Mövzu giRİŞ Plan: Fənnin predmeti, məqsədi və vəzifələri Ə L v a n m e t a L l a r d a n


 Xüsusi təyinatlı universal mətbəx maşınları



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə9/54
tarix22.03.2024
ölçüsü5,03 Kb.
#184255
1   ...   5   6   7   8   9   10   11   12   ...   54
Sah-m-ssis-l-rinin-avadanl-qlar-

3. Xüsusi təyinatlı universal mətbəx maşınları 
Xüsusi təyinatlı universal mətbəx maşınları adətən iri tipli müəssisələrin 
tədarük süxlərində quraşdırılır.
PM-1,1 tipli universaal mətbəx maşını
. Maşın P
1
-1,1 intiqalından və 
texnoloji təyinatına uyğun olaraq aşağıda göstərilən dəyişdirilən mexanizimlər 
kompleksindən ibarətdir: MC2-15- tipli ət mexanizmi -ət və balığın xırdalanması 
üçün; MC2-150 tipli farşqarışdıran –müxtəlif qiymələrin qarışdırılması üçün; 
MC12-15 tipli üyütmə mexanizmi- müxtəlif ədviyyatların, suxarının üyüdülüməsi 
üçün; MC19-1400 tipli ətyumşaldan mexanizim-isti emaldan əvvəl ət tikələrinin 
yumaşldılması üçün. 
PX-0,6-tipli universal mətbəx maşını. 
Maşın iaşə müəssisələrinin soyuq 
sexlərdndə məhsulların ilk emal proseslərinin mexanikləşdirilməsi üçün təyin 
edilmişdir. P
1
-0,6 intiqalından və dəyişdirilən icraedici mexanizimlər 
kompleksindən ibarətdir: MC3-40 tipli icraedici mexanizim- şirə çəkmək üçün
MC25-200- salatların və vineqretlərin tərkibinə daxil olan ərzqaların qarışdırılması 
üçün; MC27-40- təzə tərəvəzi doğramaq üçün; MC18-160- suda bişmiuş tərəvəzi 
doğramaq üçün; MC4-20 ərzağın çalınması və qarışdırılması üçün. 
4. 
Universal mətbəx maşınlarının istisamar qaydaları 
Işə başlamazdan əvvəl intiqalın texniki vəziyyəti yoxlanılır, onun işçi stola 
möhkəm bağlandığına əmin olduqdan sonra elektrik işəsalma qurğusunu və 
yerləbirləşməni yoxlayırlar. əgər intiqal arabacıq üzərində yerləşdirilmişdirsə, onda 
arabacığın çarxlarındakı tormoz qaykalarını oxun göstərdiyi istiqamətdə bururlar. 
Texnoloji təyinatdan asılı olaraq dəyişdirilən mexanizmin işçi valının 
kvadrat en kəsikli ucu intiqal reduktorunun çıxış valının kvadrat yuvasına 
düşməlidir. 
Dəyişdirilən mexanizmin quyruğunu intiqala iki vint sıxac dəstəyinin 
köməyi ilə burmaqla bərkidirlər, bunun üçün dəstəyi intiqala tərəf çevirirlər. 
Dəyişdirilən mexanizmin intiqala etibarlı bərkidilməsinə əmin deyilsinizsə
elektrik mühərrikini qoşmaq olmaz. 
Elektrik mühərrikni quşduqdan sonra dəyişdirilən mexanizmin yükləmə 
qabına məhsul tökülür. 


Iş qurtardıqdan sonra elektrik mühərrikini dayandırır, intiqaldan
dəyişdirilən mexanizmi çıxarır, sökür, təmizləyir, yuyur, qurudur, yağlayır və 
yeniudən yığırlar. Elektrik mühərriki tam dayanan kimi dəyişdirilən mexanizmi 
çıxartmaq qadağandır. 
Altı ayda bir dəfə intiqalın reduktorundakı yağı dəyişdirmək lazımdır. 
Bunun üçün reduktorun aşağı hissəsindəki deşiyin tıxacını burub çıxarır, işlənmiş 
yağı axıdır, sonra aşağıdakı tıxac burub taxılır, üstündəkini isə burub açırlar, 
reduktora 1,5 l ə qədər kerosin tökülür, elektrik mühərrikini 5-10 dəqiqliyə qoşur, 
sonra isə kerosini aşağı deşikdən axıdırlar. Reduktoru yuduqdan sonra orta tıxacı 
burub açır, reduktoru orta (nəzarət) deşiyinə kimi yağla doldururlar. Bundan əlavə, 
arabacıq çarxlarının tormoz qaykalarını vaxtaşırı yağlamaq lazımdır. 

Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə