169
A a
etməyi zəruri sayırıq. Müəllimlərə kömək məqsədilə və mövcud
dərs materialının azlığını nəzərə alaraq, həmin mühazirənin plan və
ədəbiyyatını, qısa məzmununu burada qeyd etməyi məqsədəuyğun
hesab edirik.
Mövzu: “Nizami Gəncəvi təhsil, təlim və tərbiyə haqqında”
Plan:
1.
Təhsil, təlim və tərbiyənin ümumi məsələləri. Şəxsiyyətin
inkişafına təsir edən amillər.
2.
Dünyagörüşü və ağıl tərbiyəsi
3.
Əxlaq və əxlaq tərbiyəsi məsələləri
4.
Estetik tərbiyə ilə bağlı fikirlər
5.
Təbiəti mühafizə və ekoloji tərbiyə məsələləri
6.
Əmək tərbiyəsi və iqtisadi tərbiyə ilə bağlı fikirlər
7.
Fiziki tərbiyə haqqında
8.
Hüquq tərbiyəsinə aid fikirlər
Ədəbiyyat:
1.
Əhmədov H. Azərbaycan məktəb və pedaqoji fikir tarixi,
Dərs vəsaiti, Bakı, 2001, səh. 55 – 60
2.
Talıbov Y.R., Sadıqov F.B., Quliyev S.M. Azərbaycanda
məktəb və pedaqoji fikir tarixi, Tədris vəsaiti, Bakı, 2000, səh. 51 –
101
3.
Apoyev B. Nizami Gəncəvinin pedaqoji görüşləri. Monoq-
rafiya. Bakı, 2008, səh. 8 – 186
4.
Abdullayev H.B., Vəliyev L.M. Nizami Gəncəvinin elm
dünyası, Bakı, 1991
5.
Əhmədov Ə. Nizami – elmşünas, Bakı, 1992
6.
Əliyev R.Nizami Gəncəvi, Bakı, 1991
7.
Əliyev R.Nizami dövrü, şəxsiyyəti və təlimi // Nizami
Gəncəvi, Bakı, 1993, № 1, səh. 7- 17
8.
Əlizadə M. Nizami insanların mənəvi keyfiyyətləri haqqın-
da // Nizami Gəncəvi – 850, Bakı, BDU, 1992, səh.67 – 103
170
A a
9.
Xəlilov N. Azərbaycanda məktəb və pedaqoji fikir tarixin-
dən, Gəncə, 1998, səh. 18-21
10.
Quliyev S.M. Nizami Gəncəvi yaradıcılığında əxlaq məsə-
lələri, Bakı, ADPU, 1994
11.
Mikayılov Ş.A. Nizami Gəncəvinin pedaqoji görüşlərinə
dair // “Azərbaycan məktəbi”, 1984, № 9, səh.47 – 52
12.
Muradxanov M. Nizami Gəncəvinin əxlaq haqqında
fikirləri // “Azərbaycan məktəbi”, 1947, № 4, səh. 22 – 29
13.
Onullahi S. Nizami Gəncəvinin “Xəmsə”sində təlim –
tərbiyə məsələləri” // “Azərbaycan məktəbi”, 1991, № 8, səh. 1 – 3
14.
Seyidov Ə. Pedaqogika tarixi, Bakı, 1968, səh. 131 – 138
15.
Talıbov Y.R., Ağayev Ə.A., İsayev İ.N., Eminov A.İ.
Pedaqogika. Ali pedaqoji məktəblər üçün dərs vəsaiti, Bakı, 1993,
səh. 31 – 33
Mühazirənin məzmununu metodik vəsaitin həcmini nəzərə
alıb qısa tezislər formasında qeyd edirik.
1.
Təhsil, təlim və tərbiyənin ümumi məsələləri:
-
Kamil insanın – əqli zənginliyi, əxlaqi saflığı, fiziki kamil-
liyi özündə ehtiva edən şəxsiyyətin formalaşmasında elmin, təhsilin
və tərbiyənin rolu şübhəsizdir, ancaq özünütəhsilin və özünütər-
biyənin əhəmiyyəti daha böyükdür;
-
Şəxsiyyətin inkişafında irsiyyətin rolu böyükdür, lakin
həlledici deyil; “bəzən daşdan gövhər”də doğa bilər;
-
Şəxsiyyətin formalaşmasında ictimai mühitin rolu da az
deyil; mərifətli elmli adamlarla oturub-durmaq lazımdır ki, həmin
keyfiyyətlər sənə də keçsin; əlverişsiz, qeyri-sağlam mühitdə təlim-
tərbiyə vermək – “şoran torpağa toxum” əkməyə bənzər; “vəhşi ilə
dost” olan “vəhşi adətilə ömr edər”;
-
Əmək fəaliyyətinin də şəxsiyyətin formalaşmasında rolu çox
böyükdür; halal zəhmət insanlarda yüksək əxlaqi keyfiyyətlərin
inkişafına, boş-boşuna gəzib tüfeyli həyat sürmək isə mənfi əxlaqi
sifətlərin yaranmasına səbəb olur;
171
A a
-
Yaxşı təşkil olunmuş təlim, hətta, “korazehin” adamları alim
səviyyəsinə qaldırmağa, insanın əxlaqını saflaşdırmağa qadirdir;
-
Təlim-tərbiyə işinin müvəffəqiyyəti, hər şeydən əvvəl, müəl-
limdən, tərbiyəçidən, eyni zamanda şagirdin elmə marağından,
bacarıq və istedadından asılıdır;
-
Təlim və tərbiyədə müəllimin rolu əvəzsizdir; müəllim bilik
və yaxşı tərbiyə vermək üçün özü yüksək biliyə sahib olmalı,
şagirdlərini böyük məhəbbətlə sevməlidir; şagird nə qədər istedadlı
olsa da, müəllimə ehtiram və hörmətlə yanaşmalı, lovğalıq
etməməlidir; müəllimin üzünə ağ olmaq, şagirdi məhvə düçar edər;
-
Təlim-tərbiyə işinin səmərəli nəticəsi həm də yaş dövrlərinin
xüsusiyyətlərini nəzərə almaqdan asılıdır; uşağın təhsili, təlimi və
tərbiyəsi ilə vaxtında məşğul olmaq vacibdir.
2. DünyagörüĢü məsələləri və ağıl tərbiyəsi ilə bağlı
fikirləri:
-
Ağıl insanın ruhudur, ağılsız insan quru bədəndir;
-
Hər bir valideynin şah və ya nökər olmasından asılı ol-
mayaraq, ən böyük arzusu ağıllı övlad tərbiyələndirməkdir; ata üçün
ağıllı övladdan qiymətli heç nə yoxdur;
-
İnsanı “əjdahasifət” heyvanlardan fərqləndirən əsas əlamət
ağıldır, kamaldır;
-
Ağlın çırağı elmdir,dərin bilikdir;
-
Ağıllı insan “öyrənməyi ar bilməyən”, hər gecə biliyə “bir
qapı açan”, “hər gizli xəzinədən bir dürr” çıxarmağı bacaran, uzaq-
görən, “sözünü yüz ölçüb, bir biçdikdən” sonra söyləyən, nadanlar-
dan uzaq qaçan, sevdiyi peşənin, sənətin kamil ustası olan, ən çətin
məqamlarda səbrlə, təmkinlə hərəkət edən adamdır;
-
Ağıl tərbiyəsinin başlıca vəzifəsi zəngin dünyagörüşə, elm-
lərin sirlərinə dərindən bələd olan, hər şeyi kamil bilən insan
yetişdirməkdir;
-
Ağıl tərbiyəsinin əsas vasitəsi təlimdir; başlıca yolu öyrən-
məkdir, gecə-gündüz çalışmaqdır;
-
Ağıl tərbiyəsinin mühüm vasitəsi olan təlim prosesində
müəllimin rolu əvəzsizdir; ağıllı şagird yetişdirmək üçün müəllim
Dostları ilə paylaş: |