Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə15/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   11   12   13   14   15   16   17   18   ...   64

   
45  
 
A       a 
Məlum  olduğu  kimi,  dahi  şairin  “Xəmsə”sinə  indiyədək  say-
sız-hesabsız  miniatürlər  çəkilmişdir.  Tədqiqatçıların  yekdil  fikrinə 
görə, Yaxın və Orta Şərqdə miniatür janrının inkişafında N.Gəncə-
vinin  “Xəmsə”si  böyük  rol  oynamışdır.  Təkcə  onu  qeyd  etmək 
kifayətdir  ki,  Nizami  “Xəmsə”sinin  45  miniatürlü  əlyazma  nüsxəsi 
hələ  1481-ci  ildə  Dərviş  Məhəmməd  Tağı  tərəfindən  köçürülmüş-
dür. Həmin miniatürlərdən 2-si  “Sirlər xəzinəsi”, 14-ü  “Xosrov  və 
Şirin”, 9-u “Leyli və Məcnun”, 12-si “Yeddi gözəl”, 7-si isə “İsgən-
dərnamə” poemasında verilmişdir (66, 8). 
Nizaminin Ərdəbil əlyazmaları kolleksiyasından gətirilmiş və 
üzü 1507-ci ildə köçürülmüş “Xəmsə”sində 25 miniatür çəkilmişdir. 
Bu miniatürlərdən 2-si “Sirlər xəzinəsi”, 3-ü “Xosrov və Şirin”, 4-ü 
“Leyli və Məcnun” 11-i “Yeddi  gözəl”, 5-si isə “İsgəndərnamə”yə 
çəkilmişdir.  Belə  faktların  sayını  istənilən  qədər  artırmaq  olar. 
Lakin  burada  başlıcası  odur  ki,  müəllim  çoxsaylı  “Xəmsə”  minia-
türləri içərisindən təlim-tərbiyə baxımından daha əhəmiyyətli olan-
ları düzgün seçə bilsin və onlardan əyani vasitə kimi istifadə etsin. 
Əlbəttə, burada hazır miniatürləri şagirdlərə təqdim etməklə yanaşı, 
“Xəmsə”nin  süjetləri əsasında  yeni  miniatürlərin çəkilməsini  təşkil 
etmək daha səmərəli nəticə verə bilər. 
3.  Portret  janrı  ilə  bağlı  mövzuların  tədrisi  zamanı  görkəmli 
rəssamların  N.Gəncəviyə  həsr  etdikləri  əsərlərlə  şagirdləri  tanış  et-
mək  və  onun  yeni  portretlərinin  çəkilməsinin  təşkilinə  nail  olmaq. 
Məlum olduğu kimi, indiyədək bir çox görkəmli rəssamlar dahi şai-
rin portretini yaratmışdır. Müəllimlərə kömək məqsədilə həmin por-
tretlər  haqqında  yığcam  məlumat  verməyi  məqsədəuyğun  hesab 
edirik. 
Dahi şairin ilk portreti 1940-cı ildə görkəmli rəssam Qəzənfər 
Xalıqov  tərəfindən  yaradılmışdır.  Belə  ki,  1940-cı  ildə  dahi  şairin 
anadan olmasının 800 illiyi münasibətilə Azərbaycan Xalq Komis-
sarları  Soveti  Nizami  portretinin  yaradılması  məqsədilə  müsabiqə-
nin  təşkil  edilməsini  qərara  alır.  Həmin  müsabiqəyə  rəssamlardan 
K.Xanlarov,  A.Kazımov,  T.Tağıyev,  N.Nəcəfov,  B.Semyonov  və 
Q.Xalıqov  cəlb  edilmişdir.  Qəzənfər  Xalıqovun  “Nizami”si  şairin 


   
46  
 
A       a 
ən  uğurlu,  hamı  tərəfindən  qəbul  edilən  surəti  kimi  bəyənilmişdir. 
Həmin portret hazırda dahi şairin adını daşıyan Ədəbiyyat muzeyin-
də qorunub saxlanılır (67). 
Dahi şairin məşhur protretlərindən biri də Azərbaycanda milli 
heykəltaraşlıq məktəbinin ilk nümayəndəsi, Xalq rəssamı Fuad Əb-
dürrəhmanov  tərəfindən  1954-cü  ildə  yaradılmışdır.  Onu  da  qeyd 
edək  ki,  dahi  şairin  1946-cı  ildə  Gəncədə,  1949-cu  ildə  isə  Bakıda 
ucadılan möhtəşəm heykəllərinin müəllifi də F.Əbdürrəhmanovdur. 
Azərbaycan  xalq  rəssamı,  SSRİ  Rəssamlıq  Akademiyasının 
müxbir üzvü Tokay Məmmədovun yaratdığı “Nizami Gəncəvi” por-
treti  də  dahi  şairə  həsr  olunmuş  məşhur  sənət  əsərlərindən  biridir. 
Həmin əsər 1955-ci ildə Polşanın paytaxtı Varşava şəhərində Gənc-
lərin Beylənxalq Ümumdünya sərgisində uğurla nümayiş etdirilmiş-
dir (68). Hazırda həmin əsər N.Gəncəvi adına Ədəbiyyat muzeyində 
qorunub saxlanılır və nümayiş olunur. 
Dahi  şairin  portreti  Azərbaycanın  bir  sıra  görkəmli  xalçaçı 
rəssamlarının  da  yaradıcılığında  öz  parlaq  əksini  tapmışdır.  Məsə-
lən, Azərbaycanın xalq rəssamı Kamil Əliyevin dahi Nizamiyə həsr 
etdiyi məşhur xalı fikrimizə parlaq misal ola bilər. Həmin xalı hazır-
da Bakıda – Azərbaycan Xalça Muzeyində nümayiş etdirilir (69). 
Azərbaycanın bir çox xalçaçı-rəssamları dahi şairin portreti ilə 
yanaşı öz əsərlərində “Xəmsə”nin motivləri əsasında çəkilmiş mini-
atürlərə  geniş  yer  vermişlər.  Bu  fikri  24  dekabr  2011-ci  ildə 
Azərbaycan Xalçası və Xalq Tətbiqi sənəti Dövlət Muzeyində təşkil 
olunmuş “Xalçalarda Nizami dünyası” adlı sərgi bir daha sübut et-
mişdir. Həmin sərginin açılışında çıxış edən Nizami adına Ədəbiy-
yat  institutunun  aparıcı  elmi  işçisi  Zəhra  Abdullayeva  dahi  şairin 
qələmə aldığı poema və qəzəllərin xalq dilinə, onun adət - ənənəsi-
nə,  məişətinə  daha  yaxın  olduğu  üçün  hamı  tərəfindən  böyük  rəğ-
bətlə  qarşılandığını  vurğulayaraq  deyib:  “Azərbaycan  və  Təbriz 
sənətkarları  da  bu  mənəvi  qidadan  bəhrələnib  bir-birindən  gözəl 
miniatürlər, xalçalar yaradıblar. Nizami poeziyasının özünəməxsus-
luğu  Təbriz,  Şiraz,  İsfahan  kimi  miniatür  məktəblərini  sanki  yeni-
dən  həyata  qaytardı.  Təsadüfi  deyil  ki,  Şərq  təsviri  sənətinin  ən 


   
47  
 
A       a 
parlaq  nailiyyəti  Təbriz  sənətkarlarının  Nizami  poemalarının  süjeti 
əsasında yaratdıqları miniatürlər olub” (65). Qeyd edək ki, “Nizami 
dünyası  xalçalarda”  video  çarxı  hazırlanıb  ki,  bu  da  regionlardakı 
məktəblərdə təsviri incəsənət dərslərində dahi şair haqqında yığcam 
və  dərin  məzmunda  biliklər  vermək  üçün  ən  yaxşı  əyani  vasitə 
rolunu  oynaya  bilər  (Bakı  məktəblilərini  isə  həmin  muzeyə  ekskur-
siyaya aparmaq daha məqsədəuyğundur). 
Əlbəttə,  görkəmli  rəssamlarımızın  dahi  şairə  həsr  etdikləri 
əsərləri öyrətməklə yanaşı, onun yeni protretlərinin istedadlı şagird-
lər  tərəfindən  yaradılmasını  təşkil  etmək  təlim-tərbiyə  baxımından 
daha səmərəli nəticə verir. 
Yuxarıda qeyd olunan  mənbədən  əlavə, musiqi  və təsviri in-
cəsənət müəllimləri Fərman Rzayevin tərtib etdiyi “Nizami Gəncəvi 
haqqında”,  Nadir  Zamanovun  “Nizami  poeziyası  və  təsviri  sənət” 
adlı  kitablardan  geniş  istifadə  edə  bilərlər.  Belə  ki,  birinci  kitabda 
N.Gəncəvinin  incəsənətin  müxtəlif  növləri  ilə  bağlı  fikirləri  aşağı-
dakı üç bölmədə verilmişdir ki, bu da ondan istifadəni xeyli asanlaş-
dırır: 1) Söz – tamaşa – ifaçılıq haqqında; 2) Memarlıq və rəssamlıq 
haqqında; 3) Musiqi və musiqi sənəti haqqında (104). 
N.Zamanovun  adı  çəkilən  kitabı  daha  geniş  mündəricata  və 
dərin  məzmuna  malikdir.  Həmin  kitab  aşağıdakı  bölmələrdən  iba-
rətdir: 
1. Nizami süjetləri orta əsr miniatür sənətində. 
2. Nizami süjetləri qədim və müasir dekorativ-tətbiqi sənətin-
də. 
3.  Nizaminin  süjetləri  Azərbaycan  sovet  təsviri  sənətində:     
a) qrafikada; b) boyakarlıqda; c) heykəltaraşlıqda. 
4. İllüstrasiyalar (105). 
Kitabın məzmununu demək olar ki, tamamilə əyaniləşdirən və 
onun  dəyərini  qat-qat  artıran  44  illüstrasiyanın  hər  birindən  təsviri 
incəsənət dərslərində müvafiq mövzuların öyrədilməsi zamanı əyani 
vasitə kimi istifadə etmək olar. 
 
 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə