179
səlahiyyət həddini aşmamasını təmin edən vasitə kimi də
qiymətləndirilir.
289
Əgər inzibati orqan tərəfindən diskresion səlahiyyət əsa-
sında qərar qəbul edilərsə məhkəmə bir qayda olaraq, iddiaçının
tələbinə uyğun qərar qəbul edə bilməz (AR İPM-in 73.3.1-ci
maddəsi). Lakin, mülahizəyə əsasən fəaliyyət göstərməyi
özbaşınalıqla, hüquq normasının pozulması ilə səhv salmaq
olmaz. Bu səbəbdən qanunverici diskresion səlahiyyətlər
əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya
həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyünü də
təsbit etmişdir. AR İPM-in 74-cü maddəsinə əsasən, inzibati
orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda
məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul
edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi
səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion
səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl
olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin
məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından
qanunsuz olub-olmadığını yoxlayır.
Bu cür yoxlama inzibati icraatın öz mahiyyəti ilə şərtlənir.
Belə ki, “İnzibati icraat haqqında” AR qanunu diskresion
səlahiyyətlərin həyata keçirilməsi qaydasını müəyyənləşdirərək
onların qanunla müəyyən olunmuş hüdudlar daxilində həyata
keçirilməsinə, qəbul edilən qərarların həmin səlahiyyətlərin
məqsədinə uyğunluğuna və onlardan istifadə edərək hüquq və
289
Гнейст Р. Правовое государство и административные суды Германии / Под
ред. М.И.Свешников. 2-е изд. испр. и доп. СПб.: Тип. В. Безобразова и Ко, 1896,
c.51
180
azadlıqların əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar-
ların qəbul olunmamasına dair tələbləri müəyyənləşdirmişdir
290
.
Mülahizəyə əsasən fəaliyyət göstərmək səlahiyyətinin
həcmi müxtəlif ola bilər. İnzibati orqanın öz seçiminə əsasən
qərar qəbul etmək hüququ inzibati orqanların fəaliyyət
sferasının həddən artıq geniş olması və qanunvericilikdə bu
fəaliyyətin hərtərəfli tənzimlənməsinin nəinki məqsədəuyğun,
həm də qeyri - mümkün olması ilə şərtlənir. Buna görə də qanun
ya inzibati orqanlara fəaliyyət çərçivəsi daxilində müəyyən
dərəcədə azadlıq verə bilər, ya da idarəçilik sferasındakı hansısa
halı nəzərdə tutmaya bilər.
Birinci halda diskresion xarakterli səlahiyyətlərin həcmi
qanunla müəyyənləşdirilir. Əgər inzibati orqan çıxardığı aktla öz
səlahiyyətlərini aşarsa həmin akt vətəndaşların hüquq və azad-
lıqlarını, qanunla qorunan maraqlarını yaxud, digər dövlət
orqanlarının səlahiyyətlərini pozduğu üçün qanunsuz hesab
olunur.
İkinci halda isə inzibati orqan faktiki olaraq vətəndaşla
qanunla tənzimlənməyən münasibətə girir. Burda qanunverici
administrasiyanın konkret vəzifələrini müəyyən etmir, müvafiq
olaraq vətəndaşda və ya təşkilatda ondan hansısa hərəkəti etməyi
tələb etmək hüququ deyil, qanunla təsbit olunmayan maraq
yaranır. Bu maraq ədəbiyyatda “faktiki maraq” adlanır
291
. Bu
maraq fərdin hansısa maddi və ya mənəvi dəyər əldə etmək üçün
elə bir cəhdini ifadə edir ki, onun təmin olunması qaydası
qanunla tənzimlənmir.
290
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı: Qanun,
2013, s.8
291
Дюрягин И.Я. Гражданин и закон. М.: Юрид. лит., 1991, с. 74-75
181
Qeyd edək ki, müasir xarici dövlətlərin qanunvericiliyində
də inzibati orqanların öz mülahizə səlahiyyətlərindən düzgün
istifadə etməməsi nəticəsində yaranan mübahisələrin tənzim-
lənməsi qaydasına geniş yer ayrılır. İngiltərə inzibati hüququnda
mülahizə səlahiyyətindən yanlış istifadə olunması inzibati aktın
qanunaziddliyini şərtləndirən meyarlardan hesab olunur
292
.
Fransanın, Almaniyanın, Belçikanın da qanunvericiliyində in-
zibati orqanın öz mülahizə səlahiyyətini hakimiyyət səlahiy-
yətlərini aşmaqla, qanunda göstərilən məqsədlərə zidd şəkildə
həyata keçirməsi inzibati mübahisənin predmeti kimi nəzərdə
tutulmuşdur
293
.
4. Qanunla qorunan şəxsi maraqların, həmçinin, ümumi
tələbatdan irəli gələn ictimai maraqların pozulması və s.
Maraqlar inzibati məhkəmə icraatının əsasında duran inzi-
bati mübahisənin meydana çıxmasında mühüm amildir. İnsan-
larda dərrakənin praktikləşməsinə, yəni, iradəni müəyyən-
ləşdirən amilə çevrilməsinə məhz marağın səbəb olduğunu
294
,
subyektin obyektə yiyələnmək və məqsədlərinə nail olmaq
cəhdlərinə münasibətinin maraqlar üzərində qurulduğunu
295
nəzərə alsaq inzibati məhkəmə icraatının dövlətin və cəmiyyətin
maraqlarının qorunmasında mühüm potensiala malik olduğunu
söyləyə bilərik.
292
Örücü E. İngiltere’de Idarenin Sorumlulugu ve Yargisal Denetimde Kullanılan
Baslica Idare Hukuku Ilkeleri. Onar Armagani. Istanbul: Fakulteler Matbaasi, 1977,
s. 660
293
Соловьева А.К. Концепция идминистративной юстиции: материально-
парвовой аспект // Правоведение, 1998, № 4, s. 52-57
294
Кант И. Сочинения в шести томах. Т.4. Ч.1. М., 1965, c. 306
295
Демин М.В. Проблемы теории личности: социально-философский аспект.
М.: Изд-во Моск. ун-та, 1977, с. 87
Dostları ilə paylaş: |