Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə39/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   35   36   37   38   39   40   41   42   ...   64

   
123  
 
A       a 
iqtisadi  tərbiyə  haqqında”  başlığı  altında  verilmişdir.  (bax:  4,  səh. 
228  – 233)  Belə  misallardan müəllim mühazirədə  iki  yolla istifadə 
edə  bilər:  1)  müvafiq  proqram  materialını  (indiki  halda  əməkse-
vərliyi) şərh edərkən müəllim şairin hikmətli misralarını əzbər söy-
ləyir və ya mühazirə mətnindən oxuyur; 2) müəllim proqram mate-
rialının (əməksevərliyin) mahiyyətini şərh etdikdən sonra tələbələrə 
sualla müraciət edir: “Dahi Nizaminin əməksevərlik haqqında hansı 
beytlərini söyləyə bilərsiniz?” 
Əlbəttə,  mühazirənin  daha  canlı  keçməsi  tələbələrdə  şairin 
pedaqoji  görüşlərinə  marağın  inkişaf  etdirilməsi  baxımından ikinci 
yol daha səmərli və əhəmiyyətlidir. 
Dərslikdə  başlıca  əxlaqi  keyfiyyətlərdən  biri  kimi  dəyərlən-
dirilən insanpərvərlik humanist şairin əxlaqi görüşlərinin “nüvə”sini 
təşkil edir. Yeni pedaqoji təfəkkürə görə “insanpərvərlik” geniş an-
layışdır. Ata-anaya, bacı-qardaşa, övlada, qohum-qonşuya, yurddaşa, 
digər  xalqların  nümayəndələrinə  hörmət  və  rəğbət  bu  anlayışa 
daxildir.  Özü  böyük  insanpərvər  olan  dahi  Nizami  həmin  anlayışa 
məhz bu baxımdan  yanaşması  ilə  müasir elmi pedaqogikanı  səkkiz 
yüz ildən çox qabaqlamışdır. Şairin insanpərvərlik anlayışına görə, 
hər  bir  insan  bütün  insanlara  hörmət  və  rəğbət  bəsləməli,  onları 
sevməlidir. Çünki insan bu dünyanın şərəfi, şanıdır : 
 
Sən ey yerdə fələyi heyrətdə qoyan insan
Yer də, göy də nazınla daim oynayan insan. 
Ülviyyət aləmindən xəbərdarsan deyə sən, 
Qüdrətinlə şərəfsən, şansan yerə, göyə sən. (4, 56) 
 
“Əgər insansansa, insanlığı  sev” tövsiyyəsini verən humanist 
şairin  yaratdığı  müsbət  obrazların  hamısı  özünün  yüksək  bəşəri 
hissləri,  insanpərvərliyi  ilə  seçilir.  Xalqımızın  yüksək  insanpərvər-
liyini  göstərən  milli-mənəvi  dəyərlərimizdən  biri  ata-anaya  ali 
məhəbbət,  övladlara  yüksək  qayğı,  ağsaqqallara  dərin  ehtiram  və 
hörmətdir. Bu cəhət adı çəkilən dərslikdə də xüsusi qeyd olunmuş-
dur.  Həmin  milli  dəyərlərimizi  çox  yüksək  qiymətləndirən  Nizami 


   
124  
 
A       a 
bütün  poemalarında  insanpərvərliyin  parlaq  nümunəsi  kimi 
valideyn-övlad  münasibətlərindəki  qarşılıqlı  məhəbbəti,  hörmət  və 
izzəti  dönə-dönə  tərənnüm  etmişdir  ki,  bu  da  həmin  əxlaqi  keyfiy-
yətin  şərhi  zamanı  şairin  hikmət  dolu  öyüd  və  nəsihətlərindən  isti-
fadə  üçün  geniş  imkanlar  açır.  Məsələn,  anaya  məhəbbətdən  danı-
şarkən, müəllim, “Leyli və Məcnun” poemasında şairin əsərin qəh-
rəmanı Məcnunun dili ilə anaya necə  yüksək qiymət verdiyini tələ-
bələrin diqqətinə çatdırır: 
 
Başımın tacıdır ayağın sənin, 
İncini bəsləmiş sənin sədəfin. 
Sənin toxumunun məğziyəm ana
Ayaq torpağın da cənnətdir mana. (74, 210) 
 
“İsgəndərnamə” poemasında da dahi şair anaya böyük hörmət 
və məhəbbətin  yüksək  əxlaqi keyfiyyət olduğunu xüsusi qeyd edir. 
Dünyanı  fəth  edən  İsgəndər  ölüm  ayağında  əziz  anasına  məktub 
yazır və burada ona and verir ki,  oğlunun  ölümünə görə dərd-qəm 
çəkməsin: 
 
Anacan, bu məktub gəlib çatarkən, 
Çatıb qaşlarını kədərlənmə sən. 
Bu dünya fanidir, əbəs ağlama, 
Mənimçün yas tutma, qara bağlama! 
 
Valideyn-övlad  məhəbbətinin  qarşılıqlı  olduğunu  nəzərə  çat-
dıran şair uşağın hər bir ata-ana üçün əziz olduğunu, hər bir ailənin 
sevincinə,  işığına  çevrildiyini  dönə-dönə  qeyd  etmişdir.  Məsələn, 
“Leyli  və  Məcnun”  poemasında  övladını  canından  belə  əziz  hesab 
edən Məcnunun atası oğluna müraciətlə deyir: 
 
Canımsan, canımdan daha əzizsən, 
Evə dön, evimin işığısan sən. (74, 105) 
 


   
125  
 
A       a 
İnsanpərvərliyi “insanlığın parlaq gövhəri” adlandıran şair bu 
anlayışı xeyirxahlıq və yaxşılıq məfhumları ilə sıx qarşılıqlı əlaqədə 
verir.  Şairə  görə,  xeyirxahlığı,  yaxşılığı  bacarmayanlar  “böyük 
insan” şərəfinə nail ola bilməzlər: 
 
Yaxşılıq etməsən əgər insana
Böyüklük şərəfi verilməz sana. (4,61) 
 
Müəllim insanpərvərlik, xeyirxahlıq və yaxşılıq kimi anlayış-
ların mahiyyətini şərh edərkən dahi şairin belə bir fikrini də xüsusi 
qeyd  edir ki,  pis  adamlara xeyirxahlıq, insanpərvərlik göstərmək – 
yaxşılara yamanlıq etmək deməkdir. Qəddar, həyasız adamlara qarşı 
sərt olmağı daha çox məsləhət görən şair yazır: 
 
Həyasız adama qarşı sərt rəftar, 
Yumşaq davranmaqdan faydalı olar. (4, 62) 
 
Mövzunun  şərhini  müasir  həyat  hadisələri  ilə  əlaqələndirən 
müəllim onu da vurğulayır ki, dahi Nizaminin bu fikrində böyük hə-
qiqətin  olduğunu  Qarabağ  hadisələrinin  böyüyüb  müharibəyə  çev-
rildiyi illərdə daha aydın gördük. Belə ki, “sovet hakimiyyəti” illə-
rində bir ovuc gəlmə erməniyə böyük insanpərvərlik və xeyirxahlıq 
göstərərək,  Azərbaycanın  cənnət  güşəsi  olan  Qarabağda  muxtariy-
yət verdik, xoş üz göstərdik,onların firəvan yaşayışı üçün əlimizdən 
gələni  əsirgəmədik.  Bizim  bu  insanpərvərliyimizdən,  xeyirxahlığı-
mızdan  sui-istifadə  edən  ermənilər  o  dərəcədə  harınlaşdılar  ki, 
“yersiz gəldi – yerli qaç” fikrinə düşərək, doğma torpaqlarımızı əli-
mizdən  almağa,  “gəmidə  oturub  gəmiçi  ilə  dalaşmağa  başladılar”. 
Və ən nəhayət, insanlıq adına ləkə olan dəhşətli faciə (“Xocalı soy-
qırımı”)  törətdilər.  Ona  görə  də  biz  bu  tarixi  hadisələrdən  dərs 
almalı, dahi Nizaminin tövsiyəsini (“həyasızlara qarşı sərt olmalı”) 
heç vaxt unutmamalıyıq. 
Əxlaq  tərbiyəsinin  məzmununa  daxil  edilən  mənəvi  keyfiy-
yətlərdən biri də həmrəylikdir. Prof.N.Kazımovun “Məktəb pedaqo-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə