Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə23/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   19   20   21   22   23   24   25   26   ...   64

   
72  
 
A       a 
Bu misralar sübut edir ki, şair həm civənin, həm də gümüşün 
başlıca xassələrini, o cümlədən xüsusi çəkisini yaxşı bilirmiş. Həqi-
qətən  də  gümüşün  xüsusi  çəkisindən  az  olduğu  üçün  birinci  ikin-
cidən yüngüldür. 
Şairin  “Xəmsə”sində  digər  kimyəvi  elementlər  və  madələr, 
kimyəvi  birləşmələr  (qızıl,  dəmir,  mis,  kömür,  karbit,  kamfora  – 
kafur və s.) haqqında, onların xarakterik cəhətlərini obrazlı ifadələr 
və bənzətmələr vasitəsi ilə aydın və əyani şəkildə təsvir edən beytlər 
kifayət  qədərdir  ki,  bu  da  müvafiq  dərsdə  belə  əyanilik  növündən 
geniş istifadəyə imkan yaradır. 
Orta  məktəblərdə  geniş  tədris  olunan  təbiət  elmlərindən  biri 
də  biologiyadır.  Məlum  olduğu  kimi,  bu  fənnin  üç  əsas  bölməsi 
(botanika; zoologiya; insanın anatomiya, fiziologiya və gigiyenası) 
canlıları (bitki; heyvan; insan) öyrənir. “Xəmsə”nin tədqiqi və təhli-
li göstərir ki, dahi şair öz poemalarında, eləcə də divanına daxil olan 
şeirlərində  canlıların  hər  üç  qrupuna  aid  kifayət  qədər  elmi-bədii 
fikirlər  söyləmişdir.  Ayrı-ayrı  canlı  qrupları  üzrə  həmin  fikirlərin 
bəzilərini nümunə üçün nəzərdən keçirək. 
“Xəmsə”də geniş rast gəldiyimiz bitkilər (güllər, otlar, kollar, 
dərman bitkiləri, ağaclar, tərəvəz bitkiləri, meyvələr və s.) aşağıda-
kılardır: lalə, nərgiz, bənövşə, yasəmən, qərənfil, süsən, sünbül, ni-
lufər, su zanbağı, səməni, kafur, dəvətikanı, xəyzəran (bambuk), hə-
nut (ətirli göyərti növü), qızılgül, əsməgülü, siçanqulağı, ərrəq gülü, 
inəkgözü,  filqulağı,  zəfəran,  küncüd,  zanbaq,  süsənbər,  jenşen 
(adamotu),  üzərlik,  öküzquyruğu,  keşniş,  tərə,  reyhan,  şənbəlid 
(vəhşi zəfəran), çəngi – Məryəm (dərman bitkisi), şəkər qamışı, zirə, 
qabaq, qovun, turunc, limon, tut, əncir, üzüm, püstə, badam, porta-
ğal, nar, qızılağac, sərv, abinus ağacı, şam və s. 
Şair  heç  bir  əsərində  yuxarıda  qeyd  olunan  bitkilərin  sadəcə 
adını çəkməklə kifayətlənməmiş, onların səciyyəvi xüsusiyyətlərini, 
başlıca  əlamətlərini cəmi bir-iki misrada dərin müşahidəçilik  qabi-
liyyətinə  malik  olan  təbiətşünas  alim,  məharətli  rəssam  kimi  təsvir 
etmişdir. Nümunə üçün bir neçə misalı nəzərdən keçirək. İndi az-az 
adamın  tanıdığı  nilufər  gülünü  götürək.  Elmi  ədəbiyyatda  su 


   
73  
 
A       a 
zanbağı adlanan bu gül su bitkilərindən biri olub, iri çiçəyi və suyun 
üzərində üzən ürək şəkilli, uzun saplaqlı yarpaqları ilə diqqəti cəlb 
edir.  Dünyada  40-dan  yuxarı,  Azərbaycanda  isə  cəmi  bir  (ağ  nilu-
fər) növü mövcuddur  (80, 264).  Bu bitkinin qeyd olunan səciyyəvi 
cəhətlərini,  başlıca  əlamətlərini  yaxşı  bilən  şair  öz  yaradıcılığında 
dönə-dönə onu vəsf etmişdir. Məsələn “Xosrov və Şirin” poemasın-
da  nilufər  çiçəyinin  ağ  rəngini  gecənin  qaranlığını  qovan  gündüzə 
bənzədir: 
 
Fələyin ülkəri sürməyi geydi, 
Nilufərin əli nəsrinə dəydi (57, 87). 
 
“Sirlər xəzinəsi” poemasında isə şair nilufərin digər əlamətini 
– suyun üzərində üzən yarpaqlarını qalxanla müqayisə edir : 
 
Lakin zəifləşdi, sıxıldı canı, 
Suya nilifərtək atdı qalxanı (78, 234). 
 
Azərbaycan  florasının  nadir  incilərindən  biri  də  unikal  bitki 
olan  zəfərandır.  Zanbaqçiçəklilər  fəslindən  çoxillik  soğanaqlı  bitki 
olan  zəfəranın  dünyada  80,  Azərbaycanda  isə  6  növü  məlumdur. 
Vətəni  Kiçik  Asiya  olan  zəfəranın  Azərbaycana  hələ  VIII  əsrdən 
gətirildiyi,  artıq  IX  əsrdə  ölkəmizdən  xarici  dövlətlərə  ixrac  olun-
ması  barədə  elmi  mənbələrdə  rast  gəlinir  (81,  328).  Tərkibində 
0,8 % efir yağı, 3,1% rəngləyici maddə, 25,4% şəkərlər və Ca, K, P, 
Fe,  Mg,  Na,  Si,  Al  və  s.elementlər  olan  zəfərandan  qədimdən  dər-
man, boya maddəsi və ədviyyat kimi istifadə olunur. Azərbaycanda 
ondan daha çox aş, şəkərbura, paxlava və s.bişirilməsi zamanı isti-
fadə  edilir.  Zəfəran  sözünün  ərəb  dilində  mənası  “sarı”  deməkdir. 
Şərqin  görkəmli  alimlərindən  biri  olan  M.Y.Şirvani  (1712-ci  il) 
yazır:  “Zəfəran  insanı  gümrahlaşdırır,  mədəni  möhkəmləndirir, 
dalaq,  qaraciyər  xəstəliklərində,  bel  ağrılarında,  soyuqdəymədə 
xeyirlidir.  O,  ...  üzün  rəngini  yaxşılaşdırır,  üzə  şəfəq  verir,  yuxu 
gətirir, sidikqovucu təsir göstərir” (82). 


   
74  
 
A       a 
Dahi şair bütün qeyd olunanları dərindən bildiyi üçün “Xəm-
sə”də tez-tez zəfəranın adını çəkir, onun səciyyəvi xüsusiyyətlərini, 
müalicəvi  əhəmiyyətini  obrazlı  ifadələrlə  qeyd  edir.  Məsələn, 
“İsgəndərnamə”  poemasında  şair  zəfəranı  sarı  rənginə  və  insanda 
şən əhval-ruhiyyə yaratmasına görə qızılla müqayisə edərək yazır: 
 
Qızıl bir meyvədir, zəfəran saçar
Zəfəran kimi də könlünü açar (37, 161). 
 
“Yeddi gözəl” poemasında isə şair yetişdirilən zəfəranla şən-
bəlidi (yabanı zəfəran) müqayisə edir, onların fərqini ikicə misrada 
poetik dillə aydınlaşdırır: 
 
Şənbəlid gözündən yaşlar töküldü
Zərəfan yeyərək təzədən güldü (64, 273). 
 
Ümumiyyətlə,  şairin  müxtəlif  bitkilər  haqqındakı  fikirlərini 
tədqiq  və təhlil  edərkən məlum olur ki, o, həmin bitkilər barəsində 
mövcud  bilikləri  dərindən  mənimsəməklə  kifayətlənməmiş,  sanki 
təbiətşünas  bir  alim  kimi  onlar  üzərində  məqsədyönlü  müşahidələr 
aparmış,  səciyyəvi  əlamətlərini  müəyyənləşdirmişdir.  Məhz  buna 
görədir  ki,  şair  müxtəlif  bitkiləri  təsvir  edərkən  onların  hamıya 
məlum olan əlamətlərindən daha çox, əksəriyyətin bilmədiyi xarak-
terik  və  fərqləndirici  xüsusiyyətlərinə  diqqəti  yönəldir.  Məsələn, 
Azərbaycan florasının az rast gəlinən bitkilərindən biri qızılağacdır. 
Dünyada  47  növünə  rast  gəlinsə  də,  Azərbaycanda  cəmi  üç  növü 
(boz, ürəkyarpaqlı və saqqallı) bitir (83, 158). Heç indi də çoxları, o 
cümlədən, biologiya müəllimlərinin bir qismi bilmir ki, qızılağacın 
gövdəsi düyünsüzdü. Halbuki, dahi Nizami hələ XII əsrdə “Xosrov 
və  Şirin”  poemasında  qızılağacın  bu  fərqləndirici  əlamətinə  xüsusi 
diqqət  yetirmiş,  onun  gövdəsini  şahın  hamar  taxtı  ilə  müqayisə 
etmişdir: 
 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə