Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə25/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   21   22   23   24   25   26   27   28   ...   64

   
78  
 
A       a 
zoologiya dərslərində müvafiq mövzuların tədrisi prosesində “Xəm-
sə”yə müraciət imkanlarını genişləndirir. 
Müəllimlərə kömək məqsədilə şairin “Xəmsə”sindən götürül-
müş bir neçə nümunəni nəzərdən keçirək. Yuxarıdakı siyahıdan da 
aydın görünür ki, şair, Şərq poeziyasının ənənələrinə uyğun olaraq, 
heyvanlardan  daha  çox  quşlar  sinfinə  diqqət  yetirmiş,  Azərbaycan 
çöllərinin,  meşələrinin  və  dağlarının  fauna  incilərini  (turac,  kəklik, 
qırqovul,  qumru, alabaxta, meşəxoruzu,  şahin,  tərlan,  qartal, qırğı 
və  s.)  böyük  məhəbbətlə  tərənnüm  etmişdir.  Məsələn,  “Sirlər 
xəzinəsi”  poemasında  şair  cəmi  iki  misrada  iki  quşun  (tutuquşu  və 
kəkliyin) səciyyəvi cəhətini böyük ustalıqla belə təsvir edir: 
 
Tutuquşu gülüşlə şəkər yeyən olubdur
Qaqqıltısı kəkliyi “ovla” deyən olubdur (75, 137). 
 
Məlumdur ki, kəklik Azərbaycanın ən qiymətli ov quşlarından 
biridir.  Vaxtilə  Böyük  Qafqazın  yamaclarında  və  Talış  zonasında 
geniş  yayılan  kəkliyin  sayı  xeyli  azaldığından  Türyançay  dövlət 
qoruğunda  qorunur  (88,  333).  Kəkliyin  rəngi  yaşadığı  ərazinin 
rənginə  uyğun olduğu üçün ovçular bu qaqqıltıya  görə onun  yerini 
müəyyənləşdirib  ovlayırlar.  Bunu  gözəl  bilən  şair:  “qaqqıltısı 
kəkliyi  “ovla”  deyən  olubdur”,  –  deyir,  boşboğaz,  yersiz  gülən, 
sözünün yerini bilməyən insanları bu təbiət hadisəsindən ibrət dərsi 
almağa çağırır: 
 
Yersiz gülən dodağı bağlamağın yaxşıdır, 
Boş gülüşdən yerində ağlamağın yaxşıdır (yenə orada). 
 
Azərbaycanın  nadir  quş  növlərindən  biri  olan  iri  qırğı  (tetra-
çalan)  haqqında,  daha  doğrusu,  onun  nə  ilə  qidalanması  barəsində 
şairin yazdığı aşağıdakı misra oxucuda heyrət doğurur: 
 
Gecəyə vurulma yarasalar tək, 
Erkək quĢu yeyən qırğılara çək (57, 274). 
 


   
79  
 
A       a 
Burada  heyrət  doğuran  odur  ki,  dahi  şair  quşlar  haqqında 
elmin  hələ  yaxşı  inkişaf  etmədiyi  bir  dövrdə  qırğıların  ayrı  –  ayrı 
növlərinin  (Azərbaycanda onların  25 növü yaşayır; bax : 89, 171) 
nə  ilə  qidalandığını,  hətta,  iri  qırğının  (tetraçalanın)  yalnız  erkək 
quş yediyini gözəl bilirmiş. Halbuki, quşlar haqqında elm olan orni-
tologiyanın  inkişaf etdiyi  indiki  dövrdə belə, iri qırğının  yalnız er-
kək  quşla  qidalandığı  barədə  heç  bir  mənbədə  rast  gəlinmir  (78, 
319). Qırğılar haqqında Azərbaycan Sovet Ensiklopediyasında veri-
lən  qısa  məlumatda  qeyd  olunur  ki,  onların  əksəriyyəti  gəmiricilər 
və həşəratlarla qidalanır  (89, 172). Onu da qeyd edək ki, digər qır-
ğılardan fərqli olaraq yalnız erkək quş əti yeməyi xoşlayan iri qırğı 
(tetraçalan)  həm  də  hər  yerdə  yox,  ancaq  dağ  və  dağ  ətəyi  me-
şələrdə yaşayır; sayı çox azaldığına görə adı Azərbaycanın “Qırmızı 
kitabı”na daxil edilmişdir (90, 75 – 76). 
Təbiətin  nadir  incilərindən  biri  olan  tovuz  quşu  haqqında  da 
N.Gəncəvinin poeziyasında maraqlı məlumatlara rast gəlirik. Tovuz 
quşu  əsasən  Hindistanda,  Şri-Lankada,  Hind-Çin,  Malakka  və  Su-
matra adasında  yaşayır. Hazırda Azərbaycanda dekorativ quş növü 
kimi  saxlanır  (91,  299).  Tovuz  quşları  üzərində  dərin  müşahidə 
aparmış şair “Xosrov və  Şirin” poemasında onların  zahiri  gözəlliyi 
ilə  yanaşı,  yatarkən  daha  cazibədar  olmalarına  xüsusi  diqqət  yetir-
mişdir: 
 
Tovuz kimi yatdı iki növcavan, 
Tovuzlar çox gözəl olur yatırkan (57, 316). 
 
“Sirlər xəzinəsi”ndə “Tavusun da quyruğu zər kimidir həyatda”, 
- deyən şair quşun rəngarəng quyruğunu qızıla bənzədir (75, 186). 
Onu da qeyd etmək lazımdır ki, tovuz quşunun keçmişdə mü-
qəddəs olması, onun od və günəş ilahəsinin rəmzi olması haqqında 
maraqlı  məlumatlar  mövcuddur.  “Azərbaycanım”  adlı  məqalədə 
(internet  variantı) belə  məlumatlardan biri haqqında deyilir:  “Hələ 
VII-VIII əsrlərdə Mərkəzi Asiyada yaşayan türk xaqanlarının qəbu-
lunda olmuş əcnəbi səyyahlar bu quşu müqəddəs sayaraq ona sitayiş 


   
80  
 
A       a 
etdiklərini  bildirmişlər.  Bu  barədə  böyük  Aran  şairi  Nizami  Gən-
cəvinin fikri də qiymətlidir. Nizami “İsgəndərnamə” poeasında Nü-
şabənin  Bərdədəki  sarayını  təsvir  edərkən  bir  neçə  dəfə  ipək  par-
çalar  üzərində  salınmış  tovuz  quşları  rəsmlərindən  danışarkən 
onların türk xalqları arasında müqəddər sayıldığını bildirir” (92). 
Əlbəttə, zoologiya dərslərində quşlarla bağlı mövzuları tədris 
edərkən şairin  yuxarıda qeyd olunan müvafiq misralarından dəyərli 
əyani  vasitə  kimi  istifadə  həm  dərsin  səmərəliliyini  yüksəltmək, 
həm də dahi şairi ensiklopedik biliklərə sahib olan böyük mütəfək-
kir kimi şagirdlərə sevdirmək baxımından çox əhəmiyyətlidir. 
Quşlardan sonra şairin ən çox diqqət yetirdiyi heyvanlar mə-
məlilər  sinfinə  aid  olanlardır.  Burada  da  şair  təkcə  Azərbaycan 
faunasına  aid  olanları  deyil,  ən  uzaq  ölkələrdə  –  tropik  meşələrdə 
yaşayan heyvanları elə təsvir edir ki, sanki onlar üzərində uzunmüd-
dətli  müşahidələr  aparmışdır.  Məsələn,  şir  haqqında  şairin  “Xəm-
sə”də  dönə-dönə  verdiyi  məlumatlardan  aydın  olur  ki,  o  Azərbay-
candan çox uzaqlarda yaşayan bu vəhşinin bütün xarakterik əlamət-
lərini  –  xislətlərini  dərindən  öyrənmişdir.  Fikrimizi  əsaslandırmaq 
üçün bir neçə nümunəni misal göstərək: 
 
Selik töküb əsriyir şir bulağın başında, 
Maraltək qalar başın bir bulağın başında (75, 102). 
 
“Sirlər xəzinəsi” poemasından olan bu beytə görkəmli nizami-
şünas  prof.  R.Əliyev  belə  şərh  verir:  “Qədim  ovçuların  rəvayətinə 
görə şir maralı, ceyran və cüyürü ovlamaq üçün çeşmələrin ətrafına 
selik tökür, heyvanlar su içdikləri zaman şirin iyini hiss edərək özlə-
rini itirirlər. Şir də onları asanlıqla ovlayır” (yenə orada, səh.183). 
“Sirlər  xəzinəsi”  poemasının  başqa  bir  yerində  şair  Şiri  ən 
cəsarətli kimi təqdim edir və insanları cürətdə ona oxşamağa çağırır: 
 
Şir ol, mətbəx məstanı şiri çətin teyləyər
Olsan balıq qurşağı, məhşər odu neyləyər?  
(yenə orada, səh.132). 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə