161
tutulmuş vəzifəni yerinə yetirməyi əmr edir. “İndjankşn” adlı
qərarla isə məhkəmə inzibati orqana və ya vəzifəli şəxsə qanunla
səlahiyyətinə aid olmayan müəyyən hərəkətləri etməyi qadağan
edir və ya müvafiq hərəkətlərinə son qoymağı tələb edir
250
.
Çexiya qanunvericiliyində isə inzibati mübahisələrin nö-
vündən asılı olaraq inzibati məhkəmə icraatının daxilində aşa-
ğıdakı icraat növləri fərqləndirilir:
- qanunsuz inzibati aktların yoxlanılması üzrə icraat;
- hərəkətsizlikdən yaranan mübahisələr üzrə icraat;
- vətəndaşların şəxsi həyatına hüquqazidd müdaxilədən
yaranan mübahisələr üzrə icraat;
- vətəndaşların şikayətləri üzrə icraat;
- seçki hüququnun realizəsindən yaranan mübahisələr üzrə
icraat
251
.
Beləliklə, göründüyü kimi istər qanunvericilikdə, istərsə də
elmdə inzibati mübahisələr müxtəlif meyarlara əsasən təsnif-
ləndirilir. Bu meyarlar hər bir ölkədə mövcud olan idarəçilik
forması, siyasi rejim, hüquq düşüncəsi, hüquq mədəniyyəti, in-
zibati icraatın prinsipləri və s. hallardan asılı olaraq müəy-
yənləşdirilir. Hesab edirik ki, inzibati mübahisənin predmetinə
dair elmdə gedən mübahisələrə son qoymaq üçün qanunveri-
cilikdə bu mübahisələrin anlayışı verilməli, təsnifat növləri
müəyyənləşdirilməlidir.
Hesab edirik ki, inzibati hüquqi mübahisənin predmetini
müəyyənləşdirilməsinə ilk növbədə onun növünün müəyyənləş-
dirilməsindən başlamaq lazımdır. Predmet qanunvericiliklə
250
Лафитский В.И. Административная юстиция в США // ЖРП, 1997, № 7, с.
123-125
251
Çexiya Respublikasının “İnzibati ədliyyə haqqında” № 150/2004 saylı qanununun
4-cü paraqrafı / http://www.justicemaker.ru
162
müəyyənləşdirildiyi hallarda elmdə, həm də təcrübədə müba-
hisəli fikirlərə aydınlıq gətirə bilər. Məsələn, Gürcüstan Respub-
likasının İnzibati Prosessual Məcəlləsinə əsasən, inzibati müba-
hisənin predmetini inzibati aktların qanunvericiliyə uyğunluğu,
inzibati müqavilənin bağlanması, icrası və ya xitamı, inzibati
orqanların vurduqları zərərin ödənilməsi, inzibati aktların qəbul
edilməsi və ya digər hərəkətlərin edilməsi barədə öhdəliyi və s.
təşkil edə bilər
252
.
Göründüyü kimi inzibati müqavilədən irəli gələn məsələlər
də inzibati hüquq mübahisələrin predmeti kimi göstərilir. Hüquq
ədəbiyyatında inzibati müqavilə inzibati hüququn subyektləri
arasında bağlanan, təşkilati məzmuna malik olan, məhkəmə
müdafiəsi ilə təmin olunan və tərəflərindən birinin və ya hər
ikisinin öz üzərlərinə götürdükləri vəzifələrin yerinə yetirilmə-
sinə görə məsuliyyət daşıyan müqavilə kimi xaraterizə edilir.
253
Hesab edirik ki, əməkdaşlıq barədə inzibati müqavilədən
irəli gələn mübahisələrin tərəflər arasında danışıqlar yolu ilə həll
olunması daha məqsədəmüvafiqdir. Bu cür mübahisələrin həl-
linə üçüncü tərəfin müdaxiləsi onu dövlət idarəçiliyində səmə-
rənin artırılması mexanizmindən ləngitmə mexanizminə çevirə
bilər.
Qeyd edək ki, hazırda AAR İPM-nin 2.2-ci maddəsində
inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaları təsniflən-
dirən maddənin məzmununda müəyyən anlaşılmazlıq özünü
göstərir. Maddədə qanunverici inzibati iddiaların növlərində
252
. Административно - процессуальный кодекс Грузии. Закон Грузии от 23
1999г. № 23 52-ВС. Тбилиси, 2003 / http://policy.mofcom.gov.cn /english
253
Abışov V.G., İsmayılov A.V., Eyvazov N.Q. İnzibati hüquq. Dərs vəsaiti. I hissə.
Bakı: Qanun, 2004, s. 222-227
163
predmet kimi gah şəxsin hüquq və vəzifələrini
254
, gah da
azadlıqlarını
255
göstərmişdir. Maddənin məntiqinə baxdıqda
şəxsin qanunla qorunan maraqlarının inzibati məhkəmə icraatı
qaydasında baxılan iddiaların predmeti kimi çıxış etmədiyi
barədə qənaətə gəlmək olar. Halbuki, iddianın mümkünlüyünü
müəyyənləşdirən digər maddədə AR İPM-in 35.1-ci maddəsində
göstərilir ki, şəxsin hüquqlarının və “qanunla qorunan maraq-
larının” pozulduğunu əsaslandırdığı hallarda aşağıdakı iddialar
mümkün sayılır.
- mübahisələndirmə haqqında iddialar;
- məcburetmə haqqında iddialar;
- öhdəliklərin icrası haqqında iddialar;
- müəyyən hərəkətləri etməkdən çəkinmək haqqında id-
dialar.
Beləliklə, qanunverici mübahisələndirmə, məcburetmə,
öhdəliyin icrası, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair
iddiaların predmetinin qanunla qorunan maraqlar olduğunu
müəyyən etsə də, inzibati iddiaların təsnifləndirildiyi maddədə
maraqları predmet qismində müəyyən etmir. Halbuki, qanunla
qorunan maraqlar insanların fəaliyyətinin hərəkətverici qüvvəsi,
onları əhatə edən gerçəkliyə olan spesifik münasibəti, hansısa
predmetə yiyələnmək və onu öz tələbatını ödəməyə yararlı et-
mək cəhdi kimi çıxış edir.
Hesab edirik ki, inzibati məhkəmə icraatının başlanması
üçün əsas olan pozulmuş və ya pozulması ehtimal edilən
maraqlara aşağıdakı xüsusiyyətlər xasdır:
- bu maraqlar qanunla qorunan olmalıdır;
254
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi.Bakı: Qanun, 2013,s.14
255
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi.Bakı: Qanun, 2013,s.15
Dostları ilə paylaş: |