137
A a
Bu misraların təhlilindən sonra müəllim öz şərhinə onu da
əlavə edir ki, şan-şöhrət zirvəsinə yüksəldiyinə baxmayaraq, heç
vaxt öz sadəliyini və təvazökarlığını itirməyən dahi Nizami bu gözəl
əxlaqi sifətinə görə bu gün gənc nəslə bir örnəkdir, onun şəxsi hə-
yatı tərbiyə nümunəsidir.
Burada bir məsələni də qeyd etməyi məqsədəuyğun hesab
edirik ki, “Məktəb pedaqogikası” dərsliyində müəllif (prof. N.Kazı-
mov) mənfi əxlaqi keyfiyyətlərin şərhində onların adını (paxıllıq,
yalan danışmaq, böhtan atmaq, satqınlıq, ikiüzlülük, arxadan danış-
maq, qiybət, qorxaqlıq, iradəsizlik, etibarsızlıq, israfçılıq, tənbəllik,
xüdbinlik, özündən bədgümanlıq) çəkməklə kifayətlənmişdir. Fikri-
mizcə, əxlaq tərbiyəsinin başlıca vəzifələrindən biri də mənfi əxlaqi
sifətlərə qarşı barışmazlıq ruhunun aşılanması olduğu üçün gələcə-
yin müəllimlərinə həmin keyfiyyətlərin mahiyyəti, insanın şəxsi
həyatında və cəmiyyətdə oynadığı mənfi rolu haqqında bilik vermək
zəruridir. Ona görə də müəllim “Əxlaq tərbiyəsi” mövzusuna həsr
olunan mühazirədə yuxarıda qeyd olunan və dərslikdə adı çəkilən
mənfi əxlaqi sifətlər haqqında da yığcam məlumat verməli, onların
mahiyyətini və zərərini açıqlamağa çalıaşmalıdır. Bu zaman öz
fikrini əsaslandırmaq məqsədilə N.Gəncəvinin müvafiq fikirlərinə
müraciət etmək mahazirənin həm təlim (qeyd olunan əxlaqi keyfiy-
yətlər haqqından dərin anlayış vermək), həm də tərbiyə (mənfi əxla-
qi sifətlərə qarşı barışmazlıq hissi aşılamaq) baxımından səmərəsini
əhəmiyyətli dərəcədə yüksəldir.
Müəllimlərə kömək məqsədilə dahi şairin mənfi əxlaqi sifətlər
haqqında bəzi fikirlərinə diqqət yetirək. Onun daha çox nifrət bəslə-
diyi və əsərlərində dönə-dönə toxunduğu mənfi və əxlaqi keyfiy-
yətləri belə qruplaşdırmaq olar: paxıllıq, yalançılıq, tamahkarlıq,
ikiüzlülük, haqsızlıq, satqınlıq, vicdansızlıq, qəddarlıq, tənbəlik, is-
rafçılıq, lovğalıq, qorxaqlıq, iradəsizlik və s. Göründüyü kimi, bu
əxlaqi sifətlər “Məktəb pedaqogikası” dərsliyində adı çəkilən mənfi
əxlaqi keyfiyyətlərlə demək olar ki, eyniyyət təşkil edir. Qeyd
olunan keyfiyyətlərin hər birinin mahiyyəti və təkcə insanın şəxsi
həyatı üçün deyil, hər kəs və bütövlükdə cəmiyyət üçün zərəri haq-
138
A a
qında şairin poeziyasında, xüsusilə, “Xəmsə”də hikmətli ifadələr,
kəlamlar, beytlər kifayət qədərdir. Nümunə üçün onun paxıllıq haq-
qındakı bəzi fikirlərini nəzərdən keçirək.
İnsanların mənəviyyatını korlayan bu mənfi sifətin tənqidinə
şair demək olar ki, bütün poemalarında toxunmuşdur. Lakin “Sirlər
xəzinəsi”, “Xosrov və Şirin” poemalarında bu məsələyə xüsusi diq-
qət yetirmiş və ayrıca yer vermişdir. Belə ki, “Sirlər xəzinəsi”nin on
beşinci söhbəti, “Xosrov və Şirin”in isə son hekayələrindən biri
“Paxılları məzəmmət” adlanır. Paxıl insanları xəzinə üstündə yatan
ilana, gül kolunda bitən tikana bənzədən şair öyrədir ki, hər kəs
hünəri ilə ucalmağa çalışmalı, bu yolla gedənlərə paxıllıq etməməli-
dir. Çünki paxıllıq etməklə həyatda heç nəyə nail olmaq mümkün
deyildir. Paxıllar həyatda tülkü kimi hər şeyə müftə nail olmaq istə-
yirlər. Onların paxıllıq hissi gözlərini yumur, yaxşı işləri görməyə
qoymur:
Paxıl! Göz yumaraq açıq nemətə,
Saqqız çeynəyirsən girib xəlvətə...
***
Hünəri görsə də etiraf etməz,
Pis yolu buraxıb yaxşıya getməz. (4,82)
Şahlara, hökmdarlara baş əyməyən, sözünü birbaşa hər kəsin
üzünə deməyi bacaran məğrur şairin ən çox nifrət etdiyi mənfi
əxlaqi sifətlərdən biri də ikiüzlülükdür. O, ikiüzlü insanları saxta
qızıl, qəlp pul kəsənlərə bənzədir və başa salır ki, belələrinin “üzü
qızıl, içi mis”dir. İkiüzlülərin üzünə baxanda “aydan arı, sudan
duru” görünürlər, lakin daxildən xəbis və kinlidirlər:
Üzü qızıl, içi mis saxta pul san onları,
Hər sözünə qulp qoyar, tanı hər an onları.
Üzlərinə baxanda aydan arı hər biri,
Əməliylə aləmin riyakarı hər biri.
139
A a
Üzdə şamdır, daxildə düyünlü ad hamısı,
Üzdə sadə, daxildə xəbis vücud hamısı. (75,139)
Dahi şairin əsərlərində ifşa etdiyi mənfi əxlaqi sifətlərdən biri
də tamahkarlıqdır. O, tamahkar, həris insanları qan soran çibinə,
mığmığaya (ağcaqanada) bənzədir, başa salmağa çalışır ki, insan
olan hər kəs Tanrının verdiyi nemətə qane olmalı, öz qismətilə
barışmalıdır:
Çibintək, mığmığatək qan sormağa can atma,
Tamahın neştəriylə ürəyini qanatma.
Qarşına gələn nemət qismətindir, yeyərsən,
Ruzi verən kimsəyə min-min alqış deyərsən. (4,84)
Tamahkarlıq edib sələm alanları kəskin tənqid atəşinə tutan
şair, bu yolla qazancın haram olduğunu göstərir:
Hər anını sevinclə, kef-damaqla yaşa sən,
At əbanı, vur ömrü halallıqla başa sən.
Aldıqların sələm ki, vardır tamah yolunda,
Qəsəm olsun Allaha, deyil Allah yolunda. (yenə orada)
Tamahkarlığın yüksək dərəcəsi olan hərisliyi daha böyük
qətiyyətlə ifşa edən və nifrətlə damğalayan şair, var-dövlət yığmağa
bütün həyatını həsr edənlərə, heç nədən gözəri doymayan hərislərə
başa salmağa çalışır ki, o dünyaya heç nə apara bilməyəcəklər:
Yad mülkünü soymağın, talamağın bəs deyil?
Hərislikdən oda can qalamağın bəs deyil?
Tutaq, tutdun gücünlə neçə aya cahanı,
Aparmağın mümkünmü o dünyaya cahanı?
Yanar məhşər kürəsi, burar tamah boynunu,
Qənaətin qılıncı vurar tamah boynunu. (yenə orada)
Dostları ilə paylaş: |