Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə49/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   45   46   47   48   49   50   51   52   ...   64

   
157  
 
A       a 
yasında estetik tərbiyə ilə bağlı zəngin fikir və mühakimələr, hikmət 
dolu beytlər olduqca çoxdur. Nümunə üçün qeyd olunan mövzunun 
tədrisi zamanı müəllimin müraciət edə biləcəyi bəzi misallara diqqət 
yetirək. 
Proqram materialına uyğun olaraq, müəllim, “gözəlliyin mən-
bələri”ndən biri kimi “təbiətdə gözəllik” məsələlərini şərh edərkən 
dahi şairin poeziyasında təbii gözəlliklərin mahir rəssam fırçası ilə 
təsvir  edildiyini  qeyd  edir  və  fikrini  əsaslandırmaq  üçün  “Leyli  və 
Məcnun” poemasından aşağıdakı bədii parçaya diqqəti cəlb edir : 
 
Çəmənlər başına bürümüşdü şal
Lalənin yanağı olmuşdu xal-xal. 
Hələ nəzər yetir bənövşələrə, 
Zülfünü darayıb tökmüşdü yerə... 
Cül rəngli Günəşdən açıb nilufər 
Suyun qarşısında atmışdı sipər. 
Şümşad tellərinə açıb şanəni, 
Nar gülü yığırdı nara danəni. (74,113) 
 
Qeyd  olunan  bədii  parça  ilə  auditoriyada  estetik  ab-hava  ya-
radan müəllim onu da vurğulayır ki, dahi şair burada Leylinin Vətə-
ni olan Ərəbistanın qumlu səhralarını deyil, doğma yurdu Azərbay-
canın  təbii  gözəlliklərini  tərənnüm  etmişdir.  Filosof-şairin  bütün 
poemalarında  yaratdığı  əsrarəngsiz  təbiət  mənzərələrinin  təhlili 
göstərir ki, o doğma  yurdunun təbii zənginliklərinə dərindən bələd 
olmuş  və  ondan  ilham  alaraq,  təkrarolunmaz  gözəllik  lövhələri 
yaratmışdır.  Bu  lövhələrdə  biz  məhz  Azərbaycan  təbiətinin  bəzəyi 
olan  bitki  və  heyvan  lövhələrinə  rast  gəlirik.  Məsələn:  bənövşə, 
nərgiz, lalə,  yasəmən, nilufər, süsən, lilpar, qızılgül,  çinar, şümşad, 
salxım  söyüd,  turac,  qırqovul,  kəklik,  göyərçin,  bildirçin,  bülbül, 
qumru, maral, ceyran, cüyür... və s. 
Şairin mahir rəssam fırçası ilə yaratdığı belə bədii lövhələr bir 
daha  təsdiq  edir  ki,  gözəlliyin  başlıca  mənbələrindən  biri  məhz  tə-
biətdir.  Doğma  yurdumuzda  bu  mənbədən  ilham  alaraq  təbiət 


   
158  
 
A       a 
gözəlliklərini ən  yüksək bədii boyalarla tərənnüm edən şair,  yazıçı 
və  rəssamların  (N.Gəncəvi,  Ş.İ.Xətai,  M.P.Vaqif,  M.V.Vidadi,  S. 
Vurğun, H.Arif,  M.Araz, Z. Yaqub, B.Kəngərli, S.Bəhlulzadə, T.Sa-
lahov,  M.Abdullayev  və  s.)  daha  çox  olması  məhz  Azərbaycanın 
ecazkar təbii mənzərələri ilə bağlıdır. 
“Gözəlliyin  mənbələri”  paraqrafında  dərslik  müəllifi  haqlı 
olaraq,  cəmiyyətdəki,  o  cümlədən,  insandakı  gözəlliklər  haqqında 
şərhə  daha  geniş  yer  vermişdir.(120,377)  Bu  imkandan  səmərəli 
istifadəyə  çalışan  müəllim,  dahi  şairin  müvafiq  kəlamlarından  fay-
dalana  bilər.  Məsələn,  dərslikdə  müəllif  yazır:  “Müdriklərimiz  gö-
zəlliyi əsasən insanlarda, onların rəftarında görmüşlər”(yenə orada). 
Həmin  fikri  əyaniləşdirmək  və  əsaslandırmaq  məqsədilə  müəllif 
S.Ə.Şirvaniyə  istinad  etmiş,  onun  aşağıdakı  sözlərini  misal 
çəkmişdir: 
 
“Xoşbəxt ol, oğul, gülər üzlü
Milh göftarlı, şəkər sözlü. 
Olma dünyada qəmtəriri əbus, 
Ki görənlər üzün ola məyus”.(yenə orada) 
 
Göründüyü  kimi,  bu  nümunə  elə  də  uğurlu  seçilməmişdir. 
Belə  ki,  cəmi  dörd  misradan  ibarət  olan  bu  bədii  parçanın  iki 
misrası,  yəni  tən  yarısı  fars-ərəb  mənşəli  qəliz  ifadələrlə  (“milh 
göftarlı”, “qəmtəriri əbus”) ağırlaşdırılmışdır. Həm də müəllif bu-
rada  həmin  ifadələrin  izahını  verməmişdir.  Ona  görə  də  burada 
dərslik  müəllifinin  insan  gözəlliyi  haqqında  yuxarıda  qeyd  olunan 
fikrini  əsaslandırmaq  üçün  dahi  Nizaminin  ölməz  poeziyasına  isti-
nad  etməyini  daha  məqsədəuyğun  hesab  edirik.  Müəllim,  ilk  öncə 
tələbələrin diqqətinə çatdırır ki, N.Gəncəvi “kamil insan” konsepsi-
yasına  sadiq  qalaraq,  “gözəllik”  anlayışına  da  hərtərəfli  yanaşmış, 
ideal  gözəlliyə  malik  obrazlar  yaratmağa  nail  olmuşdur.  Onun 
estetik baxışları sistemində insan gözəlliyi mərkəzi yer tutur. Şairin 
yaratdığı gözəl insan obrazlarından hər biri zahiri və daxili-mənəvi 
zənginliklərinin  vəhdətilə  səciyyələnir.  Məcnun,  Leyli,  Bəhram, 


   
159  
 
A       a 
Xosrov,  Şirin,  Fərhad,  Nüşabə,  İsgəndər  və  s.obrazların  hər  biri 
təkcə zahirən gözəl deyil, onların ağlı, əxlaqı, davranışı, abır-həyası, 
ədası,  bir  sözlə,  bütöv  mənəviyyatı  gözəldir.  Məsələn,  “Sirlər 
xəzinəsi”ndə şair, könül hökmdarının gözəlliyini belə vəsf edir: 
 
Camalının günəşi qamaşdırar baxanı, 
Gözlərinin incisi naxışlayar yaxanı. 
İşvələri duzludu, dodaqları baldımı, 
Hüsnündən gözəllərdə bir gözəllik qaldımı? (4,94) 
 
“Xosrov  və  Şirin”  poemasının  qəhrəmanı  Şirin  təkcə  “aytək 
nur saçan camalı”, “ahu gözləri” ilə deyil, “naz-qəmzəsi”, “min qəl-
bə  həyəcan  salan  söhbəti”,  dərin  zəkası,  abır-həyası,  yerişi-duruşu, 
nümunəvi davranışı ilə gözəldir (bax: 57, səh.62-66). Şairin böyük 
məhəbbətlə  tərənnüm  etdiyi  Leyli  də,  Şirin  kimi  həm  “ay  kimi” 
camallı, həm saf əxlaqı və kamallı, “dünyanın həyalı dilbəri”dir: 
 
Hələ saf qalmışdı o gözəl dilbər
Kamalı olmuşdu dillərdə əzbər. 
Camalı Ay kimi, süd işıqlıydı, 
Boyu sərv kimi yaraşıqlıydı... 
Dünyanın həyalı bir dilbəriydi, 
Gənclik dastanının Ģah əsəriydi(74,78-79) 
 
Analoji  misallar  şairin  qalan  digər  poemalarında  (“Yeddi 
gözəl”, “İsgəndərnamə”) da kifayət  qədərdir.  Burada bir məsələni 
də  xüsusi  qeyd  etməyi  məqsədəuyğun  hesab  edirik.  “Kamil  insan” 
konsepsiyasına  axıradək  sadiq  qalan  və  insanı  “təbiətin  şah  əsəri” 
hesab edən dahi Nizami bəzən insan gözəlliyi ilə təbiət gözəllikləri-
ni müqayisə edir və həmin müqayisədə birinciyə daha çox üstünlük 
verir.  Bu  fikri  əsaslandırmaq  üçün,  müəllim,  tələbələrin  diqqətini 
“Leyli və Məcnun” poemasından aşağıdakı bədii parçaya yönəldir: 
 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə