Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə52/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   48   49   50   51   52   53   54   55   ...   64

   
166  
 
A       a 
mişlər: “Ahunu öldürən xeyir tapmaz” (120,393). Buradaca müəllim 
əlavə edir ki, ulularımızın müdrik fikirlərindən, inam və etiqadından 
bəhrələnən  dahi  Nizami  “Leyli  və  Məcnun”  poemasında  –  “Məc-
nunun ahuları azad etməsi” hekayəsində Məcnunun dili ilə insanları 
başa  salmağa  çalışır  ki,  ahuları  ovlamaq,  qanını  tökmək  günahdır. 
Çünki,  “onlar  həyat  üçün  yaranmışlardır”.  Bu  təbiət  gözəllərinin 
qanını tökənlər insanlıqdan uzaq – “zatı qurd” olanlardır: 
 
Ahuların başından götür tələni, 
Onları azad et, sevindir məni. 
Yazıq heyvanlara nə qəsdin vardır? 
Onlar həyat üçün yaranmışlardır... 
Necə qıyırsan ki, bir həmlədə sən 
İki-üç qan töküb nəfəs kəsəsən. 
Qurd olsa bir adam zatında əgər, 
Bu qurd o ceyranın qanını tökər. (74, 121) 
 
Dərslikdə ağacların, yaşılllıqların qorunmasına dair bəzi atalar 
sözlərinə də yer verilmişdir. Məsələn : “Bar verən ağacı kəsməzlər”, 
yaxud: “Yaşıllığı çox olan diyarın məzarları az olur”. (120, 393) Bu 
atalar  sözlərinə  müəllim,  dahi  şairin  zərb-məsələ  çevrilən  bəzi 
kəlamlarını  da  əlavə  edir.  Məsələn:  “ağacı  yıxanlar  tez  yıxılarlar” 
(57,346).  Ulularımızın  “Bar  verən  ağacı  kəsməzlər”  fikrini,  görün, 
dahi  Nizami  qüdrətli  sənətkar  qələmi  ilə  necə  gözəl  ifadə  edib”,  – 
deyən  müəllim,  auditoriyanın  diqqətini  “İsgəndərnamə”  poemasın-
dan aşağıdakı misralara cəlb edir: 
 
O meyvəli ağac olsun bəxtiyar, 
Sərin kölgəsində dincəlmək olar. 
Həm cana rahatlıq verər kölgəsi
Həm bəzər süfrəni dadlı meyvəsi. 
Dolğun bar vermişkən elə bir nihal 
Daim qalsın cavan, tapmasın zaval. 
Bar verən belə bir ağacı gerçək, 
Rəvamı baltanın ağzına vermək? (37, 97 – 98) 


   
167  
 
A       a 
 
“Hüquq tərbiyəsinin ümumi məsələləri” mövzusunun tədri-
si  zamanı  da  dahi  şairin  müdrik  kəlamlarından  istifadə  imkanları 
mövcuddur.  Prof.  N.  Kazımov  “Məktəb  pedaqogikası”  dərsliyində 
yazır: “Uşaqların hüquq tərbiyəsində dövlət qanunları və hüquq nor-
maları ilə yanaşı müdrik kəlamlardan da istifadə olunur” (120,406) 
Müdrik  kəlamların  tükənməz  xəzinəsi  olan  “Xəmsə”də  hüquq 
tərbiyəsi ilə bağlı fikirlər heç də az deyil. Nümunə üçün belə kəlam-
lardan  bir  neçəsini  müəllimlərin  diqqətinə  cəlb  etməyi  məqsə-
dəuyğun hesab edirik. 
Məlum  olduğu  kimi,  hüquq  tərbiyəsi  birinci  növbədə  hüquqi 
dövlətin qurulmasına xidmət edir. Hüquqi dövlətin təməl prinsiplə-
rindən  biri  ədalətdir.  Hüquqi  dövlət  quruculuğunda  ədalət  prinsipi-
nin rolunu şərh edərkən, müəllim, dahi şairin bu barədəki kəlamla-
rından  istifadə  etməklə  həm  qeyd  olunan  anlayışın  mahiyyətinin 
daha  dərindən  dərk  olunmasını,  həm  N.Gəncəvi  şəxsiyyətinə  hör-
mət hissinin aşılanmasını, həm də auditoriyada emosional  – estetik 
şəraitin  yaradılmasını  təmin  edə  bilər.  Belə  kəlamlardan  bir  neçə-
sinə  diqqət  yetirək.  “Sirlər  xəzinəsi”  poemasında  (“Ədalətli  və  in-
saflı  olmaq haqqında  şaha nəsihət” adlı ikinci  söhbətdə) şair başa 
salmağa çalışır ki,  hər bir hökmdar, dövlət  başçısı birinci  növbədə 
müqəddəs  olmalıdır,  çünki  müqəddəslik  özü  bir  şahlıqdır.  Müqəd-
dəslik  qazanmaq  istəyən  şah  “ədalət  sahibi”  olmalıdır.  Ölkəni 
zorakılıq,  zülmkarlıqla  deyil,  yalnız  ədalətlə,  qanunçuluğa  əməl 
etməklə abad etmək olar: 
 
Zülmkarlıq dağıdar, bərbad eylər ölkəni, 
Ədalət səadətlə abad eylər ölkəni... 
Ədalətin – müjdəçi, bu dünyada şad eylər
Ədalətin işidir, – ölkəni abad eylər. 
Məmləkətin dayağı ədalətdir hər zaman, 
Ədalətlə nəsibin səadətdir hər zaman (75, 75 – 76). 
 


   
168  
 
A       a 
Hüquqi  dövlətin  səciyyəvi  əlamətlərindən  biri  də  “Şahın  qa-
nun deyil, qanunların şah” olmasıdır. “Xosrov və Şirin” poemasında 
bu  ideyanı  təbliğ  edən  şair  belə  hesab  edir  ki,  qanunların  “şah” 
olduğu  hüquqi  dövlətdə  hər  bir  kəs  kimliyindən  asılı  olmayaraq, 
qanunlara  hörmət  etməli,  haqqı-ədaləti  tapdalamamalı,  törətdiyi 
cəzaya uyğun layiqli cəzasını almalıdır. Hətta həmin şəxs şahın oğlu 
olsa belə! Bu fikri aşılamaq məqsədilə şair, “Xosrovun şikar zamanı 
bir  kəndlinin  evinə  getməsi”  səhnəsini  yaratmış  və  burada  göstərir 
ki, cavan şahzadə (Xosrov) öz dostları ilə ova gedərkən bir kənddə 
kef  məclisinə  qurşanır,  yoxsul  bir  kəndlinin  evini  əlindən  alır,  atı 
kəndlilərin  tarlasını  viran  qoyur,  nökəri  bağdan  üzüm  oğurlayır. 
Xosrovun atası bütün bunları eşitdikdə bərk qəzəblənir, candan əziz 
balasına,  onun  nökərinə  ciddi  cəza  verir,  yoxsul  kəndlinin  bütün 
itirdiklərini özünə qaytarır. 
Qeyd  olunan  səhnənin  sonunda  şair,  şahın  (Xosrovun  ata-
sının)  həmin  ədalətli  hökmünü  təqdir  etməklə  və  müsbət  nümunə 
kimi  göstərməklə  yanaşı,  öz  zəmanəsində  belə  haqqın  -  ədalətin 
olmamasından gileylənir: 
 
Doğma bir övlada əvvəl nə sayaq
Ədalətlə cəza verilirdi bax! 
Hanı o ədalət, o insaf hanı?! 
Verə öz oğluna belə cəzanı. 
İndi yüz yoxsulun tökülsə qanı, 
Nahaq qan tökənə bir cəza hanı? (57,58) 
 
N.Gəncəvinin  təhsil,  təlim,  tərbiyə  və  şəxsiyyətin  inkişafı  ilə 
bağlı fikirlərinin rolunun daha geniş, sistemli öyrədilməsi baxımın-
dan  “Azərbaycan  məktəb  və  pedaqoji  fikir  tarixi”  kursunun  im-
kanları  daha  genişdir.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  bu  kurs  üzrə 
mövcud dərs vəsaitlərinin (122,123) heç birində dahi şairin pedaqoji 
fikir  və  ideyaları  öz  dolğun  və  sistemli  əksini  tapmamışdır.  Dahi 
şairin  zəngin  pedaqoji  irsini  dərindən  öyrətmək  üçün  qeyd  olunan 
kursun  tədrisində  ona  ayrıca  mühazirə  və  seminar  məşğələsi  həsr 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə