193
A a
Prof. Ə.Əlizadə dahi şairin psixoloji görüşlərinin bu cəhətinə
xüsusi əhəmiyyət verərək yazır: “Yaş və pedaqoji psixologiya
önəmli elm sahəsi kimi XIX əsrin sonları XX əsrin əvvəllərində
formalaşıb... Azərbaycan psixologiyasında isə artıq XII əsrdə böyük
Nizami Gəncəvinin yaradıcılığında yaş və pedaqoji psixologiya
önəmli hadisə olmaqla yanaşı, Azərbaycan psixologiyasında maarif-
çilik ideologiyası ənənələri ilə bağlı idi” (140, 4). Belə olan halda
adı çəkilən dərs vəsaitində dahi şairin yaş və pedaqoji psixologiyaya
aid “bənzərsiz sisteminə” cəmi bircə dəfə (o da epizodik) istinad
edilməsini düzgün hesab etmək olarmı?
Ali pedaqoji məktəblər üçün psixologiya fənni üzrə dərslik və
dərs vəsaitlərinin təhlili göstərir ki, burada Nizaminin psixoloji
görüşlərindən faydalanmaq baxımından geniş imkanlar mövcuddur.
Həmin imkanların səmərəli vasitə və yollarla həyata keçirilməsi
psixologiyanın tədrisi keyfiyyətini yüksəltmək baxımından üçqat
əhəmiyyət kəsb edir. Birincisi, bu, psixologiyaya aid elmi anlayış-
ların (şəxsiyyət, hiss duyğu, qavrayış, idrak, təfəkkür, təxəyyül, ağıl,
diqqət, hafizə, unutma, müqayisə, iradə, özünüdərk, özünüqiymət-
ləndirmə, vərdiş, adət, motivasiya, temperament və s.) daha dərin-
dən və daha asanlıqla mənimsənilməsi, öyrənənlərin idrak maraqla-
rının inkişafı üçün əlverişli psixoloji zəmin yaradır.
İkincisi, “XII yüzillikdə dünya psixologiyasına Nizami Gən-
cəvi kimi dahi mütəfəkkir bəxş etmiş” (Ə.Əlizadə, Z.Cavadova)
“Azərbaycan psixologiyası”nın inkişaf tarixinin zənginliyini sübut
edir, həmin tarixin öyrənilməsinə maraq oyadır.
Üçüncüsü, dahi şairin eyni zamanda, təkcə Azərbaycan deyil,
dünya psixoloji fikir tarixinə “çox zəngin, orijinal psixoloji ideya-
lar” (Ə.S.Bayramov) bəxş edən bir psixoloq kimi tələbələrə tanıdıl-
masına xidmət edir ki, bu da onlarda milli şüurun və vətənpərvərlik
hisslərinin inkişafına səbəb olur.
Bu əhəmiyyəti nəzərə alan psixologiya müəllimləri müvafiq
kursların və mövzuların tədrisi prosesində dahi şairin psixoloji
görüşlərini əks etdirən hikmət dolu poetik ifadə və kəlamlarından
istifadəyə geniş yer verməyi “dünya ədəbiyyatında ilk dəfə psixoloq
194
A a
obrazını yaradan” N.Gəncəvinin ölməz ruhu qarşısında özləri üçün
mənəvi borc hesab etsələr, tədris etdikləri fənnin daha dərindən
öyrədilməsinə və tələbələrə sevdirilməsinə nail ola bilərlər. Bu işdə
onlar prof. Ə.Əlizadə və dosent Z.Cavadovanın birgə yazdıqları
“Nizami Gəncəvinin psixoloji görüşləri” adlı kitabdan, eləcə də prof.
Ə.S.Bayramovun “Nizami Gəncəvinin yaradıcılığında etnopsixoloji
məsələlər” əsərindən, T.T.Babayevanın “Nizami Gəncəvinin ədəbi
irsində şəxsiyyət problemi” monoqrafiyasından istifadə edə bilərlər.
Nümunə üçün “özünüdərk” və “özünüqiymətləndirmə” anla-
yışlarının mahiyyətini şərh edərkən dahi şairin müvafiq fikirlərin-
dən istifadəni nəzərdən keçirək. Məlum olduğu kimi, qeyd olunan
anlayışlar həm “Ümumi psixologiya”, həm də “Pedaqoji psixologi-
ya” kurslarında öyrədilir. Müvafiq mövzuların tədrisi prosesində
həmin anlayışların mahiyyətini şərh edərkən, müəllim, dahi şairin
müdrik poetik kəlamlarından söz əyaniliyinin mühüm vasitələrindən
biri kimi istifadə edir. Müəllim əvvəlcə qeyd edir ki, dahi Niza-
minin poeziyasında “özünüdərk” və “özünüqiymətləndirmə” məsə-
lələri mühüm yer tutur. Onun qəti inamına görə: “Öz-özünü başa
düşən şəxsə ölüm yoxdur”, amma nəqşini (öz mənini, kimliyini)
bilməyən fanidir, yəni özündən xəbərdar olmayan kəslər “bir qapı-
dan girər, digərindən çıxar”. Başqa sözlə, dünyaya nadan gəlib,
nadan kimi də dünyadan köçər... Buna görə də insan bir şəxsiyyət
kimi özünü dərk etməli, özünü yaxşı tanımalıdır” (138, 104).
Daha sonra müəllim ümumidən xüsusiyə, mücərrəddən kon-
kretə, induksiyadan deduksiyaya keçərək, “Leyli və Məcnun” poe-
masında şairin oğlu Məhəmmədə etdiyi nəsihətdən aşağıdakı par-
çanı tələbələrin nəzərinə çatdırır:
Hərçəndi sənətin çox rütbəsi var,
Həyata faydalı bir elmi axtar.
Bu əyri cizgilər cədvəlində sən
Özünü şərh edib özünü öyrən!
Ol öz vicdanının sirrinə açar,
Çünki bu mərifət qəlbə nur saçar. (74, 65)
195
A a
Bu hikmətli misraların təhlilini ümumiləşdirən müəllim əlavə
edir ki, dahi Nizami “insanın özünü öyrənməsini onun dünyanı öy-
rənməsi kontekstində nəzərdən keçirirdi” (138, 105). Ona görə də, o,
“Yeddi gözəl” poemasında məsləhət görür ki:
Sən çalış yaxşıca öyrən dünyanı,
Bəşəri, bitkini, daşı, heyvanı. (64, 43)
Çünki: Qalacaq əbədi nə şey dünyada,
Öyrən günlərini vermədən bada.
Kim ki, öz-özünü düşmüşdür başa,
Ona ölüm yoxdur, o ölməz, haşa.
Nəqşini bilməyən fanidir, fani,
Baqi say bu nəqşi bilən insanı. (yenə orada)
“Özünüqiymətləndirmə” anlayışının mahiyyətini açıqlayarkən
müəllim qeyd edir ki, “Nizaminin fikrincə, insanın özü özü üçün
“ən yaxşı parlayan aynadır”. İnsan özünü bilmək üçün “uzaq fə-
ləklərlə oyuna girməməli”, öz aynasına baxmalıdır. Lakin insan bu
“parlayan aynada” özünün yaxşı cəhətlərini bütün təfərrüatı ilə gö-
rür, hətta onları böyüdüb şişirdir, ancaq öz nöqsanlarını görə bilmir”
(138, 105). Şairə görə, insanın özünü tanıması üçün özünü düzgün
qiymətləndirməsi, öz nöqsanlarını görməsi, “öz ayranına turş”
deməyi bacarması vacibdir:
Tanısan özünü, köçsən dünyadan,
Yenə bu dünyada yaşayacaqsan.
Özündən hər kim ki deyil xəbərdar,
Bir qapıdan girər, birindən çıxar.
Qapı tüstüsüzdür, pəncərə tozsuz,
Günəşə bir baxan tapılmaz əfsus.
Heç kəs öz könlünə tutmayır irad,
Odur varlığını eyləməz abad.
Dostları ilə paylaş: |