Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə28/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   24   25   26   27   28   29   30   31   ...   64

   
87  
 
A       a 
qəbul  etməməyi  məsləhət  görür.  Bütün  bunlar  müasir  təbabət 
elminin düzgün qidalanmağa dair əsas tələbləridir. 
“Tənəffüs  orqanları”  mövzusunun  tədrisi  zamanı  tənəffüs 
üzvləri  ilə  bağlı  xəstəliklərin  yaranmasına  təsir  edən  amillərdən 
(təmiz  olmayan  hava,  rütubət,  soyuq  və  s.)  bəhs  edərkən  müəllim 
şairin aşağıdakı misralarına söz əyaniliyinin qüdrətli vasitələrindən 
biri kimi müraciət edir: 
 
Artıq rütubətdən törəyər vəba
Tənəffüz çətindir belə havada (yenə orada, səh.420). 
 
Göründüyü  kimi,  şair  burada  rütubətli  havanın  tənəffüsü  çə-
tinləşdirdiyi,  hətta, vəba  xəstəliyinə  səbəb olduğu barədə  xəbərdar-
lıq edir, belə havadan qorunmağı məsləhət görür: 
 
Bundan qurtarmaqçün qalayarlar od, 
Tökərlər bu oda səndəl, gül və ud (yenə orada). 
 
Sonuncu misradan aydın görünür ki, şair, Azərbaycandan çox 
uzaqlarda  (Hindistan,  Malakka  yarımadası,  Malayya  arxipelaqı) 
bitdiyinə  baxmayaraq  səndəl  ağacının  bütün  xüsusiyyətlərinə  yaxşı 
bələd olmuşdur. Belə ki, oduncağı sarı və ətirli olan səndəl ağacının 
nüvəsində  3-6  %-dək  efir  yağı  var,  ondan  ətriyyat  sənayesində  və 
tibbdə  istifadə  olunur  (93,  386).  Məhz  bu  keyfiyyətlərinə  görə  şair 
rütubətli  havanın  törətdiyi  xəstəliklərdən  qurtarmaq  üçün  müalicə 
vasitələrindən biri kimi səndəli məsləhət görür. 
Ud ağacı qədim əfsanəvi ağaclardan biridir. Əsasən isti ölkə-
lərdə bitir. Bu ağacın kiçik budaqlarından dəstə bağlayır və xeyirdə 
- şərdə yandırırlar ki, gözəl ətir qoxusu ətrafa yayılsın. İçəridən ya-
nan ağacın odu görünmür, lakin tüstüsü ətrafdakılara xoş ovqat bəxş 
edir  (94).  Türkiyədə  bu  ağacın  budaqlarından  ibarət  100  qramlıq 
odun 15 türk lirəsinə satılır (95). Şərq xalqlarının, o cümlədən, türk-
lərin  inancına  görə,  yuxuda  ud  ağacı  meşəsini  görmək  parlaq  və 
rahat  günlərə,  yarpaqlı  ağaclar  isə  səadətə,  səfaya,  könül  nəşəsinə 


   
88  
 
A       a 
dəlalət  edir  (96).  Vətəni  Hindistan  olan  ud  ağacından  ləxləxə  adlı 
ətir məhlulu hazırlanır. Bu, ruhi xəstələr üçün qiymətli dərman he-
sab olunur (97). 
Heç bir şübhə yoxdur ki, dahi şair ud ağacının yuxarıda qeyd 
olunan xüsusiyyətlərini və onun rütubətli havanın yaratdığı xəstəlik-
lərin müalicəsində rolunu çox gözəl bilmişdir. 
Şairin diqqət mərkəzində olan daxili orqanlarından biri də qa-
ra ciyərdir. Qanyaradıcı orqan kimi qara ciyərin rolunu çox yüksək 
qiymətləndirən şair, eyni zamanda onunla bağlı xəstəlikləri törədən 
amilləri də unutmamışdır. Məlumdur ki, qara ciyər xəstəliklərindən 
geniş yayılanı xalq arasında “sarılıq” adlanan hepatitdir. Şair sarılı-
ğın yaranmasının səbəblərindən birini çox yağlı yeməklərdə görür: 
 
Bir gün qan udmalıydın qanımızı yeməkdən, 
Sarılıq tutmalıydın, yağımızı yeməkdən (75, 94). 
 
“Sirlər xəzinəsi” poemasının başqa bir yerində şair qızıla çox 
aludə  olanlarla  çox  yağlı  yeyənləri  müqayisə  edir  hər  ikisinin 
xəstəliyə səbəb olduğunu obrazlı ifadələrlə belə təsvir edir: 
 
Qızıl yığmaq yağ kimi yayar cana sarılıq, 
Yesən onu meyvətək keçməz cana sarılıq (75, 120 – 121). 
 
Geniş  yayılan  xəstəliklərdən  biri  olan  qızdırmanın  səbəbləri, 
əlamətləri, müalicəsi və s.ilə bağlı şairin fikirləri müasir elmi mən-
bələrdə  bu  barədə  yazılanlarla  üst-üstə  düşür.  Məsələn,  qızdırma 
haqqında  müasir  elmi  mənbələrin  birində  oxuyuruq  :  “Qızdırma 
zamanı istilik tənzimi aparatı, pirogenlər (yun. rut – alov, genesis – 
yaranma)  adlanan  irimolekullu  maddələrin  təsirinə  məruz  qalır  və 
nəticədə  orqanizmin istilik  müvazinətinin nizama salınması  prosesi 
pozulur. Qızdırmaya mikroblar və onların toksinləri, zülali maddə-
lərin  parçalanma  məhsulları,  bəzi  zəhərlər  (nikotin,  kofein  və  s.), 
hormonlar  (adrenalin  və  s.),  cərrahi  əməliyyat,  ruhi  həyəcan  və  s. 
səbəb ola bilər... Qızdırmada maddələr mübadiləsi pozulur, orqaniz-


   
89  
 
A       a 
min bir sıra sistemlərinin, o cümlədən, mərkəi sinir sisteminin funk-
siyası dəyişir (xəstə huşunu itirir, sayıqlayır, hallüsinasiya müşahi-
də edilir), ürək döyüntülərinin sayı artır, qan təyziqi yükslir, tənəf-
füs sürətlənir və s. (98, 153). 
İndi isə dahi şairin qızdırma haqqında yazdığı bir neçə beytə 
diqqət  yetirək.  “Leyli  və  Məcnun”  poemasının  “İbn  Səlamın  ölü-
mü”  parçasında  şair  İbn    Səlamın  ruhi  həyəcan  nəticəsində  qızdır-
maya  tutulmasını,  hərarətinin  beynə  qədər  (sinir  sisteminə  təsir) 
qalxmasını belə təsvir edir: 
 
Pozuldu bədəni qəmlə möhnətdən
Artıq İbn  Səlam düşdü qüvvətdən. 
Qızdırma qoymadı canında əsər, 
Qalxdı hərarəti beyninə qədər (74, 241). 
 
Göründüyü kimi, şair, burada qızdırmanın yaranması səbəbini 
(ruhi  həyəcan:  qəm,  möhnət)  və  psixi  əlamətini  (hərarətin  beynə 
qədər qalxması) yuxarıda qeyd etdiyimiz elmi mənbədən daha aydın, 
daha dəqiq və lakonik ifadə etmişdir. Bununla yanaşı, şair, buradaca 
qızdırma  zamanı  pəhriz  saxlamağıın  vacibliyini,  buna  əməl  etmə-
yənlərin acı taleyini xüsusi qeyd etmişdir: 
 
Xəstə qurtarınca tünd qızdırmadan, 
Yenə pəhrizini pozduğu zaman 
Qızdırma bir daha gəldi bədənə, 
Əvvəlki xəstəlik qayıtdı yenə. 
Birinci yarayla zəif düşən can
İkinci yarayla köçdü dünyadan  
(yenə orada, səh.242). 
 
“Xosrov və Şirin” poemasında isə şair qızdırmanın başqa bir 
səbəbini (həddindən çox yemək) diqqətə çatdırır: 
 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə