Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə45/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   41   42   43   44   45   46   47   48   ...   64

   
143  
 
A       a 
kəsb  etmir,  eyni  zamanda  ağıl  tərbiyəsinin  zəruri  şərtlərindən  biri-
dir.  İnsan  nə  qədər  istedadlı  olsa  da,  o  gecə-gündüz  çalışmasa,  öz 
biliyini  zənginləşdirməsə,  pas  atan  dənizə  bənzəyər,  istedad  sönər, 
nəticədə “saxsı qab satanlara” tay olar: 
 
Çox iti zehinlər yatan oldular, 
Axırda saxsı qab satan oldular. (yenə orada) 
 
“Çalış  öz  xalqının  işinə  yara,  geysin  əməlindən  dünya  zər-
xara” tövsiyəsini verən şair “Xosrov və Şirin” poemasında əməyin 
ictimai-sosial əhəmiyyətini yüksək qiymətləndirərək yazır: 
 
Bacarsan hamınının yükünü sən çək, 
İnsana ən böyük şərəfdir əmək. 
Sən də əldən düşüb yorulsan əgər
Sənin də yükünü bütün el çəkər. (4, 129) 
 
“İsgəndərnamə” poemasında şair bir daha əməyin sosial əhə-
miyyətinə  diqqəti  cəlb  edir,  dünyanı  “tarlaya”,  insanları  bir-biri 
üçün çalışan “cütcüyə” bənzədir: 
 
Hər şeyi özünçün əkmək nə yarar? 
Dünyada hesabsız ruzi yeyən var! 
Keçənlər zəhmətlə əkdiyi bağdan 
Gələnlər meyvəni dərmiş hər zaman. 
Keçənlər çox şeydən əkmişdir bizə
Biz də əkməliyik gənc nəslimizə. 
Dünya bir tarladır, diqqətlə baxsaq, 
Hamı bir-birinə cütcüdür ancaq. (37,386) 
 
Qeyd olunan misallardakı başlıca fikir və ideyaları ümumiləş-
dirən  müəllim,  N.Gəncəvinin  əməyin  iqtisadi,  sosial,  əxlaqi,  psi-
xoloji,  idrak  və  tərbiyəvi  mənası  ilə  bağlı  hikmətli  kəlamlarından 
tərbiyəvi  nəticə  çıxarmağı,  ömrü  boyu  halal  zəhməti  ilə  dolanan, 
şahlara  baş  əyməyən,  gecə-gündüz  yorulmadan  çalışan,  hər  əzaba 


   
144  
 
A       a 
qatlaşan  və  məhz  gərgin  əməyi  sayəsində  dünya  poeziyasının 
korifeyi zirvəsinə ucalan zəhmətkeş şairin şəxsi həyatından nümunə 
götürməyi məsləhət görür. 
Məlum  olduğu  olduğu  kimi,  müasir  elmi  pedaqogikaya  görə, 
əmək tərbiyəsinin başlıca istiqamətlərindən, tərkib hissələrindən biri 
peşəyönümü işidir. Ona görə də “Məktəb pedaqogikası” dərsliyində 
prof.  N.  Kazımov  “Əmək  tərbiyəsinin  ümumi  məsələləri”  mövzu-
sunda bu məsələyə xüsusi paraqraf (“6. Əmək tərbiyəsində peşəyö-
nümü  üzrə  iş”)  ayırmışdır.  Burada  müəllif  “peşəyönümü  üzrə  iş” 
anlayışının  mahiyyətini  belə  ifadə  etmişdir:  “əmək  tərbiyəsinin 
tərkib  hissəsi  kimi,  peşəyönümü  üzrə  iş  uşaqları,  yeniyetmə  və 
gəncləri  şüurlu  surətdə  peşə  seçməyə  hazırlamaqdan  ötrü  görülən 
sistemli tədbirlərdən ibarətdir” (120, 363). 
Peşəyönümü işində peşə maarifi (ayrı-ayrı peşələrin xüsusiy-
yəti  və  əhəmiyyəti  barədə  məlumatların  verilməsi),  peşələrə  maraq 
tərbiyəsi  və  peşə  seçmək  üçün  məsləhətin  verilməsi  mühüm  rol 
oynayır.  “Xəmsə”nin  bu  məsələlər  baxımından  tədqiqi  və  təhlili 
göstərmişdir  ki,  dahi  Nizami  demək  olar  ki,  bütün  poemalarında 
müxtəlif peşə və sənət növlərinə diqqəti cəlb etmiş, onların əhəmiy-
yətini,  səciyyəvi  xüsusiyyətlərini,  cəmiyyətdəki  mövqeyini  açıb 
göstərmişdir.  Ona  görə  də  peşəyönümü  ilə  bağlı  məsələlərin  şərhi 
zamanı,  eyni  zamanda  tələbələrdə  peşələrə  maraq  tərbiyəsi  məq-
sədilə  müəllim  şairin  müvafiq  fikirlərindən  həm  mühazirə  və  se-
minar məşğələlərində, həm də sərbəst işlərin təşkili zamanı istifadə 
etmək  imkanına  malikdir.  Həmin  fikirlərdən  bir  neçəsini  nümunə 
göstərək. 
Kamil  insan konsepsiyasına axıradək sadiq  qalan böyük şair-
pedaqoq peşə seçmək işində də məsləhət görür ki, hansı peşəni seç-
məyindən asılı olmayaraq, insan çalışmalıdır ki, öz sənətinin kamil 
ustası  olsun,  seçdiyi  peşənin  dərinliyinə  və  incəliklərinə  bələd  ol-
sun.  Şairin  qəti  inamına  görə:  “kamil  bir  palançı  olsa  da  insan, 
yaxşıdır yarımçıq papaqçılıqdan.” Doğma oğlu Məhəmmədə “Leyli 
və  Məcnun”  poemasındakı  ikinci  nəsihətinə  tələbələrin  diqqətini 
cəlb  edən  müəllim  qeyd  edir  ki,  burada  şair  tövsiyə  edir  ki,  oğlu 


   
145  
 
A       a 
özünə peşə seçərkən yüz ölçüb – bir biçsin. Başlıcası, hansı peşəni 
seçirsə də, onun sirlərinə dərindən bələd olmağa çalışsın. Məsələn, 
əgər  həkim  olmaq  istəyirsənsə,  “İsa  mərifətli”  olub  xəstələrə  şəfa 
versin; insanların ölümünə bais olan həkimliyi özünə rəva bilməsin: 
 
Fəqih olsan əgər, itaətkar ol, 
Hiylədən, riyadan daim kənar ol. 
İsa mərifətli həkim ol, amma, 
İnsanı öldürən bir həkim olma. (74,65) 
 
Peşəyönümü  ilə  əlaqədar  mütəfəkkir-şairin  öyrətmək  istədiyi 
həyat həqiqətlərindən biri də budur ki, hər bir insan gərək öz peşəsi 
ilə  məşğul  olsun,  bacardığı  sənətin  qulpundan  yapışsın,  “ayağını 
yorğanına görə” uzatsın, gücü çatmayan, başı çıxmayan işin ağırlı-
ğını öz çiyninə qaldırmasın.  Bu fikri  əsaslandırmaq üçün müəllim, 
“İsgəndərnamə” poemasından böyük fateh İsgəndərlə cavan əkinçi-
nin söhbətini misal göstərir. Bir gün İsgəndər səfər zamanı münbit 
torpaqlı bir ərazidə boy-buxunlu, şir biləkli, başı “Kəyanlar tacı”na 
layiq olan gənc bir oğlanla rastlaşır. İsgəndər oğlana bildirir ki, gö-
zəl  bir  gəncsən,  bu  torpaqla  niyə  əlləşirsən?  Gözəl  insanlar  gözəl 
işlərlə məşğul olmalıdır. Gəl, bu torpaqdan əl çək, istəsən, “sənə lap 
şahlıq  verərəm”.  Ağıllı  əkinçi  oğlan  İsgəndərin  bu  təklifinə  belə 
cavab verir: 
 
Ey dünya alimi, adil hökmdar
Sənə ram olmuşdur xamlar, harunlar. 
Bir elə iş ver ki, hər peşəkar, 
Qoymasın işindən onu avara. 
Başqa iş bilmirəm, əkinçiyəm mən, 
Padşahlıq eləmək gəlməz əlimdən. (37, 548) 
 
“Əmək  tərbiyəsinin  ümumi  məsələləri”  mövzusunun  tədrisi 
ilə  bağlı  sərbəst  işlərin  siyashısına  aşağıdakıları  da  daxil  etmək 
məqsədəuyğun olar: 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə