ki,  Obamanı 
xatırlayırsan?    Biz  onu  seçki  keçirilən  axĢamı  televiziya  ekranında 
görmüĢdük. Gözəl ailədir! Sizin arvadınız isə təəssürat yaradan xanımdır.  
-
 
Ġkimizi də layiq olduğumuzdan yüksək qiymətləndirdiyinizə görə sağ 
olun,  mister  Prezident  –  deyə  cavab  verdim,  Birinci  ledinin  əlini  sıxdım, 
həyəcanla düĢündüm ki,  görən yeməyin qırıqları ağzıma yapıĢmayıb ki. 
BuĢ  köməkçisinə  tərəf  çevrildi  və  o,  bir  andaca  ona  əl  üçün  olan  yaĢ 
xörək dəsmalını uzatdı. 
- Lazımdırmı?– deyə prezident mənə müraciət etdi – YaxĢı Ģeydir. 
 Səliqəsiz görünmək istəmədiyimdən mən də salfetkanı götürdüm. 
-
 
Gedək,  -  deyə  prezident  məni  kənara  çəkdi  və  sakitcə  dedi  :  -  Əgər 
mən sizə kiçik məsləhət versəm, ümid edirəm ki, etiraz etməzsiniz. 
-
 
Əlbəttə yox, mister Prezident. 
O, baĢı ilə razılığını bildirib davam etdi. 
-
 
Sizin  gözəl gələcəyiniz var, olduqca gözəl... ancaq mənim bu Ģəhərdə 
olmağım  heç  də  birinci  gün  deyildir  və  inanın,  bura  əsəbləri  zəif  olanlar 
üçün deyil. Diqqət mərkəzində olanda, necə ki, siz indi bu vəziyyətdəsiniz, 
istəsən  də,  istəməsən  də,  elə  bil  ki,  səni  ovlayırlar.  Mən  təkcə  özüm 
haqqımda demirəm, həm də sizin  barənizdə deyirəm. Hamı gözləyir ki, nə 
vaxt  sürüĢəcəksən,  anladınızmı?  Ona  görə  də  burada  ehtiyatlı  olmaq 
lazımdır. 
-
 
Sağ olun, mister Prezident. 
-
 
Ġndi  yaxĢı  oldu.  Artıq  mən  getməliyəm.  Bilirsinizmi,  sizinlə  məndə 
nəsə bir ümumi cəhət vardır. 
-
 
Nədir o? 
-
 
Bizim ikimiz də Alan Kizlə debat  aparmıĢıq. Onunla çarpıĢmaq asan 
məsələ deyil. 
Mən    güldüm,  biz  qapıya  tərəf  gedəndə,  ona  seçkiqabağı 
kampaniyamdan  bir  neçə  əhvalatı  danıĢdım.  Yalnız  Prezident  zaldan 
çıxanda,  yadıma  düĢdü  ki,  söhbət  vaxtı  mən  əlimlə  onun  çiyninə 
toxunmuĢdum. Mənim belə bir sadədil adətim vardır və düĢünürəm ki, onda 
dostlarımın  çoxu  gərginlik  keçirdi,  hələ  zalda  olan  təhlükəsizlik  xidməti 
əməkdaĢlarını demirəm. 
Senatda  iĢləməyə  baĢladığım  ilk  gündən  BuĢ  adminstrasiyasının 
siyasətini ardıcıl olaraq və bəzən kəskin qaydada tənqid edirdim. Mən hesab 
edirəm  ki,  varlı  adamlar  üçün  vergilərin  azaldılması  nəinki  düĢünülmüĢ, 
hətta  əxlaq  nöqteyi-nəzəridən  olduqca  Ģübhəli  bir  tədbirdir.  Mən 
adminstrasiyaya  onun  etibarlı  səhiyyə  sistemini  yaratmaq  sahəsindəki 
cəhdlərinin  uğursuz  olduğunu,  ciddi  konsepsiya  hazırlamağı,  Amerikanın 
rəqabət  qabiliyyətini  yüksəltməyi  məsləhət  görürdüm.  Hələ  2002-ci  ildə, 


 
41 
Senatın  seçki  kampaniyası  baĢlamamıĢdan  əvvəl  mən  Çikaqoda  müharibə 
əleyhinə olan mitinqlərin birində çıxıĢ edib, administrasiyanın Ġraqda kütləvi 
qırğın  silahlarının  olması  barədəki  sübutlarından  Ģübhələndiyimi  və  bu 
ölkəyə,  bizə  olduqca  baha  baĢa  gələn  müdaxilənin  səhv  olduğunun  vaxtilə 
hökmən  etiraf  ediləcəyini  söylədim.  Bağdaddan,  bütün  Yaxın  ġərq 
regionunun  qalan  hissəsindən  gələn  son  xəbərlər  həmin  proqnozun  yalnız 
doğru olduğunu təsdiq edir. 
Demokratlar  Ģəxsən  Corc  BuĢu  pis  adam  hesab  etmədiyimi  etiraf 
etdikdə, çox vaxt təəccüblənirlər və düĢünürəm ki, o, öz administrasiyası ilə 
birlikdə ölkənin xeyrinə səmimi qaydada iĢləməyə çalıĢır. 
Mən  bunu  ona  görə  demirəm  ki,  məni  hakimiyyət  çox  Ģirnikdirir.  Ağ 
evə dəvəti mən tam adekvat qaydada qiymətləndirir, buna siyasi nəzakətdən 
artıq  olan  bir  Ģey  kimi  baxmıram,  yaxĢı  baĢa  düĢürəm  ki,  əgər 
administrasiyanın  iĢinə  nəsə  ciddi  surətdə  təhlükə  törətsə,  tezliklə  «uzun 
bıçaqlar»  iĢə  düĢəcəkdir.  Bundan  da  baĢqa,  Ġraqda  hansısa  üzvünü  itirmiĢ 
ailəyə  məktub  yazanda  və  ya  pul  təminatının  azalmasına  görə  kollecdən 
çıxarılan  tələbə  qızdan  gələn  imeyli  oxuyanda,  daim  yada  salıram  ki, 
hakimiyyət baĢında duranların qərarlarının nəticələri nə qədər ciddi ola bilər 
və pis cəhət isə orasındadır ki, həmin nəticələr onların öz vəziyyətinə heç bir 
təsir göstərmir.  
Mən  bunu  ona  görə  deyirəm  ki,  əgər  vəzifə,  xidmətçi  personal, 
təhlükəsizlik rejimi kimi sahələrdə olan bər-bəzək götürülsə, onda Prezident 
və  onun  ətrafı  çox  Ģeydə  adi  adam  tək,  bizim  kimi  bütün  öz  günahları  və 
ləyaqətləri, Ģübhələri və dərində gizlədilmiĢ qətiyyətsizliyi ilə görünəcəkdir. 
Vacib deyildir ki, onların siyasi kursu mənə nə qədər düzgün olmayan kimi 
görünür.  Vacib  deyildir  ki,  bu  kursun  hara  aparıb  çıxarmağına  görə  mən 
onların  məsuliyyət  daĢımasında    inadkarlıqla  israr  edirəm,  bu  adamlarla 
danıĢanda həm də mən onları buna sövq edən motivləri anlamağa və bizdəki 
dəyərlərin istənilən halda eyni olduğunu unutmamağa çalıĢıram. 
VaĢinqtonda  belə  mövqe  tutmaq  o  qədər  də  asan  deyildir.  Burada 
aparılan  siyasi  müzakirələr  bəzən  o  qədər  kəskin  olur  ki,  -  bu  mübahisələr 
isə Ġraqdakı  müharibəyə göndərilən gənc kiĢi və qadınlardan tutmuĢ gövdə 
hüceyrələrinin  tədqiqatının  məqsədyönlülüyünə  qədər  hər  Ģey  barədə  ola 
bilər,  -  buradakı  ən  kiçik  fikir  ayrılığına  da  böyüdən  ĢüĢə  altında  baxılır. 
Partiyaya  sədaqəti  qoruyub  saxlamaq  zərurəti,  seçki  kampaniyalarının  sərt 
tələbləri,  istənilən  konfliktin  mətbuat  tərəfindən  ĢiĢirdilməsi  heç  də  etibar 
atmosferinin  yaranmasına  kömək  etmir.  O  faktı  da  hesabdan  silmək  olmaz 
ki,  administrasiyanın  əksər  əməkdaĢları  hüquqi  və  ya  politoloji  təhsil 
almıĢlar,  deməli  konkret  problemlərin  həllindən  daha  çox,  söz 
müharibələrinə  meyllidirlər.  Paytaxtda  bir  müddət  iĢlədikdən  sonra,  indi 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə