1. Maşınlar haqqında



Yüklə 10,1 Kb.
tarix30.12.2023
ölçüsü10,1 Kb.
#166264
bilet 1


1.Maşınlar haqqında
Qida məhsullarının mexaniki emalında istifadə olunan texnoloji maşınları öyrənmək üçün ilk növbədə onların quruluşunu və hissələrinin funksional təyinatlarını bilmək lazımdır. Müasir texnoloji maşınlar bütöv bir gövdədə və çatıda quraşdırılmış hərəkət mənbəyindən, ötürücü və icraedici mexanizimlətrdən, həmçinin tənzimləmə, idarəetmə, mühafizə qurğularından ibarətdir. Hərəkət mənbəyi texnoloji maşınların icraedici mexanizimlkərinin işlək üzvlərini hərəkətə gətirmək üçün təyin edilmişdir. Qida emalı müəssisələrinin texniloji maşınlarında əsasən hərəkət mənbəyi kimi asinxron elektrik mühərriklərindən istifadə edilir. emal müəssisələrinin texnoloji maşınlarında ötürücü mexanizimlər başlıca olaraq üç müxtəlif konstruktif tərtibatda hazırlanır. 1. ötürmə qurğusu ayrıca gövdədən və yaxud çatıdan ibarətdir. 2. ötürmə qurğusu ümumi çatıda hərəkət mənbəyi ilə birləşdirilmişdir. Belə qurğu intiqal adlanır. 3. ötürmə qurğusu ümumi çatıda hərəkət mənbəyi ilə idarəedici mexanizilmlə birləşdirilmişdir.
2.MC19-1400 tipli ətyumşaldan
Ətyumşaldan MC 19-1400) universal mətbəx maşınlarının icraedici mexanizimlər komplektinə daxildir. əsasən gövdədən, karetadan ,örtüklü yükləmə qııfından, ötürücü mexanizimlərdən. Tənzimləyici daraqlardan ibarətdir. İşə başlamazdan əvvəl bıçaqlar arasında kənar əşyaların olmasına və təmizləmə daraqlarının karetanın yarıqlarında yerləşməsinə əmin olduqdan sonra yığılmış karetanı maşının gövdəsinə bərkidir, qapağı öz yüinə qoyurlar. Maşının yükünü boşaldan pəncərənin altına içərsində ət olan tava qoyulur. Maşının elktrik mühərrikini işə saldıqdan sonra ət tikəsini qəbul pəncərəsinı salrlar və o burada bir-birinə əks istiqamətdə fırlanan valların arasına düşür. Iş vaxtı barmağı qəbl pəncərəsinə və ya yükü boşaldan deşiyə salmaq olmaz. Bir qayda olaraq , kəsilmiş ət parçasını yumşaltmaq üçün onu maşından təkrarən eninə istiqamətdə keçirirlər. Qapaq götürülərkən maşını işlətmək qəti qadağandı.
3.Bişmiş qida məhsullarını xırdalayan maşınlar
Bişmiş məhsulların xırdalanması üçün tətbiq olunan maşınlar məhsula təsir üsulundan asılı olaraq üç qrupa bölünürlər. Birinci qrupa daxil olan maşınlarda məhsul sürüşmə ilə birgə yüksək tezlikli rəqslərin hesabına xırdalanır; ikinci qrup maşınlarda isə məhsul ələyin tiyəsi ilə kəsili və onun deşiklərindən keçərək əzilir; üçüncü qrup maşınlarda məhsul sürətli fırlanan kürəklərlə əzilir və qarışdırılır. Birinci qrup maşınlar bişmiş məhsulların nazik xırdalanması üçün təyin edilmişdir. Alınmış məhsul əsasən uşaq və pəhriz iaşəsində istifadə edilir. Ikinci qrup maşınlar bişmiş müxtəlif yeyinti məhsullarından püre hazırlanmasında tətbiq edilir. Üçüncü qrup maşınlar isə bilavasitə qazanlarda kartof püresinin hazırlanması üçün istifadə edilir. MUBP tipli maşın. Maşın bişmiş ət, balıq , tərəvəz , yarma vəs. məhsulların nazik xırdalanması üçün təyin edilmişdir. Bu zaman xırdalanmadan sonra alınmış hissəciyin əsas kütlədə ölçüsü 0,5mm dən az olmalıdır.
4.Bişirmə aparatlarının istismar qaydalari işə başlamazdan əvvəl aparatın texniki sanitariya vəziyyətini yoxlamaq lazımdı. Aparat o zaman texniki cəhətcəsaz hesab edilir ki buxar Su köynəyi lazımı qədər qaynamış su ilə doldurulmuş olsun. Bunu səviyyə kranı ilə yoxlamaq olar. Aparatı elektirik şəbəkəsinə qoşduqdan sonra doldurucu kran müvəqqəti açılır. Kran ordan buxar çıxana kimi açıq qalır sonra onu bağlayırlar. Aparatlarda məhsul 2 rejimin birində bişirilir. Rejimə idarə stansiyalarındaki siqnal lampaları nəzarət edir. Əgər iş zamanı aparatın qapağı açılmalıdırsa əvvəlcə dayan düyməsini basıllar sonra 5-10 dq keçir qapağı açılar. Hazır məhsul Apartdan boşaldılır aparatı isti su ilə yuyulur qapağı kip bağlayırlar. Aparatı işlədərkən təhlükəsizlik texnikası qaydalarına riayət etmək lazımdır. Manometri işləməyən aparatı işlətmək olmaz. Əgər aparatın ilkin qızması həddindən çox vaxt aparırsa yəni 80-90 dq çox bu aparatı işlətmək qadağandır.
5.MPП-П-1 TİPLİ ət yumuşaldan
Ət yumuşaldan p-2-1 tipli intiqaldan hərəkətə gətirilir və konstruktiv baxımdan MC 19-1400 maşnina oxsuyur. MPП-П-1 tipli qurgunun əsəas fərqlii cəhəti frez dişlərinin vint xəttləri üzrə yerləşməsindən ibarətdir. Frez dişlərinin bele yerləşməsi məhsulun daha keyfiyyətli emal olunmasına səbəb olur.
Yüklə 10,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə