130
A a
Çalış ki, kirpiyin olsun almaztək,
Ayıq ol, ölkənin keşiyini çək (4, 69).
"Dünya yurdumuzdur, candan əzizdir", – deyən şairə görə, bu
dünya kam vermir, ancaq alır, lakin o, bizim doğma yerimiz, yurdu-
muz olduğu üçün biz onu canımızdan da çox sevməliyik. Doğma
yurdda insanın qul olması qərib ölkədə sultan olmasından daha
yaxşıdır:
Azacıq düşünsən bir nüktə vardır:
Hər kəs öz şəhrində bir şəhriyardır.
Öz şəhrində olsan ən alçaq insan,
Yaxşıdır qürbətdə sultan olmaqdan (yenə orada).
"Qürbət cənnət olsa da yenə Vətən yaxşıdır", – deyən uluları-
mızın bu hikmət dolu kəlamını yüksəklərə qaldıran ulu Nizami İs-
gəndər kimi fatehin – yüzlərlə cənnət ölkəni öz ixtiyarına keçirmiş
bir hökmdarın vətən həsrətini çox təsirli boyalarla təsvir edir:
İsgəndər hər yerdə qələbə çaldı,
Lakin vətən eşqi qəlbini aldı.
Hökmündə olsa da saysız vilayət,
Öz doğma yurduna çəkərdi həsrət
(yenə orada, səh.70).
Məlum olduğu kimi, müasir dövrdə böyük aktuallıq kəsb edən
hərbi-vətənpərvərlik vacib əxlaqi keyfiyyət olmaqla vətənpərvərlik
anlayışının tərkib hissələrindən biridir. Təəssüf ki, pedaqogika
dərslikləri və dərs vəsaitlərində bu mühüm əxlaqi keyfiyyət demək
olar ki, yada düşmür. "Əxlaq tərbiyəsi" mövzusunun tədrisi zamanı
hərbi vətənpərvərliyin mahiyyətini şərh edərkən, müəllim, dahi
şairin: "Can yandırsan orduna, məmləkətə, yurduna; Arxalana bilər-
sən öz xalqına, orduna" sözlərini yada salır və qeyd edir ki, N.Gən-
cəvi öz poemalarında vətəni sevməyin, onu qorumağın zəruriliyini
131
A a
dönə-dönə xatırlatmaqla yanaşı, onun yadelli işğalçılardan qorun-
ması və əsarətdən xilas edilməsi yollarını da göstərmişdir. Əsərlə-
rində şair-pedaqoq Vətən uğrunda mübarizənin üç yolunu tövsiyə
və təsvir etmişdir: birincisi, "ağılla, tədbirlə" (siyasi yol - Nüşabənin
dünya fatehi İsgəndərə qarşı istifadə etdiyi yol): ikincisi, "qılıncın
gücü ilə" (hərbi yol, Xosrovun öz ölkəsini azad etmək üçün istifadə
etdiyi yol); üçüncüsü ağlın və qılıncın gücünün birləşdirilməsi yolu
( siyasi-hərbi yol, fateh İsgəndərin üstünlük verdiyi yol).
Şair Əflatunun dili ilə İsgəndərə belə məsləhət verir:
Mərdlərin qan tökən qılıncı, bəlli,
Alim tədbiri ilə olar kəsərli (yenə orada).
Milli pedaqogikamızın əxlaq tərbiyəsinin məzmununa aid et-
diyi əxlaqi keyfiyyətlərdən biri də düzlük və doğruçuluqdur. Prof.
N.Kazımovun “Məktəb pedaqogikası”nda bu vacib əxlaqi keyfiyyət
haqqında çox qısa şərh verilmiş, burada da bir neçə atalar sözünə və
A.Bakıxanovun yalan haqqındakı fikrinə istinad edilmişdir. Bütün
poemalarında və ömrü boyu düzlük və doğruçuluğu təlqin etməyə
çalışan, insanları düz əmələ, doğru sözə səsləyən N.Gəncəviyə mü-
raciət isə “unudulmuşdur”. Müəllimlərə kömək məqsədilə düzlük və
doğruçuluq haqqında şairin bir neçə hikmət dolu beytinə diqqəti
yönəltməyi burada məqsədəuyğun hesab edirik.
“Nə qədər ki, dünyada alıb-verirsən nəfəs; Sən düzlük qapı-
sını döyməyə göstər həvəs”, – deyən şair insanları düzlüyə, doğru-
çuluğa çağırır və belə hesab edir ki, dünyanın nicat yolu bundadır:
Doğruçuluq yaxşıdır, uymayın yada,
Bircə düzlükdədir nicat dünyada (4, 74).
Şairə görə, doğruçuluq insanı hər an qoruyan “zirehdir”. Əyri-
lik isə insanın eybini açıb göstərir. Şən, qəm-qüssədən uzaq həyatın
başlıca şərtlərindən olan doğruçuluq – “vicdan tərəzisidir”. Ürəyin
düzlüyü isə ədalət mizanıdır. Insanın bu mizan-tərəzisi düzlüyü və
132
A a
doğruçuluğu bircə dən əskik çəksə, o, dünyada bitmiş olacaqdır.
Düzlük və doğruçuluq insanın həyatda ucalmağının zəruri şərtlərin-
dən biridir:
Əyri gülü düzlükdə tikan qucar, aldadar,
Bil ki, şəkər qamışı düzlüyündən bal dadar.
Doğruluğun harda ki, ucalıbdır bayrağı,
Haqq əliylə fələkdən öc alıbdır bayrağı (4, 75).
Şair öyrədir ki, düzlük və doğruçuluq insanı qada-baladan
qoruyur, bu əxlaqi keyfiyyətə sahib olanları Allah da çox sevir,
onları zəfərə çatdırır:
Öz düzlüyü kimsəni verməz bada dünyada,
Düz sözüylə kimsəyə yetməz qada dünyada.
Doğruçuluqla köməkdir hər bir ərə yaradan,
Doğru ol ki, yetirsin hər zəfərə yaradan (yenə orada).
Qeyd olunan bədii parçaları tələbələrin diqqətinə çatdırmaqla
bu vacib əxlaqi keyfiyyətlərin mahiyyətini və əhəmiyyətini dərindən
anladan müəllim onu da əlavə edir ki, dahi Nizami məhz doğru
sözləri və düz əməlləri sayəsində ən uca ad qazanmışdır. Bunu şai-
rin özü də səmimiyyətlə etiraf edir:
Doğru sözə bağlıdır öz qüdrətin həmişə,
Qoy qüdrətdən güc alsın söz qüdrətin həmişə.
El gözündə Nizami ucalıbdır düzlükdən,
İlhamına, qəlbinə güc alıbdır düzlükdən (4, 76).
Əxlaq tərbiyəsinin məzmununa daxil olan mühüm əxlaqi key-
fiyyətlərdən biri də namusluluqdur. Çox təəssüf ki, “Məktəb pe-
daqogikası” dərsliyində bu keyfiyyət haqqında heç nə yazılmamış-
dır. Dərslikdəki həmin boşluğu aradan qaldırmaq və namusluluq
kimi çox vacib əxlaqi keyfiyyətin mahiyyəti və əhəmiyyətini tələbə-
lərə çatdırmaq üçün, müəllim N.Gəncəvinin bu barədəki fikirlərinə
Dostları ilə paylaş: |