Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə29/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   25   26   27   28   29   30   31   32   ...   64

   
90  
 
A       a 
Az yeməkdən heç kəs qızdırmaz, ancaq, 
Çox yeməkdən gündə yüzü ölür, bax (57, 157). 
 
Bu poemada (“Xosrov və Şirin”) da şair qızdırmalının pəhriz 
saxlamasının zəruriliyini bir daha yada salır: 
 
Əgər qızdırmalı yeyərsə halva, 
Onun məcazında çoxalar səfra (yenə orada, səh.140). 
 
Xalq təbabətinin sirlərinə çox yaxşı bələd olan mütəfəkkir şair 
onun gücünə, qüdrətinə möhkəm inanmış, bir sıra xəstəliklərin mü-
alicəsi üçün məhz xalq təbabətinə aid vasitələrsən istifadəyə üstün-
lük  vermişdir.  Məsələn,  “Xosrov  və  Şirin”  poemasında  “İsfahanlı 
Şəkərin  əhvalatı”  parçasında  şair,  Şəkərin  dili  ilə  ağzından  pis  iy- 
qoxu gələn insanlara çoxlu sarımsaq yeməyi məsləhət görür: 
 
Qəzəblənmə, deyim, var səndə nöqsan
Çox pis qoxu gəlir duzlu ağzından. 
Duz insanda, bəlli, xoş iy törədər, 
Duzluykən, qorxursan neçin bu qədər? 
Şah dedi: “Ey süsən, buna çarə de!” 
Dedi: “Ancaq bir il sən sarımsaq ye!”  
(yenə orada, səh.228). 
 
Məlum  olduğu  kimi,  müasir  tibb  elmi  sarımsağın  tərkibində 
bir çox xəstəliklərin müalicəsində əhəmiyyətli rol oynayan maddə-
lərin mövcudluğunu təsdiq etmişdir. Elmi mənbədə bu barədə yazıl-
mışdır: “Sarımsağın tərkibində 35-42 % quru maddə, 6,0-7,9% zülal, 
7-28 mq % C vitamini (yarpağında 80 mq % - dək), 20-27% polisa-
xaridlər,  efir  yağı,  bir  çox  xəstəliklərin  törədicilərini  məhv  edən 
fitonsidlər  var...  Sarımsaq  müstəsna  bakterisid  və  fitonsid  xassəyə 
malikdir. Xalq təbabətində (xırda doğranmış və sirkədə saxlanılmış 
sarımsaqdan) bəlğəmgətirici dərman kimi  soyuqdəymə xəstəlikləri 
zamanı  tənəffüs  etməkdə,  spirtli  dəmləməsindən  xroniki  bronxit, 


   
91  
 
A       a 
bağırsaq atoniyası, dispersiya, meteorizm, amöb dizenteriyası, şirəs-
indən böyrəkdaşı və şəkərli diabet, qırmızı şərabda həlimi və qatıqla 
qarışığı  malyariyaya  qarşı,  donuz  piyi  ilə  qarışığı  bronxial  astma, 
göyöskürək  (xəstənin  sinəsinə  sürtülür), həlimi hipertoniya və ate-
roskleroz zamanı istifadə edilir” (99, 299). 
“Azərbaycanın müalicə əhəmiyyətli bitkiləri” kitabında yuxa-
rıda  qeyd  olunanlardan  başqa  yazılır  ki,  sarımsağın  tərkibində  B 
qrupu  vitaminləri,  askorbin  turşusu  və  s.də  var.  Quru  ekstraktı 
alloxol preparatının tərkibinə daxildir ki, bu da xroniki hepatitlərdə, 
xolosistitdə istifadə edilir (100, 93). 
Xalq  təbabətində  bir  sıra  xəstəliklərin,  xüsusilə  bədnəzərin, 
başağrısının  müalicəsində  istifadə  olunan  üzərlik  bitkisi  haqqında 
da  şair  əsərlərində  dönə-dönə  danışmış,  onu  yüksək  qiymətləndir-
mişdir. Məsələn, “İsgəndərnamə” poemasında şair bu barədə yazır: 
 
Birinə bədnəzər dəyərsə əgər
Dəyişər əhvalı, tez-tez əsnəyər. 
Bədnəzər olarsa, əgər bir insan, 
Alnı hərarətdən tərlər çox zaman. 
Üzərlik yaxarlar göz dəyən üçün, 
Od yaxıb-yandırar dərdi büsbütün (37, 490). 
 
Burada  şair  “göz  dəyən”  insanın  sağalması  üçün  üzərliyin 
yandırılmasını  tövsiyə  etməklə  kifayətlənmir,  bu  bitkinin  xəstəyə 
necə təsir etdiyini də açıqlamağa çalışır: 
 
Başqa alim isə belə şərh edir
Üzərlik yananda tüstüsü gedir. 
Qara pərdə kimi tutur havanı, 
Qaytarır, dəf edir gələn bəlanı (yenə orada) 
 
“Ərəstunun nəsihətnaməsi”ndə N.Gəncəvi böyük yunan alimi 
Ərəstunun (Aristotelin) dili ilə məsləhət verir ki: 
 


   
92  
 
A       a 
Səlamət yaşamaq istəsən əgər
Oda üzərrik at hər gün, hər səhər  
(yenə orada, səh.508). 
 
Xalq  təbabətində  geniş  istifadə  olunan  dərman  bitkilərindən 
biri də zeytundur. Zeytun yağından konserv sənayei və kulinariyada, 
kosmetik  maddələr,  vitamin  məhlulları,  infeksiya  preparatları  və  s. 
istehsalında istifadə olunur (101, 308). Zeytun yağından öd xəstəlik-
lərində,  yarpaqlarından ürək-damar sistemi  xəstəliklərinin müalicə-
sində, xüsusilə, hipertoniya xəstəliyində istifadə olunur (100, 101 – 
102). 
Bütün  bunları  yaxşı  bilən  N.Gəncəvi  zeytun  yağının  daha 
ciddi xəstəlik olan iflic müalicəsində də istifadə olunduğunu inamla 
qələmə almışdır: 
 
Oxuyanda beyt-beyt və bircə-bircə
Sanki zeytun yağı sürtdü iflicə (57, 370). 
 
“Xəmsə”nin biologiya elmi nöqteyi-nəzərindən təhlili göstərir 
ki,  burada  botanika,  zoologiya,  anatomiya,  fiziologiya  və  gigiyena 
ilə  yanaşı,  ümumi  biologiya ilə  bağlı elmi  fikirlər kifayət  qədərdir. 
Xüsusilə  canlı  aləmlə  xarici  mühit  amilləri  (işıq,  istilik,  su,  hava, 
torpaq)  həmin  amillər  arasındakı  qarşılıqlı  əlaqə,  biosenoz  və  bio-
geosenoz,  fotosintez,  maddələr  mübadiləsi,  qida  zənciri  və  s.kimi 
elmi məsələlərlə bağlı şairin dəyərli fikirləri öz əhəmiyyətini və ak-
tuallığını  bugünədək  saxlamışdır.  Ona  görə  də  həmin  fikirlərdən 
biologiya  fənninin  ən mürəkkəb bölməsi  olan Ümumi biologiyanın 
tədrisi zamanı əlaqəli mövzuların öyrənilməsi prosesində şairin mü-
vafiq  fikirlərindən  əyani  misal  kimi  istifadə  etmək  mümkün  və 
məqsədəuyğundur.  Müəllimlərə  kömək  məqsədilə  belə  fikirlərdən 
bir neçəsini nümunə göstərək. 
Biologiya elmindən məlumdur ki, bitkilərin normal inkişafına 
təsir edən başlıca təbii amillərdən biri torpaqdır, həm də burada əsas 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə