Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə41/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   37   38   39   40   41   42   43   44   ...   64

   
130  
 
A       a 
Çalış ki, kirpiyin olsun almaztək
Ayıq ol, ölkənin keşiyini çək (4, 69). 
 
"Dünya yurdumuzdur, candan əzizdir", – deyən şairə görə, bu 
dünya kam vermir, ancaq alır, lakin o, bizim doğma yerimiz, yurdu-
muz  olduğu  üçün  biz  onu  canımızdan  da  çox  sevməliyik.  Doğma 
yurdda  insanın  qul  olması  qərib  ölkədə  sultan  olmasından  daha 
yaxşıdır: 
 
Azacıq düşünsən bir nüktə vardır: 
Hər kəs öz şəhrində bir şəhriyardır. 
Öz şəhrində olsan ən alçaq insan, 
Yaxşıdır qürbətdə sultan olmaqdan (yenə orada). 
 
"Qürbət cənnət olsa da yenə Vətən yaxşıdır", – deyən uluları-
mızın bu hikmət dolu kəlamını yüksəklərə qaldıran ulu Nizami İs-
gəndər kimi  fatehin  –  yüzlərlə  cənnət  ölkəni  öz ixtiyarına keçirmiş 
bir hökmdarın vətən həsrətini çox təsirli boyalarla təsvir edir: 
 
İsgəndər hər yerdə qələbə çaldı, 
Lakin vətən eşqi qəlbini aldı. 
Hökmündə olsa da saysız vilayət, 
Öz doğma yurduna çəkərdi həsrət  
(yenə orada, səh.70). 
 
Məlum olduğu kimi, müasir dövrdə böyük aktuallıq kəsb edən 
hərbi-vətənpərvərlik  vacib  əxlaqi  keyfiyyət  olmaqla  vətənpərvərlik 
anlayışının  tərkib  hissələrindən  biridir.  Təəssüf  ki,  pedaqogika 
dərslikləri və  dərs vəsaitlərində  bu mühüm  əxlaqi keyfiyyət  demək 
olar ki, yada düşmür. "Əxlaq tərbiyəsi" mövzusunun tədrisi zamanı 
hərbi  vətənpərvərliyin  mahiyyətini  şərh  edərkən,  müəllim,  dahi 
şairin: "Can yandırsan orduna, məmləkətə, yurduna; Arxalana bilər-
sən öz xalqına, orduna" sözlərini yada salır və qeyd edir ki, N.Gən-
cəvi  öz  poemalarında  vətəni  sevməyin,  onu  qorumağın  zəruriliyini 


   
131  
 
A       a 
dönə-dönə  xatırlatmaqla  yanaşı,  onun  yadelli  işğalçılardan  qorun-
ması  və  əsarətdən  xilas  edilməsi  yollarını  da  göstərmişdir.  Əsərlə-
rində  şair-pedaqoq  Vətən  uğrunda  mübarizənin  üç  yolunu  tövsiyə 
və təsvir etmişdir: birincisi, "ağılla, tədbirlə" (siyasi yol - Nüşabənin 
dünya  fatehi  İsgəndərə  qarşı  istifadə  etdiyi  yol):  ikincisi,  "qılıncın 
gücü ilə" (hərbi yol, Xosrovun öz ölkəsini azad etmək üçün istifadə 
etdiyi yol); üçüncüsü ağlın və qılıncın gücünün birləşdirilməsi yolu 
(siyasi-hərbi yol, fateh İsgəndərin üstünlük verdiyi yol). 
Şair Əflatunun dili ilə İsgəndərə belə məsləhət verir: 
 
Mərdlərin qan tökən qılıncı, bəlli, 
Alim tədbiri ilə olar kəsərli (yenə orada). 
 
Milli pedaqogikamızın əxlaq tərbiyəsinin məzmununa aid et-
diyi  əxlaqi  keyfiyyətlərdən  biri  də  düzlük  və  doğruçuluqdur.  Prof. 
N.Kazımovun “Məktəb pedaqogikası”nda bu vacib əxlaqi keyfiyyət 
haqqında çox qısa şərh verilmiş, burada da bir neçə atalar sözünə və 
A.Bakıxanovun  yalan  haqqındakı  fikrinə  istinad  edilmişdir.  Bütün 
poemalarında  və  ömrü  boyu  düzlük  və  doğruçuluğu  təlqin  etməyə 
çalışan, insanları düz əmələ, doğru sözə səsləyən N.Gəncəviyə mü-
raciət isə “unudulmuşdur”. Müəllimlərə kömək məqsədilə düzlük və 
doğruçuluq  haqqında  şairin  bir  neçə  hikmət  dolu  beytinə  diqqəti 
yönəltməyi burada məqsədəuyğun hesab edirik. 
“Nə  qədər  ki,  dünyada  alıb-verirsən  nəfəs;  Sən  düzlük  qapı-
sını döyməyə göstər həvəs”, – deyən şair insanları düzlüyə, doğru-
çuluğa çağırır və belə hesab edir ki, dünyanın nicat yolu bundadır: 
 
Doğruçuluq yaxşıdır, uymayın yada, 
Bircə düzlükdədir nicat dünyada (4, 74). 
 
Şairə görə, doğruçuluq insanı hər an qoruyan “zirehdir”. Əyri-
lik isə insanın eybini açıb göstərir. Şən, qəm-qüssədən uzaq həyatın 
başlıca  şərtlərindən  olan  doğruçuluq  –  “vicdan  tərəzisidir”.  Ürəyin 
düzlüyü isə ədalət mizanıdır. Insanın bu mizan-tərəzisi düzlüyü və 


   
132  
 
A       a 
doğruçuluğu  bircə  dən  əskik  çəksə,  o,  dünyada  bitmiş  olacaqdır. 
Düzlük və doğruçuluq insanın həyatda ucalmağının zəruri şərtlərin-
dən biridir: 
 
Əyri gülü düzlükdə tikan qucar, aldadar, 
Bil ki, şəkər qamışı düzlüyündən bal dadar. 
Doğruluğun harda ki, ucalıbdır bayrağı, 
Haqq əliylə fələkdən öc alıbdır bayrağı (4, 75). 
 
Şair  öyrədir  ki,  düzlük  və  doğruçuluq  insanı  qada-baladan 
qoruyur,  bu  əxlaqi  keyfiyyətə  sahib  olanları  Allah  da  çox  sevir, 
onları zəfərə çatdırır: 
 
Öz düzlüyü kimsəni verməz bada dünyada, 
Düz sözüylə kimsəyə yetməz qada dünyada. 
Doğruçuluqla köməkdir hər bir ərə yaradan, 
Doğru ol ki, yetirsin hər zəfərə yaradan (yenə orada). 
 
Qeyd olunan bədii parçaları tələbələrin diqqətinə çatdırmaqla 
bu vacib əxlaqi keyfiyyətlərin mahiyyətini və əhəmiyyətini dərindən 
anladan  müəllim  onu  da  əlavə  edir  ki,  dahi  Nizami  məhz  doğru 
sözləri və düz əməlləri sayəsində ən uca ad qazanmışdır. Bunu şai-
rin özü də səmimiyyətlə etiraf edir: 
 
Doğru sözə bağlıdır öz qüdrətin həmişə, 
Qoy qüdrətdən güc alsın söz qüdrətin həmişə. 
El gözündə Nizami ucalıbdır düzlükdən, 
İlhamına, qəlbinə güc alıbdır düzlükdən (4, 76). 
 
Əxlaq tərbiyəsinin məzmununa daxil olan mühüm əxlaqi key-
fiyyətlərdən  biri  də  namusluluqdur.  Çox  təəssüf  ki,  “Məktəb  pe-
daqogikası”  dərsliyində  bu  keyfiyyət  haqqında  heç  nə  yazılmamış-
dır.  Dərslikdəki  həmin  boşluğu  aradan  qaldırmaq  və  namusluluq 
kimi çox vacib əxlaqi keyfiyyətin mahiyyəti və əhəmiyyətini tələbə-
lərə  çatdırmaq üçün, müəllim N.Gəncəvinin bu barədəki  fikirlərinə 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə