Başlık Düzeni



Yüklə 16,72 Kb.
səhifə2/2
tarix30.12.2023
ölçüsü16,72 Kb.
#164455
1   2
ərintilər

Adi keyfiyyətli karbonlu polad ­ qızğın yayılmış polad, fasonlu polad, təbəqə polad və enli zolaq (universal) polad Marten sobalarında (markalarda M hərfi yazılır) və aşağıdan üflənən Bessemer konverterlərində (markasında Б hərfi yazılır) istehsal edilir
Bundan əlavə belə polad, yuxarıdan oksigen üflənən konverterlərdə də (markasında K hərfi yazılır) alınır. Təyinatından və təminat verilən xarakteristikalarından asılı olaraq belə poladı iki qrupa və bir yarımqurupa bölürlər: A-qrupu –istehlakçılara mexaniki xassələrinə əsasən, Б-qrupu-kimyəvi tərkibinə əsasən, B –yarımqurupu-mexaniki xassələrinə və kimyəvi tərkibinə əsasən göndərilir. A qrupuna daxil olan poladın hazırlanması üsulu ona verilən markada göstərilmir (sertifikatda göstərilir).
Bu yarımqrupun poladı, onun üçün irəli sürülən yüksək təlabatla əlaqədar olaraq, ya ancaq Marten sobalarında (M), ya da oksigen üflənən konvertelərdə (K) hazırlana bilər. Qaynayan poladın markalarına «KП» (кипящий) indeksi, yarımsakit (полуспокойная) poladın markalarına «ПС» əlavə edilir.Məsələn, CT3КП, CT4КПvə i.a. Belə indekslərin olmaması sakit poladı göstərir.
Alət poladı –Marten və elektrik sobalarında istehsal edilir; müxtəlif alətlər (kəsici alətlər, ölçü alətləri, zərbə alətləri və s.) hazırlamaq üçün işlədilir. Alət poladı keyfiyyətli və yüksək keyfiyyətli olmaqla iki yerə bölünür. Keyfiyyətli polad «У» hərfi (углеродистая) və faizin onda bir hissələri ilə karbonun miqdarını göstərən rəqəmlə ifadə edilir, məsələn У7, У8,У9,У10,У11,У12 və У13-əqədər.
  • Yüksək keyfiyyətli alət poladında qatışıqların (və P) miqdarı keyfiyyətli poladdakına nisbətən azdır; onu markalama zamanı A-hərfi əlavə edilir, məsələn У7A, УBA, У9A və s.
  • Alət üçün polad markasının seçilməsi və onun termiki emal üsulu həmin poladdan hazırlanacaq alətin harada işlədiləcəyindən və onun istismar xarakterindən asılı olaraq müəyyən edilir. 

MƏNBƏ.
  • http://webcache.googleusercontent.com/search?q=cache:VlNqoIclRJEJ:rabitakolleci.edu.az/wp-content/uploads/2020/05/material%25C5%259F%25C3%25BCnasl%25C4%25B1q-m%25C3%25BChazir%25C9%2599l%25C9%2599r.docx+&cd=3&hl=ru&ct=clnk&gl=az
  • http://webcache.googleusercontent.com/search?q=cache:NA9jqNb1wNAJ:asoiu.edu.az/public/docs/NMF.pdf+&cd=2&hl=ru&ct=clnk&gl=az
  • http://sdu-sdtk.edu.az/wp-content/uploads/2020/04/konstruksiya-materiallar%C4%B1n%C4%B1n-texnologiyas%C4%B1.pdf

Diqqətinizə Görə Təşəkkürlər!
Yüklə 16,72 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə