Mövzu giRİŞ Plan: Fənnin predmeti, məqsədi və vəzifələri Ə L v a n m e t a L l a r d a n



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə2/54
tarix22.03.2024
ölçüsü5,03 Kb.
#184255
1   2   3   4   5   6   7   8   9   ...   54
Sah-m-ssis-l-rinin-avadanl-qlar-

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


MÖVZU. 2. 
 MAŞINLAR HAQQINDA ÜMUMI MƏLUMAT 
Plan : 
1. Texnoloji maşınların quruluşu 
2. Texnoloji avadanlıqların təsnifatı 
3. Texnoloji maşınların məhsuldarlığı və gücü 
 
ƏDƏBİYYAT VƏ MATERİALLAR: 
1.Mustafayev X.S. Texnoloji-ticarət avadanlıqları. 

Elm” nəşiriyyatı, 
2002.
2.Оборудование предприятий торговли и общественного питания. 
/Под.ред. проф. В.А.Гуляева. М.: ИНФРА – М, 2002. 543 с 
3.Главацкая В.И., Киселева И.Е., Родникова Т.Н. Механическое и 
холодильное оборудование предприятий общественного питания. Изд.2-е 
переб. и доп. М.Экономика 1977 404с. 
4.Елихина В.Д., Журин А.А., Проникина Л.П. Богачев М.К. 
Оборудование предприятий общественного питания Механические 
оборудование- М: Экономика, 2000. 
 
 
Texnoloji maşınların quruluşu 
Qida məhsullarının mexaniki emalında istifadə olunan texnoloji maşınları 
öyrənmək üçün ilk növbədə onların quruluşunu və hissələrinin funksional 
təyinatlarını bilmək lazımdır. 
Müasir texnoloji maşınlar bütöv bir gövdədə və çatıda quraşdırılmış 
hərəkət mənbəyindən, ötürücü və icraedici mexanizimlətrdən, həmçinin 
tənzimləmə, idarəetmə, mühafizə qurğularından ibarətdir. 
Hərəkət mənbəyi texnoloji maşınların icraedici mexanizimlkərinin işlək 
üzvlərini hərəkətə gətirmək üçün təyin edilmişdir. Qida emalı müəssisələrinin 
texniloji maşınlarında əsasən hərəkət mənbəyi kimi asinxron elektrik 
mühərriklərindən istifadə edilir. 


Ötürücü mexanizimlər hərəkət mənbəyindən icraedici mexanizmin işlək 
üzvlərinə hərəkətin verilməsi üçün təyin edilmişdir və onların kinematik sxemi 
icraedici mexanizimlərin işlək üzvlərinin hərəkətindən, həmçinin sürətindən 
asılıdır. emal müəssisələrinin texnoloji maşınlarında ötürücü mexanizimlər başlıca 
olaraq üç müxtəlif konstruktif tərtibatda hazırlanır. 
1. ötürmə qurğusu ayrıca gövdədən və yaxud çatıdan ibarətdir. Bu halda 
belə ötürmə qurğuları təyinatından asılı olaraq istənilən maşında istifadə edilə 
bilər. Buna reduktorlar, multiplikatorları, sürətlər qutusunu və s. Misal göstərmək 
olar. 
2. ötürmə qurğusu ümumi çatıda hərəkət mənbəyi ilə birləşdirilmişdir. Belə 
qurğu intiqal adlanır. 
3. ötürmə qurğusu ümumi çatıda hərəkət mənbəyi ilə idarəedici 
mexanizilmlə birləşdirilmişdir. Bu cür konstruktiv tərtibat ümumilikdə texnoloji 
maşını təşkil edir. 
Icraedici mexanizim maşının işlək üzvünü hərəkətə gətirmək üçün təyin 
edilmişdir. Mexanizmin aparılan bəndinə işlək üzvləri bərkidilir, aparılan bənd isə 
intiqal mexanizminə birləşdirilir. 
Verilmiş texnoloji proseslərə uyğun olaraq maşının işlək üzvü emal olunan 
məhsula bilavasitə təsir edir. əksər hallarda texnoloji proses maşınlarda bir neçə 
işlək üzvlərlə yerinə yetirilir. Belə maşınlar bir işlək üzvə malik olan sadə 
maşınlartdan mürəkkəbliyi ilə fərqlənirlər. 
Icraedici mexanizimlər işlək üzvlərin iş şəraiti ilə xarakterizə olurlar. Belə 
ki, fasiləsiz işləyən icraedici mexanizimlərdə bütün hərəkət tsikli müddətində işlək 
üzv bilavasitə emal olunan 
məhsulla təmasda olur; 
fasiləli 
işləyən
mexanizilmlərdə isə hərəkət tsiklin müəyyən hissəsində işlək üzv emal olunan 
məhsulla təmasda oluar, tsiklin yerdə qalan hissəsində mexanizmin işlək üzvü boş 
gediş vəziyyətini alır. 
`idaretmə mexanizimləri maşının işəsalınmasını və dayandırılmasını, 
həmçinin istismar zamanı ona nəzarət edilməsini həyata keçirir. Tənzimləmə 
mexanizmi maşının verilmiş iş rejiminə gətirilməsinə xidmət edir, mühafizə 
mexanizmi isə maşının düzgün işə qoşulmamasının aradan qaldırlmasınada istifadə 
edilir. 



Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə