157
A a
yasında estetik tərbiyə ilə bağlı zəngin fikir və mühakimələr, hikmət
dolu beytlər olduqca çoxdur. Nümunə üçün qeyd olunan mövzunun
tədrisi zamanı müəllimin müraciət edə biləcəyi bəzi misallara diqqət
yetirək.
Proqram materialına uyğun olaraq, müəllim, “gözəlliyin mən-
bələri”ndən biri kimi “təbiətdə gözəllik” məsələlərini şərh edərkən
dahi şairin poeziyasında təbii gözəlliklərin mahir rəssam fırçası ilə
təsvir edildiyini qeyd edir və fikrini əsaslandırmaq üçün “Leyli və
Məcnun” poemasından aşağıdakı bədii parçaya diqqəti cəlb edir :
Çəmənlər başına bürümüşdü şal,
Lalənin yanağı olmuşdu xal-xal.
Hələ nəzər yetir bənövşələrə,
Zülfünü darayıb tökmüşdü yerə...
Cül rəngli Günəşdən açıb nilufər
Suyun qarşısında atmışdı sipər.
Şümşad tellərinə açıb şanəni,
Nar gülü yığırdı nara danəni. (74,113)
Qeyd olunan bədii parça ilə auditoriyada estetik ab-hava ya-
radan müəllim onu da vurğulayır ki, dahi şair burada Leylinin Vətə-
ni olan Ərəbistanın qumlu səhralarını deyil, doğma yurdu Azərbay-
canın təbii gözəlliklərini tərənnüm etmişdir. Filosof-şairin bütün
poemalarında yaratdığı əsrarəngsiz təbiət mənzərələrinin təhlili
göstərir ki, o doğma yurdunun təbii zənginliklərinə dərindən bələd
olmuş və ondan ilham alaraq, təkrarolunmaz gözəllik lövhələri
yaratmışdır. Bu lövhələrdə biz məhz Azərbaycan təbiətinin bəzəyi
olan bitki və heyvan lövhələrinə rast gəlirik. Məsələn: bənövşə,
nərgiz, lalə, yasəmən, nilufər, süsən, lilpar, qızılgül, çinar, şümşad,
salxım söyüd, turac, qırqovul, kəklik, göyərçin, bildirçin, bülbül,
qumru, maral, ceyran, cüyür... və s.
Şairin mahir rəssam fırçası ilə yaratdığı belə bədii lövhələr bir
daha təsdiq edir ki, gözəlliyin başlıca mənbələrindən biri məhz tə-
biətdir. Doğma yurdumuzda bu mənbədən ilham alaraq təbiət
158
A a
gözəlliklərini ən yüksək bədii boyalarla tərənnüm edən şair, yazıçı
və rəssamların (N.Gəncəvi, Ş.İ.Xətai, M.P.Vaqif, M.V.Vidadi, S.
Vurğun, H.Arif, M.Araz, Z. Yaqub, B.Kəngərli, S.Bəhlulzadə, T.Sa-
lahov, M.Abdullayev və s.) daha çox olması məhz Azərbaycanın
ecazkar təbii mənzərələri ilə bağlıdır.
“Gözəlliyin mənbələri” paraqrafında dərslik müəllifi haqlı
olaraq, cəmiyyətdəki, o cümlədən, insandakı gözəlliklər haqqında
şərhə daha geniş yer vermişdir .(120,377) Bu imkandan səmərəli
istifadəyə çalışan müəllim, dahi şairin müvafiq kəlamlarından fay-
dalana bilər. Məsələn, dərslikdə müəllif yazır: “Müdriklərimiz gö-
zəlliyi əsasən insanlarda, onların rəftarında görmüşlər” (yenə orada).
Həmin fikri əyaniləşdirmək və əsaslandırmaq məqsədilə müəllif
S.Ə.Şirvaniyə istinad etmiş, onun aşağıdakı sözlərini misal
çəkmişdir:
“Xoşbəxt ol, oğul, gülər üzlü,
Milh göftarlı, şəkər sözlü.
Olma dünyada qəmtəriri əbus,
Ki görənlər üzün ola məyus”. (yenə orada)
Göründüyü kimi, bu nümunə elə də uğurlu seçilməmişdir.
Belə ki, cəmi dörd misradan ibarət olan bu bədii parçanın iki
misrası, yəni tən yarısı fars-ərəb mənşəli qəliz ifadələrlə (“milh
göftarlı”, “qəmtəriri əbus”) ağırlaşdırılmışdır. Həm də müəllif bu-
rada həmin ifadələrin izahını verməmişdir. Ona görə də burada
dərslik müəllifinin insan gözəlliyi haqqında yuxarıda qeyd olunan
fikrini əsaslandırmaq üçün dahi Nizaminin ölməz poeziyasına isti-
nad etməyini daha məqsədəuyğun hesab edirik. Müəllim, ilk öncə
tələbələrin diqqətinə çatdırır ki, N.Gəncəvi “kamil insan” konsepsi-
yasına sadiq qalaraq, “gözəllik” anlayışına da hərtərəfli yanaşmış,
ideal gözəlliyə malik obrazlar yaratmağa nail olmuşdur. Onun
estetik baxışları sistemində insan gözəlliyi mərkəzi yer tutur. Şairin
yaratdığı gözəl insan obrazlarından hər biri zahiri və daxili-mənəvi
zənginliklərinin vəhdətilə səciyyələnir. Məcnun, Leyli, Bəhram,
159
A a
Xosrov, Şirin, Fərhad, Nüşabə, İsgəndər və s.obrazların hər biri
təkcə zahirən gözəl deyil, onların ağlı, əxlaqı, davranışı, abır-həyası,
ədası, bir sözlə, bütöv mənəviyyatı gözəldir. Məsələn, “Sirlər
xəzinəsi”ndə şair, könül hökmdarının gözəlliyini belə vəsf edir:
Camalının günəşi qamaşdırar baxanı,
Gözlərinin incisi naxışlayar yaxanı.
İşvələri duzludu, dodaqları baldımı,
Hüsnündən gözəllərdə bir gözəllik qaldımı? (4,94)
“Xosrov və Şirin” poemasının qəhrəmanı Şirin təkcə “aytək
nur saçan camalı”, “ahu gözləri” ilə deyil, “naz-qəmzəsi”, “min qəl-
bə həyəcan salan söhbəti”, dərin zəkası, abır-həyası, yerişi-duruşu,
nümunəvi davranışı ilə gözəldir (bax: 57, səh.62-66). Şairin böyük
məhəbbətlə tərənnüm etdiyi Leyli də, Şirin kimi həm “ay kimi”
camallı, həm saf əxlaqı və kamallı, “dünyanın həyalı dilbəri”dir:
Hələ saf qalmışdı o gözəl dilbər,
Kamalı olmuşdu dillərdə əzbər.
Camalı Ay kimi, süd işıqlıydı,
Boyu sərv kimi yaraşıqlıydı...
Dünyanın həyalı bir dilbəriydi,
Gənclik dastanının Ģah əsəriydi. (74,78-79)
Analoji misallar şairin qalan digər poemalarında (“Yeddi
gözəl”, “İsgəndərnamə”) da kifayət qədərdir. Burada bir məsələni
də xüsusi qeyd etməyi məqsədəuyğun hesab edirik. “Kamil insan”
konsepsiyasına axıradək sadiq qalan və insanı “təbiətin şah əsəri”
hesab edən dahi Nizami bəzən insan gözəlliyi ilə təbiət gözəllikləri-
ni müqayisə edir və həmin müqayisədə birinciyə daha çox üstünlük
verir. Bu fikri əsaslandırmaq üçün, müəllim, tələbələrin diqqətini
“Leyli və Məcnun” poemasından aşağıdakı bədii parçaya yönəldir:
Dostları ilə paylaş: |