175
A a
5. Təbiəti mühafizə və ekoloji tərbiyə məsələləri.
5.1. “Şairin təliminə görə təbiət vahid, bölünməz bir orqa-
nizmdir. İnsanlar da təbiətin bir hissəsidir. Təbiətin hər bir üzvü
müəyyən bir vəzifə ifadə edir. Təbiətin bir üzvünün zədələnməsi
onun bütün cisminə xələl gətirə bilər, bunun nəticəsində də insanlar
çox böyük təhlükəyə düçar olar. Təbiətdə heç bir artıq üzv yoxdur,
heyvanlar da insanlar kimi cana malikdir, onlar yalnız şüur etibarilə
bizdən aşağı pillədə dururlar. Odur ki, insanlar heyvanları öz
nəfslərinin əmrlərinə görə məhv etməməlidirlər”. (125, 17)
5.2. Təbiətin son əsəri, şərəfi, şanı olan insan öz varlığı ilə
dünyada “birinci” olsa da, hər bir canlı da insan qədər dəyərli “bir
incidir”.
5.3. İnsan hər zaman öz ülviyyətini qorumalı, təbii gözəllik-
lərdən yalnız zövq almağa çalışmalı, canlıları məhv olmaqdan xilas
etməli, onlardan səmərəli bəhrələnməyə səy göstərməli, öz xeyirxah
əməlləri ilə təbiəti daha da gözəlləşdirməli, onun korlanmasına yol
verməməlidir.
5.4. Təbiətin korlanması, bitki və heyvanların məhv edilməsi
son nəticədə insanın özünün məhvinə səbəb ola bilər; “ağacı
yıxanlar tez yıxılarlar”.
5.5. Ölkənin təbii zənginlikləri və gözəlliklərinin qorunmasın-
da dövlət başçısı və məmurlar öz əməlləri, təbiətə qayğıkeş
münasibətləri ilə hamıya nümunə olmalıdırlar.
6. Əmək tərbiyəsi və iqtisadi tərbiyə ilə bağlı fikirləri.
6.1. “İnsanı əmək yaratmışdır” tezisinin müəllifi hesab olunan
alman alimi F.Engelsdən hələ səkkiz yüz il əvvəl “həyat əməkdir”
ideyasını irəli sürmüş dahi Nizaminin əmək tərbiyəsi və peşəyönü-
mü ilə bağlı fikirlərinin qısa məğzi belədir:
- əmək fəaliyyəti insan şəxsiyyətinin formalaşmasında başlıca
amillərindən biridir;
- insan həyatının əsasını təşkil edən əmək həm maddi fira-
vanlıq, həm də şan-şöhrət mənbəyidir;
- insan mənəviyyatının saflığı onun halal, namuslu əməyindən
çox asılıdır;
176
A a
- əmək, zəhmət eyni zamanda ağıl tərbiyəsi və fiziki tərbi-
yənin başlıca amilləridən biridir;
- “zəhmət tikanı” insanı “qanına qəltan” etsə də, o, namuslu
əməyindən əl çəkməməli, kimsəyə möhtac vəziyyətinə düşməməli,
“it kimi” yad süfrəsinə göz dikməməli, öz halal qazancı ilə ya-
şamalıdır;
- insan təkcə özü üçün deyil, xalq və cəmiyyət üçün yorulma-
dan, usanmadan çalışmalıdır ki, dünya onun əməli sayəsində
“zərxara” geyinə bilsin;
- qəflət yuxusunda qalıb müftəxorluq, avaraçılıq, meşşanlıq
edən kəslər heç olmasa arılardan, qarışqalardan və digər heyvanlar-
dan zəhmətsevərliyi, çalışqanlığı öyrənsinlər;
- həyatda hər bir peşənin öz gözəlliyi, özünəməxsus yeri və
dəyəri var; başlıcası, peşəni düzgün seçib onun kamil ustası olmaq-
dır: “kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaq-
çılıqdan”;
- “insanı öldürən həkim” olmaqdansa, heç olmamaq yaxşıdır;
- ölkədə hər kəs öz peşəsi, öz sənəti ilə məşğul olmalıdır, əks
təqdirdə ölkədə xaos hökm sürər, fəlakət törəyər;
- ölkə başçısı hər bir sənətkarın, hər bir peşə sahibinin əmə-
yini layiq olduğu qədər qiymətləndirməliir.
6.2. Dahi şairin iqtisadi tərbiyə ilə bağlı fikirlərinin başlıca
tezislərini belə ifadə etmək olar:
- insan üçün ən faydalı keyfiyyətlərdən biri qənaətcillikdir; bu
keyfiyyətə malik olmayanların sonu, nə qədər var-dövləti olsa da,
yoxsulluqdur;
- iqtisadi bolluğun, əmək məhsuldarlığının başlıca şərtlərindən
biri halal zəhmətdir, mayaya haram qatmamaqdır, “şeytanla şərikli
dən” əkməməkdir;
- əkinçilikdə yüksək məhsul əldə etməyin mühüm amilləri:
a) əkini vaxtında əkmək; b) əkin üçün sağlam toxum seçmək; c) ona
qulluq üçün əlləri dəmirə çevirib kürəyin tərini axıtmaqdır;
177
A a
- ölkə başçısı ölkənin iqtisadi tərəqqisi üçün məsuliyyət
daşımalı, əhalini iqtisadi tənəzzüldən, açlıq təhlükəsindən qorumaq
üçün qabaqlayıcı ehtiyat tədbirləri görməlidir.
7.
Fiziki tərbiyə haqqında
Şairin fiziki tərbiyə ilə bağlı fikirləri onun “kamil insan” –
hərtərəfli inkişaf etmiş şəxsiyyət konsepsiyasında mühüm yerlərdən
birini tutur. Həmin fikirlər aşağıdakılardır:
-
kamil insan əqli zənginliyi və əxlaq saflığını özündə ehtiva
etməklə yanaşı, fiziki cəhətdən də möhkəm və sağlam olmalıdır;
-
xəstə adamın fikri və sözü də “xəstə” olar;
-
fiziki cəhətdən kamil olan insan qorxmaz, iradəli, hünərli,
cəsarətli, “şir ürəkli”, “aslan biləkli” və “zirəkdən zirək” olmalıdır;
-
kişilərlə yanaşı, qadınlar da fiziki cəhətdən kamil, cəsarətli
və hünərli, “erkək tinətli” olması ilə fərqlənməlidirlər;
-
fiziki sağlamlığın başlıca amillərindən biri düzgün qidalan-
maqdır; insan öküz və eşşək kimi çox yeməyə meyl göstərməmə-
lidir: çox yeyənlər heç də çox yaşamır; ancaq həddindən az yemək
də düzgün deyil, bu, “canın əldən getməsinə” səbəb ola bilər; qida-
lanma zamanı yeməyin tərkibinə diqqət yetirilməlidir;
-
fiziki tərbiyədə mühüm rol oynayan yuxu rejiminə ciddi
əməl etmək vacibdir: insan ölümə bənzəyən yuxuya aludə olmama-
lıdır;
-
orqanizmin sağlamlığına ciddi zərər yetirən amillərindən biri
də sərxoşluqdur; şərab nəinki sağlamlığa böyük zərər yetirir, eyni
zamanda onun ağlını başından çıxarır, key vəziyyətə salır, “aqilliyin
üstündən qələm” çəkir;
-
insanın sağlamlığına, fiziki tərbiyəsinə mənfi təsir göstərən
amillərdən biri də bədbinlik, əsəbilik, qəm-kədərdir; insan ən çətin
anlarında belə nikbin olmağa, şadlanmağa çalışmalı, qəmi, kədəri
yaxın buraxmamalıdır, çünki, “qum nəmi çəkdiyi kimi, qəm də
qəmi çəkir”; xəstə adam özünə ürək-dirək verib “sağlamam” desə
daha tez sağalar;
-
fiziki sağlamlığa böyük təsir göstərən təbii amillərdən, xü-
susilə, təmiz havadan və saf sudan səmərəli istifadə etmək vacibdir;
Dostları ilə paylaş: |