3.Главацкая В.И., Киселева И.Е., Родникова Т.Н. Механическое и
холодильное оборудование предприятий общественного питания. Изд.2-е
переб. и доп. М.Экономика 1977 404с.
4.Елихина В.Д., Журин А.А., Проникина Л.П. Богачев М.К.
Оборудование предприятий общественного
питания Механические
оборудование- М: Экономика, 2000.
1. Dənəvər qida məhsulları üçün çeşidləmə-kalibləşdirmə
avadanlıqlarının təyinatı və tətbiq sahələri
Emal müəssisələrinə daxil olan dənəvər yeyinti məhsullarının texnoloji
tələblərindən asılı olaraq müxtəlif fraksiyalara (siniflərə) ayrılması əsas
mexaniki
proseslərdən biridir. Dənəvər məhsulların keyfiyyətinə görə müxtəlif siniflərə
ayrılması- çeşidləmə, forma
və ölçüsünə görə- kalibrləmə, kənar qarışıqlardan
ayırılması prosesi -ələmə adlanır.
Ümumiyyətlə, kalbrləmə və çeşidləmə maşınlarının texnoloji təyinatı eyni
olub dənəvər yeyinti məhsullarının müxtəlif siniflərə ayrılması prosesidir. Bu
maşınların işçi üzvləri müxtəlif konstruksiyaya malik olan ələklərdən ibarət
olmaqla çörək və konserv zavodlarında, qənndaı və makaron fabriklərində və s.
Qida istehsalı müəssisələrində geniş tətbiq edilir.
Şəkil 3.1. Ələyici qurğuların sxemi.
a-barabanın ələmə qurğusu; b-müstəvi ələkli ələmə qurğusu
Proses nəticəsində ilk məhsul işçi üzvlərin (ələklər)
təsiri ilə iki hissəyə
ayrılır. Məhsulun bir hissəsi ələyin deşiklərindən düşürsə- keçən hissə, ələkdə
qalan hissə-ayrılma adlanır.
Qeyd edək ki, yeyinti müəssisələrində ələmə
prosesindən geniş istifadə
edildiyindən vəsaitdə ələyici maşınların öyrənilməsinə daha çox diqqət yetirilir.
Dənəvər məhsulların ələnməsi üçün ilk növbədə məhsulun ələk sthi üzrə
hərəkəti vacibdir. Bunun üçün əsas şərtlərdən biri ələklərin hərəkətə gətirilməsidir.
ələklərin quruluşundan asılı olaraq ələyici maşınlar
müstəvi və slindrik
ələkli maşınlara bölünürlər. Şəkil 3.1. də ələyici maşınların əsas tiplərinin
prinsipial sxemi verilmişdir.
Müstəvi ələkli maşınlarda dənəvər məhsulların kütləsini
hərəkətə gətirmək
üçün ələklər irəli və geri, dairəvi-irəli və yırğalanma (rəqsi) hərəkəti edirlər. Ikinci
qrup maşınlarda isə əlkələr öz oxu ətrafında fırlanma hərəkəti edir.
Dostları ilə paylaş: