171
daşımalıdır. Qüvvədə olan “İnzibati icraat haqqında” AR
qanununda isə inzibati aktların anlayışı verildiyi halda inzibati
hərəkətlərin anlayışı verilmir.
Fikrimizcə, inzibati mübahisənin mühüm əsaslarından biri
kimi inzibati hərəkətlərin qanunvericilikdə anlayışının və əla-
mətlərinin, mübahisələndirilmə qaydasının dəqiqləşdirilməsi
məqsədəuyğun olardı.
İnzibati hüquqi mübahisənin
əsası dedikdə, öz hüquqi
qüvvəsinə görə mübahisəli vəziyyətin müxtəlif şərtlərini ifadə
edən faktiki hallar başa düşülür. Bu faktiki halları A.B.
Zelentsov şərti olaraq üç qrupa bölür:
- Subyektlər arasındakı mübahisəli münasibətləri hüquqi
cəhətdən
xarakterizə edən faktlar;
- Tərəfləri konkret inzibati mübahisənin iştirakçıları kimi
müəyyənləşdirən
legitimləşdirici faktlar;
- Vətəndaşların hüquqlarının və qanuni maraqlarının həyata
keçirilməsinə maneə yaradan və obyektiv hüquq qaydasının
normal fəaliyyətinə mane olan
faktlar
266
.
N.Y.Xamanyova qeyd edir ki, inzibati mübahisənin
yaranma əsası məhkəməyə iddia ilə müraciətdir. M.S.Aslanov
isə haqlı olaraq bu fikirlə razılaşmayaraq bildirir ki, bu mübahisə
vətəndaşın subyektiv hüququnun pozulduğu andan dərhal sonra
meydana çıxır və “gizli” xarakter daşıyır, sonradan isə
vətəndaşın “incikliyi” şikayətin ideyasına
çevrilir
267
.
Fikrimizcə, inzibati mübahisənin yaranmasına aşağıdakılar
əsas ola bilər:
1.
Mübahisəli inzibati aktlar;
266
Зеленцов А.Б. Теоретические основы правового спора: Автореф. дис. ... докт.
юр .наук. М., 2005, с. 46
267
Aslanov M.S. Azərbaycanda inzibati ədliyyə. Bakı: Azərnəşr, 2009, s. 113
172
İnzibati akt hüquqi nəticə yaradır və bu nəticə bilavasitə
hüquqi faktlarla bağlıdır. Bildiyimiz kimi, iradəvi meyardan
asılı olaraq hüquqi faktlar hadisələrə və hərəkətlərə bölünür.
Hərəkətlər mübahisəli hüquq münasibətinin yaranmasına səbəb
ola bilən hüquqi faktlardır. Hüquqi faktlar dedikdə, hüquq
normalarına uyğun olaraq müəyyən hüquqi nəticələrin baş
verməsinə - hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə
və xitamına səbəb olan konkret sosial hallar (hadisələr,
hərəkətlər) başa düşülür.
M.F.Məlikova qeyd edir ki, hüquq normasında nəzərdə
tutulan və hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və
xitam olunmasının əsasını təşkil edən həyati hallar hüquqi
faktlar adlandırılır
268
. Daha sonra M.F.Məlikova göstərir ki,
hərəkətlər insanların iradə ifadəsi ilə əlaqədar olaraq əmələ
gələn hüquqi faktlardır. Hərəkətlər qanunun göstərişinə uyğun
olduqda
hüquqa uyğun,
qanuna zidd olduqda,
onu pozduqda isə
qeyri-qanuni olur
269
.
İnsanların davranışında, inzibati orqanlarının aktlarında
ifadə oluna bilən hərəkətlər hüquqauyğun və hüquqazidd
hərəkətlərə bölünür. Hüquqauyğun hərəkətlərdə hüquqauyğun
davranış ifadə olunduğu təqdirdə, hüquqazidd hərəkətlər isə
hüquqi göstərişlərə zidd olub, cəmiyyətin və dövlətin maraq-
larına ziyan vurur. Hərəkətlərə aid olan hüquqi aktlar birbaşa
olaraq hüquqi nəticənin əldə olunmasına yönəlir.
Deməli, mübahisəli aktlar həm hərəkət, həm də hərəkət-
sizlik formasında təzahür edə bilər. F.S.Mehdiyev haqlı olaraq
idarəetmə orqanlarının susmasından və ya hərəkətsizliyindən
268
Məlikova M.F. Dövlət və hüquq nəzəriyyəs: Dərslik.Bakı:Maarif, 1988, s. 308
269
Məlikova M.F. Dövlət və hüququ nəzəriyyəsi:Dərslik. Bakı:Maarif, 1988, s. 308