Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə37/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   33   34   35   36   37   38   39   40   ...   64

   
116  
 
A       a 
Kəhrəba rənglidən yaqut qaş doğar. 
Gövhərlə daşdakı nisbətə misal
Olmuş Yəzdigirdlə Bəhramdakı hal. (64, 56) 
 
Burada şair Bəhramın atası Yəzdigirdi daşa, onu isə gövhərə 
bənzədir və demək istəyir ki, qiymətli gövhər göy daşdan yarandığı 
kimi, pis atadan da yaxşı oğul dünyaya gələ bilər. Bu misallar sübut 
edir  ki,  mütəfəkkir  şair-pedaqoq  irsiyyətin  rolunu  şişirdənlərdən 
fərqli mövqedə dayanmış, “şəxsiyyətin formalaşmasında digər amil-
lərin də  öz payının mövcudluğu fikrində olmuşdur. Mühit  amilinin 
rolunu dəyərləndirən şair əsərlərində belə bir ideyanı aşılamaq istə-
yir  ki,  insanın  mənəvi  keyfiyyətlərinin  formalaşmasında  onu  əhatə 
edənlərin  rolu  əvəzsizdir.  “Əgər  insansansa,  insanları  sev”  tövsi-
yəsini verən humanist şair yaxşı adamlarla durub-oturmağı, zatıqırıq 
olanlardan  uzaq  olmağı  məsləhət  görür.  “Ağılsız  kəslərlə  oturub-
duran, ağıldan, şüurdan deməsin dastan”, – deyən şair başa salır ki, 
elmli,  mərifətli  adamlarla  dost  olsan,  həmin  keyfiyyətlər  sənə  də 
keçər: 
 
Bədəsil olarsa əgər bir adam, 
Qırmızı gövhəri saraldar tamam. 
Ağıllı adamla dost olsan əgər
Elmi, mərifəti sənə də keçər (4, 11). 
 
Şəxsiyyətin  formalaşmasında  mühitin  rolu  məsələsinə  şair  – 
pedaqoq  “Leyli  və  Məcnun”  poemasında  daha  geniş  toxunmuş  və 
anlatmağa çalışmışdır ki, pis mühit insana mənfi təsir göstərdiyi ki-
mi,  yaxşı  mühit  də  müsbət  əxlaqi  keyfiyyətlərin  formalaşmasına 
səbəb olur: 
 
Vəhşiylə dost olsa insan dünyada
Vəhşi adətilə ömr edər o da. (74, 169) 
 


   
117  
 
A       a 
“Yeddi  gözəl”  poemasında  mühit  amilinin  əhəmiyyətini  bir 
daha  qeyd  edən  şair,  irsi  imkanları  toxuma,  qeyri-sağlam  mühiti 
“şoran torpağa” bənzədir və başa salmağa çalışır ki, şəxsiyyətin for-
malaşmasında  yaxşı  nəticəyə  nail  olmaq  üçün  əlverişli  şəraitin 
yaradılması zəruridir: 
 
Şahlar səxavətdən deyib durdular
Saxta mədənlərdən hey dəm vurdular. 
Lakin şoranlığa toxum əkdilər. 
Onlar kor gözlərə sürmə çəkdilər. 
Hər kim toxum əksə şoranlıq çölə, 
Bircə peşimanlıq gətirər ələ. 
Ağac əkilməli münbit bir yerə, 
Ta behişt barıtək meyvələr verə. (4, 13) 
 
Dahi şair şəxsiyyətin formalaşmasında təhsil, təlim və tərbiyə-
yə,  yəni  pedaqoji  proses  amilinə  xüsusi  önəm  vermişdir.  “Qüvvət 
elmdədir,  başqa  cür  heç  kəs,  heç  kəsə  üstünlük  eyləyə  bilməz”  – 
deyən şairə görə insanı heyvanlardan fərqləndirən əsas əlamət onun 
ağlı, kamalıdır. Ağlın çırağı isə elmdir, bilikdir. O, təhsilin məzmu-
nundan bəhs edərkən dini biliklərlə yanaşı, dünyəvi biliklərin veril-
məsinə xidmət edən elmlərin: riyaziyyat, astronomiya, kosmologiya, 
coğrafiya,  təbabət  və  s.əhəmiyyətini,  dünyagörüşünün  formalaş-
masında rolunu göstərmişdir. 
Elmi biliklərə yiyələnməkdə təlimin rolunu kamil insan obrazı 
kimi  yaratdığı  İsgəndərin  təlim  alması  səhnəsində  konkret  nü-
munələr əsasında göstərmişdir. İsgəndərin hərtərəfli inkişafını təmin 
etmək  üçün  atası  onun  təlimini  çox  yüksək  biliyi  ilə  şöhrət  qazan-
mış Niqumaş adlı alimə tapşırır. O, böyük zəhmət hesabına İsgən-
dərin  bütün  elmlərin  sirlərinə  bələd  olmasını,  “hər  gizli  biliyə” 
çatmasını  təmin  edir.  Elə  buradaca  şair-pedaqoq  şəxsiyyətin  hərtə-
rəfli  inkişafında  tərbiyənin  də  rolunu  xüsusi  qeyd  edir.  İsgəndərin 
müəllimi  ona  dərin  biliklər  mənimsətməklə  bahəm  “ağıla  nur”, 
“ürəyə qüvvət” verən “şahanə tərbiyə” aşılayır: 


   
118  
 
A       a 
 
Şəhanə tərbiyə, hünər, nəzakət, 
Ağıla nur verir, ürəyə qüvvət. (37,66) 
 
Şəxsiyyətin  formalaşmasında  təhsil,  təlim,  tərbiyə  ilə  yanaşı, 
özünütərbiyənin  də  rolunu  yüksək  qiymətləndirən  şair  “Xəmsə”də 
bu barədə bir sıra dəyərli fikirlər söyləmişdir. Məsələn, “Yeddi gö-
zəl” poemasında şair öryədir ki,  öz-özünü başa düşən, özünü  yaxşı 
tanıyan insana ölüm yoxdur: 
 
Kim ki, öz-özünü düşmüşdür başa
Ona ölüm yoxdur, o ölməz haşa. 
Nəqşini bilməyən fanidir, fani, 
Baqi say bu nəqşi bilən insanı. 
Tanısan özünü, köçsən cahandan, 
Yenə bu dünyada yaşayacaqsan. (64,43) 
 
Elə  buradaca  şair  göstərir  ki,  özünü  tanımayan,  öz  nöqsanını 
görmək  istəməyənlər,  özünə  irad  tutmayanlar  bədbəxtdir,  belələri 
dünyaya necə gəliblərsə, eləcə də gedəcəklər, yəni şəxsiyyət səviy-
yəsinə yüksələ bilməyəcəklər: 
 
Özündən hər kim ki, deyil xəbərdar, 
Bir qapıdan girər, birindən çıxar... 
Heç kəs öz könlünə tutmayır irad, 
Odur varlığını eləməz abad. (yenə orada) 
 
Çağdaş dövrün pedaqoq və psixoloqları şəxsiyyətin formalaş-
masına  təsir  edən  amillər  sırasında  fəaliyyət  amilini  xüsusi  qeyd 
edirlər. Halbuki, dahi Nizami hələ doqquz əsrə yaxın bundan əvvəl 
bu amilin, xüsusilə əmək fəaliyyətinin rolunu “Xəmsə”də geniş şərh 
etmiş, “həyat – əməkdir” ideyasını irəli sürmüşdür. Böyük mütəfək-
kir-pedaqoqun fikrincə, əməksevərlik, çalışqanlıq, halal əməklə yo-
rulmadan  məşğul  olmaq  insanda  müsbət  əxlaqi  keyfiyyətlər  for-


   
119  
 
A       a 
malaşdırdığı  kimi,  tənbəllik,  yeyib-yatmaq,  avaraçılıq  da  mənfi 
sifətlərin – öküzə, eşşəyə, milçəyə, ağcaqanada və s. heyvanlara xas 
olan cəhətlərin yaranmasına səbəb olur. 
Qeyd  olunan  fikirlərin  ənənəvi  mühazirə  yolu  ilə  deyil, 
mühazirə - dialoq formasında, tələbələrin fəallığı şəraitində çatdırıl-
ması daha səmərəli nəticə verir. Mühazirədə verilmiş nəzəri ümumi-
ləşdirmələrin mövzunun öyrədilməsinə həsr olunan seminar məşğə-
ləsində  konkret  misallar  əsasında  möhkəmləndirilməsini  və  dərin-
ləşdirilməsini təmin etmək məqsədilə müəllim bütün tələbələrin fə-
allığını təmin edən qruplarla iş formasından istifadə edə bilər. Tələ-
bələri “Xəmsə”dəki poemaların sayına və adına uyğun qruplara bö-
lünməsi daha məqsədəuyğundur: 1. “Sirlər xəzinəsi”, 2. “Xosrov və 
Şirin”, 3. “Leyli və Məcnun”, 4. “Yeddi gözəl”, 5. “İsgəndərnamə”. 
Seminar məşğələsinin “qruplarla iş” formasında səmərəli nəti-
cə verməsi üçün müəllim, tədqiqat xarakterli problemi və onun həlli 
ardıcıllığını əvvəlcədən tələbələrə təqdim edir: “N.Gəncəvi poeziya-
sında  şəxsiyyətin  formalaşması  problemi”.  Problemin  həlli  planı:    
1. N.Gəncəvi “kamil insan” dedikdə nəyi nəzərdə tuturdu? 2. İrsiy-
yət amilinin rolunu şair necə qiymətləndirmişdir? 3. Nizamiyə görə 
mühit  şəxsiyyətin  formalaşmasına  necə  təsir  edir?  4.  Şəxsiyyətin 
formalaşmasında pedaqoji prosesin (təhsil, təlim, tərbiyənin) roluna 
şair necə qiymət vermişdir? 5. Şəxsiyyətin formalaşmasında əməyin 
rolu barədə şairin fikirləri. 6. Əqli nəticənin çıxarılması : N.Gəncəvi 
şəxsiyyətin formalaşmasında hansı amilə üstünlük vermişdir? 
“İşçi qruplar”ın düzgün komplektləşdirilməsi də nəticəyə təsir 
edən amillərdəndir. Ona  görə  də müəllim tələbələri qruplara bölər-
kən  onların  bilik  səviyyəsi  ilə  yanaşı,  şərti  maraq  və  arzularını  da 
nəzərə  almalıdır. Məsələn, hansı  tələbələr “Leyli  və Məcnun” poe-
masına daha çox maraq göstərirlərsə, onları eyniadlı qrupa daxil et-
mək daha məqsədəuyğundur. Qruplar komplektləşdirildikdən sonra 
“lider”lər müəyyənləşdirilir və hər bir qrup üzrə konkret tapşırıqlar 
onlara  təqdim  olunur.  Məsələn,  “Sirlər  xəzinəsi”  qrupuna  belə  bir 
tapşırıq verilir: “I. N.Gəncəvinin “Sirlər xəzinəsi” poemasından şəx-
siyyətin  formalaşması  məsələləri  ilə  bağlı  beytlər  seçib  aşağıdakı 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə