Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə38/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   34   35   36   37   38   39   40   41   ...   64

   
120  
 
A       a 
plan  üzrə  qeyd  edin:  1.  “Kamil  insan”  2.  İrsiyyət  amili.  3.  Mühit 
amili. 4 Pedaqoji proses (təhsil, təlim, tərbiyə) 5. Əmək fəaliyyəti. 
II.  Əqli  nəticəni  qeyd  edin:  N.Gəncəvi  şəxsiyyətin  formalaş-
masında hansı amilə üstünlük vermişdir?” 
Belə analoji tapşırıqlar digər dörd qrupa da verildikdən sonra 
axtarış  xarakterli  iş  başlayır.  Bu  işin  daha  səmərəli  olması  üçün 
müəllim yuxarıda qeyd olunan tədqiqat xarakterli tapşırığı və onun 
yerinə  yetilirməsi  planını  verməzdən  ən azı  bir həftə  əvvəl  poema-
ların  ayrıca  kitab  formasındakı  nəşrinin  əldə  olunmasına  köməklik 
göstərməlidir.  “İşçi  qruplar”dakı  hər  iki  tələbəyə  bir  kitabın  veril-
məsi daha məqsədəuyğundur. 
Qruplar  işi  başa  çatdırdıqdan  sonra  müəllim  məlumat  üçün 
sözü  qrup  “lider”lərinə  verir.  Ayrı-ayrı  qrupların  gəldiyi  nəticə  mü-
zakirə olunduqdan sonra müəllim işi yekunlaşdırır və ümumi nəticəni 
tələbələrin  nəzərinə  çatdırır.  Beləliklə,  sizin  qeyd  etdiyiniz  çoxsaylı 
misallar bir daha təsdiq edir ki, dahi Nizami şəxsiyyətin formalaşma-
sı  probleminə  dair  müasir  elmi  pedaqogikanın  həll  etməyə  çalışdığı 
məsələlərlə  bağlı  fikirləri  hələ  doqquz  əsrə  yaxın  müddət  bundan 
əvvəl söyləmişdir. Həmin fikirləri belə ümumiləşdirmək olar: 
-
 
şəxsiyyətin formalaşmasında irsiyyətin rolu böyükdür, lakin 
həlledici deyil, bəzən “daşdan gövhər” də doğa bilər; 
-
 
kamil insanın formalaşmasında elmin, təhsilin, təlim və tər-
biyənin  əhəmiyyəti şübhəsizdir, lakin özünütəhsil və  özünütərbiyə-
nin rolu daha böyükdür
-
 
şəxsiyyətin  formalaşmasında  ictimai  mühitin  rolu  da  az 
deyil;  mərifətli,  elmli  adamlarla  oturub-durmaq  lazımdır  ki,  həmin 
keyfiyyətlər sənə də keçsin; əlverişsiz, qeyri-sağlam mühitdə təlim-
tərbiyə  vermək  –  şoran  torpağa  toxum  əkməyə  bənzər;  “vəhşi  ilə 
dost olan vəhşi adətilə ömr edər”; 
-
 
şəxsiyyətin formalaşmasında əmək fəaliyyətinin də rolu bö-
yükdür: halal əmək insanda ən yüksək əxlaqi keyfiyyətlərin forma-
laşmasına, boş-boşuna  gəzib  tüfeyli həyat  sürmək isə mənfi  əxlaqi 
sifətlərin yaranmasına səbəb olur. 


   
121  
 
A       a 
Mövzunun  geniş  əhatə  dairəsini  və  əhəmiyyətini  nəzərə  alıb 
onun daha dərindən öyrədilməsini təmin etmək məqsədilə “N.Gən-
cəvi  şəxsiyyətin  formalaşmasına  təsir  edən  amillər  haqqında”  adlı 
sərbəst işin hazırlanmasını həyata keçirmək daha məqsədəuyğundur. 
Işin  tədqiqat  xarakterli  olması  üçün  zəruri  istiqamət  və  tövsiyələri 
ilə  yanaşı,  müəllim,  onun  yerinə  yetirilməsi  planını  və  başlıca 
mənbə rolunu oynayan elmi-pedaqoji və metodik  ədəbiyyatın siya-
hısını da verməlidir. Ayrı-ayrı tələbələr tərəfindən yerinə yetirilmiş 
sərbəst  işlərin müzakirəsi  zamanı nümunəvi işləri aşkar edib  onları 
kafedrada  saxlamaq,  müəlliflərini  həvəsləndirərək  (tələbə  elmi  cə-
miyyətinə üzv yazdırmaq; “Təşəkkür” elan etmək; N.Gəncəvinin ki-
tablarını hədiyyə vermək və s.). N.Gəncəvinin pedaqoji görüşlərinin 
öyrənilməsi istiqamətində elmi  tədqiqata cəlb etmək ikiqat əhəmiy-
yət  kəsb  edir:  1)  dahi  şair  tələbələrə  həm  də  bir  mütəfəkkir  kimi 
tanıdılır və sevdirilir; 2) tələbələrin tədqiqatçılıq qabiliyyətləri inki-
şaf  edir  ki,  bu  da  onların  magistratura  pilləsinə  hazırlanması  üçün 
zəmin yaradır. 
Məlum  olduğu  kimi,  pedaqogikanın  başlıca  bölmələrindən 
biri  “Tərbiyə  nəzəriyyəsi”dir.  Prof.  N.Kazımov  “Məktəb  pedaqo-
gikası” dərsliyində tərbiyə nəzəriyyəsinə aid proqram materiallarını 
iki bölmədə  (Üçüncü bölmə: Pedaqoji prosesin tərkib  hissəsi  olan 
tərbiyənin  ümumi  nəzəri  məsələləri.  Dördüncü  bölmə:  Tərbiyənin 
başlıca  mərhələləri  və  ümumi  üsulları)  vermiş  və  həmin  material-
ların şərhi zamanı digər mütəfəkkirlərlə yanaşı, N.Gəncəvi irsinə də 
müraciət  etmişdir  (120,  səh.241-  413).  Lakin  müəllif  nədənsə 
burada  “Ağıl  tərbiyəsi”  məsələlərini  şərh  edərkən  N.Gəncəvinin 
poeziyasına  tez-tez  (altı  dəfə)  müraciət  etdiyi  halda,  digər  mövzu-
larda şairin adına rast gəlmirik. Halbuki, tərbiyə nəzəriyyəsinə daxil 
olan  elə  bir  mövzu  yoxdur  ki,  dahi  şairin  pedaqoji  fikir  və  ideya-
larına müraciət etmək mümkün olmasın. Tərbiyənin təkcə ağıl tərbi-
yəsi  deyil,  bütün  tərkib  hissələri  (başlıca  sahələri)  ilə  bağlı  dahi 
Nizaminin  bu  gün  də  öz  əhəmiyyətini  itirməyən  hikmət  dolu 
beytləri kifayət qədərdir. 


   
122  
 
A       a 
Əxlaq  tərbiyəsi,  əmək  tərbiyəsi  və  ekoloji  tərbiyə  məsələ-
lərinə həsr olunmuş mühazirə və seminar məşğələlərində N.Gəncə-
vinin  pedaqoji  görüşlərindən  faydalanmaq,  onun  hikmət  dolu 
misralarından  sözlü  əyanilik  vasitəsi  kimi  istifadə  etmək  imkanları 
daha genişdir. Nümunə üçün bir neçə misalı nəzərdən keçirək. 
Prof. N.Kazımovun “Məktəb pedaqogikası” dərsliyində “Əx-
laq  tərbiyəsinin  ümumi  məsələləri”  mövzusunda  “Əxlaq  tərbiyə-
sinin məzmunu”na geniş  yer ayrılmışdır. Burada  əxlaq tərbiyəsinin 
məzmununu təşkil edən aşağıdakı keyfiyyətlərin əhəmiyyəti və ma-
hiyyəti açıqlanır: 1. Əməksevərlik. 2. İnsanpərvərlik. 3. Həmrəylik. 
4. Yoldaşlıq və dostluq. 5. Vətənpərvərlik. 6. Düzlük və doğruçuluq. 
7. Halallıq. 8. Sadəlik və təvazökarlıq. 
Qeyd olunan bu əxlaqi keyfiyyətlərin hər biri haqqında şairin 
hikmətdolu  fikirləri  kifayət  qədərdir.  Məsələn,  əməksevərliyi  insa-
nın  əxlaqını  saflaşdıran  başlıca  keyfiyyətlərdən  biri  hesab  edən 
N.Gəncəvi bütün poemalarında insanları dönə-dönə qəflət yuxusun-
da yatmamağa, hər əzaba qatlaşmağa, canı işə alışdırmağa çağırır: 
 
Zülmətli gecələrdə qatlaş ağır zəhmətə, 
Mərhəmətin, şəfqətin nuru yağır zəhmətə. (4, 228) 
 
Yaxud: 
 
Qana qəltan etsə də, səni zəhmət tikanı, 
Çalışmaqdan usanma, işə alışdır canı.  
(yenə orada, səh.229) 
 
BaĢqa misal: 
 
Əzaba qatlaşmaqla hər niyyətə çatarsan
Zəlillikdən qurtarıb ülviyyətə çatarsan.  
(yenə orada, səh. 228) 
 
Belə  misalların  sayı  şairin  poeziyasında  istənilən  qədərdir. 
Onlardan  bəzi  seçmələr  bu  sətirlərin  müəllifinin  “Nizami  Gəncə-
vinin  pedaqoji  görüşləri”  monoqrafiyasında  –  “Əmək  tərbiyəsi  və 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə