195
Qeyd etmək lazımdır ki, inzibati məhkəmə icraatı qəfildən
formalaşan, dəqiq struktura, əvvəlcədən müəyyənləşdirilmiş
imperativ məzmuna, konkret funksiyalara malik olan təzahür
deyildir. O, müxtəlif dövlətlərdə fərqli inkişaf mərhələlərindən
keçmişdir. Məlum olduğu kimi, hər bir ölkədə vətəndaş hü-
quqlarının müdafiəsi mexanizmi tarixi şərait və ictimai inkişafın
tələbatları nəzərə alınaraq formalaşdırılır.
316
İnzibati məhkəmə
icraatı da vətəndaş hüquqlarının müdafiəsi mexanizmi kimi
konkret dövrdə mövcud olan ictimai tələbatla, hüquq düşüncəsi
və hüquq mədəniyyəti, idarəetmənin qruluşu ilə əlaqədar
təşəkkül tapmış və mürəkkəb inkişaf mərhələlərindən keçmişdir.
Nəticədə onun strukturu, təşkilati əsasları, metodları ilə yanaşı
funksional məzmunu da mühüm dəyişikliklərə məruz qalmışdır.
Yarandığı vaxtla müqayisədə müasir dövrdə bu institut tam
fərqli mahiyyət kəsb edir. Belə ki, ilk vaxtlar yalnız obyektiv
hüququn müdafiəsinə yönələn inzibati məhkəmə icraatı tədri-
cən, vətəndaşların subyektiv hüquqlarının real müdafiə mexa-
nizminə çevrilmişdir. XIX əsrin ikinci yarısından etibarən
inzibati məhkəmə icraatı vətəndaşların yalnız hüquqlarının de-
yil, həm də mənafelərinin müdafiəsinə xidmət etməyə başla-
mışdır. XXI əsrin açıq demokratiyası üçün səmərəli inzibati
ədliyyə mühüm əhəmiyyət
kəsb edir
317
.
XX əsrin əvvəllərində inzibati ədliyyənin praktiki təşkilinə
iki yanaşma mövqeyi meydana çıxdı: birinci mövqeyə görə
vahid ədliyyə doktrinasına uyğun olaraq ümumi hüquqdan irəli
316
Чечот М.Д. Административная юстиция. Теоретические проблемы. Л.: Изд-
во Ленингр. Ун-та, 1973 ; Боботов С.В. Административная юстиция Франции:
доктрина и практика // Советское государство и право, 1981, № 6, с. 127-132
317
Securing Fairness and Redress: Administrative Justice at Risk? Administrative
Justice & Tribunals Council. 81 Chancery Lane. London WC2A 1BQ – 2011, s. 7