Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə46/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   42   43   44   45   46   47   48   49   ...   64

   
146  
 
A       a 
1.
 
“Həyat – əməkdir” – N.Gəncəvi 
2.
 
N.Gəncəvi  əməyin  sosial-iqtisadi,  əxlaqi-tərbiyəvi  mənası 
haqqında 
3.
 
“Xəmsə”də müftəxorluğun, tənbəlliyin ifşası 
4.
 
N.Gəncəvi poeziyasında əmək adamlarına hörmət tərbiyəsi 
5.
 
“Xəmsə”də peşəyönümü ilə bağlı məsələlər 
Əmək  tərbiyəsi  ilə  sıx  əlaqəyə  malik  olan  iqtisadi  tərbiyə 
məsələləri haqqında da dahi şairin kifayət qədər hikmətli kəlamları 
mövcuddur.  “Məktəb  pedaqogikası”  dərsliyində  müəllif  iqtisadi 
tərbiyə  ilə  bağlı  bəzi  anlayışların  (qənaətcillik,  israfçılıq  və  s.)  şa-
girdlərə izahı zamanı “görkəmli şəxslərin fikirləri”nə istinad etməyi 
məsləhət  görür  və  hind  şairi  Əmir  Xosrov  Dəhləvinin,  N.Gəncəvi-
nin “Xosrov və Şirin” poemasına nəzirə yazdığı “Şirin və Xosrov” 
əsərindən aşağıdakı misraları nümunə göstərir: 
 
Çox israf eləsən gedər pulların, 
Borca əl atarsan tükənər varın. (120,400) 
 
Dahi  Nizaminin  təkcə  “Xosrov  və  Şirin”  poemasında  deyil, 
demək olar ki, “Xəmsə”yə daxil olan bütün əsərlərində iqtisadi tər-
biyə,  o  cümlədən,  qənaətçillik,  israfçılıq  və  s.haqqında  hikmətli 
misraları kifayət  qədərdir və  qeyd olunan məsələlərin izahı zamanı 
onlardan  istifadə  zəruri  və  daha  məqsədəuyğundur.  Məsələn,  şair 
“Yeddi  gözəl”  poemasında  başa  salır  ki,  qənaətlə  yaşayan  insanın 
həyatı sevinc-şadlıq içərisində keçər, o hörmət sahibi olar. Lakin hə-
vəsinin, arzu-istəyinin qulu olub hərislik, israfçılıq, acgözlük edən-
lərin axırı yoxsulluqdur, qəmdir, kədərdir: 
 
Hər kim qənaətlə əgər şad olar, 
O hörmətli olar, sərazad olar. 
Arzu həvəsinə əməl edənin 
Yoxsuldur axırı, olsa da zəngin. (64, 153 – 154) 
 


   
147  
 
A       a 
Qənaətçillik haqqında şairin  hikmət  dolu  aşağıdakı  beytlərin-
dən də istifadə etmək əhəmiyyətli ola bilər: 
 
Artıq darı yemə sən bu xırmandan, 
Ona qənaət et, öz halına yan. 
Kim qənaət etsə o da sənintək, 
O öz aləminin şahıdır gerçək. 
Arpa çörəyinə edib qənaət, 
Buğda çörəyinə etmərəm minnət. 
Qoy dünyada qalsın dünyalıq nemət, 
Bir parça çörəyə eylə qənaət. (4, 230 – 233) 
 
“Məktəb pedaqogikası” dərsliyində “Ayrı-ayrı fənlərin iqtisa-
di  tərbiyə  imkanları”  adlı  paraqrafda  yazılır:  “Təsərrüfatın  iqtisadi 
cəhətlərinə  toxunan  müəllim  istehsal  edilən  məhsulun  satılma 
imkanları,  satışda  əldə  edilən  pulun  xərclənməsi  məsələlərini  də 
şagirdlərin nəzərinə çatdırır. 
Bu zaman müdrik kəlamlar da kara gəlir: “Qazanmağa nə var, 
iş onu xərcləməkdədir” (120,401) Buradaca müəllimin dahi Nizami-
nin  pulu  düzgün  xərcləmək  qaydaları  haqqındakı  bu  hikmətli 
sözlərini yada salması yerinə düşər: 
 
Xərclərkən ölçüdən gəl götürmə əl, 
Nə artıq, nə əskik – ortadır gözəl. (4,230) 
 
“Məktəb  pedaqogikası”  dərsliyində  iqtisadi  tərbiyədə  düzlük 
və  halallığın  rolundan  bəhs  edərkən  müəllif  yazır:  “Haqq-hesabın 
düzlüyünə,  halallığa  aid  fikirlər  türk  xalqlarının  uzaq  keçmişindən 
süzülərək  bu  günə  qədər  gəlib  çatmışdır.  Qaraxanlı  türklərinin 
görkəmli  nümayəndələrindən  biri  olan  Əhməd  Yasəviyə  görə  “hər 
bir müsəlman yeməyini, geyməyini əməyi ilə qazanmalıdır. Müftə-
xor  olmamalıdır.”  (120,  402)  Fikrimizcə,  burada  halal  zəhmətin 
iqtisadi  əhəmiyyətindən  danışarkən,  müəllimin  N.Gəncəvinin  “Sir-
lər  xəzinəsi”  poemasındakı  “Süleyman  və  qoca  əkinçi”  hekayəsinə 


   
148  
 
A       a 
əyani  misal  kimi  müraciət  etmək  daha  səmərəli  ola  bilər.  Bu 
hekayədə dahi şair həm sadə əmək adamlarına (konkret halda qoca 
əkinçiyə) hörmət,  həm  də iqtisadi tərbiyə məsələsinə xüsusi diqqət 
yetirmişdir. Belə ki, şair burada qoca əkinçinin dili ilə insanlara çat-
dırmaq istəyir ki, əkinçilikdə yüksək məhsul sudan, torpaqdan daha 
çox  halal  zəhmətdən,  “kürəyin  tərindən”  mayaya  haramlıq  qatma-
maqdan, əkin üçün sağlam toxum seçməkdən asılıdır: 
 
Kürəyimin təridir mənim suyum, selim də, 
Bu dəmir dırnağımdı xışa əvəz belim də... 
Şeytan ilə şərikli əkməsən əyər dəni, 
Dən dolu sünbüllərin torpağa əyər dəni. 
Səpdiyin əla toxum yararlı dən olanda, 
Hər dən yırtar köynəyi sünbülə dən dolanda. 
 
“İsgəndərnamə”  poemasında  şair  əkinçilikdə  məhsuldarlığın 
yüksəldilməsinə  təsir  göstərən  digər  bir  amilə  diqqəti  cəlb  edir: 
əkinçinin  iqtisadi  həvəsləndirilməsi,  stimullaşdırma  olmasa,  o,  hə-
min işə girişməz: 
 
Taxıldan bir fayda gəlirsə ələ
Əkinçi əkinə başlar həvəslə. 
Taxılın azalsa qədri qiyməti, 
Əkinçi buraxar işi, zəhməti. (37,42) 
 
Şairin fikrinə görə, bol məhsul əldə etməyin əsas şərtləndirən 
biri də əkini vaxtında əkməkdir ki, bu da müasir aqronomluq elmi-
nin başlıca tezislərindən biridir: 
 
Qəlbə fərəh verir bu gözəl diyar
Onun bərəkətli zəmiləri var. 
Burda əkin əksən vaxtında əgər, 
Məhsulu ən azı birə min verər. (yenə orada, səh.550) 
 


   
149  
 
A       a 
Tərbiyənin başlıca sahələrindən biri olan fiziki təriyə məsələ-
lərinə  adı  çəkilən  dərslikdə  haqlı  olaraq  çox  geniş  yer  verilmişdir. 
Belə ki, burada həmin məsələyə xüsusi fəsil (XXV fəsil. Fiziki tərbi-
yənin  ümumi  məsələləri)  ayrılmış,  proqram  materialının  şərhinə 
dərsliyin  on səhifəsi  həsr olunmuşdur.  (120, 365-374)  Bununla  ya-
naşı, böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu qədər geniş 
proqram materialının şərhində müəllif, fiziki kamilliyi və sağlamlığı 
çox yüksək qiymətləndirən, fiziki keyfiyyət və bacarıqlar, gigiyenik 
bilik  və  bacarıqlar,  insanın  sağlamlığında  onların  rolu,  fiziki  tərbi-
yənin  vasitələri  və  yolları  və  s.haqqında  bugünədək  öz  dəyərini  və 
aktuallığını saxlayan müdrik fikirləri dahi sənətkar qüdrəti ilə ifadə 
edən, hər bir beyti neçə səhifəlik ümumi və mücərrəd sözlərdən da-
ha  dəyərli  olan  N.Gəncəviyə  istinad  etməmişdir.  Halbuki,  “fiziki 
tərbiyənin  ümumi  məsələləri”  nin  şərhinə  həsr  olunan  dörd  paraq-
rafın hər birində dahi şairin müvafiq kəlamlarına, müdrik fikirlərinə 
istinad etməyin imkanları geniş, zəruriliyi danılmazdır. 
Mövzu  üzrə  dərslikdə  verilmiş  proqram  materiallarının  ardı-
cıllığına  uyğun  olaraq  dahi  şairin  müvafiq  fikirlərindən  istifadəyə 
aid bir neçə konkret nümunəni nəzərdən keçirək. Mövzunun ilk pa-
raqrafı “Fiziki sağlamlığın əhəmiyyəti” adlanır. Mövzunun öyrədil-
məsinə  həsr  olunmuş  mühazirədə  müəllim  fiziki  sağlamlığın  insan 
həyatındakı rolunu şərh edərkən tələbələrin diqqətini şairin aşağıda-
kı misralarına yönəldir: 
 
Bədən xəstə olsa, belədir sonu
Sərv olsa da azar yıxacaq onu. 
Neyləyər özünə özü xəstənin? 
Xəstə olar fikri, sözü xəstənin. 
Bədən sağlam olsa, saf olar söz də, 
Süst adam süst olar bədəndə, sözdə. (4,158) 
 
Misraların  təhlilini  tələbələrə  çatdıran  müəllim  qeyd  edir  ki, 
göründüyü kimi, şair fiziki sağlamlığın insan həyatı üçün zəruri şərt 
olduğunu  anlatmaqla  bərabər,  bu  misralar  vasitəsilə  “sağlam 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə