Mövzu giRİŞ Plan: Fənnin predmeti, məqsədi və vəzifələri Ə L v a n m e t a L l a r d a n



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə1/54
tarix22.03.2024
ölçüsü5,03 Kb.
#184255
  1   2   3   4   5   6   7   8   9   ...   54
Sah-m-ssis-l-rinin-avadanl-qlar-



MÖVZU 1. 
GİRİŞ 
Plan: 
1.Fənnin predmeti, məqsədi və vəzifələri 
2 . Ə l v a n m e t a l l a r d a n
3 . Q e y r i m e t a l l a r
ƏDƏBİYYAT VƏ MATERİALLAR: 
1.Mustafayev X.S. Texnoloji-ticarət avadanlıqları. 

Elm” nəşiriyyatı, 
2002.
2.Оборудование предприятий торговли и общественного питания. 
/Под.ред. проф. В.А.Гуляева. М.: ИНФРА – М, 2002. 543 с 
3.Главацкая В.И., Киселева И.Е., Родникова Т.Н. Механическое и 
холодильное оборудование предприятий общественного питания. Изд.2-е 
переб. и доп. М.Экономика 1977 404с. 
4.Елихина В.Д., Журин А.А., Проникина Л.П. Богачев М.К. 
Оборудование предприятий общественного питания Механические 
оборудование- М: Экономика, 2000. 
 
Texnoloji avadanlıqlar təsir xarakterinə görə aparatlara və maşınlara 
bölünürlər. Aparatlarla istilik və kütlə mübadiləsi, fiziki-kimyəvi, biokimyəvi və 
başqa proseslər yerinə yetirilir. Bu proseslər nəticəsində emal edilən məhsulun 
fiziki və kimyəvi xassələri və ya onun aqreqat vəziyyəti dəyişir. Aparatın işləməsi 
üçün müxtəlif işçi mayelərin (soyuq, isti su) qazın, buxarın, tüstünün, istilik və 
soyuqluq amilinin və s. olması vacibdir. 
Maşınlarda məhsula mexaniki təsir göstərilir və bunun nəticəsində onun 
həndəsi və fiziki-mexaniki göstəriciləri dəyişilir. 
Maşın və aparatlara tələbatlar ondan ibarətdir ki, maşın və aparat yüksək 
keyfiyyətli, etibarlı, az enerji və az material sərfli olmalıdır. Avadanlığın 
uzunömürlü və fasiləsiz işləməsinin əsas şərti onun mexaniki etibarlığı və 


konstruktiv 
təkmilliyidir. 
Mexaniki 
etibarlığı 
möhkəmlik, 
davamlılıq, 
uzunömürlük, kermetiklik xarakterizə edir. 
Aparatın konstruktiv təkmilləşdirilməsini konstruksi-yanın sadəliyi, az 
metaltutumluğu, texnolojiliyi, yüksək faydalı iş əmsalı xarakterizə edir. Yeyinti 
istehsalılı öz spesifik xüsusiyyətləri ilə əlaqədar konstruksiyası və materialı ilə 
fərqlənir, avadanlığın işlənməsini və hazırlanmasını tələb edir. Maşın və 
aparatların hazırlanmasında adətən poladdan, çuqundan, əlvan metallardan və 
plastmasdan istifadə olunur. 
P o 1 a d 1 a r yüksək mexaniki möhkəmliliyi, plastikliyi ilə fərqlənməlidirlər. 
Maşın və aparatların hazırlanmasında karbonlu CTl, CT2, CT3 markalı 
poladlardan 
istifadə 
olunur. 
Kompressorların, 
nasosların, 
quruducuların, 
istilikdəyişənlərin və s. əsas hissələrinin hazırlanmasında keyfiyyətli karbonlu
aşkarlanmış polad-lardan istifadə olunur. 
Ç u q u n 1 a r dəmirin karbonla, silisiumla, marqansla, fosforla 
çoxkomponentli qarışığıdır. Çuqunlardan maşınların ayrı-ayrı hissələri və 
aparatların: nasosların və kompressorların silindirləri, dişli və sonsuz vint 
çarxlarının, borular və boru kəmərləri armaturunun hazırlanmasında istifadə 
olunur. Çuqundan olan hissələr tökmə ilə hazırlanır. Çuqunlar sıxılmağa davamlı, 
əyilməyə, uzanmağa, qəlpələnməyə davamsızdır. 
Ə l v a n m e t a l l a r d a n , əsasən aliminyum və misdən yeyinti 
maşınqayırmasında istifadə olunur. Aliminyum möhkəmliyə, aşağı sıxlığa, yaxşı 
istilik keçirmə qabiliyyətinə malikdir. 

asan ştamplanır və yastılanır. Aparatların 
hazırlanmasında A00 və AO markalı alimin-yumdan istifadə olunur. 
Mis qiymətli konstruksion materialdır. Maşın və aparatlarda M2 və M3 
markalı misdən istifadə olunur. Mis yaxşı uzanır, ştamplanır, yastılanır. İstilik 
dəyişən aparatlarda və rektifikasiya avadanlığında yanmış misdən istifadə olunur. 
Misin bürünc və latun ərintilərindən istifadə olunur. 
Q e y r i m e t a l l a r yeyinti sənayesində üzvi və qeyri-üzvi mənşəli 
materiallardan müxtəlif aparatların hazırlanmasında geniş tətbiq olunur. Qeyri-üzvi 
mənşəli materiallardan şüşədən müxtəlif aparatların (distilə və buxarlandırıcı, 


istilikdəyişən, fermentatorlarda, rektifıkasiya kolonnalarında, borukəmərlərində və 
s.) hazırlanmasında istifadə olunur. Şüşənin istifadəsi sanitar-gigiyenik tələbatlara 
cavab verir. 
Üzvi mənşəli materiallardan plastik kütlələr, polietilen, polikarbonat, 
polisulfon, poliamid, ftoroplast-4, polistirol və s. istifadə olunur. Yeyinti 
məhsulunu aparatlara vermək üçün həcmlərin hazırlanmasmda polietilendən 
istifadə olunur. 
Polikarbonat və poliamiddən bəzi avadanlıqların düyünləri və qabları 
hazırlanır. Ftoroplast-4-dən araqatları, kipləşdirici hissələr və s. hazırlanır. 
Polisulfon və polikarbonatdan membranlı (nasos) aparatların plyonkası hazırlanır. 
Polistirol qablaşdırmada istifadə olunur. 
 
 

Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə