182
A a
yəti, həyati kökləri və növləri; materiya anlayışının formalaşması və
mahiyyəti; hərəkət, məkan və zaman və s.məsələlər şərh olunur.
Həmin məsələlərin şərhi müxtəlif fəlsəfi cərəyanların nümayəndələ-
rinin
(Platon, Aristotel, Fales, Anaksimen, Heraklit, F.Engels və s.)
fikirləri əsasında verilmişdir. Məlum olduğu kimi, qeyd olunan
fəlsəfi kateqoriya və anlayışlar
(varlıq, hərəkət, materiya, zaman,
məkan və s.) haqqında Şərq mütəfəkkirlərinin, o cümlədən, dahi Ni-
zaminin də dəyərli fikirləri mövcuddur və onlara istinad edilməsinin
əhəmiyyəti şübhəsizdir. Məsələn, dərslikdə müəllif dünyanın ilk,
mütləq başlanğıcını, əsasını şərh edərkən bunu suda görən Falesin,
havanı birinci hesab edən Anaksimenin, odu əsas kimi qəbul edən
Heraklitin fikirlərinə istinad edir. Həmin fikirləri ümumiləşdirən
mühazirə müəllimi, dahi Nizaminin qədim yunan filosofu Empe-
doklun kainatın əsasının dörd ünsürdən
(od, su, hava, torpaq) ibarət
olması fikrinə üstünlük verdiyini qeyd edir və “İsgəndərnamə”
poemasında aşağıdakı misraları auditoriyanın diqqətinə çatdırır:
Onlardan birinci – işıqlı oddur,
Dünyanın ən yüksək tağı da odur.
İkinci küləkdir,
hərəkətdədir,
Hərəkət etməzsə, bilinməz nədir.
Üçüncü – sudur ki, təravət verər,
Hər
şeyə gözəllik, lətafət verər.
Dördüncü torpaqdır tapdayır, əyyam,
Tapdanan köksündən toz qalxır müdam...
(37, 496)
Qeyd olunan mövzunun
(“Varlıq və materiya”) tədrisi zamanı
“Hərəkət” kateqoriyasının mahiyyətini şərh edərkən bu barədə digər
filosoflarla yanaşı, dahi Nizaminin də özünəməxsus baxışlarına isti-
nad etmək, böyük mütəfəkkirin materiyanın yaranmasında hərəkətin
rolunu necə yüksək qiymətlədirdiyini sübut edən aşağıdakı misrala-
rına diqqəti cəlb etmək faydalı olar:
183
A a
Əvvəl
mövcud oldu tək bir hərəkət,
Onu iki yerə ayırdı sürət.
Bir-iki hərəkət gəlib bir yerə,
Yeni bir hərəkət doğurdu hərə.
Əvvəlki hərəkət ayrıldı yenə,
Bu
üçü qoşuldu biri-birinə
Üç xətt zahir oldu üç hərəkətdən,
Üç dövrə yarandı ondakı xətdən.
Mərkəzdən ayrıldı həmin dövrələr,
Yaranıb ortaya çıxdı bir cövhər.
Cövhər keşməkeşdən doğub parladı,
“Hərəkət eyləyən cism” oldu adı.
(37, 494)
Məlum olduğu kimi, fəlsəfənin başlıca kateqoriyalarından biri
“insan” məfhumudur. Təsadüfi deyil ki, prof. M.Fərhadoğlu “Fəl-
səfənin əsasları” dərsliyində “insan” kateqoriyasının öyrədilməsinə
xüsusi fəsil
(VII fəsil) ayırmış və burada insan probleminin fəlsəfi
təhlilinin aktuallığı, antropososiogenez və onun kompleks xarakteri,
insana tarixi-fəlsəfi baxış, insanda təbii
(bioloji) və ictimai
(sosial)
amillərin vəhdəti, insan həyatının mənası, həyat və ölüm və s.
məsələlərin mahiyyətini yığcam şərh etməyə çalışmışdır. Həmin
məsələlərlə bağlı dahi Nizaminin çox dəyərli fikirlərinin kifayət
qədər olduğuna baxmayaraq, müəllif onlara istinad etməmişdir.
Dərslikdəki bu boşluğu doldurmaq məqsədilə mühazirə müəllimi
dahi Nizaminin “insan konsepsiyasından” bəzi fikirləri seçib öz
şərhinə daxil edə bilər. Məsələn, insanı “ictimai varlıq” kimi
səciyyələndirərkən bu barədə Aristotelin
(“insan ictimai heyvan-
dır”) və K.Marksın
(“insan ictimai münasibətlərin məcmuyudur”)
dərslikdə verilmiş fikirləri ilə yanaşı, dahi Nizaminin müvafiq
kəlamlarına da müraciət etmək daha səmərəli nəticə verə bilər. Belə
kəlamlardan bir neçəsinə diqqət yetirək: “Əgər insansansa, insanları
sev”, “İnsanla yaşayan mərddir, kişidir; kimsəni sevməmək namərd
işidir”, “Vəhşi ilə dost olan vəhşi də olar” və s.