Mövzu giRİŞ Plan: Fənnin predmeti, məqsədi və vəzifələri Ə L v a n m e t a L l a r d a n


 Texnoloji avadanlıqların təsnifatı



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə3/54
tarix22.03.2024
ölçüsü5,03 Kb.
#184255
1   2   3   4   5   6   7   8   9   ...   54
Sah-m-ssis-l-rinin-avadanl-qlar-

2. Texnoloji avadanlıqların təsnifatı 
Qida istehsalının hər bir sahəsində, o cümlədən iaşə müəssisələrində tətbiq 
olunan texnoloji avadanlıqlar olduqdaca müxtəlifdir. Bu avadanlılqıları eyni olan 
bir sıra əlamətlərinə görə aşağıdakı kimi təsnifləşdimək olar; emal olunan məhsula 
təsirin xarakteri; işçi tsiklin quruluşu; avtomatlaşdırma dərəcəsi; funksional 
təyinatı. Məhsula təsirin xarakterinə görə bütün texnoloji avadanlıqları iki qrupa 
bölmək olar : maşın və aparatlar. 
Maşınlarda məhsul mexaniki təsirə məruz qalır. Bu zaman məhsul özünün 
əvvəlki formasını, ölçülərini, bircinsliliyini, özlülüyünü və sair kimi oxşar 
parametirlərini dəyişir. Aparatlarda isə məhsul istilik , kimyəvi, elektrik və sair 
təsirlərin nəticəsində fiziki-kimyəvi, bioloji xassələri, həmçinin onun aqreqat 
tərkibi dəyişir. 
Maşınlar işçi tsiklin quruluşuna görə iki əsas qrupa ayrılırlar: 
a) fasiləli işləyən maşınlar; 
b) fasiləsiz işləyənb maşınlar. 
Fasiləli işləyən maşınlarda emal olunacaq məhsul müəyyən edilmiş müddət 
ərzində təsirə məruz qalır və həmin müddət başa çatdıqda hazır məhsul maşından 
xaric edilir. Bundan sonra texnoloji proses yenidən dövrü olaraq təkrar edilir. Belə 
maşınlarda işlək üzvlərin iş rejimi tsikli ərzində fasiləsizx olaraq dəyişir və bu qrup 
maşınlar I sinifə aid edilir. Emal müəssisələrində I sinifə daxil olan maşınlara 
kartoftəmizləyən, xəmiryoğuran, çalma və s. Maşinları misal göstərmək olar. 
Fasiləsiz işləyən maşınlar öz npvbəsində II,III, IV siniflərinə ayırmaq la, 
emal olunan məhsulun həmin sinif maşınlarına verilməsi və hazır məhsulun 
boşaldılması eyni vaxtda baş verir. Bu maşınların işlək üzvləri sabit iş şəraitindı 
işləyir. 
Avtomatlaşdırma dərəcəsinə gö rə texnoloji maşınlar üç qrupa bölünürlər: 
a) avtomatlaşdırılmamış maşınlar; 
b) yarımavtomatlaşdırılmış maşınlar; 
c) avtomatlaşdırılmış maşınlar. 
Avtomatlaşdırılmamaış maşınlarda məhsulun işlək kameraya verilməsi, 
emal olunmuş məhsulun maşından xaric edilmsi, məhsulun hazırlanma 


keyfiyyətinə nəzarət və bir neçə texnoloji əməliyyatlar maşına qulluq edən heyət 
tərəfindən həyata keçirilir. 
Yarımavtomatlaşdırılmış maşınlarda əsas texnoloji proseslər maşınla 
görüldüyü halda , əl ilə yalnız köməkçiəməliyyatlar yerinə yetirilir. 
Avtomatlaçşdırılmış texnoloji maşınlarda istər əsas, istərsə də köməkçi 
əməliyyatlar maşınla həyata keçirilir. 
Funksional təyinatından asılı olaraq texnoloji avadanlıqları aşağıdakı 
qruplara bölmək olar: 
1. yuma avadanlıqları –yeməkxana və mətbəx qabların, tərəvəzlərin 
yuyulmasaı üçün maşınlar. 
II çeşidləmə -kalibirləmə avadanlıqları –dənəvər məhsulların ələnməsi, 
kalibrlənməsi və çeşidlənməsi üçün maşınblar. 
III. 
təmizləmə 
avadanlıqları-müyvəköklülərin 
qabığının, 
balığın 
pulcuqlarının təmizlənməsi üçün maşınlar. 
IV. xırdalama –kəsmə avadanlıqları -yeyinti məhsullarının üyüdülməsi, 
parçalanması, doğranılması üçün maşınlar. 
V. yoğurma- qarışdırma avadanlıqları – xəmirin yoğurulması, qiymənin 
qarışdırılması, qənnadı qarışığının salınması üçün maşınlar. 
VI. dozalaşdırma –formalaşdırma avadanlıqları – məhsulun kütləsinə görə 
paylara bölünməsi və ona müəyyən forma verilməsi üçün maşınlar. 

Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə