Mövzu giRİŞ Plan: Fənnin predmeti, məqsədi və vəzifələri Ə L v a n m e t a L l a r d a n


 Ələyi fırlanam hərəkəti edən ələyici maşınlar



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə11/54
tarix22.03.2024
ölçüsü5,03 Kb.
#184255
1   ...   7   8   9   10   11   12   13   14   ...   54
Sah-m-ssis-l-rinin-avadanl-qlar-

2. Ələyi fırlanam hərəkəti edən ələyici maşınlar. 
Qida müəssisələrinin müxtəlif sexlərində MPM-800, MP-11-1, MC24-300 
tipli ələyici maşınlarda geniş istifadə edilir. 
MPM-800 tipli ələyici.
Maşın (şəkil 3.2a,b) iaşə və çörəkbişirmə 
müəssisələrində undan kənar qarışıqları azad edir. Bu zaman, un ələnərkən boşalır, 


havanın oksigeni ilə zənginləşir. Belə unun xəmiri yaxşı gəlir, hazır məmulat isə 
dadlı və yumşaq olur. 
Maşın əsasən ümumi çatıda quraşdırılmış intiqal qurğusundan, ələyici və 
qidalandırıcı bunkerlərdən ibarətdir. Maşının ötürmə qurğusu içi boş qutu 
formasında hazırlanmış çatının 1 daxilində yerləşir. Çatının üst tərəfində isə 
elektrik mühərriki 2 quraşdırılmışdır. Elektrik mühərrikinin valına bərkidilmiş 
aparan qasnaq pazvari qayış ötürməsi vasitəsilə fırlanma hərəkətini qidalandırıcı 
şnekə 3 verilir. Digər tərəfdən unun şnekə verilməsi üçün fırlanma hərəkəti pazvari 
qayışla kürəklərə ötürülür.
Şəkil 3.2 
MPM-800 tipli ələyici. A-ümumi görünüşü; b-kinematik sxem 
Unun ələmə bunkerinə verilməsi elektrik mühərriki ilə yanaşı yerləşmiş və 
maşının çatısına bərkidilmiş boru 4 içərsində fırlanma hərəkəti edən qidalandırıcı 
şneklə həyata keçirilir. Ələmə bunkeri işçi kameradan5, fırlanan slindrik ələkdən 6 
və yumşaldıcı bıçaqları olan xaçvari 7 hissədən ibarətdir. Kamera üst hissəsindən 
qapaqla kip örtülür və metal qarışıqlarını tutub saxlamaq üçün kameranın alt 
hissəsində maqnit quraşdırılmışdır. 
Yükləmə bunkeri 8 maşının çatısına işçi boru ilə yanaşı quraşdırılmışdır. 
Bunkerin dibində işçi kürəkciklər yerləşdirilmişdir. Kürəkciklərin üzərində içşi 
orqana kənar predmetlərin düşməməsinin qarşısını almaq məqsədi ilə qoruyucu tor 
9 qoyulmuşdur. 


Şəkil 3.3. MPP-II-11 tipli ələyici. 
Elektrik mühərrikini dövrəyə qoşduqda fırlanma hərəkəti qidalandırıcı 
şnekə, slindrik ələyə və bunkerin kürəkciklərinə verilir. Kürəkcikləri fırlanaraq unu 
borunun pəncərəsinə doğru istiqamətləndirir və buradan qidalandırıcı şneklə 
fırlanan ələyin daxilinə verilir. ələyin yüksək sürətlə fırlanması sayəsində 
kameranın daxilində burulğanlı hava axını əmələ gəlir ki, bu da un hissələrinin 
fırlanma hərəkəti etməsinə səbəb olur. bununla yanaşı əmələ gəlmiş 
mərkəzdənqaçma qüvvəsinin təsiri ilə un fırlanan ələk səthinə doğru hərəkət 
edəcəkdir. Bu zaman ələyin deşiklərinin ölçüsündən kiçik olan məhsul hissəcikləri 
həmin deşiklərədn keçərək kameranın tərlənməz sthinə dəyərək boşaltam qabına 
töküləcəkdir. 
ələnmiş un hissələri metal qatışıqlarla birlikdə kameranın daxilində 
müəyyən qədər yığıldıqdan sonra, elektrik mühərrikini saxlamaqla dövrü olaraq əl 
ilə boşaldılır. 

Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə