93
A a
şərt torpağın münbitliyidir. “Yeddi gözəl” poemasında dahi şair bu
elmi tövsiyəni belə ifadə etmişdir :
Hər kim toxum əksə şoranlıq çölə,
Bircə peşimanlıq gətirər ələ.
Ağac əkilməli münbit bir yerə,
Ta behişt barı tək meyvələr verə (64, 41).
Şair elə buradaca “şoranlığa toxum” əkməyi “kor gözlərə sür-
mə” çəkməklə müqayisə edir:
Lakin şoranlığa toxum əkdilər,
Onlar kor gözlərə sürmə çəkdirlər
(yenə orada, səh.40).
Bitkilərin inkişafına təsir edən digər mühüm amili – suyu da
yüksək qiymətləndirən şair, yenə “Yeddi gözəl” poemasında yazır :
Belə baş qaçırmaq nədəndir, nədən?
Bulud ağlamasa, gülərmi çəmən?
(yenə orada, səh.154).
Təkcə bitkilərin deyil, bütün canlıların həyat mənbəyi, Yer
kürəsində üzvi aləmin mövcudluğunun başlıca səbəbkarı olan Gü-
nəşin işıq və istiliyinin rolunu çox yüksək qiymətləndirən şair poe-
malarında dönə-dönə bu məsələyə toxunur. Məsələn, “Yeddi gö-
zəl”də deyilir:
Günəş hər tərəfə dolandırsa baş,
Ona üz döndərər gül yavaş – yavaş
(yenə orada, səh.233).
“İsgəndərnamə” poemasında isə şair günəşi təkcə bitkilərin
inkişafının deyil, bütün canlıların, hətta, cansız daşın çiçəklənmə-
sinin səbəbkarı hesab edir:
94
A a
Günəşin dimağı olduqca azər,
Bağları, daşları çiçəklə bəzər (37, 261).
Şair bir bioloq alim kimi bütün bitkilərin eyni vaxtda çiçək
açmadığını, hər birinin öz vegetasiya dövrünün olduğunu çox gözəl
bildiyi üçün bu barədə maraqlı məlumatlar vermişdir. Məsələn,
“Sirlər xəzinəsi” poemasında Azərbaycan üçün səciyyəvi olmayan
turunc bitkisi haqqında oxuyuruq:
Turuncun adətidir: gül açmaz ilk baharda,
Meyvəsi yetişəndə gəlib çıxar bahar da (75, 28).
Sitrus bitkilərindən biri olan turunc qışda çiçəkləyir və baha-
rın əvvəlində – digər bitkilər çiçəkləyəndə meyvələri yetişir (yenə
orada, səh.156). zahiri görünüşünə görə portağala çox oxşayan
turunc turş-acı dadına görə ondan fərqlənir (102). Təəssüf ki, Niza-
mişünas S.Həsənzadə yuxarıdakı beyti şərh edərkən bu fərqi nəzərə
almamış və yalnışlığa yol vermiş, turuncu portağal kimi qələmə
almışdır (78, 232).
N.Gəncəvi sanki bir alim-aqronom kimi ayrı-ayrı bitkilərin
inkişaf mərhələlərini, onların aqrotexniki qaydada yetişdirilməsi
şərtlərini aydın və dəqiq təsvir etmişdir. Məsələn, o, “Xosrov və
Şirin” poemasında toxumun inkişaf prosesini bir bioloq-mütəfəkkir
kimi belə təsvir edir:
Toxum çürüməsə bitməz heç zaman,
Bir iş bağlanmasa, açılmaz inan (57, 155).
“Yeddi gözəl” poemasında isə şair üzümün bol məhsul ver-
məsinin onun yazda vaxtında budanmasından asılı olduğunu xatır-
ladır:
Tənək ağlamasa vaxtında zar-zar,
Yetirməz axırda sevinclərlə bar (64, 30).
95
A a
Nizamişünas S.Həsənzadə yuxarıda adı çəkilən dəyərli mo-
noqrafiyasında bu beytin şərhini çox gözəl vermişdir: “...yaz zamanı
budanan tənək barmaqlarından su damcılayır. Bu, torpağın, ağacın
oyanması dövründə olur. Odur ki, şair kəsilmiş barmaqlardan axan
damcıları onun göz yaşına bənzədir və qeyd edir ki, tənək yazda
ağlamasa, payızda gülə-gülə bar verməz” (78, 250).
Canlı orqanizmlə xarici mühit arasında sıx qarşılıqlı əlaqənin
mövcudluğunu, hər bir canlının özünəməxsus yaşayış şəraitinin ol-
duğunu, həmin şəraitin dəyişməsinin canlıların məhvinə gətirib
çıxardığını və s.elmi məsələləri dərindən bilən şair “İsgəndərnamə”
poemasında yazır:
Üç şey üç ölkədə fəlakət alır,
Hər üçü məhv olur, ömrü azalır:
İranda fil, Çində pişik, Hinddə at.
Məhv olur, açmayır əsla qol-qanad (37, 271).
Məlumdur ki, biosferdə canlılar arasındakı qarşılıqlı əlaqəni,
eləcə də üzvi və qeyri-üzvi maddələrin bir-birinə çevrilməsini, onla-
rın mübadiləsi və dövriyyəsini təmin edən başlıca amillərdən biri
qida zənciridir. Bu amilə xüsusi diqqət yetirən filosof şair “İsgən-
dərnamə” poemasında yazır:
Turacın əcəli çatdığı zaman,
Şahin ovlağına qonar havadan.
Çəyirtkə al qanad açınca, əlbət,
Al qanla verəcək sərçəyə bir xətt (37, 296).
Beləliklə, yuxarıda qeyd olunan nümunələr aydın göstərir ki,
ayrı-ayrı təbiət fənlərinin, xüsusilə, fiziki coğrafiya, fizika, astrono-
miya, kimya, biologiya və s.məzmunu ilə bağlı dahi şairin dəyərli
elmi-bədii fikirləri kifayət qədərdir və həmin fikirlərdən tədris pro-
sesində müvafiq mövzuların öyrədilməsi zamanı istifadə imkanları
96
A a
və yolları geniş və rəngarəngdir. Həmin imkan və yollardan
səmərəli istifadə edən qabaqcıl müəllimlərin təcrübəsi göstərir ki,
bu, həm təbiət haqqında şagirdlərin biliklərini genişləndirir və möh-
kəmləndirir, elmi dünyagörüşünün inkişafına stimul yaradır, həm də
dahi şairin eyni zamanda böyük təbiətşünas filosof olmasına dərin
inam yaradır; həmin inam isə onların qəlbində milli iftixar hissini
alovlandırır.
Ensiklopedik biliyə sahib olan filosof-şair riyaziyyat elminin
də incəliklərinə dərindən bələd olmuş, bu sahədə Avropanın bəzi
alimlərini bir neçə əsr qabaqlamışdır. Nizamişünas alim S.Həsən-
zadə bu cəhətə xüsusi diqqət yetirərək yazır: “Nizami Gəncəvinin
başqa təbiət elmləri ilə yanaşı, XII əsrdə riyaziyyata dair söylədiyi
fikirlər Avropada XVI – XVII əsrlərdə öyrənilməyə, açılmağa baş-
lamışdır. Məsələn şair “Xosrov və Şirin” əsərində ikölçülü, üçölçülü
koordinat sistemləri haqqında məlumat verməklə onları bir-birindən
fərqləndirən əsas xüsusiyyətlərini də söyləmişdir. Ancaq elm aləmi-
nə məlumdur ki, həmin koordinat sistemləri (çəpbucaqlı və düzbu-
caqlı) görkəmli fransız riyaziyyatçısı, filosofu Rene Dekartın (1596
– 1650) adı ilə bağlıdır” (78, 107).
Müəllif bu fikri təsdiqləmək üçün dahi şairin “Sirlər xəzinə-
si”nə istinad edir və yazır: “Tarixi bir fakta görə, Nizami yaradıcı-
lığı ilə Avropada ilk maraqlananlar fransızlar olmuşlar. Nizaminin
riyaziyyata, maddi aləmin yaranmasına və dərk olunmasına, maddə-
nin ikili (dualist) xassəyə malik olmasına dair vaxtilə söylədiyi fi-
kirlər sonralar R.Dekartın söylədiyi fikirlərlə eyniyyət təşkil edir.
Məsələn, Nizami “Sirlər xəzinəsi” əsərində yazır:
Şair yaratdığı sözdən qiymətli nə var?
Sözlə iki dünyanın xəzinəsini alarlar.
Yaxud “Leyli və Məcnun”da oxuyuruq:
Bu iki aləmə sığmayan bir kəs
Bir can köynəyinə sığışa bilməz.
Dostları ilə paylaş: |