Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə35/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   31   32   33   34   35   36   37   38   ...   64

   
110  
 
A       a 
 
II. ALİ PEDAQOJİ MƏKTƏBLƏRDƏ 
NİZAMİ İRSİNİN ÖYRƏNİLMƏSİ VƏ ÖYRƏDİLMƏSİ 
TƏRBİYƏ VASİTƏSİ KİMİ 
 
 
2.1.
 
Pedaqogikanın tədrisində Nizami irsindən  
       istifadənin təlim-tərbiyə əhəmiyyəti 
 
Ümümpedaqoji  aspektdə  aparılan  elmi-tədqiqat  işləri  nəti-
cəsində  müəyyən  edilmişdir  ki,  N.Gəncəvinin  sonsuz  dəryaya 
bənzəyən  ədəbi  irsində  təhsil,  təlim,  tərbiyə  və  insan  şəxsiyyətinin 
formalaşması məsələləri mühüm yer tutur. Bu sətirlərin müəllifinin 
apardığı xüsusi tədqiqatla sübut edilmişdir ki, dahi şair olan Nizami 
eyni  zamanda  Azərbaycanın  ilk  klassik  pedaqoqlarından  biri 
olmuşdur. (41) O, xüsusi olaraq pedaqogikaya aid əsər yazmasa da, 
(hər  halda  belə  bir  əsər  bizə  məlum  deyildir)  “Xəmsə”də  eləcə  də 
qəzəl,  qəsidə  və  rübailərində  təhsil,  təlim  və  tərbiyənin  əsas  prob-
lemləri  ilə  bağlı  elə  mütərəqqi  fikir  və  ideyalar  irəli  sürmüşdür  ki, 
doqquz  əsrə  yaxın  bir  zaman  daxilində  öz  aktuallığını  qoruyub 
saxlamışdır.  Və  fikrimizcə,  dahi  şair-pedaqoqun  bu  mütərəqqi  və 
zamanı  qabaqlayan  fikir  və  ideyaları  hələ  bundan  sonra  da  əsrlər 
boyu öz əhəmiyyətini və aktuallığını itirməyəcəkdir. Çünki N.Gən-
cəvinin  pedaqoji  görüşləri  sisteminin  mərkəzində  “kamil  insan” 
konsepsiyası  dayanır.  Belə  bir  insanın  yetişdirilməsi  problemi  isə 
bütün dövlərdə pedaqogika elminin həll etməyə çalışdığı ən böyük 
vəzifələrdən biri yox ,birincisidir. 
Humanist,  demokratik,  hüquqi  cəmiyyətin  yaradılmasında 
“insan amili”nin öndə dayandığı çağdaş dövrümüzdə N.Gəncəvinin 
“kamil insan” konsepsiyasının aktuallığı qat-qat artmaqdadır. 
Bəs Azərbaycanın  ali məktəblərində  pedaqogika elminin təd-
risi  prosesində  dahi  Nizaminin  pedaqoji  görüşlərinin  öyrədilməsi, 
onun dahi şair olmaqla bərabər, həm də böyük müəllim və tərbiyəçi, 
Azərbaycanın pedaqoji fikir tarixində humanizm və maarifçilik ide-


   
111  
 
A       a 
yalarının  əsasını qoyan ilk klassik  pedaqoqlardan biri kimi  gələcə-
yin  müəllimləri  olacaq  tələbələrə  tanıdılması  işinin  vəziyyəti 
necədir?  Bu  sualın  birbaşa  və  birmənali  cavabı  heç  də  könülaçan 
deyil.  Fikrimizi  təsdiqləmək  üçün  Azərbaycanın  ali  pedaqoji  mək-
təbləri  üçün  nəzərdə  tutulan  sovet  hakimiyyəti  və  müstəqillik 
illərində  işıq  üzü  görən  pedaqogika  fənni  üzrə  bir  neçə  dərslik  və 
dərs vəsaitinə nəzər yetirmək kifayətdir. 
Məlum olduğu kimi, Azərbaycanda sovet hakimiyyəti illərin-
də (1920 – 1991) digər fənlər kimi pedaqogika da SSRİ-nin paytaxtı 
Moskva  şəhərində  rus  dilində  hazırlanan  dərsliklər,  dərs  vəsaitləri, 
yaxşı halda isə onların tərcüməsi əsasında tədris olunurdu. Təbii ki, 
rus  alimləri  tərəfindən  hazırlanan  həmin  pedaqoji  ədəbiyyatda 
N.Gəncəvi  özünə  layiqli  yer  ala  bilməzdi.  Çünki  “marksizm  – 
leninizm”  ideologiyası  buna  yol  vermirdi.  (Bu  ideologiyaya  görə, 
bütün elmlərin, o cümlədən, “Sovet pedaqogikasının” elmi-metodo-
loji  əsasları K.Marks,  F.Engels,  V.İ.Lenin  tərəfindən qoyulmuşdur) 
Digər tərəfdən qeyd olunan pedaqoji ədəbiyyatın bir çox müəllifləri 
N.Gəncəvini  heç  şair  kimi  də  düz-əməlli  tanımırdılar,  yaxud 
tanimaq istəmirdilər. 
Nümunə  üçün  “SSRİ  maarif  nazirliyi  tərəfindən  pedaqoji 
institutların tələbələri üçün dərs vəsaiti” kimi buraxılan Azərbaycan 
dilinə  tərcümə  edilən  “Məktəb  pedaqogikası”nı  (115)  nəzərdən  ke-
çirək. 404 səhifədən ibarət olan bu iri həcmli dərs vəsaitində nəinki 
N.Gəncəvinin, ümumiyyətlə, heç bir Azərbaycan mütəfəkkirinin adı 
çəkilmir.  Eyni  sözü  SSRİ  PEA-nın  həqiqi  üzvü  Y.K.Babanskinin 
rəhbərliyi  ilə  nəşr  olunan  “Pedaqogika”  adlı  dərs  vəsaiti  (116) 
haqqında  da  demək  olar.  Hər  iki  vəsaitdə  əksini  tapan  iqtibasların 
80  faizindən  çoxu  K.Marks  və  V.İ.Leninə  aiddir.  Yazıçı-mütəfək-
kirlərdən  yalnız  rus  müəlliflərinə  (V.Q.Belinski,  N.A.Dobrolyubov 
və .) müraciət edilmişdir. 
Rus müəlliflər tərəfindən hazırlanmış dərslik və dərs vəsaitlə-
rindəki belə vəziyyətin səbəbi (marksizm-leninizm ideologiyasından 
irəli  gələn  qadağalar;  Azərbaycanın  dahi  şəxsiyyətlərinin  tanın-
maması və s.) aydındır. Bəs Azərbaycan pedaqoqları  (M.Muradxa-


   
112  
 
A       a 
nov,  Ə.Həşimov,  İ.Vəlixanlı,  T.Əfəndiyev,  A.Kərimov,  B.  Axundov 
və  M.Məmmədovdan  ibarət  müəlliflər  kollektivi)  tərəfindən  hazır-
lanmış, 1964-cü ildə işıq üzü görmüş və uzun illər respublikamızın 
məktəbləri  üçün  dərslik  rolunu  oynamış  “Pedaqogika”  adlı  dərs 
vəsaitində (117) eyni vəziyyətlə rastlaşdığımızın səbəbini necə izah 
etmək  olar?!  Həcmi  504  səhifə  olan  bu  dərs  vəsaitində  nəinki 
N.Gəncəvi, ümumiyyətlə, heç bir Azərbaycan mütəfəkkirinin adına 
rast gəlmirik. 
Azərbaycan  müstəqilliyini  bərpa  etdikdən  sonra  başqa  sahə-
lərdə olduğu kimi, pedaqogika elmi sahəsində də yeni pedaqoji ədə-
biyyatın yaradılması istiqamətində pedaqoq alimlərimiz də hərəkətə 
gəldilər və çoxsaylı dərslik, dərs vəsaiti və s.hazırlanıb nəşr etdiril-
məsinə nail oldular. Öz alimlərimiz tərəfindən yazılan yeni pedaqoji 
ədəbiyyatda dahi Nizami həm də bir pedaqoq kimi yada salınsa da, 
dərslik və dərs vəsaitlərində ona layiq olduğu qədər yer ayrılmamış-
dır. Fikrimizi təsdiq edən bir neçə faktı nəzərdən keçirək. 
1993-cü  ildə  işıq  üzü  görən  və  Azərbaycan  Respublikası  Ali 
və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən “Ali pedaqoji məktəblər 
üçün dərs vəsaiti” kimi təsdiq olunan “Pedaqogika” müstəqillik illə-
rində öz alimlərimiz (Y.R.Talıbov, Ə.A.Ağayev, İ.H.İsayev, A.İ.Emi-
nov) tərəfindən yazılan ilk dərs vəsaitidir. (118) Həmin dərs vəsaiti-
nin “Pedaqogika” elminin inkişafının qısa tarixi” adlı ikinci fəslində 
-  “Azərbaycanda  pedaqoji  fikrin  inkişafından”  adlı  paraqrafında 
N.Gəncəviyə  ilk  dəfə  olaraq  bir  pedaqoq  kimi  ayrıca  yer  verilmiş, 
burada onun təhsilin  məzmunu,  insanın  yaş dövrləri,  əqli,  əxlaq və 
əmək  tərbiyəsi  ilə  bağlı  pedaqoji  fikirlərinin  qısa  təhlili  öz  əksini 
tapmışdır.  (118,  31-33)  Müəlliflər  “İnsanın  inkişafında  irsiyyətin 
rolu” (səh. 67), “Yaş dövrləri və onların xüsusiyyətləri” (səh.74-75), 
“Tərbiyənin tərkib hissələri (səh.88-92), “Əxlaq tərbiyəsi” (səh.237) 
mövzuları üzrə proqram materialının şərhini qüvvətləndirmək məq-
sədilə N.Gəncəvinin müvafiq fikirlərinə istinad etmişlər. Əlbəttə, bu, 
dahi şair-pedaqoqun zəngin pedaqoji irsi ilə müqayisədə çox azdır. 
Məlum olduğu kimi, Azərbaycanın çağdaş dövrünün görkəmli 
pedaqoqları:  professorlar,  N.Kazımov  və  Ə.Həşimov  tərəfindən 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə