123
A a
iqtisadi tərbiyə haqqında” başlığı altında verilmişdir. (bax: 4, səh.
228 – 233) Belə misallardan müəllim mühazirədə iki yolla istifadə
edə bilər: 1) müvafiq proqram materialını (indiki halda əməkse-
vərliyi) şərh edərkən müəllim şairin hikmətli misralarını əzbər söy-
ləyir və ya mühazirə mətnindən oxuyur; 2) müəllim proqram mate-
rialının (əməksevərliyin) mahiyyətini şərh etdikdən sonra tələbələrə
sualla müraciət edir: “Dahi Nizaminin əməksevərlik haqqında hansı
beytlərini söyləyə bilərsiniz?”
Əlbəttə, mühazirənin daha canlı keçməsi tələbələrdə şairin
pedaqoji görüşlərinə marağın inkişaf etdirilməsi baxımından ikinci
yol daha səmərli və əhəmiyyətlidir.
Dərslikdə başlıca əxlaqi keyfiyyətlərdən biri kimi dəyərlən-
dirilən insanpərvərlik humanist şairin əxlaqi görüşlərinin “nüvə”sini
təşkil edir. Yeni pedaqoji təfəkkürə görə “insanpərvərlik” geniş an-
layışdır. Ata-anaya, bacı-qardaşa, övlada, qohum-qonşuya, yurddaşa,
digər xalqların nümayəndələrinə hörmət və rəğbət bu anlayışa
daxildir. Özü böyük insanpərvər olan dahi Nizami həmin anlayışa
məhz bu baxımdan yanaşması ilə müasir elmi pedaqogikanı səkkiz
yüz ildən çox qabaqlamışdır. Şairin insanpərvərlik anlayışına görə,
hər bir insan bütün insanlara hörmət və rəğbət bəsləməli, onları
sevməlidir. Çünki insan bu dünyanın şərəfi, şanıdır :
Sən ey yerdə fələyi heyrətdə qoyan insan,
Yer də, göy də nazınla daim oynayan insan.
Ülviyyət aləmindən xəbərdarsan deyə sən,
Qüdrətinlə şərəfsən, şansan yerə, göyə sən. (4, 56)
“Əgər insansansa, insanlığı sev” tövsiyyəsini verən humanist
şairin yaratdığı müsbət obrazların hamısı özünün yüksək bəşəri
hissləri, insanpərvərliyi ilə seçilir. Xalqımızın yüksək insanpərvər-
liyini göstərən milli-mənəvi dəyərlərimizdən biri ata-anaya ali
məhəbbət, övladlara yüksək qayğı, ağsaqqallara dərin ehtiram və
hörmətdir. Bu cəhət adı çəkilən dərslikdə də xüsusi qeyd olunmuş-
dur. Həmin milli dəyərlərimizi çox yüksək qiymətləndirən Nizami
124
A a
bütün poemalarında insanpərvərliyin parlaq nümunəsi kimi
valideyn-övlad münasibətlərindəki qarşılıqlı məhəbbəti, hörmət və
izzəti dönə-dönə tərənnüm etmişdir ki, bu da həmin əxlaqi keyfiy-
yətin şərhi zamanı şairin hikmət dolu öyüd və nəsihətlərindən isti-
fadə üçün geniş imkanlar açır. Məsələn, anaya məhəbbətdən danı-
şarkən, müəllim, “Leyli və Məcnun” poemasında şairin əsərin qəh-
rəmanı Məcnunun dili ilə anaya necə yüksək qiymət verdiyini tələ-
bələrin diqqətinə çatdırır:
Başımın tacıdır ayağın sənin,
İncini bəsləmiş sənin sədəfin.
Sənin toxumunun məğziyəm ana,
Ayaq torpağın da cənnətdir mana. (74, 210)
“İsgəndərnamə” poemasında da dahi şair anaya böyük hörmət
və məhəbbətin yüksək əxlaqi keyfiyyət olduğunu xüsusi qeyd edir.
Dünyanı fəth edən İsgəndər ölüm ayağında əziz anasına məktub
yazır və burada ona and verir ki, oğlunun ölümünə görə dərd-qəm
çəkməsin:
Anacan, bu məktub gəlib çatarkən,
Çatıb qaşlarını kədərlənmə sən.
Bu dünya fanidir, əbəs ağlama,
Mənimçün yas tutma, qara bağlama!
Valideyn-övlad məhəbbətinin qarşılıqlı olduğunu nəzərə çat-
dıran şair uşağın hər bir ata-ana üçün əziz olduğunu, hər bir ailənin
sevincinə, işığına çevrildiyini dönə-dönə qeyd etmişdir. Məsələn,
“Leyli və Məcnun” poemasında övladını canından belə əziz hesab
edən Məcnunun atası oğluna müraciətlə deyir:
Canımsan, canımdan daha əzizsən,
Evə dön, evimin işığısan sən. (74, 105)
125
A a
İnsanpərvərliyi “insanlığın parlaq gövhəri” adlandıran şair bu
anlayışı xeyirxahlıq və yaxşılıq məfhumları ilə sıx qarşılıqlı əlaqədə
verir. Şairə görə, xeyirxahlığı, yaxşılığı bacarmayanlar “böyük
insan” şərəfinə nail ola bilməzlər:
Yaxşılıq etməsən əgər insana,
Böyüklük şərəfi verilməz sana. (4,61)
Müəllim insanpərvərlik, xeyirxahlıq və yaxşılıq kimi anlayış-
ların mahiyyətini şərh edərkən dahi şairin belə bir fikrini də xüsusi
qeyd edir ki, pis adamlara xeyirxahlıq, insanpərvərlik göstərmək –
yaxşılara yamanlıq etmək deməkdir. Qəddar, həyasız adamlara qarşı
sərt olmağı daha çox məsləhət görən şair yazır:
Həyasız adama qarşı sərt rəftar,
Yumşaq davranmaqdan faydalı olar. (4, 62)
Mövzunun şərhini müasir həyat hadisələri ilə əlaqələndirən
müəllim onu da vurğulayır ki, dahi Nizaminin bu fikrində böyük hə-
qiqətin olduğunu Qarabağ hadisələrinin böyüyüb müharibəyə çev-
rildiyi illərdə daha aydın gördük. Belə ki, “sovet hakimiyyəti” illə-
rində bir ovuc gəlmə erməniyə böyük insanpərvərlik və xeyirxahlıq
göstərərək, Azərbaycanın cənnət güşəsi olan Qarabağda muxtariy-
yət verdik, xoş üz göstərdik,onların firəvan yaşayışı üçün əlimizdən
gələni əsirgəmədik. Bizim bu insanpərvərliyimizdən, xeyirxahlığı-
mızdan sui-istifadə edən ermənilər o dərəcədə harınlaşdılar ki,
“yersiz gəldi – yerli qaç” fikrinə düşərək, doğma torpaqlarımızı əli-
mizdən almağa, “gəmidə oturub gəmiçi ilə dalaşmağa başladılar”.
Və ən nəhayət, insanlıq adına ləkə olan dəhşətli faciə (“Xocalı soy-
qırımı”) törətdilər. Ona görə də biz bu tarixi hadisələrdən dərs
almalı, dahi Nizaminin tövsiyəsini (“həyasızlara qarşı sərt olmalı”)
heç vaxt unutmamalıyıq.
Əxlaq tərbiyəsinin məzmununa daxil edilən mənəvi keyfiy-
yətlərdən biri də həmrəylikdir. Prof.N.Kazımovun “Məktəb pedaqo-
Dostları ilə paylaş: |