Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə16/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   ...   12   13   14   15   16   17   18   19   ...   134

 
35 
təhlükəsini  yaxĢı  dərk  edirəm.  Mənə  belə  gəlir  ki,  BuĢ  adminstrasiyasının 
çox  sayda  tədbirləri,  ədalətli  olaraq  əsəbilĢməkdən  baĢqa  hansısa  bir 
reaksiya doğurmur. 
Buna  baxmayaraq  mən  düĢünürəm  ki,  Demokratların  partizan 
hərəkətləri  və  ideoloji  münaqiĢəyə  əsaslanan  istənilən  cəhdi  yalnız 
düĢdüyümüz  vəziyyəti  çətinləĢdirə  bilər.  Mən  əminəm  ki,  ĢiĢirtmə  və 
qorxuzma,  situasiyanın  mürəkkəbliyinə  qiymət  verməmək    və  ya  əksinə, 
ĢiĢirdilmiĢ  qiymət  vermək  bizi  hökmən  məğlubiyyətə  məhkum  edəcəkdir. 
Əgər  biz  siyasi  mübahisələri  susdursaq,  mütləq  uduzacağıq.  Yalnız  məhz 
ideoloji  təmizliyə  danıĢıqsız  əməl  edilməsi,  öz  xəttimizlə  ardıcıl 
irəliləməyimiz,  siyasi  mübahisənin  açıq  təsəvvür  edilən  davamı  bizi 
ümumdövlət  əhəmiyyətli  problemlərin  həlli  üçün  yeni  yollar  axtarıĢından 
uzaqlaĢdırır. Biz hələ də eləcə «ya bu və ya o» rejimində iĢləyirik, bizə görə 
ya  böyük  hökumət  olsun,  ya  da  ümumən  heç  nə  olmasın,  ya  lap  qırx  altı 
milyon  adam  tibbi  sığortasız  qalsın  ya  da  anlaĢılmayan  «sosiallaĢmıĢ 
səhiyyə»nin ağuĢuna sığınaq. 
Məhz  bu  doktrinaçılıq  və  partizançılıq  çox  sayda  amerikalıları 
siyasətdən uzaq salır. Sağlar üçün bu ümumən problem deyildir; qütbləĢmiĢ 
elektorat  və  ya  təəssüf  hissi  keçirmədən  çirkli  və  əyri  siyasi  debatlara  görə 
hər  iki  partiyadan  üz  döndərənlər  məhz  hökumət  ideyasını  laxlatmaq 
istəyənlərə sərf edir. Axı ar bilməyən elektorat həmiĢə yalnız özünə qapılır. 
Lakin  hökumətin  bərabər  imkanlar  yaratması  və  bütün  amerikalıların 
rifahı üçün nəsə edə  biləcəyini düĢünən adamlar olan bizlər üçün qütbləĢmiĢ 
elektorat  heç  də  cəzbedici  deyil.  Hələlik  Demokratların  kiçik  çoxluğunun 
güclənməsi  də  o  qədər  yaxĢı  deyildir.  Ġndi  milli  dirçəliĢ  iĢi  ilə  yaxından 
məĢğul  olmağa  hazır  olan  və  öz  mənafeyini  digərlərinin  mənafeyi  ilə 
qırılmaz surətdə bağlayan amerikalıların – Respublikaçıların, Demokratların, 
müstəqillərin -çoxluğunun ciddi üstünlüyü vacibdir. 
Mən  illyuziyalara  qapılmıram  ki,  belə  fəal  çoxluğu  formalaĢdırmaq 
asan olacaqdır. Lakin bu ən mühüm zərurətdir, çünki, qarĢımızdakı vəzifələr 
çətindir. Ağır seçim etmək və ona görə qurbanlar vermək lazım gələcəkdir. 
Nə qədər ki, siyasi liderlər yeni ideyalara qarĢı kar və kor olacaqlar və təkcə 
yaxĢı qablaĢma görünüĢünə diqqət vermələrini kəsməyəcəklər, biz adamların 
ürəyini və ağlını radikal energetika siyasətinə və ya defisitin cilovlanmasına 
kökləyə  bilməyəcəyik.  QloballaĢmanın  və  beynəlxalq  terrorizmin 
təhlükəsinə  layiqli  cavab  verməli  olan,  bu  vaxt  həm  də  izolyasiyaya  və 
vətəndaĢ azadlıqlarının məhdudlaĢdırılmasına yuvarlanmayan xarici siyasətə 
də  əhalinin  dəstəyini  ala  bilmərik.  Biz  artıq  çoxdan  zəifləmiĢ  Amerikan 
səhiyyəsinin  əsaslı  təmir  etməyə  də  icazə  ala  bilmərik.  Biz  yoxsulluqla 
mübarizənin səmərəli strategiyasına da ciddi siyasi dəstək ala bilmərik, onun 


 
36 
bilavasitə tətbiqinə nail ola bilmərik. Yoxsulluq isə öz girdabında çox sayda 
bizim həmvətənlərimizi sıxır. 
Bütün  bu  dəlilləri  mən  sol  qanadın  «Daily  Kos»  bloquna  2005-ci  ilin 
sentyabrında  yazdığım  məktubda  saxladım.  Bundan  bir  az  əvvəl  Con 
Robertsin Ali Məhkəmənin sədri seçilməsinə səs verən mənim kolleqalarıma 
çox  sayda  dəstək  qurpları  və  aktivistlər  hücum  etməyə  baĢlamıĢdılar.  Buna 
görə  mənim  əməkdaĢlarım  da  bir  qədər  əsəbiləĢməli  olmuĢdular, 
baxmayaraq  ki,  mən  Ģəxsən  Robertsin  təsdiq  edilməsinin  əleyhinə  səs 
vermiĢdim. Həmin vaxtadək mən bloqsferanın əks reaksiyasının gücünü tam 
qaydada  qiymətləndirmiĢdim.  Demokratik  prinsiplərə  müvafiq  olaraq  bir 
neçə  gündən  sonra  öz  məktubuma  altı  yüzdən  artıq  Ģərh  almıĢdım.  Kimsə 
mənimlə  razılaĢırdı.  Kimsə  hesab  edirdi  ki,  mən  böyük  idealistəm,  çünki 
haqqında  yazdığım  siyasət  Respublikaçıların  PR  (piar)  maĢınının  təzyiqinə 
davam  gətirə  bilməz.  Elələri  də  var  idi  ki,  Ģübhələnirdi  ki,  məni  VaĢinqton 
elitası xüsusi olaraq göndərmiĢdir ki, sıralarımıza qarıĢıqlıq salım, guya həm 
də  mən  uzun  müddət  paytaxtda  iĢlədiyimdən  artıq  sadə  adamlarla  hər  cür 
əlaqəni  itirmiĢəm,  bir  bloqqer  isə  məni  sonralar  sadəcə  «sefeh» 
adlandırmıĢdı. 
Bəlkə  də,  mənim  tənqidçilərim  haqlıdır.  Bəlkə  də,  böyük  siyasi 
parçalanmadan  qaçmaq  mümkün  olmayacaqdır  və  bu  kəsilməyən  döyüĢlər 
və  onun  oyun  qaydalarını  dəyiĢmək  cəhdləri  yalnız  havanı  titrətmək 
olacaqdır.  Ancaq  bəlkə  də,  siyasətin  sadələĢdirilməsi  artıq  geri  dönməsi 
mümkün  olmayan  nöqtəyə  çatmıĢdır  və  adamların  əksəriyyəti  onda  yalnız 
bir  əyləncə  növünü,  idman,  qladiator  döyüĢünü  görürlər.  Bu  vaxt  rəqibləri 
yalnız  köhnə  tərəfdarların  reaksiyası  düĢündürür.  Qorxuzmaq  üçün  biz  lap 
qırmızı  rəngə  də,  göy  rəngə  də  boyanmağa  razıyıq,  özümüzünküləri 
dəstəkləməyi, özgələri söyməyi də bacarırıq və qələbə üçün lazımınca zərbə 
də  endirərik,  ya  da  əleyhdarların  ağrılı  yerinə  təpik  də  vurarıq.  Nə  etmək 
olar, axı qalibləri mühakimə etmirlər. 
Ancaq  mən  baĢqa  cür  düĢünürəm.  Çox  vaxt  fikirləĢirəm  ki,  sadə,  adi 
adamlar  vardır  ki,  onlar  siyasi  və  mədəni  antoqonizmin  mərkəzində 
böyümüĢlər,  lakin  bununla  yanaĢı,  hətta  yalnız  Ģəxsi  səviyyədə  də  olsa 
qonĢuları  və  öz-özü  ilə  dinc  Ģəraitdə  yaĢaya  bilirlər.  Mən  ağ  Cənublunu 
təssəvvür  edirəm,  o,  hələ  də  babasının  qaradərililəri  ən  axırıncı  sözlərlə 
söydüyünü xatırlayır. Ġndi isə bu Cənublu özü qara iĢ yoldaĢları ilə dostluq 
edir,  öz  oğlunu  tam  baĢqa  ruhda  tərbiyə  edir,  baĢa  düĢür  ki,  ayrı-seçkilik 
böyük  bəladır,  ancaq  qara  həkimin  oğlunun  hüquq  kollecinə  girməkdə  öz 
uĢağına  nisbətən  nəyə  görə    böyük  üstünlüyə  malik  olduğunu  bilmir.  Mən 
«Qara  Panterlər»in  keçmiĢ  üzvünü  təssəvvür  edirəm,  indi  o,  öz  malikanəsi 
ilə sakitcə məĢğul olur, rayonunda evlər almıĢdır, onu boğaza yığan narkotik 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə