Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə33/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   29   30   31   32   33   34   35   36   ...   64

   
104  
 
A       a 
axırıncı  ongünlüyündə  təntənəli  surətdə  genişmiqyaslı  tədbirlər 
(şairin  məqbərəsinin  ziyarət  edilməsi,  Nizami  poeziyasına  həsr 
olunmuş  açıq  dərslər,  bədii  qiraət  müsabiqələri,  inşa  yazıları, 
illüstrativ  materialların  sərgisi,  musiqi  əsərlərinin  səsləndirilməsi, 
sənədli və bədii filmlərə, videoçarxlara kollektiv baxış, məktəb divar 
qəzetlərinin  xüsusi  nömrəsinin  buraxılışı,  məktəblərdə  xüsusi 
güşənin yaradılması və s.) vasitəsilə qeyd olunan “Nizami poeziya 
günləri” həm təlim, həm də tərbiyə, xüsusilə, milli mənlik şüurunun 
formalaşdırılması, milli iftixar hissinin inkişaf etdirilməsi baxımın-
dan böyük  əhəmiyyət  kəsb edir. Gəncə məktəblilərinin bu təqdirə-
layiq  təcrübəsindən respublikamızın  digər təlim-tərbiyə ocaqlarının 
da nümunə götürməsi çox vacibdir. 
Dahi  Nizamini  şagirdlərə  dərsdənkənar  tədbirlər  vasitəsilə 
sevdirməyin  yollarından biri  də  qabaqcıl məktəblərdə  təşkil olunan 
bədii-musiqili  gecələrin  təşkilidir.  Belə  tərbiyəvi  tədbirlərin  proq-
ramına aşağıdakıları daxil etmək olar: 
1.
 
N.Gəncəvinin həyat və yaradıcılığına dair qısa məlumat. 
2.
 
Dahi şəxsiyyətlərin Nizami haqqında fikirlərindən seçmələr. 
3.
 
Ayrı-ayrı poemalardan tərbiyəvi beytlərin ifası. 
4.
 
N.Gəncəvinin yaradıcılığına aid viktorina. 
5.
 
Nizami süjetləri əsasında hazırlanmış səhnəciklər. 
6.
 
“Nizami” adlı bədii və sənədli filmlərdən qısa fraqmentlə-
rin nümayişi. 
7.
 
Nizami poeziyası nümunələrinə bəstələnmiş musiqi əsərlə-
ri. (Ü.Hacıbəyov: “Sevgili canan”, “Sənsiz”; Fikrət Əmirov: “Gü-
lüm”;  Tofiq  Quliyev:  Gözüm  aydın;  Hacı  Xanməmmədov:  “Surəti 
canan görünür” və s.) 
8.
 
“Xəmsə”nin  süjetləri  əsasında  yaradılmış  və  Nizamiyə 
həsr  olunmuş  musiqi  əsərlərindən  fraqmentlər  (Qara  Qarayev: 
“Yeddi gözəl” baleti; “Leyli və Məcnun” simfonik poeması; Fikrət 
Əmirov:  “Nizami”  baleti;  simli  orkestr  üçün  “Nizamiyə  xatirə” 
simfoniyası;  Niyazi:  “Nizami”  oratoriyası;  Ə.Bədəlbəyli  :  “Niza-
mi” operası və s.) 
9.
 
N.Gəncəvinin məqbərəsi haqqında videoçarxın nümayişi. 


   
105  
 
A       a 
10.
 
Nizami  süjetləri  əsasında  çəkilmiş  və  ona  həsr  olunmuş 
təsviri sənət əsərlərindən ibarət sərgiyə birgə baxış və s. 
Belə  musiqili-bədii  gecələrin  daha  maraqlı  və  səmərəli  keç-
məsi  üçün  tanınmış  nizamişünas  alimlərin,  şairlərin,  musiqiçilərin, 
rəssamların  dəvət  edilməsi  və  onların  rəy  və  təkliflərinin  nəzərə 
alınması zəruri şərtlərdən biridir. 
Dahi  şairin  irsini  dərindən  öyrətməyin  və  sevdirməyin  yol-
larından biri də şagirdlərin onun süjetləri əsasında çəkdikləri və ona 
həsr  olunmuş  təsviri  sənət  nümunələrindən  ibarət  sərgi-müsabiqə-
lərin  təşkilidir.  Şagirdlərin  bu  istiqamətdə  fəaliyyətini  stimullaşdır-
maq və  dahi  şairin  zəngin  irsinə  onlarda maraq oyatmaq üçün belə 
sərgi-müsabiqə qaliblərinin mükafatlandırılması vacibdir. Belə sərgi 
müsabiqələrin  şairin  yubileyindən    yubileyinədək  deyil,  hər  il, 
müntəzəm  təşkil  olunması  məqsədəuyğun  olub  həm  təlim,  həm  də 
tərbiyə baxımından böyük əhəmiyyət kəsb edir. 
Şairin  sonsuz  dəryaya  bənzəyən  elmi-bədii  irsinin  dərsdən-
kənar vaxtlarda daha dərindən öyrədilməsi yollarından biri də mək-
təbin  internet  saytında  ona  xüsusi  səhifənin  həsr  olunmasıdır. 
Həmin səhifədə şairin həyat və yaradıcılığına dair yığcam məlumat-
la yanaşı, haqqındakı elmi yenilikləri, informasiyanı, digər saytlar-
dakı şərhlərin müqayisəli təhlilini, nümunəvi inşa yazılarını, şagird-
lərin əl işlərini və s.yerləşdirmək məqsədəuyğundur. 
Dərsdənkənar vaxtlarda Nizaminin tərbiyəvi fikirlərindən isti-
fadənin  yollarından  biri  də  əxlaqi  söhbətlər  zamanı  onun  müvafiq 
hikmətli  beytlərinin  nümunə  göstərilməsidir.  Belə  əxlaqi söhbətləri 
ümumi  şəkildə  deyil,  tərbiyənin  ayrı-ayrı  tərkib  hissələri  üzrə  və 
konkret  mövzularda  aparmaq  daha  səmərəli  nəticə  verir.  Məsələn, 
əxlaq  tərbiyəsi  üzrə  söhbətləri  aşağıdakı  konkret  mövzular  üzrə 
aparmaq məqsədəuyğundur: 
1.
 
İnsanpərvərlik – başlıca əxlaqi keyfiyyətdir. 
2.
 
Yaxşılıq və xeyirxahlıq heç vaxt itmir. 
3.
 
Dost dosta tən gərək. 
4.
 
Sadəlik  və  təvazökarlıq  insanın  mənəvi  saflığının  gös-
təricidir. 


   
106  
 
A       a 
5.
 
Düzlük  və  doğruçuluq  –  insanın  mənəvi  saflığının  göstə-
ricisidir. 
6.
 
Birlik olan yerdə dirilik də var. 
7.
 
Kişilik – igidlik və mərdlik deməkdir. 
8.
 
Ata-anaya hörmət hər bir övladın müqəddəs borcudur. 
Qeyd  olunan  mövzuların  hər  birinə  aid  “Xəmsə”də  hikmətli 
beytlər  kifayət  qədərdir.  Mövzu  üzrə  əxlaqi  söhbətə  hazırlaşan 
müəllim  mahiyyətə  uyğun  olan  beytləri  əvvəlcədən  müəyyənləş-
dirməli və əzbər öyrənməlidir. Bunun üçün “Xəmsə”ni “ələk-vələk” 
etməyə  ehtiyac  yoxdur.  Çünki  bu  sətirlərin  müəllifinin  “Nizaminin 
pedaqoji  görüşləri”adlı  monoqrafiyasında  tərbiyənin  bütün  tərkib 
hissələri  ilə  bağlı  dahi  şairin  hikmət  dolu  beytləri  sistemli  halda 
verilmişdir. (bax:4, səh.205 – 240) 
Əxlaqi söhbət zamanı müəllimin dahi şairin hikmət dolu beyt-
lərini  əzbərdən və  intonasiya ilə  deməsi  sözün təsir gücünü qat-qat 
artırır və daha səmərli nəticə üçün stimul yaradır. Mövzuya aid bir 
neçə beyti nümunə üçün söyləyən müəllim digər adekvat beytlərin 
öyrənilməsini  konkret  mənbə  və  səhifə  göstərməklə  şagirdlərə 
tapşırsa,  daha  yaxşı  olar.  Belə  tapşırıqlar  N.Gəncəvi  irsinə  şagird-
lərdə  marağın  inkişaf  etdirilməsi  baxımından  çox  əhəmiyyətlidir. 
Qeyd  olunan  tapşırıqlar  o  zaman  səmərəli  nəticə  verir  ki,  müəllim 
həmin mənbələrin adını, nəşr ilini və  müvafiq  səhifələrini  əvvəlcə-
dən  şagirdlərə  çatdırmış  olsun.  Həmin  mənbə  rolunu  nizamişünas-
ların yazdığı və yuxarıda qeyd olunan çoxsaylı elmi-metodik əsərlər, 
müvafiq  internet  saytları oynaya bilər.  Lakin  şairin  özünün “Xəm-
sə”sindən  və  “Lirika”sından  ilkin  mənbə  kimi  istifadə  etmək  daha 
məqsədəuyğundur.  Nizami  “Xəmsə”sinin  və  “Lirika”sının  bir  çox 
nəşrləri mövcuddur.  Bu  nəşrlər içərisində  şagirdlər üçün daha asan 
və  münasib  olanı  2011-ci  ildə  dahi  şairin  870  illiyi  münasibətilə 
Gəncə  şəhər  İcra  hakimiyyətinin  tövsiyəsi  əsasında  işıq  üzü  görən 
nəşrdir (bax:107;108;109;110;111;112). 
Qeyd  olunan  ən  yeni  nəşrin  əhəmiyyəti  təkcə  onun  çox 
yüksək bədii-poliqrafik tərtibatında deyil, həm də ondadır ki, burada 
görkəmli nizamişünas  alim, Əməkdar elm xadimi, Nizamişünaslıq 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə