Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə55/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   51   52   53   54   55   56   57   58   ...   64

   
175  
 
A       a 
5. Təbiəti mühafizə və ekoloji tərbiyə məsələləri. 
5.1.  “Şairin  təliminə  görə  təbiət  vahid,  bölünməz  bir  orqa-
nizmdir.  İnsanlar  da  təbiətin  bir  hissəsidir.  Təbiətin  hər  bir  üzvü 
müəyyən  bir  vəzifə  ifadə  edir.  Təbiətin  bir  üzvünün  zədələnməsi 
onun bütün cisminə xələl gətirə bilər, bunun nəticəsində də insanlar 
çox böyük təhlükəyə düçar olar. Təbiətdə heç bir artıq üzv yoxdur, 
heyvanlar da insanlar kimi cana malikdir, onlar yalnız şüur etibarilə 
bizdən  aşağı  pillədə  dururlar.  Odur  ki,  insanlar  heyvanları  öz 
nəfslərinin əmrlərinə görə məhv etməməlidirlər”. (125, 17) 
5.2.  Təbiətin  son  əsəri,  şərəfi,  şanı  olan  insan  öz  varlığı  ilə 
dünyada “birinci” olsa da, hər bir canlı da insan qədər dəyərli “bir 
incidir”. 
5.3.  İnsan  hər  zaman  öz  ülviyyətini  qorumalı,  təbii  gözəllik-
lərdən yalnız zövq almağa çalışmalı, canlıları məhv olmaqdan xilas 
etməli, onlardan səmərəli bəhrələnməyə səy göstərməli, öz xeyirxah 
əməlləri ilə təbiəti daha da gözəlləşdirməli, onun korlanmasına yol 
verməməlidir. 
5.4. Təbiətin korlanması, bitki  və  heyvanların məhv edilməsi 
son  nəticədə  insanın  özünün  məhvinə  səbəb  ola  bilər;  “ağacı 
yıxanlar tez yıxılarlar”. 
5.5. Ölkənin təbii zənginlikləri və gözəlliklərinin qorunmasın-
da  dövlət  başçısı  və  məmurlar  öz  əməlləri,  təbiətə  qayğıkeş 
münasibətləri ilə hamıya nümunə olmalıdırlar. 
6. Əmək tərbiyəsi və iqtisadi tərbiyə ilə bağlı fikirləri. 
6.1. “İnsanı əmək yaratmışdır” tezisinin müəllifi hesab olunan 
alman  alimi  F.Engelsdən  hələ  səkkiz  yüz  il  əvvəl  “həyat  əməkdir” 
ideyasını irəli sürmüş dahi Nizaminin əmək tərbiyəsi və peşəyönü-
mü ilə bağlı fikirlərinin qısa məğzi belədir: 
- əmək fəaliyyəti insan şəxsiyyətinin formalaşmasında başlıca 
amillərindən biridir; 
-  insan  həyatının  əsasını  təşkil  edən  əmək  həm  maddi  fira-
vanlıq, həm də şan-şöhrət mənbəyidir
- insan mənəviyyatının saflığı onun halal, namuslu əməyindən 
çox asılıdır; 


   
176  
 
A       a 
-  əmək,  zəhmət  eyni  zamanda  ağıl  tərbiyəsi  və  fiziki  tərbi-
yənin başlıca amilləridən biridir; 
-  “zəhmət  tikanı”  insanı  “qanına  qəltan”  etsə  də,  o,  namuslu 
əməyindən əl  çəkməməli, kimsəyə möhtac vəziyyətinə düşməməli, 
“it  kimi”  yad  süfrəsinə  göz  dikməməli,  öz  halal  qazancı  ilə  ya-
şamalıdır; 
- insan təkcə özü üçün deyil, xalq və cəmiyyət üçün yorulma-
dan,  usanmadan  çalışmalıdır  ki,  dünya  onun  əməli  sayəsində 
“zərxara” geyinə bilsin; 
-  qəflət  yuxusunda  qalıb  müftəxorluq,  avaraçılıq,  meşşanlıq 
edən kəslər heç olmasa arılardan, qarışqalardan və digər heyvanlar-
dan zəhmətsevərliyi, çalışqanlığı öyrənsinlər; 
-  həyatda  hər  bir  peşənin  öz  gözəlliyi,  özünəməxsus  yeri  və 
dəyəri var; başlıcası, peşəni düzgün seçib onun kamil ustası olmaq-
dır:  “kamil  bir  palançı  olsa  da  insan,  yaxşıdır  yarımçıq  papaq-
çılıqdan”; 
- “insanı öldürən həkim” olmaqdansa, heç olmamaq yaxşıdır; 
- ölkədə hər kəs öz peşəsi, öz sənəti ilə məşğul olmalıdır, əks 
təqdirdə ölkədə xaos hökm sürər, fəlakət törəyər
-  ölkə  başçısı  hər  bir  sənətkarın,  hər  bir  peşə  sahibinin  əmə-
yini layiq olduğu qədər qiymətləndirməliir. 
6.2.  Dahi  şairin  iqtisadi  tərbiyə  ilə  bağlı  fikirlərinin  başlıca 
tezislərini belə ifadə etmək olar: 
- insan üçün ən faydalı keyfiyyətlərdən biri qənaətcillikdir; bu 
keyfiyyətə  malik  olmayanların  sonu,  nə  qədər  var-dövləti  olsa  da, 
yoxsulluqdur; 
- iqtisadi bolluğun, əmək məhsuldarlığının başlıca şərtlərindən 
biri  halal  zəhmətdir,  mayaya  haram  qatmamaqdır,  “şeytanla  şərikli 
dən” əkməməkdir; 
-  əkinçilikdə  yüksək  məhsul  əldə  etməyin  mühüm  amilləri:   
a) əkini vaxtında əkmək; b) əkin üçün sağlam toxum seçmək; c) ona 
qulluq üçün əlləri dəmirə çevirib kürəyin tərini axıtmaqdır; 


   
177  
 
A       a 
-  ölkə  başçısı  ölkənin  iqtisadi  tərəqqisi  üçün  məsuliyyət 
daşımalı, əhalini iqtisadi tənəzzüldən, açlıq təhlükəsindən qorumaq 
üçün qabaqlayıcı ehtiyat tədbirləri görməlidir. 
7.
 
Fiziki tərbiyə haqqında 
Şairin  fiziki  tərbiyə  ilə  bağlı  fikirləri  onun  “kamil  insan”  – 
hərtərəfli inkişaf etmiş şəxsiyyət konsepsiyasında mühüm yerlərdən 
birini tutur. Həmin fikirlər aşağıdakılardır: 
-
 
kamil  insan  əqli  zənginliyi  və  əxlaq  saflığını  özündə  ehtiva 
etməklə yanaşı, fiziki cəhətdən də möhkəm və sağlam olmalıdır; 
-
 
xəstə adamın fikri və sözü də “xəstə” olar; 
-
 
fiziki  cəhətdən  kamil  olan  insan  qorxmaz,  iradəli,  hünərli, 
cəsarətli, “şir ürəkli”, “aslan biləkli” və “zirəkdən zirək” olmalıdır; 
-
 
kişilərlə  yanaşı,  qadınlar  da  fiziki  cəhətdən  kamil,  cəsarətli 
və hünərli, “erkək tinətli” olması ilə fərqlənməlidirlər
-
 
fiziki  sağlamlığın  başlıca  amillərindən  biri  düzgün  qidalan-
maqdır;  insan  öküz  və  eşşək  kimi  çox  yeməyə  meyl  göstərməmə-
lidir: çox yeyənlər heç də çox yaşamır; ancaq həddindən az yemək 
də düzgün deyil, bu, “canın əldən getməsinə” səbəb ola bilər; qida-
lanma zamanı yeməyin tərkibinə diqqət yetirilməlidir; 
-
 
fiziki  tərbiyədə  mühüm  rol  oynayan  yuxu  rejiminə  ciddi 
əməl etmək vacibdir: insan ölümə bənzəyən yuxuya aludə olmama-
lıdır; 
-
 
orqanizmin sağlamlığına ciddi zərər yetirən amillərindən biri 
də  sərxoşluqdur;  şərab  nəinki  sağlamlığa  böyük  zərər  yetirir,  eyni 
zamanda onun ağlını başından çıxarır, key vəziyyətə salır, “aqilliyin 
üstündən qələm” çəkir; 
-
 
insanın  sağlamlığına,  fiziki  tərbiyəsinə  mənfi  təsir  göstərən 
amillərdən biri  də bədbinlik,  əsəbilik,  qəm-kədərdir; insan  ən çətin 
anlarında  belə  nikbin  olmağa,  şadlanmağa  çalışmalı,  qəmi,  kədəri 
yaxın  buraxmamalıdır,  çünki,  “qum  nəmi  çəkdiyi  kimi,  qəm  də 
qəmi  çəkir”;  xəstə  adam  özünə  ürək-dirək  verib  “sağlamam”  desə 
daha tez sağalar; 
-
 
fiziki  sağlamlığa  böyük  təsir  göstərən  təbii  amillərdən,  xü-
susilə, təmiz havadan və saf sudan səmərəli istifadə etmək vacibdir; 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə